Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

müәl 
limlәr dәrsin motivasiya mәrhәlәsini
dәr 
 
sin mәqsәdinin izah olunması üzәrindә
qu rur lar. Mәqsәdin ifadә olunmasında şagird -
lәrin özlәrinin fәal iştirakı tәmin edilәrsә, mo -
tivasiyanın dәrәcәsi daha yüksәk olar. Bu hal -
da müәllim şagirdlәri elә istiqamәtlәndirmә -
lidir ki, onun bu dәrs üçün nәzәrdә tutduğu
bi lik vә bacarıqları şagirdlәr özlәrinin nail ol -
maq istәdiklәri mәqsәd kimi ifadә etsinlәr.
Müәllim dәrsin mәqsәdini izah etmәklә
yanaşı şagirdlәrә qazanacaqları bilik vә ba -
carıqları hәyatda, praktikada necә tәtbiq edә -
cәklәri barәdә dә mәlumat vermәlidir.
Şәxsiyyәtyönümlü tәlimdә dәrsin mәqsә -
di nin ifadә forması ilә yanaşı onun mәzmunu -
na da ciddi tәlәblәr qoyulur. Tәlim mәqsәdlә -
ri 
nin düzgün müәyyәn edilmәsindә menec 
-
ment dә yaxın mәqsәdlәrin qiymәtlәndirilmә -
sindә tәtbiq olunan SMART abreviaturasının
ifadә etdiyi meyarlardan istifadә oluna bilәr.
Bunlar aşağıdakı cәdvәldә verilmişdir [2].
Belәliklә, tәlim mәqsәdi konkret, ölçülә -
bilәn, yerinә yetirilmәsi mümkün olan, şa gir -
di  fәaliyyәtә sövq edәn vә yerinә yetirilmәsi
müәy yәn vaxta hesablanmış olmalıdır. Bu tә -
lәb lәrdәn birinin ödәnilmәmәsi mәqsәdә nail
olmanı qeyri-mümkün edir.
Şәxsiyyәtyönümlü dәrsin mәqsәdinin qo -
yul masında praktikada әn çox tәsadüf olunan
nöqsan bir dәrs üçün bir neçә (bәzәn bu say
5-6-ya çatır) mәqsәdin qoyulmasıdır. Bu,
SMART  – meyarların demәk olar ki, hamı -
sının pozulması demәkdir. Dәrsin mәqsәdi
SMART – meyarlara cavab verәn konkret bir
mәqsәd şәklindә ifadә olunmalıdır.
Mәqsәdin qoyulmasında ölçülәbilәnlik
me yarı tәlәb edir ki, müәllim dәrsin mәqsәdi -
ni müәyyәn edәrkәn ona nә dәrәcәdә (sә viy -
yәdә) nail olunmasının göstәricilәrini dә
müәy yәn etmәlidir. Mәsәlәn, tutaq ki, ibtidai
sinifdә Hәyat bilgisindәn «Mәnim doğma di -
ya rım» mövzusu keçilәrkәn mәqsәd vә gös -
tәricilәr belә ifadә oluna bilәr.
Mәqsәd:
Şagird dәrsin sonunda doğma
di  yarın (yaşadığı yerin) tәbiәtinin xüsusiyyәt -
lәri haqqında mәlumat verir.
Göstәricilәr:
Dәrsin sonunda şagird:

doğma diyarın nә olduğunu bilir;

doğma diyarın әsas tәbii yerlәrini
(me  şә, çay, yarğan, şәlalә vә s.) sadalayır;

doğma diyarın bitki vә heyvanlarını
sa dalayır;

doğma diyar haqqında mәlumat xa 
-
rak terli kiçik mәtn yazır. 
Dәrsin sonunda müәllim yenidәn mәqsә -
dә (lövhәdә yazılsa, daha yaxşı olar) qayıdır
vә ona nә dәrәcәdә nail olunduğu göstәrici -
31
Kurikulum. 2013. №3
Şәxsiyyәtyönümlü dәrs: mәqsәdin qoyulması
Hәrf
Mәnası
İzahı
S
Specific
(konkret, dәqiq)
Nәyә nail olunması aydın şәkildә ifadә edilmәlidir. Mәqsәdin yerinә
yetirilmәsindә iştirak edәnlәrin (müәllim vә şagirdlәr) onu başa
düşmәsindә fәrqlilik olmamalıdır.
M
Measurable
(ölçülәbilәn)
Mәqsәdә hansı dәrәcәdә nail olunmasını müәyyәn etmәyә imkan verәn
meyarlar olmalıdır. Əgәr meyar yoxdursa, prosesin gedişini nәzarәtdә
saxlamaq vә fәaliyyәtin nәticәsini obyektiv qiymәtlәndirmәk mümkün
deyil.
A
Achievable
(әlçatan, mümkün)
Mәqsәd elә olmalıdır ki, ona nail olmaq mümkün olsun. Mәqsәd nә
yalnız әlaçıların nail ola bilәcәyi qәdәr çәtin, nә dә zәif şagirdlәrin
sәviyyәsinә uyğun çox asan olmamalıdır.
R
Relevant
(әhәmiyyәtli, 
mәqsәdәuyğun)
Mәqsәd bütün şagirdlәri fәaliyyәtә sövq etmәlidir.
T
Timed
(müәyyәn vaxta
hesablanmış)
Mәqsәdә nәzәrdә tutulan müyyәn vaxt әrzindә nail olunmalıdır.


lәrin kömәyi ilә yoxlanılır. Lövhәdә verilәn
göstәricilәr şagirdlәrin özünü qiymәtlәndir 
-
mә sinә imkan yaradır vә onların qiymәtlәn -
dir mә prosesindә iştirakı tәmin olunur.
Tәlim mәqsәdlәrinin düzgün müәyyәn
edil 
mәsi müәllimdәn idraki, emosional vә
psi xo motor  bacarıqların  taksonomiyalarını
yaxşı bilmәyi dә tәlәb edir. Mәsәlәn, müxtәlif
sәviyyәli idraki bacarıqların mәqsәd şәklindә
qoyulmasına imkan verәn әn yaxşı vasitә
Blu  mun taksonomiyasıdır [3, 4]. Blum takso-
nomiyası aşağıdakı idraki bacarıqların iye rar -
xiyasıdır:  bilmә, anlama (başa düşmә), tәt 
-
biq 
 
etmә, tәhliletmә, qiymәtlәndirmә (dәyәr 
-
lәn  dir  mә),  yaratma  (yaradıcılıq).
1.
Bilmә sәviyyәsi әn aşağı vә başlanğıc
sәviyyәdir. Bu sәviyyәdә şagird müәyyәn in -
formasiyanı yadda saxlamalı, yadda sax la dıq -
larını xatırlamalı vә ifadә etmәlidir. Mәsә lәn,
«Uzunluq vahidlәrini sadalayır», «1-dәn 20-
yә qәdәr әdәdlәri ardıcıl sayır» vә s.
2. 
Anlama sәviyyәsindә şagird öyrәndiyi
materialı başa düşmәli, onu izah etmәlidir.
Mә  sәlәn, «Tәk vә cüt әdәdlәri fәrqlәndirir»,
«Ev heyvanları haqqında danışır», «Suyun
bu  xarlanmasını izah edir» vә s.
3. 
Tәtbiqetmә sәviyyәsindә şagird öyrәn -
diklәrini qarşılaşdığı situasiyalarda tәt biq et -
mәlidir. Mәsәlәn, «Parçanın uzunluğunu xәt -
keş lә ölçür», «Xәtkeşlә müәyyәn uzunluqda
par ça çәkir», «Xәritәdә iki mәntәqә arasında
mәsafәni müәyyәn edir» vә s.
4. 
Tәhliletmә sәviyyәsindә şagird öyrәn -
diyi materialı hissәlәrә bölmәyi, onlar arasın -
da әlaqәni müәyyәn etmәyi vә tәşkilolunma
prinsiplәrini izah etmәyi bacarmalıdır. Mәsә -
lәn, «Ədәdi sadә vuruqlarına ayırır», «Ci sim -
lә rin istidәn genişlәnmәsini onun daxili qu ru -
luşu ilә әlaqәlәndirir» vә s.
5. 
Qiymәtlәndirmә sәviyyәsindә şagird
al 
dığı informasiyaya münasibәtini bildirir,
on  ları müqayisә edir, seçir. Mәsәlәn, «Tәbiә -
tin qorunmasının vacibliyini әsaslandırır»,
«Ri yazi mәsәlәnin hәlli üçün üsul seçir» vә s.
6. 
Yaratma sәviyyәsindә şagird öyrәndik -
lәri әsasında yenisini formalaşdırır. Mәsәlәn,
«... mövzusunda inşa yazır», «Üçbucağın tә -
rәf  lәrinin xassәlәrinә aid mәsәlә tәrtib edir»
vә s.
Müәllim dәrsdә qoyduğu mәqsәdin sә 
-
viy  yәsinә uyğun tapşırıqlar seçir vә ya tәrtib
edir.
Belәliklә, dәrsin mәqsәdinin düzgün qo -
yul 
ması o qәdәr dә sadә mәsәlә deyil vә
müәl  limdәn müәyyәn hazırlıq vә sәriştә tәlәb
edir. Arzuolunan nәticәyә aparan yol isә
mәqsәdin düzgün qoyulmasıdan başlayır.
ƏDƏBİYYAT 
1. Mәnsimov S. Yeni kurikulumda mәq sәd -
lәrin iyerarxiyası. Kurikulum jurnalı, 2008, № 1.
2. Скворцова Г. Koмпетентностный под -
ход: правила постановки учебных це 
лей.
ps.1september.ru
3. Veysova Z. Fәal-interaktiv tәlim üçün
tapşırıqların hazırlanması: «Tapşırıq halqaları»
modeli. Kurikulum j., 2013, № 2.
4. Mәnsimov S. Dәrsdә şagirdlәrin idrak
fәallığının yüksәldilmәsi. Kurikulum j., 2008, № 2
32
Kurikulum. 2013. №3
Sahib Mәnsimov, Firuzә Kәrimova
Mensimov S., Kerimova F.
The Purpose of the Student-centered Lesson
The article deals with the forms of expression of lesson objectives in student-oriented
teaching, with the demands made on the lesson. The technology of goal setting is explained
on examples.
Менсимов С., Керимова Ф.
Личностно-ориентированный урок: постановка цели
В статье говорится о форме выражения цели урока в личностно-ориентирован-
ном обучении, о предъявляемых к нему требованиях. Технология постановки цели объ-
ясняется на основе примеров.  


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə