Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

Yağı bağrı piçən gəlsin. 

Xan Eyvaz, Bəlli Əhməd, Halaypozan – üçü də Koroğlunun arxasında 

dayandılar. Dedilər: 

– Koroğlu, nə olar-olsun, hara desən getməyə haxırıx. 

Koroğlu dedi: 

– Əziz dəlilərim, mən istəsəm əmr verrəm, bütün dəlilər arxamca 

gələr. Əmbə bu əmr döylü, bu bir tilsim qırmaxdı. Ona da dörd nəfər 

kifayət eliyər. 

Koroğlu Niyara sarı dönüf dedi: 

– Niyar xanım, mən gələnəcən Dəmirçioğlu, Dəli Həsən burda 

başçı olar, bu mənnən gələn bu iyid də sərkərdə olar. O nə əmr versə, 

onun əmrinə əməl eləyərsiniz. 

Koroğlu bunnarı deyif, atdara suvar oldular. Dörd nəfər dəli yola 

düşüf Ağqayıya çatanda, Eyvaz xan dedi: 

– Ağa Koroğlu, başına qurvan olam, bir onca dayğalığına anam 

Niyar xanıma sözüm var. 

Koroğlu dedi: 

– Oğul, buyur. 

Eyvaz xan alıcı quş kimi atını çapıf gəldi dayandı Niyar xanımın 

hüzurunda, dedi: 

– Aneyi-mehriban, sən Koroğlunun ürəyinin təmizdiyinə baxma. 

Nə qədər olmasa, Ağcaquzu düşman oğludu, onu gözdən qoyma, bizi 

aldada bilər. 

Niyar xanım dedi: 

– Bala, bala, bu dərsi bavan Koroğlu mana gecə keçif. Arxeyınca 

çıxın gedin, heç şeyin fikrini çəkmiyin. 

Eyvaz xan Niyar xanımın bu sözünnən sonra bir qədər arxeyınnıx 

tafdı. Çaparax gəlif Ağqayada yoldaşlarına çatdı. “Ya Allah” – deyif 




yola düzəldilər. Az getdilər, çox getdilər, o dağa çatdılar kı, Ağcaquzu 

o dağı salıx vermişdi. Pərzad xanım hası dağa çıxmışdı, asdannara 

qarışıf hası səmtə getmişdi, gəlif həmən yerə çıxdılar. Dağın ətəyinnən 

atdarı başdadılar dağ yuxarı sürməyə. 

Sizə kimnən xəvər verem, Pərzad xanımnan. Pərzad xanım gördü 

kü, dörd atdı gəler. Əmbə burya heç bəni insan əyağı dəymeyif. Dedi, 

gəl bunnarı yoxlamaxdan ötrü, bəni-insan oluf-olmadıxlarını bilməkdən 

ötrü bir iş aç. Oydu ku, bir sehr elədi. Dağın döşündə bir bağ-bostan 

əmələ gəldi, gəl görəsən. Qarpız, yemiş, gül-çiçək gəl ki görəsən! 

Koroğlu baxdı gördü kü, aya, bayax sıldırım olan qayaların yerində 

qarpız-yemiş pitif, qımışdı, güldü, dedi: 

– Bizə atılan oxa bax. 

Bu vaxtı Eyvaz, Bəlli Əhməd atdan sıçraşdılar, cumdular bostana. 

Hası qarpızı kəsdilər dümappağ, hası yemişi kəsdilər zəhrimar, zəkkum, 

ağıza vurulası döylü. 

Koroğlu dedi: 

– Oğul, oğul, atdanın, siz bilin ki, biz buraya caduya tüşməyə 

gəlməmişik, cadu pozmağa gəlmişik. Mənnən ayrı tüşmüyün, mənnən 

ayrı tüşsəniz, özünüzü güdaza verərsiniz. 

Bostanı yarıf keçən vaxtı Pərzad xanım başa tüşdü kü, bunnar insandılar, 

bunun dalınnan gəlellər. Pərzad bir heyvətdi şir donuna girif, 

qayanın üstündə oturdu. Koroğlu başa tüştü kü, həmən şir donunda 

qayanın başında oturan Pərzad xanımdı. Çünkü heyvan olan yaraxlıyasaxlı 

adamları görüf belə hərəkət eləməzdi. Belə məqamda vəhşi 

heyvan ya gərək adama hüjum çəksin, ya da qorxuf qaçsın. Əmbə bu, 

şəstnən sinəsini də bunlara tutuf tamaşa eliyirdi. Koroğlu gördü, heç 

bir əlac yoxdu, nə oxnan atılasıdı, nə də tora salınasıdı. Qayanın başına 

da kim çıxa bilər, özü də tilsimli qayadı, odu ku, götürdü gücü sazsözə 




çatdı, görək nə dedi: 

Uca dağların başında, 

Mən bir asdana uğradım. 

Yedim içdim, dövran sürdüm, 

Bağa-bostana uğradım. 

Pərzad xanım tez silkindi. Aslan livasınnan çıxdı. Elə bil Məleykə 

kimi anırdan bəri boylandı. Bəri boylananda dağlar-daşdar bu 

gözəlliyə afərin dedi. Bu vaxt Pərzad xanımın yaxasını yel qaldırdı, 

nar məmələr göründü. Məmələr görünəndə Koroğlu dedi: 

– Əyə, bu zalım qızı nə qayırdığıdı. 

Götürdü görək nə dedi: 

Bəridən gəl, gözəl, bəridən, 

Ürəyimin yağın əridən, 

Silkindi, çıxdı dəridən 

Məməli məstana uğradım. 

Bu söz Pərzad xanımın xoşuna gəlmədi. Dedi: 

– Əyə, ağlına gələni söyləmə. 

Koroğlu dedi: 

– Mənim ağlım başımdadı, sən ağlını başına yığ, üst-başına fikir ver. 

Pərzad xanım əyilif yaxasına baxanda gördü, düz deyir, əynindəki 

paltarın yaxası təmiz açıxdı. Tez səhvini başa tüştü, xəjələtinnən ayrı 

livaya keçdi. Koroğlu götürdü sözün davamını, görək nə dedi: 

Koroğlunun vardı adı, 

Hey gəlir dadı-fəryadı, 

Görməmişəm böylə cadı, 

Firəngistana uğradım. 

Koroğlu gördü kü, Pərzad xanım livasını dəyişdi, ancax anırdan 

bəri bunnara yaxın gəldi. 




Qız dedi: 

– Qəhrəman oğlan, sənin fikrin dağlara, daşlara. 

Koroğlu dedi: 

– Xeyir, igid gözəl gördü coşmalıdı, coşmasa, o, heç iyit döylü. 

Götürdü görək daha nə dedi: 

Uca dağların başında, 

Ləbli-ləbli qar görünər. 

Mənim bu xəcil könlümə, 

Ala gözlü yar görünər. 

Pərzad xanım dedi: 

– Oğlan, bəyax mən sana dedim dilini çıldırratma, sözüyün əvvəliniaxırını 

bil. Bu dağın kəlləsində sənin könlün nə yar istiyir? Okun yar 

xiyalına tüşüfsən, onda gərək sən bu yerdən salamat qayıtmayasan. 

Ağlını başına topla, gör bir mən nə deyirəm, sən nə eşidirsən. 

Aldı Pərzad xanım: 

Bağlar içində pencərəm, 

Bu otağımda bar görünər. 

İndi səni mən sancaram

Ətrafın şahmar görünər. 

– deyif, elə bir sehir oxudu ku, bütün dört yanı ilan bürüdü. Hər tərəfdən 

ilannar üstərinə hücum çəkdi. Dəlilər bir-birinə qısılıf, əlləri qılıncın 

qəbzəsində titim-titim titrədilər. Koroğlu özünü itirmədi, dedi: 

– Xanım, xanım, qulaq as: 

Bilmədim yarın fəndini, 

Əmeydim ləbin qəndini. 

Açeydım göysün bəndini, 

Ağ sinəndə nar görünər. 

Qız dəli olmadımı, ildıza çıxdı. Bir sehir oxudu, yer yarıldı, dəlilər 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə