Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

35
Kurikulum. 2013. №3
Qloballaşma, modernlәşmә: yeni insan vә tәhsil problemlәri
bu  nunla bağlı deyir: «Biz maddi dәyәrlәrimi -
zi, iqtisadi potensialımızı insan kapitalına çe -
virmәliyik» [2].
Ulu öndәr Heydәr Əliyevin tәhsil siyasә -
ti ni uğurla hәyata keçirәn Azәrbaycan Res -
pub lika sının Prezidenti İlham Əliyev cәnab -
la 
rı 
nın diqqәt vә qayğısı sayәsindә hazırda
tәhsil sistemindә әsaslı islahatlar hәyata keçi -
rilir, müxtәlif problemlәr üzrә Dövlәt Proq -
ram ları yerinә yetirilir. Bunlardan «Azәr bay -
can Respublikasının ali tәhsil müәssisәlә ri nin
Avropa ali tәhsil mәkanına inteqrasi 
yası»,
«2009-2013-cü illәrdә Azәrbaycan Res 
pub 
-
likasının ali tәhsil sistemindә islahat lar üzrә
Dövlәt Proqramı», «Tәhsil sisteminin infor -
ma 
siyalaşdırılması Proqramı (2008-2012-ci
illәr), «Elmin inkişafı üzrә Milli strategiyanın
hәyata keçirilmәsi ilә bağlı Dövlәt Proqramı
(2009-2015-ci illәr)» xüsusi yer tutur. Tәhsil
sisteminin bütün sahәlәrindә vәziyyәtin tәh li -
li, mühüm faktorların nәzәrә alınması qlobal -
laşma proseslәrinin intensiv 
lәş 
diyi şәraitdә
Azәrbayca nın ali tәhsil siste mi nin modernlәş -
dirilmәsinә әsas oldu [2].
Azәrbaycan Respublikasının Prezidenti
İlham Əliyev demişdir: «Qloballaşma tәbii
pro  sesdir vә yәqin ki, bu proses müәyyәn dü -
zәlişlәrlә davam edәcәkdir. Xüsusilә, belә
olan halda milli dәyәrlәrә önәm vermәk, gәnc
nәsli milli dәyәrlәr әsasında tәrbiyә etmәk
xü susi әhәmiyyәt daşıyır. Mәn çox şadam ki,
Azәr baycanda milli әnәnәlәr güclәnir, möh -
kәm lә nir vә bu proseslәri daha da sürәtlәndir -
mәk üçün kompleks tәdbirlәr görülmәlidir.
Əl bәttә, tәhsil bu işlәrdә әn prioritet mәsәlә -
dir» [2].
Son illәrdә Azәrbaycan Respublikasında
aparılan sosial siyasәt bir daha bunu tәsdiq
edir ki, yaxın zamanlarda müәllimlәrimizin
sosial vәziyyәti digәr qabaqcıl ölkәlәrdәki
hәm 
karların durumu ilә bәrabәrlәşәcәkdir.
Ölkә mi zin dinamik inkişaf edәn iqtisadi po -
tensialı bunu hәyata keçirmәyә real zәmin ya -
radır. Son illәrdә hökumәtimiz tәrәfindәn pe -
daqoji işçilәrin әmәk haqqlarının sistemli vә
mütә 
ma 
di şәkildә artırılması dediklәrimizi
tәs diq  edir.
Akademik R.Ə.Mehdiyev «İctimai vә hu -
ma 
ni 
tar elmlәr: zaman konteksindә baxış»
mә  qalәsindә yazır: «Qloballaşma, informasi-
ya texnologiyaları, internetin hökmranlığı әs -
rindә dövlәtlәrdә ictimai-siyasi vә humanitar
sahәlәrdә islahatların fәlsәfәsini, cәmiyyәtdә
rolunu vә statusunu köklü surәtdә dәyişmiş,
bu sahәdә potensial artıq strateji resursa
çevrilmişdir»  [4].  Tәhsilin  modernlәş di ril mә -
si milli әnәnәlәr kontekstindә müstәqil dü 
-
şün 
cә predmeti idisә, yeni mәrhәlәdә isla 
-
hatların parametrlәri müәyyәn dәrәcәdә
Avropa tәhsil sistemi tәrәfindәn müәyyәn
olunur. Azәrbay 
ca 
nın SSRİ tәrkibinә daxil
olduğu dövrdә ya 
ranmış elmi-intellektual,
maddi-texniki po ten sialına, tәhsil sisteminin
modernlәşdiril mәsindә optimal strategiyanın
seçilmәsinә  im  kan  ver di  [2].
Ali tәhsilin modernlәşdirilmәsinin әsas
mәq sәdi ölkәnin ali tәhsilinin Avropa tәhsil
mәkanına inteqrasiyası, onun mәzmununun
Bo  loniya prosesinin prinsiplәrinә uyğun  qu -
rulması, cәlbediciliyinin vә rәqabәt qabi liy -
yә tinin tәmin edilmәsi, ölkә iqtisadiyyatı nın
inkişaf tәlәblәrinә uyğun ali tәhsilli kadrlara
yaranan tәlәbatın ödәnilmәsi, habelә infor 
-
masiya cәmiyyәtinin vә müasir biliklәrә әsas -
lanan iqtisadiyyatın tәlәblәrinә uyğun olaraq
kadr potensialının yaradılması, әhali nin müa -
sir tәlәblәrә cavab verәn ali tәhsil almaq im -
kanlarının tәmin edilmәsi üçün iqti sadi  vә
so sial baxımdan sәmәrәli ali tәhsil sis te minin
for malaşdırılmasıdır.
Modernlәşdirmәnin üç әsas mәhfum üzә -
rin dә aparıldığını qeyd edәk: cәmiyyәt, icti -
mai şüur vә iqtisadiyyat. Əgәr bu sahәlәrdә
mo dernlәşmә baş vermәsә, onda bütün apa -
rılan işlәr hәdәr zәhmәtdәn savayı bir şey de -
yildir. Sevindirici haldır ki, hökumәt vә cә -
miy 
yәt belә dәyişikliklәrin lazım olmasını
an layır vә bunun üçün çalışır.  Lakin orta tәh -
si  li modernlәşdirmәmiş ali tәhsildә aparılan
islahatlar varislik, ardıcıllıq baxımından fay -
da vermәz. Bәs orta tәhsildә vәziyyәt necә -
dir? Niyә şagirdlәrimiz tәhsilә kifayәt qәdәr
can atmırlar? Bәlkә sәbәb mәktәb didaktika -
sında, tәhsilin mәzmununun günün tәlәblәri nә


36
Kurikulum. 2013. №3
Humeyir Əhmәdov
cavab verә bilmәmәsindәdir? Vaxtilә V.İ.Ulya -
nov (Le 
 
 
nin) demişdir: «Oxumaq, oxu 
maq,
yenә dә oxu   maq». Bu tezis özünü cә miy yәtdә
doğ rult  ma dı.  Biz  belә  tәklif  edәr dik:  «Oxumaq,
öyrәn 
mәk vә qazanılmış bilik, bacarıq vә
vәrdişlәr dәn  faydalanmaq».
Bir qәdәr mәktәb tәhsilinin mövcud vә -
ziyyәtinә nәzәr salaq. İdeal didaktika, әs lin -
dә, onun yoxluğudur. Şagird özü biliklәrә elә
can atır ki, onun qarşısında heç bir maneә da -
vam gәtirә bilmir. Hәtta adi bәhanә olan «işıq -
lar sönsә» belә, o, mütlәq şam işığında oxu -
yacaqdır.
İdeal idarәçiliyi belә formalaşdırmaq olar:
idarәçilik yoxdur, amma onun funksiya 
la 

yerinә yetirilir. Hәr kәs bilir ki, nә etmәli dir
vә hәr kәs öz işini görür, çünki özü bunu is -
tәyir.
Kimdir müqәssir?
Alimlәrin bir qismi belә hesab edir ki,
müәllimlәrimizin bir qrupu öz vәzifәlәrinin
öh dәsindәn layiqlә gәlәrәk, cәmiyyәtdә hör -
mәt vә ehtiram qazanaraq işlәrindә peşәkar -
dır lar. Digәr qrup isә indiki tәhsil sistemini
tәnqid edәrәk bunun qocalıb әldәn düşmüş
kö pәyi tәpiklәmәk kimi bir şey olduğunu id -
dia edir. Hirsini ona tökә bilәrsәn, lakin işlә -
mәyә mәcbur edә bilmәzsәn. Mәktәb tәhsili -
nin müsibәtlәrindә müәllimlәrin günahı yox -
dur. Necә ki, gәminin saya oturmasında gәmi
aşbazı, tәyyarәnin qәzaya uğramasında tәyya -
rә bәlәdçilәri günahkar deyillәr...
Gәlin günahkarlar axtarmayaq, sadәcә,
bәzi fundamental problemlәrә nәzәr salaq:

İnformasiyanın әsas etibarilә müәllimin
monoloqu şәklindә çatdırılması üsulu köhnәl -
mişdir;

Sinif-dәrs sistemi dinamik inkişafda
olan dünyanın tәlәblәrinә cavab vermir;

Şagirdlәrin mәktәbdә tәhsil almaq mo -
tivasiyası, müәllimlәrin isә öz işinә marağı
(Biz mәhz kütlәvi hallardan danışırıq, ayrı-
ayrı istisnalar vәziyyәti dәyişmir, hәrçәnd hәr
cür diqqәtәlayiqdir) kütlәvi şәkildә itib gedir.
Üstәlik bu fonda gәlәcәk hәyatın tәmәli -
ni qoyan fәaliyyәt kimi tәhsilin taleyi haq qın -
da ciddi ictimai dialoq yoxdur. 
Fikrimizcә, orta mәktәbin mәzunları bir
neçә yox, tәhsil aldıqları bütün fәnlәrdәn bu -
raxılış imtahanları verәrәk kamal attestatı al -
malıdır. İmtahanların nәticәsi tәhsilini artır -
maq istәyәnlәr üçün әsas olmalıdır, isti yay
günlәrindә iki dәfә sınaqdan çıxmağa ehtiyac
yoxdur.
Orta mәktәblәrin fәaliyyәtinә mәzunları -
nın ali mәktәblәrә qәbuluna görә qiymәtlәn -
dir mәk  prinsipi kökündәn düz deyil. Nәzәrә
alsaq ki, hәr il tәxminәn 100 min şagird orta
mәkәbi bitirir vә ali mәktәblәrә isә plan yeri
20 mindir. Ən yüksәk keçid balı 700 olduğu
halda aşağı keçid balı 150-250-dir. Nәzәrә al -
saq ki, 700:5=140x3=420-dir, demәli, әn aşa -
ğı keçid balı 420 olmalıdır. Sovetlәr birliyi
dö nәmindә kimsә 1,5; 2 vә ya 2,5 qiymәtlә ali
mәktәbә daxil olduğunu xatırlayırmı?  Əl bәt -
tә, yox!!!
Danılmaz faktdır ki, test üsulu ilә qәbul,
cәmiyyәtdә hökumәtin ali mәktәblәrә tәmәn -
na 
sız qәbul aparılmasına maraqlı olması
inamını birmәnalı şәkildә tәsdiqlәdi. Amma
bu o demәk deyil ki, plan yerlәrinin doldurul -
ması xatirinә normadan çox aşağı qiymәt
alan  lar da ali mәktәblәrә qәbul olmalıdırlar.
Uzun illәrin pedaqoji tәcrübәsinә әsaslanaraq
demәk olar ki, belә tәlәbәlәr bir çox hallarda
hәyatda uğur qazanmağa nail ola bilirlәr. Fik -
rimizcә, Sarbon Universiteti kimi ali mәk tәb -
lәrin tәcrübәsi bu baxımdan maraqlı olar. Ali
mәk 
tәbә daxil olan yol enli, çıxış isә dar
olmalıdır. 
Əvvәlki illәrin mәzunlarından cәmi 10%-i
növbәti ildә öz biliklәrini sınamaq üçün im -
tahanlarda iştirak edir [5]. Nәzәrә almalı yıq
ki, orta mәktәbin vәzifәsi vәtәndaş yetir mәk -
dәn ibarәt olmaqla onlara digәr pillәlәr 

tәhsillәrini davam etdirmәk imkanı yara 
dır.
Öl 
kәdә hәr min nәfәrә düşәn ali tәhsilli
insanların sayına görә bizim qonşu ölkәlәr -
dәn geri qalmağımız bizi mәyus etmә li dir. Bir
mәsәlәni dә qeyd etmәk istәrdik. Avropa Bir -
li yinә daxil olan ölkәlәrdә mәqsәd  әhalinin
60%-nin ali tәhsilli olmasıdır. Qlo 
bal 
la 
şan
dün  ya bunu tәlәb edir. Elm vә texnika elә sü -
rәtlә inkişaf edir ki, artıq orta tәhsilli insan


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə