Ҝөздәјмәјә гаршы нә едим



Yüklə 278,86 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix06.02.2018
ölçüsü278,86 Kb.
#26442
1   2   3   4   5   6   7   8   9   10

 

7

 



Gözdəyməyə  verilən  bütün  təriflərdə  əsas  mövzu  zərər,  dağıdıcılıq,  nöqsan  yetirilməsidir.  Fars  dili 

ensiklopediyasında  deyilir:  “Kimin  gözündə  belə  bir  təsir  olduğu  ehtimal  edilirsə  ona  bəd  nəzər 

deyirlər.”  (Fars dili ensiklopediyasi, c. 4) 

Nəticə bu olur ki, nüfuzlu baxışlarla qarşı tərəfə zərər yetirilməsi göz dəymədir, və baxan şəxsə bəd 

nəzər deyirlər.  

 

Kimin gözü dəyir? 



 

Gözü dəyən insanlar haqqında çox danışılır. Bəziləri iddia edir ki, paxıl insanların gözündə belə təsir 

var. Onlar bir şeyi görüb xoşladıqda həsrət çəkirlər və xayınlıq hissi yaşayırlar. Bəziləri isə iddia edir 

ki,  gözündə  belə  təsir  olan  insanların  düşmən  olması  zəruri  deyil.  Dostlarda,  yaxın  insanlarda, 

rasltaşdığın  insanlarda  belə  təsir  ola  bilər.  Bu  insanların  həsəd  aparması  zəruri  deyil.  Onlar  bir  şeyə 

sevgi ilə baxdıqları zaman həmin şey təsirə məruz qala bilər. 

Bəziləri bir qədər də ifrata vararaq deyirlər ki, ana övladını çox sevdiyindən ona gözü dəyə bilər.  

 

Ayə və rəvayətlərdə nə deyilir?   



 

İslam  gözdəyməni  nəinki,  xurafat  saymır,  hətta  Qurani-Məciddə  bunun  həqiqət  olduğu  bildirilir.  Bir 

çox rəvayətlərdə də gözdəymənin təsiri məqbul sayılır. Hətta deyə bilərik ki, bütün insanların gözündə 

belə təsir var. Əsas məsələ odur ki, insanlar bir şeyə diqqətlə baxsınlar. Bu da bir həqiqətdir ki, bəzi 

insanların  baxışında  daha  böyük  enerji  var.  Dini  mətnlərdən  belə  bir  qənaətə  gələ  bilərik  ki,  gözün 

təsiri insanın pis olması ilə əlaqəli deyil. Bizim hər birimizin gözündə belə bir təsir var.  

 

Quran ayələrində gözdəymə  

 

Quran təfsirçiləri üç məqamda gözdəymə ilə bağlı ayələri yada salırlar.  



1.Gözdəymənin  açıq  şəkildə  təsdiqləndiyi  ayə  Qələm  surəsinin  son  ayəsidir.  Bir  çoxları  bu  ayəni 

divardan asır, iş yerində  hamının görəcəyi bir yerdə yerləşdirir və ya boynundan asır. Bu ayə “və in 

yəkadu” adı ilə məşhurdur.  

Bu  ayənin  nazil  olması  ilə  bağlı  təfsirlər  var.  Yazırlar  ki,  həzrəti  Peyğəmbər  (s)  bir  gün  məsciddə 

Quran  oxuyurdu.  Bir  qrup  şəxs  məscidin  qapısı  yanında  dayanıb  Peyğəmbərin  (s)  çölə  çıxmasını 

gözləyirdilər. Onların məqsədi gözləri ilə Peyğəmbərə (s) zərbə vurmaq idi. Cəbrail həzrət Peyğəmbəri 

(ə)  xəbərdar  etdi  və  bu  ayəni  öyrətdi  ki,  göz  təsirindən  amanda  qalsın.  Həzrəti  peyğəmbər  “və  in 

yəkadulləzinə kəfəru...” ayəsini oxuyaraq məsciddən sağ-salamat xaric oldu. (Təfsiri-Təsnim) 

Doğrudanmı bu ayə göz dəyməyə aiddir? Bəzi təfsirçilərin nəzərincə ayədə müşriklərin qəzəbli baxışı 

nəzərdə  tutulub.    Bəzi  təfsirçilər  isə,  düşmənlərin  gözdəymə  kimi  sirli  bir  qüvvədən  istifadə  edib 

peyğəmbərə zərbə vurmaq istədiyini deyir. Bəzi filimlərdə gözün belə təsirini müşahidə edirik. Kimsə 

gözü ilə lanpanı söndürür, metal qaşığı əyir, bir əşyanı sındırır.  

Bir qrup təfsirçi də ayədə sadəcə gözdəymənin nəzərdə tutulduğunu söyləyir. Onların nəzərincə İslam 

düşmənləri  Quran  ayələrini  eşidəndə  o  qədər  cazibə  görürdülər  ki,  qəzəblənirdilər,  və  gözləri  ilə 

Həzrəti  (ə)  vurmaq  isdəyirdilər.  Əllamə  Təbatəbai  nəzərdə  tutulan  ayənin  gözdəyməyə  aid  olduğunu 

vurğulayaraq  yazir:  “Göz  dəymə  nəfsani  təsirlərdəndir,  bu  hadisəni  inkar  etməyə  əqli  dəlil  yoxdur. 

Əksinə, müşahidə olunan hadisələr gözdəymənin həqiqət olduğunu təsdiqləyir.” (Əl-Mizan, c.19, səh 

648) 


Təsnim,  Nur,  Hidayət,  Nümunə  təfsirlərində  yuxarıdakı  ayə  və  Yusuf  surəsinin  67-ci  ayəsi 

gözdəymənin  dəlili  olaraq  vurğulanır.  İbni  Abbasdan  rəvayət  olunur  ki,  həzrət  Peyğəmbər  ayənin 

təfsiri ilə bağlı buyurub: “Gözdəymə həqiqətdir” (Əl-Durrul-Mənsur; Qələm surəsi, ayə 51) 

Bəli,  gözdəymədə  belə  əsrarəngizlik  var.  İnşallah  İmamın  (ə)  zühuru  dövründə  insanların  ixtiyarına 

veriləcək məarif çox mövzular üzərindən pərdəni qaldıracaq.  



 

8

 



Quranda  gözdəymə  haqqında  danışılması  bəzi  tənbəl  insanlar  üçün  bir  bəhanəyə  çevrilmişdir.  Onlar 

məsuliyyətdən yaxa qaçıraraq öz bacarıqsızlıqlarının və tənbəlliklərinin günahını gözdəymənin üzərinə 

yıxırdılar.  

Belə  bir  qənaətə  gəlirik  ki,  yuxarda  qeyd  olunan  ayəni  oxumaqla  insan    zərərli  baxışların  təsirindən 

qoruna bilər.  

1.Gözdəymə  ilə  bağlı  ikinci  ayə  Yusuf  surəsinin  67-ci  ayəsidir.  Həzrəti  Yusif  Əzizi-Misir  məqamına 

sahib  oldu.  Qıtlıqla  üzləşdilər.  Həzrət  Yaqub  buğda  almaq  üçün  övladlarını  saraya  göndərdi.  Həzrət 

Yaqub  yola  düşən  övladlarına  buyurdu:  “Ey  övladlarım!  Bir  qapıdan  daxil  olmayın,  ayrı-ayrı 

qapılardan girin.”  

Peyğəmbərin lətif sözləri onun qəlbindəki  ehtiyatdan danışır.  

Bir  tərəfdən  oğlanlarının  çoxluğu,  onların boy-buxunu,  digər  tərəfdən gözəllikləri  diqqəti  cəlb  edirdi. 

Ayrı-ayrı  qapılardan  daxil  olmaq  göstərişində  bir  ehtiyat  hiss  olunur.  Həzrəti  Yaqub  bu  yolla 

övladlarını  gözdəymədən  qorumaq  isdəyir.  Bəzi  təfsirçilər  iddia  edirlər  ki,  burada  gözdəymə  yox, 

onların  qətli  və  ya  həbsə  alınması  təhlükəsi  nəzərdə  tutulur.  Amma  əksər  təfsirçilər  burada  həzrəti 

Yaqubun  gözdəymədən  ehtiyatlandığını  deyirlər.  Nəticə  budur  ki,  gözdəymənin  qarşısını  almaq 

yollarından biri şəraitə uyğun rəftar etmək, diqqəti cəlb etməməkdir. 

... Gözdəymə ilə bağlı araşdırılan ayələrdən biri “Fələq” surəsinin 5-ci ayəsidir. Ayədə buyurulur ki, ey 

peyğəmbər, de ki, həsəd aparanların şərrindən Allaha sığınıram, o zaman ki, onlar həsəd apararlar.  

Bəzi  təfsirçilər  ayədə  gözdəymənin  nəzərdə  tutulduğunu  bildirirlər.  Çünki  həsəd  aparan  insan 

başqalarının əlində olan nemətin məhvini istəyirlər. 

Həsəd, paxıllıq şeytani bir xislətdir. İnsanda həsəd yaranmasının bir səbəbi onun imanının zəifliyidir.  

Dində həsəd bəla sayılır. Rəvayətlərdən aydın olur ki, həsəd gözdəymədən fərqlənir. Bir çox insanlar 

həsəd aparsalar da, xain olsalar da onların gözündə mənfi təsir yoxdur. Amma səni sevən bir insanın 

həmin sevginin nəticəsində gözü zərər vura bilər.  

Gözdəymə rəvayətlərdə 

Gözdəymə haqqında rəvayətlər çoxdur. Bu rəvayətlərdə gözdəymənin təsirlərindən danışılır. “Biharul-

Ənvar”, digər rəvayət kitablarında gözdəymə haqqında rəvayətlər kifayət qədərdir. Həm sünni, həm də 

şiyə mənbələrində bu mövzuda rəvayətlər var. Həzrəti Peyğəmbər (ə) buyurur: “Həqiqətən gözdəymə 

doğrudur...”  (Musnədi-Əhməd,  c.1,  s.  274)  Həzrəti  Əli  (ə)  “Nəhcül-bəlağə”də  gözdəymənin  həqiqət 

olduğunu buyurur. (“Nəhcül-bəlağə”, hikmət 400)  

Peyğəmbərin  belə  buyurduğu  rəvayət  olunur:  “Mənim  ümmətimdən  ölənlərin  ölüm  səbəbi  qəza-

qədərdən sonra gözdəymədir. (“Əl-Durrul Mənsur”, c. 6, s. 258)  

Həzrət Peyğəmbər (ə) buyurur: “Gözdəymə həqiqətdir, kişini qəbirə, dəvəni qazana salar.” (“Biharul-

Ənvar”,  c.  63,  səh.  26)  Bir  gün  həzrət  peyğəmbər  Bəqi  qəbiristanlığının  yanından  keçirdi.  Həzrət 

buyurdu:  “And  olsun  Allaha  qəbiristənlıq  əhlinin  çoxu  gözdəymədən  dünyasını  dəyişib.”  (Təfsiri 

Minhəcus-Sadiqin”,  c.  6,  Səh.  391)  Həzrətdən  belə  rəvayət  olunur:  “Gözdəymə  təsirlidir.”  (“Səhihi-

Termezi”, Kitabul-Tibb bab 19) 

Həzrət  peyğəmbər  buyurur:  “Gözdəymə  həqiqətdir,  hətta  dağların  zirvəsini  uçurar.”  (“Musnədi-

Əhməd”, c. 1, səh. 274) 

Həzrət  Əli  (ə)  buyurur:  “Gözdəymə  həqiqətdir,  təbiətin  əsrarəngiz  güclərindən  istifadə  olunması 

doğrudur.” (“Nəhcül-Bəlağə”, hikmət 400) Nəticə bu olur ki, gözdəyməni təsdiqləyən rəvayətlər istər 

şiə, istər sünnə əhlinin mötəbər mənbələrində yer alıb. “Nəhcül-Bəlağə”, “Müsnədi-Əhməd”, “Səhihe-

Buxari”, “Məkarimul-Əxlaq”, “Əl-Mustədrək” kimi mötəbər kitablarda gözdəymə hadisəsi təsdiqlənir. 

Bütün bu rəvayətlər mövzunu araşdırmaq istəyənlər üçün dəyərli mənbədir. Hadisənin həqiqəti sübuta 

yetdikdən  sonra  onu  ciddi  araşdırmağa  dəyər.  Bəli,  gözdəymə  xürafat  deyil.  İslam  gözdəyməni 

təsdiqləyir.  (Molla  Sədra  “Əl-Məbdə  vəl  Məad”  kitabında  yazır  ki,    bəzən  insan  ruhu  kənara  təsir 

qüvvəsinə malik ola bilər. Gözdəymə bu qəbildəndir.” (c. 1, s. 607) Bəzi hadisələr həqiqətdir, sadəcə 

insanlar bu həqiqətə xürafat qatıb. Mövzunu araşdıranların əsas işi həqiqəti xürafatdan ayırmaqdır. 

 



Yüklə 278,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə