Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   52   53   54   55   56   57   58   59   ...   112

Ağcaquzuyu da dayələrə tafşırdılar. Bu münvalnan Koroğlu balası 

Hasan paşanın sarayında böyüməyə başdadı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Koroğlu dastanı  

"Pərzad xanımı Çənlibelə gəlməyi" 

Bəli, əzizlərim, sizə hardan xavar verəjəm, Ağcaquzudan.  

 

O vaxt kı Əsmər qarı Ağcaquzuyu Hasan paşıya təhvil verdi, həmən günnən körpöyü dayalara 



tafşırdılar.  

 

Dayalar ədəf-ərkannan buna qulluq eliyir, təmizdiyinə, yiməyinə, içməyinə fikir verer, nejə 



lazımdı.  

 

Bir söznən, xidmətində durordular. Vaxt gəldi, vədə yetişdi, camahatın uşağı aynan, ilnən 



böyüyəndə Ağcaquzu sahatnan, günnən,həfteynən böyüyürdü. 

 

Uşax gəlif yeddi yaşına çatmışdı, əmbə on beş, on altı yaşdılardan 



seçilmerdi. Hasan paşa uşağın belə böyüməsinnən çox xoşhal olmuşdu. 

Gejə-gündüz gözünü onun üstünnən çəkmerdi. Neçə müəllim 

tutmuşdu, onun savadını artırerdı, neçə müəllimi Ağcaquzuya qılınc 

oynatmax, at çapbax, güləş tutmax, suda üzmək, oddan tullanmax 

dərsdəri vererdilər. Bu elə bir uşağıydı ki, zehni Aflatun kimi kəserdi, 

ağlı-kamalı, qəddi-qaməti bir özgə alamiydi. At çapanda atın belində 

min bir fənd iştədər, qılınc oynadanda qılıncınnan qığılcım çaxar, 

küşdü tutanda pəhlivanlarnan dizini yerə gətirər, kotan əkdirərdi 

onnara. Belə bir oğlanıydı Ağcaquzu. 

Ağcaquzu gəlif on beş yaşına yetişmişdi. Səsinin dəyişən, üzünün 

bozaran vaxtıydı. Bir gün mədrəsədən dərsdən gələn vaxt, qızdar 

mədrəsəsinin qavağınnan keçəndə gözü ala gözlü, qələm qaşdı, uzun 

saşdı bir qıza sataşdı. Bir neçə gün bu qızın dərdinnən divanə kimi 



gəzdi. Nəsə hərriyif-fırrıyıf bir xəlvət yerdə qızın qarşısını kəsdi. 

Ürəyinin döyüntüsünü ona bildirdi. 

Qız dedi: 

– Ağcaquzu, mən sənin əmin Cəfər paşanın qızı Pərzad xanımam. 

Sən heç qəm eləmə, əmi qızıynan, əmoğlunun kəbini göydə kəsilif. 

Arxayın ola bilərsən ki, mən səninəm. Əmbə bir məsləhət eləmək 

istiyirəm sana. Eşitmişəm sən hər bir elmnən savadın, bacarığın var, 

igidliyini, pəhlivanlığını da hamı söylüyür. Bircə çatışmayan cəhətin 

odu ku, çadukarrığı bilmersən. Adam gərək hər şeydən xavardar olsun

bir də gördün o da lazım oldu, nə bilmək olar?! 

Ağcaquzu dedi: 

– Əmi qızı, cadukarrıx nə olan şeydi ki, onu belə tərifliyirsən? 

Pərzad dedi: 

– Əmoğlu, mənim elmim ondadı ki, mən cadının gücüynən çöpü 

qələmə, siçanı toyuğa, adamı tülküyə, qızı göyərçinə çöyürə bilerəm. 

İstiyirəm, sən də belə şeyləri öyrənəsən. 

Qızın dedikləri Ağcaquzuya çox xoş gəldi, dedi: 

– Əmi qızı, bə mənə buları kim öyrədə bilər? 

Pərzad dedi: 

– Mənim mollam belə şeylərdə çox mahirdi, əmimə de, səni ona 

tafşırsın, dalısınnan işin yoxdu. 

Ağcaquzu Hasan paşanın hüzuruna gəldi, ədəfnan salam verdi. 

Dedi: 

– Bava, sənnən bir tavaqqım var, mümkünsə, məni də Pərzad 



xanım oxuyan məktəbə göndər. 

Bavası dedi: 

– Əziz balam, mən səni elm örgənməyə, sərkərdə olmağa layıx 

məktəbə qoymuşam, bu gün-sabah mən dünyadan köçənnən sonra 




yerimdə sən qalajaxsan, bu boyda müəllimlər ki, sana dərs dedilər, 

fənd öyrətdilər, olar sana bəs eləmədimi, gedif də cadugünnük örgənmək 

istiyirsən? 

Ağcaquzu dedi: 

– Bava, Pərzad deyir ki, adam gərək hər şeydən agah olsun. Mən 

də istiyirəm, hər şeyi bilim. 

Hasan paşa irazılıx verdi, dedi: 

– Məsləhət sənindi, mənim balam. Günü savaxdan gedərsən həmən 

məktəbə. 

Bəli, savax açıldı, üstünüzə xeyirri savaxlar açılsın, əzizdərim, Ağcaquzu 

söyünə-söyünə gəlif Pərzadı tafdı, bavasının irazılığını bildirdi. 

Pərzad da bu işə çox söyündü, həmən günnən Ağcaquzu cadukərrik 

dərsi keçməyə başdadı. 

Pərzad dərsdə Ağcaquzuya fikir vererdi, baxıf gördü kün, bu heç 

cadukərriyə mayna qoymor (fikir vermer), fikri-zikri at çapbaxda, 

qılınc oynatmaxdadı. 

Bir gün Pərzad Ağcaquzuya üz tutdu, dedi: 

– Ağcaquzu, mən səni özümnən çox istiyirəm, həyatda sənnən 

yaxınım yoxdu. Görerəm ki, sən bu cadukarrığa heç ürəknən girişmersən. 

Ağcaquzu dedi: 

– Yox, Pərzad, əmi qızı, səhvin var. 

Pərzad dedi: 

– Onda gəl öyrəndiklərimizi sınaxdan çıxartmaqdan ötəri atdarımızı 

minək, şəhərdən çıxaq. 

Ağcaquzu dedi: 

– Çıxax, sən deyən olsun! 

Atdandılar, şəhərdən çıxıf bir meşənin ortasına çatdılar, göyənək, 

mənzərəli bir guşədə atdan tüşdülər. Bu arada Pərzad bir dua oxuyuf, 




alaqanat bir quşa döndü, uçdu getdi, qondu bir ağacın başına. 

Həmən sehirdən birini də Ağcaquzu oxudu, bu da uçuf qondu onun 

yanına. Qız ağacdan enif, bu dəfə bir ayrı livasa tüşdü. 

Ağcaquzu da eynən həmən livasa tüşdü. Pərzad bu dəfə doyşan 

livasına tüşdü. Ağcaquzu bir qurd oluf doyşanın qavağını kəsdi. Pərzad 

bir sehr oxudu, pələng livasına girdi. Bu yerdə Ağcaquzu əciz qaldı. 

Pərzad baxdı, gördü kü, Ağcaquzu onnan bajarmadı, dedi: 

– Əmoğlu, mənim cadukarrığım sənnən üstün oldu. Bu günnən 

sora sənnən mənimki tutmaz. Mən bu günnən uluyuf vəhşilərə qoşuloram. 

Əgər məni öz sehrinnən əvvəlki halıma gətirə bilsən, səninəm, 

yox, bajarmasan məni də görmüyəjəssən. 

Pərzad bunu deyif, uluya-uluya heyvannara qoşuluf gözdən itdi. 

Ağcaquzu kor-peşman şəhərə qayıtdı. Öz saraylarına çatar-çatmaz 

əmisi Cəfər paşa onnan Pərzad xanımı xavar aldı. 

Ağcaquzu başına gələn əhvalatı nejə kin biz demişdik, eləjə də 

əmisinə nağıl elədi. 

Cəfər paşa iki əlli başına döydü kün, “qız əlimnən getdi”. 

Cəfər paşa çox götür-qoy elədi ki, bu qızı kim qaytarsın, kim adam 

livasına salsın. Bu yannan da xavar çıxdı kı, bəs deməzsənmi, uşaxlara 

cadıkün dərsi öyrədən molla da dünyəsini dəyişif. Başqa yerlərdə də 

belə caduynan məşğul olan yoxuydu. 

Ağcaquzu bu işdən çox məyus oldu, başını götürüf eyvanın xəlvət 

bir guşəsində yuxuya getdi. Yuxuda baxıf gördü kü, kimsə bunu 

oyadır. Gözünü açanda gördü alçax boylu, enni kürəhli, nurani bir 

adamdı kı, vallahi gözünnən, üzünnən nur qalxır. Ağcaquzu başını 

yuxarı qaldırdı, bu nurru sifətə baxdı. Kişi dedi: 

– Salamməleyküm, oğul! Oğul, sən nə fikirnən yatmışdın? 

Ağcaquzu dedi: 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə