Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

9

 



Elm bu barədə nə deyir?  

 

Göz  fiziki  baxımdan  çox  mürəkkəb  quruluşa  malikdir.  Göz  üzərində  elmi  araşdırmalar  nəinki 



gözdəymənin təsirini rədd etmir, hətta bəzi gözlərdə xüsusi maqnit qüvvəsinin olduğu bildirilir. Gözdə 

olan  metafiziki  qüvvə  elm  əhlinin  diqqətini  cəlb  edib.  Hazırda  böyük  elmi  mərkəzlərdə  tanınmış 

alimlər insan ruhunun malik olduğu enerjilər üzərində araşdırma aparır. Onlar inanırlar ki, insanda elə 

bir  enerji  var  ki,  nəinki  bir  əşyanı  yerindən  tərpədir,  hətta  lazer  şüası  kimi  məhv  etməyə  qadirdir. 

Gözün dağıdıcı qüvvəsi insanın daxili enerjisindən asılıdır. Bu təsirlər xarici və daxili amillərlə bağlı 

güclənib zəifləyə bilər. Hipnotizm, telepatya kimi sahələr insan ruhunun gücündən danışır. Gözdəymə 

insan ruhunun malik olduğu enerjinin kiçik bir hissəsidir. 

Maqnit  enerjisində  güc  və  dalğa  uzunluğu  meyarları  var.  Bu  enerji  və  dalğa  uzunluğunu  artırmaq 

mümkündür.  İnsan  ruhunun  belə  imkanları  var.  Nəinki  insanda,  hətta  heyvanda  belə  istedadlar 

mövcuddur. Onlar öz gözlərindən şüa buraxırlar. (“Təfsiri-Nümunə”, “Əl-Mizan”, “Nəsim”...) 

Gözdəymə  oradan  başlayır  ki,  ətrafda  nəsə  insanın  diqqətini  cəlb  edir,  onun  ruhunu  təsirləndirir.  Bu 

zaman  ruhun  həmin  əşyaya  mənfi  enerji  verməsi  mümkündür.  Ruhşünas,  insanşünas  alimlər  insanda 

metafizik  qüvvənin  olduğunu  təsdiqləyirlər.  İnsanda  bu  günə  qədər  sonadək  araşdırılmamış 

xüsusiyyətlər  var.  Bu  xüsusiyyətlərdən  biri  onun  əsnəməsidir.  Biri  qarşınızda  əsnədiyi  zaman  sizdə 

ondan  təsirlənmə  olurmu?  Diqqət  yetirmisinizmi  ki,  bir  şəxs  əsnəyəndə  onun  yaxınlığındakı 

insanlardan  da  əsnəyənlər  olur.  Ətrafdakı  insanların  şadlığı,  qəm-qüssəsi  insan  ruhuna  təsir  göstərir. 

İnsanın gözü, qulağı, bədən üzvləri sadəcə vasitədir. Enerji mənbəsi isə ruhdur. 

Nəticə  olaraq  deyə  bilərik  ki,  gözdəyməni  inkar  edənlər  bütün  hadisələri  ağıl  əsasında  izah  etməyə 

çalışanlardır.  Amma  onlar  unudublar  ki,  insan  ağılı  metafizik  hadisələrin  izahında  acizdir.  Onlar 

kifayət  qədər  dəlil  tapmadıqlarından  həmin  hadisəni  inkar  edirlər.  Hansıki  özləri  də  şahiddirlər  ki, 

gözdəymə hadisəsi var. 

 

Heyvanların gözündə enerji nümunələri 



Tısbağanı misal göstərə bilərik. Bu heyvan üzərində araşdırma aparan alimlər təsdiqləyirlər ki, tısbağa 

yumurta qoyduqdan sonra ona baxmaqla, bir növ gözünü yumurtaya zilləməklə onu mayalayır, inkişaf 

etdirir. Sonda yenə də yumurtaya baxmaqla onu çartladır və bala tısbağa yumurtadan çıxır.  

 

Balıqlarda necə göz təsiri varmı? 



 

Taylandda maraqlı bir balıq növü var. Bu balıqların cütləşməsi və toxum qoyması yalnız baxışladır. 

Araşdırmalar  göstərir  ki,  itlər  insanın  gözünə  baxmaqla  onun  fikirini  oxuyur.  Təsadüfi  deyil  ki,  itlər 

adətən ondan qorxmayan insana hücum etmir. 

Bayquşun da baxışında əsrarəngiz təsir var. Tədqiqatlar göstərir ki, bayquşun görmə gücü insandan 82 

dəfə güclüdür. Bayquş adətən qarşısında olan heyvanı ovlayır. O gözlərini heyvana zilləməklə bir növ 

onu sehirləyir və həmin heyvan hərəkət edə bilmir. Qədim dövrdən bu günə qədər hindli mürtəzlar öz 

əsrarəngiz güclərini nümayiş etdiriblər. Bu gün də Hindistana turist səfərinə gedənlər buna şahid olur. 

Mürtəzlar  göz qüvvəsi  ilə  qatarı  dayandırır, insanlara  təsir  göstərirlər.  Onlar  gözləri  ilə  hərəkət  edən 

nəqliyyat vasitəsinə təsir etmək qabiliyyətinə malikdirlər.  

Elə qədim dövrlərdə də gözü ilə dəmir əşyanı, məsələn qaşığı əyənlər olub. Gözü ilə elektrik lampasını 

yandırıb söndürənlər var. Bu mövzuda nümunələr kifayət qədərdir. 

 

Müəllifin gördükləri, oxuduqları və eşitdikləri 



 

İctimai  həyatda  rastlaşdığımız  bəzi  hadisələrə  insanlar  fərqli  ad  qoyur.  Eyni  hadisələri  bəziləri  şans, 

iqbal,  bəxt,  uğur  nişanəsi,  gözdəymə  adlandırırlar.  Psixoloqların  yanında  oturub  gələn  xəstələri 

dinləsək çox maraqlı hadisələrlə rastlaşarıq. 




 

11

 



Biri deyir ki, bir evə qonaq getmişdim. Elə yenicə oturmuşdum ki, evin çilçırağı (lüster) gözlənilməz 

şəkildə  çartladı.  Hansıki  mən  çilçıraqa  maraqla  baxmamışdım.  Başqa  biri  danışır  ki,  qohumun  uşağı 

oynadığı zaman mən ona baxan kimi yerə yıxıldı. Yerə yıxılandan sonra burnu qanadı. Mən bu uşağı 

çox sevirəm. Baş vermiş hadisə məni üzdü. 

Üçüncü bir şəxs deyir ki, sevdiyim uşaqlara baxdığım zaman hökmən bir hadisə baş verir. Ya yıxılırlar 

ya da nəsə bir hadisə olur. 

Müraciət  edənlərdən  biri  bu  gün  çoxlarının  rastlaşdığı  bir  haldan  danışır.  Deyir  ki,  mənim  özümə 

gözüm  dəyir.  Elə  ki,  zehnimdən  keçir  ki,  uzun  müddətdir  həkimə  getmirəm  dərhal  xəstələnirəm. 

Düşünürəm ki, xeyli vaxtdır həyat yoldaşımla yaxşı keçinirik. Elə həmin gün evdə bir hadisə baş verir. 

Bir  xəstə  deyir  ki,  ailə  üzvlərimiz  çox  səmimi  idi,  ailədə  mehribançılıq  hökm  sürürdü.  Bizimlə  yeni 

tanış  olub  evimizə  get-gəl  edən  insanlar  çox  xoşbəxt  ailə  olduğumuzu  deyirdilər.  Çox  çəkmədi  ki, 

ailədə  münasibətlər  pozuldu.  Başqa  biri  deyir  ki,  həyat  yoldaşımın  işi  çox  yaxşı  idi.  Bundan  çoxları 

xəbər  tutmuşdu  və  deyirdilər  ki,  filankəsin  işi  yaxşıdır.  Bir  müddət  sonra  heç  bir  obyektiv  səbəb 

olmadan onun işləri pozuldu. Bir şəxs deyir ki, dostumun evinə getmişdim. Qəfəsdə gözəl bir quş var 

idi. Mən sadəcə dedim ki, çox gözəl bir quşdur. Elə orada olduğum zaman quş öldü. 

 

Bu barədə nə yazırlar? 



 

Gözdəymə ilə bağlı mütəxəssislərin və sadə insanların təcrübələri barədə yazılar çoxdur. Oxuyuruq ki, 

Azərbaycan kəndlərindən birində bir kişi var imiş. Bu kişi evdən çıxdığı zaman nəyə baxırmışsa həmin 

şey  aşırmış,  yerə  deyirmiş.  Bu  insanın  fövqəladə  ruhi  gücü  var  imiş.  Kənd  camaatı  ondan  xahiş 

edibmiş ki, bayıra çıxanda yalnız yerə baxsın.  

Başqa bir məqalədə yazılır ki, bir şəxs inəyin üstündə yük aparırmış. Onunla yolda rastlaşan şəxs çox 

gözəl  inəkdir  deyir.  İnək  yerindəcə  çabalayıb  ölür.  Oxşar  bir  hadisədə  heyvana  baxan  insan  onu 

tərifləyir və bu heyvan yerə yıxılır. Baxan şəxs deyir ki, onun gözündə öldürücü bir qüvvə var sadəcə 

heyvanın  belində  olan  çubuq  növü  bu  baxışı  bir  qədər  zərərsizləşdirib.  Aydın  olur  ki,  bəzi  əşyalar 

dalğanın qarşısını alır. Təsadüfi deyil ki, insanlar bəzən gözdəymənin qarşısnı almaq üçün maşına və 

ya  evin  qapısına  etiqad  bəslədikləri  bir  əşya  və  ya  bitki  taxırlar.  Məhşur  əhvalatdır  ki,  Vərzqan 

kəndlərindən  birində  camaat  quyu  qazdığı  zaman  bir  daşa  çatır.  Heç  vəchlə  daşı  qıra  bilmirlər.  Bu 

zaman bir şəxs quyunun başına yaxınlaşıb diqqətlə daşa baxmağa başlayır və deyir ki, necə də böyük 

daşdır. Elə həmin an daş çartlayır. Biri nəql edir ki, qonşuda elektirik məmulatları satan bir şəxs var 

idi.  Dükanı  belə  əşyalarla  dolu  idi.  Bir  gün  dedi  ki,  dükana  daxil  olan  şəxs  dedi  nə  çox  çilçiraq  var. 

Göydə olan çilçıraqlar möcüzəli şəkildə qırılıb yerə töküldü. 

Bəzi təfsirlərdə “və in yəkadulləzinə kəfəru” ayəsi ilə bağlı deyirlər: Həsədçil, paxıl bir şəxs iki üç gün 

olardı yemək yemirdi. Qapıya çıxıb yoldan keçən qoyunlara baxır və deyir: “Mən bu günə qədər belə 

kök  qoyunlar  görməmişəm.  Qoyunlar  oradan  aralanmamış  yerə  yıxılırlar.  Kafirlər  bu  şəxsi  dəvət 

edirlər ki, o peyğəmbərə baxsın və onun baxışı ilə peyğəmbərə zərər dəysin. (Bu əhvalat əksər şiə və 

sünni mənbələrində nəql olunmuşdur.) 

Hər  birimiz  oxşar  hadisələrlə  rastlaşmışıq.  Bəzən  özümüz  belə  hadisələri  təcrübədən  keçirmişik.  Bu 

hadisələri danışmaqda məqsəd insanları həyəcanlandırmaq deyil. Bu bir həqiqətdir və gözün təsirinin 

qarşısını almaq üçün təklif olunmuş yollar var. Biz bütün bu hadisələri danışırıq və yollar göstəririk ki, 

insanlar gözün zərərli təsirlərindən qoruna bilsinlər. Gözün təsirini təsdiqləyən əhvalatlar çoxdur və biz 

hələlik yada saldığımız əhvalatlarla kifayətlənirik. 

 

 

İkinci pəncərə 



İslam gözdəymədən qorunmaq üçün nə təklif edir? 

Gözdəymədən  qorunmaq  üçün  nurani  ilahi  kəlamlarda  və  Əhli-beyt  (ə)  buyuruqlarında  müəyyən 

tövsiyələr yer alıb.  Şübhəsiz ki, hər birimiz ətrafdakı insanlarla ünsiyyətdə olanda, cəmiyyətə çıxanda 



Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə