Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

13

 



1.Xaricdən  hücumlar;  burada  azğın  təcavüzkarlar,  ovsunçu  fitnəkarlar,  paxıl  insanlar  nəzərdə  tutulur. 

Belə təsirlərin qarşısını almaq üçün fələq surəsini oxumaq lazımdır. 

2.Xaricdən vəsvəsə hücumları; Cin və insandan olan şeytanlar insanlarda daim şəkk-şübhə yaratmağa 

çalışır.  Onlar  çirkin  işləri  insana  gözəl  göstərmək  istəyirlər.  “Nas”  surəsini  oxumaqla  belə  təsirlərin 

qarşısnı almaq olar. 

3.Daxilimizdən  gələn  vəsvəsələr;  İnsanda  olan  əmmarə  nəfs  onu  günah  və  çirkaba  sürükləyir.  “Nas” 

surəsi  nəfsin  vəsvəsələrini  “Fələq”  sursəi  əməli  hücumları  əngəlləyir,  onların  qarşısnı  alır.  (Quranda 

tədəbbür araşdırmaları, s. 154) 

Belə  bir  qənaətə  gəlirik  ki,  insan  ruhunun  qidası  olan  Qurana  sarılmaqla,  “Fələq”  və  “Nas”  surələri 

kimi  təsirli  surələri  namazda  və  başqa  vaxtlarda  ardıcıl  şəkildə  oxumaqla  zəhərli  baxışların,  müxtəlif 

hücumların  qarşısını  almaq  mümkündür.  Əgər  bəzi  insanlarda  bu  enerjinin  güclü  olduğunu  hiss 

etmisinizsə  onlarla  rastlaşdığınız  zaman  və  ya  bundan  qabaq  özünüzü  ayələrin  sığınacağına  çatdırın, 

surələr oxumaqla, zikr və dualarla özünüzü qoruyun. 

 

 



Yazılı dualar 

Məsumların  buyruqlarında  gözdəymənin  qarşısını  almaq  üçün  yazılı  dualardan  istifadə  etmək  də 

tövsiyə  olunub.  Dini  mətnlərdə  oxuyuruq  ki,  Həzrəti  İbrahim  və  həzrəti  Musa,  eləcə  də  İslam 

peyğəmbəri bu yolla öz övladlarını gözdəymədən qoruyublar. ( Buxari, c. 94, s. 194)  

Həzrət  Peyğəmbər  (s)  Həsən  (ə)  və  Hüseyn  (ə)  üçün  bu  cur  dualar  oxuyardı:  “Sizi  hər  bir  şeytan, 

heyvan, və bəd nəzərin şərrindən Allahın kəlamlarına sığındırıram.” 

Həzrət  Əli  (ə)  buyurur:  “Gözdəymə  həqiqətdir  ona  qarşı  dua  da  həqiqətdir.”  (“Nəcül-bəlağə”,  qısa 

kəlamlar, 400) 

Müəmmər İbni Xaliq deyir : Xorasanda İmam Rizanın (ə) bazarlıq işinə baxırdım. Bir gün buyurdu ki, 

ona  bir  neçə  maddədən  hazırlanmış  ğaliyə  ətri  alım.  Ətri  gətirəndə  Həzrət  xoşhal  oldu.  Ətrə  baxıb 

buyurdu:  “Ey  Müəmmər!  Gözdəymə  həqiqətdir.  Bir    vərəq  götür  ,  həmin  vərəqə  Həmd,  İxlas,  Nas, 

Fələq surələrini və ayətul-kürsünü yaz, ətir şüşəsində yerləşdir. (“Biharul-Ənvar”, c. 95, s. 127) 

Nəticə  alırıq  ki,  dua  yazılması  və  duanın  qapıdan,  boyundan,  qoldan  asılması  dini  mənbələrdə 

təsdiqlənmiş bir işdir və gözdəymə qarşısında təsirlidir.  

Dua yazarkən bəsirətli olmaq 

Sual  yarana  bilər  ki,  İslamda  dua  yazmaq  tövsiyə  olunmuşdur?  Duanı  hər  adam  yaza  bilərmi?  Dua 

yazanlara  müraciət  etmək  bəlanın  qarşısını  alırmı?  Dua  yazan  insanın  hansı  xüsusiyyətləri  olmalıdır? 

Dua yazmaq üçün xüsusi zaman və şərait nəzərdə tutulmuşdur?   

Dua yazmaqla bağlı bəzi nöqtələr 

Əziz oxucular yaxşı bilirlər ki, duanı zəfəran və ya gülabla yazmaq tövsiyə olunub. Aydın olur ki, hər 

bir  insan  dua  yaza  bilər.  Təbi  ki,  iman  əhli  və  həqiqi  alimlərin  və  eləcə  də  Quran  əhlinin  sözü  və 

qələmi təsirlidir. Onlar dua yazarkən bu sözlərdə xüsusi təsir ola bilər.  

 

Gözdəyməyə qarşı dua yazmaq 



 

Sualı  cavablandırmazdan  qabaq  deməliyik  ki,  müəllif  gözdəymə  mövzusu  ilə  çox  maraqlanıb.    Bu 

mövzuda bir çox suallar aktual olaraq qalır. Mən bu barədə böyük ustadlardan soruşmuşam və onların 

cavablarını nəzərinizə çatdıracağam. Amma xoş bir məqsədlə adlarını çəkməyəcəyəm.  

Alimlərlə  söhbətlərdə  və  rəvayətlərdə  duayazan  kəlməsinə  rast  gəlmədim.  Amma  qədim  zamandan 

alimlər dua yazıblar. Rəbbani  alimlərin qələmlərində şəfaverici təsir olub.  

Amma dua yazmağın mümkünlüyü ilə bağlı araşdırmalarda şahid olduq ki, sünni və şiə mənbələrində 

dua  yazmaq  məqbul  sayılır.  Xüsusi  ilə  şiə  mənbələrində  buna  yer  verilib.  Tövsiyə  olunur  ki,  belə 

duaları boyun və ya qoldan assınlar. İnsan yaşadığı yerdə, iş yerində də bu duaları asa bilər. Harada 



 

14

 



gözdəymə  ehtimalı  çoxsa  bu  işə  daha  çox  müraciət  olunur.  Məsum  İmamların  dövründə  insanlar 

İmamlardan dua istəyirdilər.  

Məhəmməd  ibni  Harub  İmam  Baqirə  (ə)  məktub  yazır,  cinlərin  uşaqlara  təsirinə  qarşı  dua  istəyir. 

Həzrət öz xətti ilə iki dua yazır. (“Biharul-Ənvar”, c. 92, s. 113)  

İmam Sadiq (ə) buyurur: “Dua sehri gücdən salır. Duanı kağıza yazıb boyundan asın.” (Həmin mənbə) 

Gözdəyməyə qarşı İmam Rizanın (ə) tövsiyəsi var ki, Həmd, Nas, Fələq, Tövhid, surələri və Ayətəl-

kürsünü bir kağıza yazsınlar. (Həmin mənbə)  

Şeyx  Abbas  Qummi  “Məfatihul-Cinanda”  Şeyx  Kəfəminin  “Məfatihul-Qeyb”  kitabından  nəql  edir: 

“Hər  kəs  Bismillah  sözünü  yazıb  evin  qapsına  vursa  bədbəxtlikdən  amanda  qalar-hətta  kafir  olsa!” 

(“Məfatihul-Cinan”, s. 1085) 

Bir şəxs İmam Rizaya (ə) babasil xəstəliyindən şikayətlənir. Həzrət buyurur ki, “Yasin” surəsini balla 

yaz və suyunu iç.” (“Biharul-Ənvar”, c. 95, s. 82) Nəzərdən keçirdiyimiz rəvayətlərdən aydın olur ki, 

həyatın çətin vaxtlarında problemlərlə qarşılaşan zaman ayə və rəvayətləri yazıb boyundan və ya evdən 

asmağın faydası var.  

Sual  olunur  ki,  hər  bir  insan  öz  ehtiyacına  uyğun  dua  yaza  bilərmi?  Rəvayətdə  “yaz”  göstərişi 

verildiyindən aydın olur ki, bu işi hər bir adam özü görə bilər. Dua və ərizə yazmaq təvəssül və istiğasə 

üsullarındandır. Bunu yazdığın zaman nə qədər imanlı, diqqətli və ümidli olsan bir o qədər təsirlidir. 

(“Biharul-Ənvar”,  c.  92,  göz  babı)  Amma    dua  yazarkən  bəzi  şərtlərə  əməl  etmək  lazımdır.  Dəyərli 

ustad  Quran  təfsirçisi  doktor  Əhməd  Abidini  maraqlı  bir  tövsiyə  verir:  “Duaları  qələmlə,  İran 

kağızlarına və samana yazın. Bunun hikməti var.” 

Dua  yazdırarkən  nəzərdə  saxlamaq  lazımdır  ki,  dua  yazanın  iman  və  diqqəti  təsirsiz  deyil.  Qədim 

zamanlardan  xəstəlik  və  bəla  ilə  üzləşənlər  dua  yazanlara  müraciət  ediblər.  Bu  duaların  təsirindən 

faydalananlar  olub.  Bəziləri  dua  yazan  kimi  məhşurlaşıb.  Pak  nəfsli,  təqvalı,  alim  insanların  yazdığı 

duaların bəla və xəstəliklərə təsirini inkar etmək olmaz. Belə pak insanlardan dua istənilməsi müsbət 

ənənədir. Belə dua yazanlar Allahın razılığını qazanmaq niyyəti ilə mötəbər kitablara müraciət etmiş, 

xalqın  problemlərini  aradan  qaldırmaq  üçün  dualar  yazmışlar.  Uşaqlıq  dövründən  xatirələrim  var  ki, 

pak  seyid  ruhanilər  belə  işlərdə  xalqın  ümid  yeri  olublar.  Dua  yazanın  xalis  niyyəti,  qəlbən  etiqadı, 

müraciət edənin imanı duanın təsirində rol oynayır. Təbii ki, belə pak insanlarla yanaşı dua yazmağı 

özünə  peşə  edən  işbazlar  da  var.  Onların  yeganə  məqsədi  xalqdan  pul  qoparmaqdır.  Belə  dua 

yazanların əksəri savadsız olur. Müqəddəs İslam və sağlam ağıl insana göstəriş verir ki, dua üçün pak 

insanlara  müraciət  olunsun.  Quran  oxumağın,  dua  və  tövbənin  insanın  taleyinə  təsiri  danılmazdır. 

Həzrət Əli (ə) buyurur: “Dua möminin sipəridir.” (“Üsuli-Kafi”, c. 4, s. 214) 

İmam Sadiq (ə) buyurur: “Dua dəmir nizədən iti və təsirlidir.” (“Üsuli-Kafi”, c. 2, s. 267) 

İmam Sadiq (ə) buyurur: “Dua ərşin qəti qəza-qədərini dəyişər.” (“Üsuli-Kafi”, c. 4, s. 469) Belə bir 

nəticə çıxarırıq ki, dua yazmaq və dua oxumaq mühüm mənəvi işlərdəndir. Allah-taala bu işləri varlıq 

aləmindəki  müəyyən  dəyişikliklər  üçün  təsirli  edib.  Bu  baxımdan  varlıq  aləminin  həqiqətləri  təkcə 

fiziki hadisələrə bağlı deyil. 

 

 



Dua yazana müraciət edə bilərikmi? 

Xüsusi  hallarda  bizə  icazə  verilib  ki,  sehr  və  cadunu  təsirsizləşdirmək  biliklərinə  malik  dua  yazana 

müraciət  edək.  Sehr-cadu  gözdəymədən  fərqli  hadisədir.  Sehr  dağıdıcı  həqiqətlərdəndir,  insanlar 

arasındakı münasibətləri, dostluğu aradan qaldırır, kin-küdurət yaradır. Sehr-cadu İslamda haram əməl 

sayılır. Həzrət Peyğəmbər (s) buyurur: “Sehr-cadu edən məndən deyil.” (“Mustədrək”, c. 12, səh. 111) 

Bəzən  insanlar  arasında  sevgi-məhəbbət  yaratmaq  üçün  də  sehr-zadudan  istifadə  olunur.  Bu  iş  də 

lənətlənib.  Sehr-cadu  ilə  insanların  qəlbinə  yol  tapıb  onun  var-dövlətinə  sahib  durur,  dilini  bağlayır, 

ona əzab-əziyyət vermək üçün cinlər göndərirlər. 




Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə