Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

11

 



göz  dalğalarının  təsirinə  məruz  qalırıq.  Biz  buna  qarşı  tədbir  görəndə  də  əminliklə  görməliyik. 

Gözdəyməyə qarşı dinin verdiyi tapşırıqları üç qrupa bölmək olar: 

1.Gözdəyməyə qarşı oxunan zikr və dualar; “Çəhar qul” deyilən dua buna misal göstərilə bilər;  

2.Yazılı şəkildə insanın öz üstündə gəzdirdiyi zikr və dualar; 

3.İnsanın  öz  əməl  və  rəftarlarında  riayət  etməli  olduğu  qaydalar.  Buna  misal  olaraq  insanın  özünü 

göstərməsi, diqqəti cəlb etməsi misal çəkilə bilər. 

Gözdəyməyə qarşı nə oxumalıyıq: 

1.İlk  yerdə  istiazə  gəlir.  İstiazə  Allaha  pənah  aparmaq,  Allaha  sığınmaqdır.  “Nəhl”  surəsinin  99-cu 

ayəsində buyurulur: “O yalnız Onu rəhbər seçənlər üzərində hakimiyyətə malikdir.” (İnnəhu ləysə ləhu 

sultanun  ələlləzinə  amənu  və  əla  Rəbbihim  yətəvəkkəlun.)  Allaha  sığınmaq  təkcə  Quran  ayələri 

oxumaqla  xülasələşmir.  Bu  bir  qədər  geniş  məsələdir.  İnsanın  yaranışında  məqsəd  onun  təkamülü, 

kamilləşməsidir. Bu yolda insanın əsas düşmənlərindən biri İblisdir. İblis and içib ki, Allahın şərəfli 

yaranmış qərar verdiyi insanı bədbəxt etsin. O bu yolda cinlərdən və insanlardan istifadə edir. Bu işdə 

insanın əmmarə nəfsi  onun əsas düşmənlərindəndir. İnsan şeytanın hücumları qarşısında zəif və aciz 

qalır. İnsanın bu hücumlar qarşısında möhkəm sığınacağa ehtiyacı var. İnsan bu hücumlardan qaçaraq 

daim  deyir:  “Əynəl  məfərr”  yəni  sığınacaq  yeri  haradadır?  Sığınacaq  axtaran  insana  ilahi  bir  pıçıltı 

gəlir: “Allaha doğru qaçın, çünki mən Allah tərəfindən xəbərdarlıq edən, aydınladan biriyəm.” (Fə firru 

iləllahi  indi  ləkum  minhu  nəzirun  mubin;  Zariyat  surəsi,  ayə  50)  Nəticə  alırıq  ki,  istiazə  dedikdə 

istənilən  bir  şəraitdə  qorxu  və  təhlükəyə  qalib  gəlmək  üçün  Allaha  sığınmaq  nəzərdə  tutulur:  “Əuzu 

billahi  minəşşeytanil-ləinil  rəcim.”  İstiazə  şeytanın  caynağından  qaçıb  Allaha  sığınmaqdır.  Təbii  ki, 

burada  şeytanın  öz  hücumu  nəzərdə  tutulmur.  Gizli  və  aşkar  qüvvələrin  təsiri  şeytanın 

hücumlarındandır.  İnsan  yalnız  Allaha  sığınmaqla  xilas  ola  bilər.  Bütün  işlərdən  əvvəl  və  sonra  bu 

zikri  oxumaq  təsirlidir.  Evdən  çıxarkən,  Quran  oxumağa  başlayarkən,  kitab  mütaliəsindən  öncə, 

kompyuter arxasına keçərkən, saytlara baxarkən bu zikri oxumaq təsirlidir. Bu zikr dağıdıcı qüvvələr 

qarşısında bir sipərdir. Bu zikr eyni zamanda insan qəlbini vəsvəsələrdən, şəkk-şübhələrdən qoruyur. 

Bacardığımız qədər bu cümləni zikr etməliyik. 

2.Bismillahir-Rəhmanir-Rəhim deməyin təsiri 

Bismillahir-Rəhmanir-Rəhim  cümləsi  haqqında  çox  yazılıb.  Doktor  Nəqipur  Quran  ayələri  barədə 

düşünmək mövzusunda yazdığı kitabda maraqlı nöqtələrə toxunur. Kitabda belə bir hədis yada salınır: 

“Günah  qapılarını  “istiazə”  ilə  bağlayın,  Rəhmət  qapılarını  Allahın  adını  zikr  etməklə  açın.” 

(“Mizanul-Hikmə”, c. 8) 

İstiazədə dağıdıcı qüvvəni zərərsizləşdirmək gücü var. İstiazə şeytanın hücum vasitələrini məhv edir. 

Bismillahda isə quruculuq var. Nəfsin tərbiyyəsində, imanı gücləndirməkdə, səbr və ehsanda Bismillah 

deməyin təsiri böyükdür. 

Hər bir işdən qabaq Bismillah demək ilahi rəhmətin nazil olmasına, bağlı qapıların açılmasına səbəb 

olur. Bismillahın çox zikr olunması insan həyatına ilahi ətir verir. Bismillahı çox oxuyan insan salamat 

qalır, şərdən uzaq olur. 

İmam Baqir (ə) buyurur: “Səmadan enən bütün kitablar Bismillahla başlayır. Bismillah dedinsə özündə 

qorxuya yer vermə. Bismillah dediyin zaman səni yerlə göy arasında qoruyarlar.” (Şeyx Səduq, Xisal, 

c. 8, səh. 172) Həzrət peyğəmbər haqqında yazırlar: Həzrət peyğəmbər mənzilə daxil olanda və Qüreyş 

onun  ətrafına  toplananda  uca  səslə  Bismillah  deyərdi.  Həzrətin  Bismillah  sözündən  sonra  Qüreyş 

tələsik dağlışardı.  

Müqəddəs  Bismillah  zikri  Nuh  peyğəmbərin  gəmisini  təhlükəli  tufan  zamanı  qorudu.  Həzrət  Nuh 

gəminin  üzərinə  öz  əli  ilə  Bismillah  yazmışdı.  Demək,  Bismillah  zikri  insanı  yerin  və  göyün 

bəlalarından  qoruyur.  Heç  zaman  Bismillahı  yaddan  çıxarmayın.  Yatdığınız  zaman,  yuxudan 

oyandığınız  zaman,  mütaliə  zamanı,  evə  daxil  olanda,  evdən  çxanda,  yeməyə  başlayanda,  hamama 

gedəndə,  bir  sözlə,  bütün  işlərdən  qabaq  Bismillah  demək  adətiniz  olsun.  Şeyx  Abbas  Qummi 

Məfatehdə tövsiyə edir ki, evin qapısına Bismillah yazılsın. 

Həqiqətən Bismillahir-Rəhmanir-Rəhim zikri Allah tərəfindən insanın salamatlığı üçün bir zəmanətdir. 

Bismillah deyin və özünüzü mənfi enerjilərin hücumu qarşısında Allahın pənahında hiss edin. 

İstiazə və Bismillah zərərli dalğaların əhatəsində insanı qoruyan və ona yol açan iki mühüm vasitədir. 



 

12

 



 

3.Quran qiraəti ilə nemətə çatmaq və şərdən uzaqlaşmaq 

Quran qiraəti insanı şər və bəladan uzaqlaşdırır, şeytan vəsvəsələrinin qarşısını alır, ilahi rəhmətin nazil 

olmasına səbəb olur. Evdə, bir məkanda Quran səsi ucalanda oranın fəzası şeytanın zəhərli çirkabından 

paklanır. 

İmam  Sadiq  Əmirəlmöminin  Əlidən  (ə)  belə  nəql  edir:  “Quran  oxunan,  Əziz  və  Cəlil  Allahın 

xatırlandığı evdə bərəkət artar, mələklər orada olar, əhrimənlər oranı tərk edər, bu ev səma əhlinə işıq 

saçar. Necə ki, ulduzlar yerə işıq verir. Quran oxunmayan, Əziz və Cəlil Allahın xatırlanmadığı evdə 

bərəkət azalar, mələklər oranı tərk edər, əhrimənlər orada olar, bu evin fəzası zəhərlənər, şər və fəsadla 

dolar.” (Quranda tədəbbür araşdırmaları, səh. 80) 

Demək, Quranla çox ünsiyyət, onu gözəl səslə oxumaq ilahi bərəkət və mələklərin gəlişinə səbəb olar. 

Bu  yolla  həmin  evdə  asayiş  və  salamatlıq  yaranar.  Evdə  Quran  oxunmaması  orada  şeytanları 

fəallaşdırar, asayişi aradan qaldırar. 

Valideynin əsas məsuliyyətlərindən biri evdə gözəl səslə Quran oxumaqdır. Quran avazı evdəki mənfi 

enerjini uzaqlaşdırır, dolayı yolla ev əhlinin ruhiyyəsini dəyişir. 

Çalışaq ki, hər gün ən azı Qurandan on ayə oxuyaq. Bu ayələr barədə düşünək. Beləcə, Allahın izni ilə 

qəlblərimiz və mənzillərimiz zülmət və zərərli dalğalardan hifz olsun, nuraniləşsin. 

4.Cin surəsini oxumaqla cinlərin gözdəyməsinin qarşısnın alınması 

Quran  araşdırmaçıları  düşünürlər  ki,  Cin  surəsində  gözə  görünməyən  mövcudlar  haqqında  danışılır. 

Surədə  onların  dinə  və  peyğəmbərə,  eləcə  də  məada  imanından  söz  açılır.  İmam  Sadiq  (ə)  buyurur: 

“Kim “Cin” surəsini çox oxusa həyatı boyu ona cin gözdəyməsi, sehr-cadu, hiylələr təsir göstərməz, 

Həzrət  Məhəmmədlə  (ə)  yoldaş  olar...”  (Təfsiri-Nümunə”,  c.  25,  s.  98)  Belə  bir  qənaətə  gəlirik  ki, 

insana  təkcə  ətrafdakı  insanların  yox,  gözə  görünməyən  cinlərin  də  gözdəyməsi  zərbə  vurur.  Bunun 

qarşısını  almaq  üçün  ardıcıl  şəkildə  cin  surəsini  oxumaq  lazımdır.  Xüsusi  ilə  dini  geyim  insanı  pis 

gözdən  qoruyur.  “Cin”  surəsini  oxumağın  savabı  barədə  həzrət  Peyğəmbər  (s)  buyurur:  “Kim  “Cin” 

surəsini  oxusa  peyğəmbəri  təsdiq  və  təkzib  etmiş  cin  və  şeytanların  sayı  qədər  qul  azad  etməyin 

savabını qazanar.” (“Təfsiri-nümunə”, c. 25, s. 98) 

5.Məuzəteyn (Nas və Fələq surələri) şərə qarşı 

Qurani-Kərimin  iki  son  surəsi,  “Fələq”  və  “Nas”  surələri  şərrin  uzaqlaşdırılmasında  ən  təsirli  surələr 

sayılır.  Məsumların  buyuruqlarında  bu  həqiqət  təsdiqlənir.  Söhbətimizin  əvvəlində  qeyd  etdik  ki, 

bəziləri gözdəyməyə münasibətdə ifrata varır, göz dəyər deyə sevinclərini, uğurlarını gizlədirlər. Onlar 

hətta pis geyinirlər ki, onlara göz dəyməsin. Danışanda şikayətlənirlər ki, gözdəymədən qorunsunlar. 

Bir şəxs İmam Rizadan (ə) bu barədə soruşdu. İmam buyurdu: “Gözdə təsir var. Əgər gözün təsirindən 

qorxursansa  əllərini  çöhrən  bərabərində  qaldır  (qunut  vəziyyətində)  “Həmd”,  “Tövhid”,  “Nas”  və 

“Fələq” surələrini oxu. Sonra əllərini alnına çək, Allahın izni ilə faydası olar.” (“Biharul-Ənvar”, c. 92, 

s. 192)  

İmam  Sadiq  (ə)  buyurur:  “Diqqəti  cəlb  edəcək  görkəmdə  evdən  çıxdığınız  zaman  gözdəymədən 

qorunmaq üçün “məuzəteyn” oxuyun.” (“Biharul-Ənvar”, c. 92, səh. 330) 

Həzrət  Peyğəmbərdən  (ə)  nəql  olunmuş  hədisdə  deyilir:  “Allah  gözəldir  və  gözəllikləri  sevir.  Allah 

bəndəsində öz nemətinin əsərini görəndə razı qalır. Allah razı deyil ki, kimsə özünü yoxsul göstərsin, 

özünə yoxsul görkəmi versin.” (“Kənzül-Ummal”, h. 17166) 

İslam  təlimlərində  nəinki  özünü  yoxsul  göstərmək  bəyənilmir,  ətrafdakıların  ruhiyyəsinə  mənfi  təsir 

göstərəcək  əksər  işlər  qadağan  olunur.  Əgər  insanların  nemətlərə  malik  olması  gözdəyməyə  səbəb 

olursa vəzifəmiz nədir? Əgər insan Quran göstərişləri və İslam təlimlərindəki göstərişlərə əməl edərsə 

xoşbəxt  olar  və  xürafatdan  uzaqlaşar.  İmam  Sadiqin  (ə)  nürani  tövsiyyələri,  Həzrət  Peyğəmbərin  (s) 

göstərişlərindən  aydın  olur  ki,  insanın  özünə  gözəl  görkəm  verməsi  vəzifə  olduğu  kimi,  pis  gözdən 

görünmək üçün “məuzəteyn” oxuması da zəruridir. “Məuzəteyn” oxuyan insan sanki pis göz qarşısında 

zireh rolu oynayan zikrdən libas geyinir. 

Şər qüvvələrin gözə görünməyən hücumları 

Din alimləri və Quran araşdırmaçıları bu fikirdədirlər ki, şər qüvvələr üç yolla insana yaxınlaşır. 




Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə