Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

3

 



2.Birinci  dünya  müharibəsinin  qızğın  çağında  belə  bir  şayiə  yayılmışdı  ki,  əgər  bir  kibrit  çöpü  ilə  üç 

siqaret  yandırılsa  üçüncü  şəxs  ölməlidir.  Bu  xurafat  həmin  dövrdə  kibrit  fabriklərinə  böyük  fayda 

verirdi. 

3.Hindistanda  qadın  körpəsini  qucağına  alanda  onu  gözdəymədən  qorumaq  üçün  iki  qaşının  arasına 

rəngli xal qoyurlar. (Hövzənin xüsusi buraxılışı, xurafatla mübarizə...) 

4.Bəzilərində belə bir əqidə var ki, qız xörək bişirərkən mahnı oxuyarsa ərsis qalır. 

5.Orta  əsrlərdə  Avropada  xəstələrlə  amansız  rəftar  olunurdu.  Bəzi  xəstəliklərə  görə  keşişlər  xəstələri 

döyürdülər ki, guyə bədənə daxil olmuş cinlər ondan uzaqlaşsın. 

6.Qaranlıq cahiliyyət dövründə xurafat zirvə nöqtəsinə çatdı. Dəvə saxlayanlar arasında belə adət var 

idi  ki,  dəvələrin  sayı  100-ə  çatanda  dəvənin  bir  gözünü  kor  edərdilər.  Dəvələrin  sayı  100-ə  çatanda 

onun  iki  gözünü  kor  edərdilər.  Bununla  gözdəymənin  qarşısını  alacaqlarını  düşünürdülər.  İslamın 

zühurundan  sonra  həzrət  Peyğəmbər  onları  bu  əməllərdən  çəkinməyə  çağırdı.  1400  il  öncə  İslam 

peyğəmbərinin əmri ilə heyvanlarla amansız rəftar edilməsi qadağan olundu. 

Bir  sözlə  bəşər  tarixində  ən  çox  yayılmış  xürafatlardan  biri  bəd  nəzər,  göz  dəyməsidir.  Hətta  xalq 

arasında  belə  inam  var  ki,  bəzilərinin  gözündə  fövqəladə  güc  var  və  bir  baxışla  insanı  məhv  edə 

bilərlər.  Gözdəymə  ilə  bağlı  həqiqət  xürafata  elə  qarışıb  ki,  xürafatı  həqiqətdən  ayırmaq  çətin  olub. 

Təkcə  müsəlmanlar  arasında  yox,  bütün  dünyada,  o  cümlədən  Qərbdə  xürafat  rüsvayçı  həddə 

cəmiyyəti bürüyüb. 

 

İslam xürafata qarşıdır 

 

Xürafat bütün peyğəmbərlərin, o cümlədən İslam peyğəmbərinin dövründə olub. İlahi peyğəmbərlərin 



əsas  vəzifələrindən  biri  xürafatla  mübarizədir.  Xürafat  olan  yerdə  dini  dəyəri  gündəmə  gətirmək 

mümkün deyil. Buna görə də öncə xürafat aradan qaldırılmalıdır. Bütün ilahi peyğəmbərlər insanların 

fitrətini oyatmağa, onları düşüncəyə sövq etməyə çalışıb. 

İslam peyğəmbəri süd anası olan Həlimə Sədiyyənin yanında idi. Bədəvi həyat yaşayan bu qadın çox 

mehriban idi. Peyğəmbər öz süd qardaşları ilə birlikdə səhraya getmək istəyəndə Həlimə Peyğəmbəri 

(s)  hazırlamağa  başladı.  Onun  saçlarına  yağ  çəkdi,  gözlərinə  sürmə  vurdu,  şərdən  qorunsun  deyə 

boynuna yəmən daşı asdı. O zaman peyğəmbərin üç yaşı olmazdı. Boynundan daşı açıb kənara qoydu. 

Sonra Həliməyə buyurdu: “ Anacan! Narahat olma. Bu nədir? Məni qoruyan Allahım var. (“Biharul-

Ənvar”, c. 15, səh. 392) 

Həzrət  Peyğəmbərin  (s)  oğlu  İbrahim  dünyasını  dəyişəndə  gün  tutulması  baş  vermişdi.  Camaat 

danışırdı  ki,  günəş  də  peyğəmbərin  oğlunun  ölümünə  görə  qəmgindir.  Həzrət  peyğəmbər  İbrahimin 

dəfnindən qabaq camaatı məscidə toplayıb minbərə qalxdı və buyurdu: “Günəş və ay Allahın iki qüdrət 

nişanəsidir. Günəş və ay kiminsə həyatı və ölümünə görə tutulmaz. Günəş və ay tutulanda Ayat namazı 

qılın.  “Sonra  minbərdən  düşdü  və  camaatla  birlikdə  Ayat  namazı  qıldılar.”  (“Əl-Durrul  Mənsur  fi 

Təfsiril-Məsur”, c. 3, s. 20) 

İslam peyğəmbəri bir gecə öz yaxınları ilə əyləşmişdi. Bir ulduz hərəkət etdi və bir qədər hərəkətdən 

sonra  söndü.  Həzrət  peyğəmbər  ətrafdakılardan  soruşdu:  “Cahiliyyət  dövründə  bu  barədə  nə 

deyirdilər?”  Cavab  verdilər:  “Bu  böyük  bir  doğuş  və  ya  böyük  bir  ölüm  nişanəsi  sayılırdı.”  Həzrət 

buyurdu: “Bu fəza hadisəsidir. İnsanların ölüm və həyatına aidiyyatı yoxdur.” (“Biharul-Ənvar”, c. 22, 

s. 155, 156) 

Yuxarıda nəql olunan hadisələrdən belə bir qənaətə gəlirik ki, həzrət Peyğəmbər (ə) öz ardıcıllarının, 

cəmiyyətin  diqqətini  Allaha  yönəltməyə  çalışırdı.  Varlıq  aləminin  yaranışı  barədə  insanları 

düşündürəcək söhbətlər edirdi.  

 

Kitabın məqsədi 

 



 

4

 



İnsanların  psixoloji  sağlamlığı,  fiziki  baxımdan  salamatlığı  üçün  gözdəymə  barədə  kitab  yazmaq 

qərarına  gəldim.  Bu  işdə  istinadım  dini  mətnlər,  İslam  təlimləri,  ayə  və  rəvayətlər  oldu.  Bu  çox 

əhəmiyyətli  mövzudur.  Həzrət  Peyğəmbər  (s)  buyurur:  Həqiqətən  göz  dəymə  insanı  qəbrə,  dəvəni 

qazana salar.” (“Biharul-Ənvar”, c. 63, s. 26) İmam Sadiq (ə) buyurur: “Əgər qəbrlər yarılsa görərsiniz 

ki,  ölənlərinizin  çoxu gözdəymədən  ölüb. Gözdəymə  həqiqətdir.” Başqa  bir məqamda  Peyğəmbər  (s) 

buyurub:  “Gözdəymə  həqiqətdir.  Hər  kəs  iman  qardaşının  əlində  olan  şeyə  təəccüb  etsə  Allahı  yada 

salsın ki, ona bir zərər dəyməsin.” (“Biharul-Ənvar”, c. 95, s. 227) 

Həzrətin nurani kəlamında iki mühüm nöqtə var: 

1.Heyrət və təəccüb. İnsan bir şeyi görəndə və ya eşidəndə gözün halı dəyişir. 

2.Allahın zikri. Allahı zikr etməklə gözün istehsal etdiyi mənfi enerji aradan qalxır. 

Beləcə, gözdəymə, bədnəzər, gözlə cadu qəbul olunmuş bir həqiqətdir. Bu hadisələri inkar etməyə əsas 

yoxdur. Çoxları bunu öz həyatında təcrübədən keçirib. Biz özümüz gözdəyməyə məruz qalmışıq, eləcə 

də gözümüzlə mənfi təsir göstərmişik. Bəziləri düşünə bilər ki, bu barədə danışmağın yeri var? İddia 

oluna  bilər  ki,  bu  barədə  danışmaqla  insanların  gözdəymə  qorxusunu  daha  da  gücləndiririk.  Əslində 

söhbətin necə təsir etməsi məqsəddən asılıdır. Bizim məqsədimiz gözdəymə ilə bağlı stresi, psixoloji 

gərginliyi aradan qaldırmaq, onun qarşısnı alacaq düzgün yolları göstərməkdir. 

 

Bəzi suallar 

 

Qeyd etdik ki, qədim dövrdən gözdə olan böyük enerjiyə etiqad olub. Əksər xalqlar, tayfalar arasında 



belə əqidə var. Bu barədə əfsanələr yaranıb, zərbülməsəllər deyilib. Ədəbiyyatda bu mövzuya tez-tez 

rast gələ bilərik. Bütün bunlar insan ruhunda olan böyük enerjidən danışır. Həmin enerjidən sui-istifadə 

tilsim,  cadu,  falçılıq  bazarını  qızışdırır.  Göz  dəymə  ilə  bağlı  etiqada  təkcə  cəmiyyətin  savadsız 

təbəqəsində rast gəlmirik. Təhsilli, yüksək elmi dərəcəyə malik insanlarda da belə etiqadlar var. (Şəmsi 

1385-ci ildə Tehranda maraqlı bir sosioloji sorğu aparılıb. 18-74 yaş arasında təhsilli insanlar arasında 

aparılan sorğu göstərib ki, 18-35 yaş arasında olanların gözdəyməyə inamı yaşı 40-dan yuxarı olanların 

inamından güclüdür.) 

Bütün  bunlar  onu  göstərir  ki,  insan  öz  həyatında  sirli  enerjilərdən  bəhrələnir.  Eyni  zamanda  belə 

enerjilər onu qorxudur. 

İbrahimi  dinlərdə  belə  hadisələrə  qarşı  atılacaq  addımların  müəyyənləşməsi  bir  növ  təhlükəsizliyin 

təminidir. Bu barədə bir neçə misal göstərək. 

Müasir həyatda ev tikmək üçün əlaqədar orqanlardan icazə almaq lazımdır. Həmin orqanlar tikinti ilə 

bağlı  müəyyən  qanunlar  qəbul  edib  və  ev  tikən  şəxs  bu  qanunlara  riayət  etməlidir.  Əgər  riayət 

olunmasa  cərimələrin  tətbiq  olunması  gözlənilir.  Əgər  məhdudiyyətlərin  nə  üçün  qoyulduğu  barədə 

soruşsaq  cavab  verilər  ki,  qanunlar  mütəxəssislər  tərəfindən  cəmiyyətin  təhlükəsizliyi  üçün 

tənzimlənib. Bina müəyyən standartlara cavab verməlidir ki, zəlzələ, tufan, sel kimi hadisələrə davam 

gətirə bilsin.  

 

Və  ya  Qırmızı  Aypara  cəmiyyəti  bəzən  zəlzələ  ilə  bağlı  manevr  tədbiri  keçirir.  Bu  zaman  insanlar 



güclü siqnal səsindən həyəcana gəlir. Səbəbi soruşulanda deyilir ki, bu hazırlıq gözlənilən təhlükənin 

qarşısını almaq üçündür. 

Dünya  səhiyyə  təşkilatı  qida  məhsulları,  dərman  pereparatları  ilə  bağlı  qanunlar  və  məhdudiyyətlər 

tətbiq  edir.  Bu  məhdudiyyətlərdə  məqsəd  insanları  xəstəlik  və  ölümün  caynağından  çıxarmaqdır. 

Mətbuat və televiziyada xərçəng, QİÇS xəstəliyi ilə bağlı aparılan verilişlər insanları həyəcanlandırsa 

da bu onların gələcəyi üçün zəruridir. 

Müəllif Əhli beyt (ə) xidmətçisi olaraq gözdəymədən danışmaqla insanları həyəcanlandırmaq, diqqəti 

bu hadisəyə yönəltmək fikirində deyiləm.  Əksinə mən insanların psixoloji sağlamlığı üçün bir həqiqət 

olan gözdəymə hadisəsinə düzgün yanaşma yollarını araşdırıram. Mən bunu özümə vəzifə bilmişəm və 

cəmiyyətin  gözdəymə  ilə  bağlı  məlumatlandırılması  faydalıdır.  Quran  və  məsumların  buyuruqlarına 




Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə