Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə40/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   36   37   38   39   40   41   42   43   ...   112

olsun, sənə kimdən deyim, oğlandan. 

Oğlan bazara çatanda dükanlar bağlanmaq üzrə idi. O, qabaqcan 

özünü verdi bir baqqal dükanına ki: 

– Əmi, başına dönüm, tez ol, mənə iki batman düyü ver! Qonağım var. 

Düyünü baqqaldan alıb, tökdü torbaya. Dalına alıb özünü yetirdi 

qəssaba. Gördü yaxşı ət var, amma yaman da basabasdı. Başladı adamları 

o yan-bu yana itələyib özünə yol açmağa. Ona bir yumruq, buna 

bir dürtmə, axırda adamlardan biri hirsləndi ki: 

– Nə olub. Qaçaqaç deyil ki? Dayan da!.. 

Oğlan dedi: 

– Dayana bilmirəm. Alınası şeylərim var. Dükan-bazar bağlanır. 

Qonağım var. 

Dedilər: 

– Nə olsun? Sənin qonağın göydən-zaddan gəlməyib ki... 

Adamlar çox dedilər, oğlan az eşitdi, elə deyişə-deyişə özünü saldı 

dükana. Camaat gördü yox, bu, həyasızlığa salıb almaq istəyir. Qəssaba 

dedilər ki, ona ət verməsin. Qəssabın da tərs damarı tutdu. Oğlan 

nə qədər elədisə, dedi: 

– Olmaz ki, olmaz. Gərək bu adamın hamısı qurtara, sonra sənə ət 

verəm. 


Oğlanın əlacı kəsilib axırda qəssabın qulağına dedi: 

– Evin yıxılsın, bilsən ki, mənim qonağım kimdi, heç belə eləməzsən. 

Qəssab da bir dübbənin, adam ələ salanın biri idi. Soruşdu ki: 

– Kimdi qonağın? De bu saat səni yola salım. Yoxsa Ərəb Reyhandı? 

Ya paşadı? 

Oğlan dedi: 

– Yox, onlar deyil. Day heç kəs bilməsin, qonağım qoç Koroğludu. 

Qəssab şaqqıldadı. Dedi: 

– Camaat, bunun qonağı Koroğlu imiş. 

Hamı gülüşdü. Qəssab gülə-gülə dedi: 

– Bu saat səni yola salacağam. De görüm, nə qədər istəyirsən? Bir 

girvənkə, ya altı misqal? 

Oğlan dedi: 

– Bir girvənkə nədi? Sənə ağzımda söz deyirəm. Bir batman ət çək! 

Gördülər yox, oğlan deyəsən zarafat eləmir. Dalında da düyü-zad 

var. Qərəz, qəssab oğlanın ətini verib, yola saldı. 

Camaat arasına söz düşdü ki, bəs Koroğlu gəlib Qarsa. Özü də filankəsin 

evində qonaqdı. De inanan, inanmayan başladı danışmağa. Atalar 

deyiblər, bir sirr ki, otuz iki dişin arasından çıxdı, day onu saxlamaq 

olmaz. Bir anda bütün ətrafa səs yayıldı. Xəbərdən-xəbərə, xəbərdənxəbərə, 

söz axırda gəlib çatdı Ərəb Reyhanla paşanın qulağına. 

Paşa xəbəri eşitcək durdu ayağa ki: 

– Qoşun götürüb, gedək Koroğlunu tutaq! 

Ərəb Reyhan dedi: 

– Yox. Buna Koroğlu deyərlər. Elə belə onu tutmaq çətin işdi. Bütün 

qoşunu qırıb tələf eləyər, özü də aradan çıxar. 




Paşa dedi: 

– Bəs nə eləyək? 

Ərəb Reyhan dedi: 

– Sən heç özünü onda qoyma. Elə bil ki, biz heç bu sözü eşitməmişik. 

Qoy qaranlıq düşsün. Elə ki, hamı yatdı. Gecənin bir yarısı qoşun 

götürüb, elə yorğan-döşəyinin içində tutarıq. Ayrı heç bir əlacı yoxdu. 

Ondan Ərəb Reyhan əmr elədi şəhərin ətrafını citəmə qoşun tutdu. 

Özlərinə də tapşırdı ki, səhərə qədər nə kənardan şəhərə adam qoysunlar, 

nə də şəhərdən kənara. Elə ki, tədbirlərini görüb qurtardılar, 

ondan oturub başladılar gözləmyə. O qədər gözlədilər ki, oldu gecənin 

yarısı. Ondan durub qoşun götürüb töküldülər evin üstünə. Koroğlu, heç 

bir şeydən xəbəri yox, şirin yuxuda, bir də beş-altı adam töküldü üstünə. 

Sərasimə yerindən qalxıb onu o yana, bunu bu yana, baxdı ki, ev doludu 

adamla. Hamısı da yaraqlı-yasaqlı. Ətrafına baxıb, gördü nə qılıncı yerində 

deyil, nə oxu. De güç verdi yumruğa, birini, ikisini, beşini onunu; 

gördü yox, olmayacaq. Dartıb birinin əlindən qılıncını alıb döşəndi 

otaqdakıların canına. Axırda ki bir təhər özünə yol açıb evdən çıxdı. 

Baxdı ki, həyət doludu. Yolu hər tərəfdən tutublar. Qaranlıq, özü 

də ki, nabələd. Ağzı düşdü bir tərəfə. Nə qədər getdi, necə getdi bilmədi, 

bir də onu gördü ki, qabağına balaca bir qapı gəldi. Qoşun da 

daldan gəlir. Day əlacı kəsildi, açıb qapını girdi içəriyə. Sən demə, 

bura minarəyə çıxmaq üçün yol imiş. Day haraya çatacaq? Qoşun da elə 

bil ki, bilirmiş. O saat kəsdilər qapının ağzını. Koroğlu elə onu bildi ki, 

qapını çəkdi. Tez əl atıb minarənin pilləkənlərindən bir-iki böyük sal 

qoparıb saldı qapının dalına. Ondan day orada dayanmayıb, birbaşa 

qalxdı minarənin təpəsinə ki, görsün nə var, nə yox? Xəbər çatdı Ərəb 

Reyhana ki, bəs Koroğlu çıxdı minarəyə. Ərəb Reyhan o saat əmr 

eylədi. Minarənin dörd ətrafını qoşun bürüdü. Koroğlu minarədə, qoşun 

yerdə başladılar səhəri gözləməyə. 

İndi bunlar gözləməkdə olsunlar, sənə kimdən xəbər verim, bizim 

oğlandan, yəni evin sahibindən. Elə ki, qoşun doldu həyətə, oğlan 

məsələni başa düşdü. Bildi ki, paşalar xəbər tutublar. Özünü itirməyib 

durdu, qaranlıqda özünü adamların arasına vurub çıxdı küçəyə. De asta 

qaçan namərddi. Birbaş özünü saldı Hürü xanımın yanına. Hürü xanım 

da oyaqdı. Hürü xanım onu görcək soruşdu: 

– Nə var? Bu nə qoşunkeşlikdi? Yoxsa Koroğludan xəbər tutublar? 

Oğlan əhvalatı danışdı. Hürü xanım dedi: 

– Yaxşı eyləyibsən ki, qaçıbsan. Yoxsa sən də ələ keçərdin. 

Sonra oğlana dedi: 

– Yaxşı, düzünü de görüm, Koroğlunun burada olmağını bir adamazada 

deməyibsən ki? 

Oğlan bir getdi fikirə. İndi başa düşdü ki, bu işlər hamısı onun öz 

taqsırıdı. Əhvalatı, necə ki, olmuşdu, qəssaba necə demişdi, qəssab 

camaata necə demişdi, hamısını danışdı. 

Hürü xanım heç bir söz demədi. Dinməz-söyləməz başını saldı 

aşağıya. Oğlan baxdı ki, vallah, Hürü xanım elə hirslənib ki, o necə 




deyərlər, bıçaq vursan qanı çıxmaz. 

Durdu ayağa ki: 

– Mən də gedirəm. Qoy məni də tutsunlar, ikimizi də bir yerdə 

assınlar. Mən bu namussuzluğu götürə bilmərəm ki, mənim ucumdan 

o kişi tutulsun, mən sağ qalam. 

Hürü xanım dedi: 

– Yaxşı getdin, səni də tutdular. Bundan Koroğluya nə mənfəət 

olacaq? 


Oğlan dedi: 

– Bəs nə eləyim? 

Hürü xanım dedi: 

– Get, gözlə. Elə ki, səhər açıldı, şəhərin kənarından qoşunu götürdülər, 

bir dənə yüyrək at minib, özünü yetir Çənlibelə. Əhvalatı xəbər ver. 

Söz oğlanın beyninə batdı. Oradan özünü verdi şəhərin kənarına. 

Bir yerdə gizlənib, o qədər gözlədi ki, şəhər darvazaları açıldı. Bir 

dənə at minib özün vurdu yola. İndi oğlan getməyində olsun, sənə 

deyim Koroğludan. 

Elə ki, hava yavaş-yavaş başladı bozarmağa, Koroğlu gördü bir 

uca minarənin başındadı, qoşun da dörd bir tərəfi tutub. Qaldı məəttəl 

ki, nə eləsin. Aşağı düşsün? Nə yarağı, var, nə atı. Burada qalsın, nə 

vaxtacan qalsın? Ürəyi qübar elədi. Dəlilər yadına düşdü. Dedi: 

Misri qılınc əldə təng olanlarım, 

Qoçaq igidlərim yanımda gərək! 

Kəsilə kəllələr, boş qala leşlər

Dal xançallar düşman qanında gərək! 

Alıb piyaləni içən sağıdan, 

Qoxmayın hər yetən qanlı yağıdan, 

Hoy deyəndə ağır tüplər dağıdan 

Xan Eyvazım bu gün yanımda gərək! 

At süzüb özünü mənə yetirən, 

Koroğluya yüz min qulluq bitirən, 

Səksək putu bir əlində götürən 

Dəmirçioğlu bu gün yanımda gərək! 

Qollarına dəmir polad taxdıran, 

Düşmanları girvələrdən baxdıran, 

Su yerinə qızıl qanlar axdıran, 

Dəli Həsən bu gün yanımda gərək! 

Koroğlu çağırır genə Səfəri, 

Yox imiş dünyanın sonu, səməri, 

Qıraram dəstəni, vurram nəfəri, 

Ərənlərin piri yanımda gərək! 

Koroğlu oxuduqca səhər də yavaş-yavaş açılırdı. Axırda hər tərəf 

işıqlandı. Sis, duman çəkilib getdi. Koroğlu minarənin başından Çənlibelə 

tərəf baxdı. Amma hərci elədi, Çənlibeli görə bilmədi. Dağlar, 

elə bil ki, qəsdən aranı kəsmişdi. Koroğlu dedi: 

Göydən bir cüt sona endi, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə