Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   47   48   49   50   51   52   53   54   ...   112

bu özü atı da versin, qulu da versin”. 

Tanrıtanımaz dedi: 

– O məndə. 

Soruşdular: 

– Necə? 

Dedi: 


– Biz səhər gələndə Ələmqulu xanın ilxısı, bax, o dərənin içində 

idi. Gəlin gedək ilxıçıları tutaq. Əl-ayaqlarını bağlayaq. Özünə də 

sifariş göndərək ki, ya atı, qulu ver, ya da ki ilxını aparırıq. Onda canının 

dərdindən gətirib verər. 

Tanrıtanımazın tədbiri dəlilərin beyninə batdı. Durub atları minib, 

özlərini verdilər haman dərəyə. Baxdılar ki, ilxı doğrudan da dərədədi. 

Hay demədən düşdülər ilxıçıların üstünə. İlxıçılar qısqını bərk görüb 

təslim oldular. Dəmirçioğlu onlara dedi: 

– Bu saat gedərsiz xanınızın yanına. Deyərsiniz ki, ya qulu da, atı 

da versin, ya budu ki, bütün ilxını haylayıb aparacağıq. 

İlxıçılar özlərini yetirdilər Ələmqulu xanın yanına ki: 

– Taxtın tarac olsun, yəhərin qanla dolsun, nə oturmusan? Bəs halhekayət 

belə. Koroğlunun dəliləri bu saat əyləşiblər dərənin gədiyində, 

özləri də belə deyirlər: 

Ələmqulu xan soruşdu: 

– Ədə, bir əməlli-başlı danışın görüm, hansı dərədə? 

İlxıçıbaşı dedi: 

– Belə daşlı dərədə ey... daşlı dərədə. Başının çarəsini tap! 

Ələmqulu xan getdi fikrə. Handan-gecdən dedi: 

– Bəli, onlar ki girdilər daşlı dərəyə, bir il də orada qalsalar nə biz 

onlara bata bilərik, nə də ilxını onlardan ala bilərik. 

İndi sənə deyim daşlı dərədən, gör necə dərə idi. 




Daşlı dərənin girəcəyi dar bir gədik idi. İki adam güclə girə 

bilərdi. Çıxacağı da beləcə dar idi. Özü də çıxacağına iri bir daş düşüb 

yolu elə kəsmişdi ki, kim dərəyə girsəydi, gərək yenə də qayıdıb 

girəcəkdən geri çıxaydı. Odu ki, adına Daşlı dərə deyirdilər. İndi ilxı 

dərənin içində idi. Dəlilər də kəsmişdilər haman o dar gədiyi. Odu ki, 

Ələmqulu xan bu sözü ilxıçılardan eşitcək əl-ayağı yerdən-göydən 

üzüldü. Döndü qoşun böyüklərinə ki: 

– Tədbir! Deyin görək nə təhər eləyək? 

Heç kəs bir məsləhət verə bilmədi. İş belə olanda Ələmqulu xan 

hökm elədi ki: 

– Qızım Ruqiyə xanıma deyin, gəlsin mənim hüzuruma! 

Xəbər getdi Ruqiyə xanıma. Ruqiyə xanım durub gəldi Ələmqulu 

xanın məclisinə. 

Ruqiyə xanım ki, var idi, Ələmqulu xanın bircə qızı idi. Daridünyada 

bu qızdan başqa zürriyyəti olmamışdı. Odu ki, Ələmqulu xan 

əlindən gələni Ruqiyə xanım üçün eləmişdi. Day elm qalmamışdı, 

kitab qalmamışdı ki, onu oxutmamış olsun. Qız özü də çox fəhmlifərasətli 

idi. Bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. 

Ələmqulu xan həmişə çətin işə düşəndə Ruqiyə xanımı məsləhətə 

çağırardı. İndi də ona görə çağırmışdı. 

Qərəz, Ruqiyə xanım gəldi atasının yanına. Ələmqulu xan əhvalatı 

necə ki, olmuşdu ona danışıb məsləhət istədi. Ruqiyə xanım bir az 

fikrində götür-qoy eləyib dedi: 

– Ata! Bu gələn hələ Koroğlunun üç dəlisidi. Sabah, birisi gün 

Koroğlu görsə ki, dəlilər gəlmədi, durub özü də gələcək. Sən bir fikir 

elə gör, onda nə olacaq. 

Ələmqulu xan dedi: 

– Yaxşı, bəs necə eləyək? 




Ruqiyə xanım dedi: 

– Necə eləyəcəksən? Gərək qulu da, atı da verəsən. Onlar ki, sənə 

bir pislik eləmirdilər. Elə genə də eləmirlər. Öz atlarını, bir də düşmənlərini 

istəyirlər. 

Ələmqulu xan dedi: 

– Qızım, iş o yerdən keçib. Əgər dünən elə qasidi göndərəndə 

versəydim, sən deyən düz idi. Ancaq indi versəm, bütün xanların, 

paşaların içində bihörmət olub gedərik. Hər yerdə deyərlər ki

Ələmqulu xan üç adamın əlində aciz qalıb təslim olub. 

Ruqiyə xanım dedi: 

– Sən niyə elə eləyirsən ki? Götür onlara bir namə yaz! Yaz ki, bəs 

mən bilməmişəm ki, siz Koroğlunun dəlilərisiniz. Mən çoxdan 

Koroğlu ilə dost olmağa fürsət axtarırdım. Naməni lap elə mən özüm 

götürüb vəzir-vəkil ilə gedim onların yanına. Gətirim onları evə. Bir 

neçə gün qonaq saxla. Hörmət elə. Atı da, qulu da ver, getsinlər. 

Eşidənlər də desinlər ki, Ələmqulu xan Koroğlunun dostudu. Ondan 

sonra qorxudan bir xan, bir paşa sənin həndəvərindən keçə bilməz. 

Məclisdəkilərin hamısı Ruqiyə xanımın məsləhətinə afərin dedi. 

Tez namə yazıldı. Ruqiyə xanım vəzir-vəkil, ağsaqqal-qarasaqqalları 

da yanına alıb, Daşlı dərəyə tərəf yol başladı. Dəlilər bir də baxdılar 

ki, budu bir dəstə adam gəlir, qabaqlarında da bir qız. Heç birinin də 

yaraq-yasağı yoxdu. Dəmirçioğlu dedi: 

– Afərin sənə, Tanrıtanımaz! Tədbirin yaman baş tutdu. Ələmqulu 

xan barışığa gəlir. 

O qədər gözlədilər ki, dəstə gəlib yaxınlaşdı. Baxdılar ki, vallah, 

bu qız elə bir qızdı ki, şam kimi şölə verir, çıraq kimi işıq salır. Elə bil 

ki, zalımın qızı büllurdan yaranıb. Gürcüoğlu Məmməd dedi: 

– Dəmirçioğlu, Koroğluya məndən salam yetirərsən. Deyərsən ki, 




Gürcüoğlu Məmməd oldu eşq dəlisi! Day ondan Koroğlu dəlisi çıxmaz. 

Məndən ümidini üzsün. Mən dönüb oluram Məcnun. Boynuma 

bir zəncir bağlayacağam, ucunu da verəcəyəm bu qızın əlinə. Hara 

çəkir, özü bilər. 

Dəmirçioğlu macal tapmadı ki, Gürcüoğlu Məmmədin cavabını 

versin. Ələmqulu xanın adamları gəlib çatdılar. Ruqiyə xanım salam 

verdi. Dəmirçioğlu ədəblə onun salamını alıb, əleyk dedi. Ruqiyə 

xanım Ələmqulu xanın naməsini verdi. Dəlilər oxuyub namədən hali 

olcaq Gürcüoğlu Məmməd dedi: 

– Gedək! 

Dəmirçioğlu dedi: 

– Sən dayan! 

Sonra üzünü Ruqiyə xanıma tutub dedi: 

– Biz xanın məclisinə gedirik. Ancaq şərtimiz var. 

Ruqiyə xanım soruşdu: 

– Şərtiniz nədi? 

Dəmirçioğlu dedi: 

– Şərtimiz budu ki, qulu da, atı da gətirib buradaca verəsiniz bizə. 

Bizlərdən birimiz onları gərək tez aparıb Koroğluya çatdıra. İkimiz 

gələrik xanın hüzuruna. 

Ruqiyə xanım dedi: 

– Baş üstə! Siz gözləyin! Biz yarım saata gələrik. 

Bunu deyib, Ruqiyə xanım adamları da götürüb geri qayıtdı. Elə ki, 

onlar gedib gözdən itdilər, dəlilər başladılar məşvərətə. 

Dəmirçioğlu dəlilərdən soruşdu: 

– Deyin görüm, məsləhətiniz nədi? 

Tanrıtanımaz dedi: 

– Mənim məsləhətim budu: o qədər gözləyək ki, at ilə qulu 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə