Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

49
Kurikulum. 2013. №3
«Mәn» konsepsiyası problemi vә yeniyetmәlәrdә özünüqiymәtlәndirmәnin tәzahür xüsusiyyәtlәri
olduğundan aşağı qiymәtlәndirilmәsi dir.
Özünüqiymәtlәndirmәnin şәxsiyyәtin id -
dia sәviyyәsi ilә әlaqәdar olduğunu göstәrәn
U.Ceyms bunu aşağıdakı düsturla ifadә et 
-
miş  dir  [3].
Özünüqiymәtlәndirmә =
Demәli, özünüqiymәtlәndirmәnin sәviy -
yә si iki mühüm amilin – müvәffәqiyyәt vә
ididanın qarşılıqlı әlaqәsi ilә şәrtlәnir. Özü -
nüqiymәtlәndirmә insan fәaliyyәtinin sәmә -
rә liliyinә vә onun bir şәxsiyyәt kimi inki şa -
fına mühüm tәsir göstәrir.
Mәnlik şüuru, idrak qabiliyyәtlәrinin
inkişafı uşağın fәaliyyәt sferasının genişlәn -
mәsi ilә әlaqәdar olaraq yeni xüsusiyyәtlәr
kәsb edir vә bu özünü әhәmiyyәtli dәrәcәdә
yeniyetmәlik yaşı dövründә göstәrir.
Yeniyetmәlik yaşı psixologiyada uzun
müddәt cinsi yetişmә yaşı kimi araşdırılıb. Bu
yaş dövründә psixoseksual inkişafın xüsusiy -
yәtlәrinin öyrәnilmәsi elmi-metodik baxı mın -
 dan son dәrәcә önәmlidir. Yeniyet mә lik yaşı
J.S.Vıqotskinin sözlәri ilә desәk, «eyni za 
-
manda şәxsiyyәtin yetişmәsi yaşı dır» [5]. 
Yeniyetmәlik yaşı dövründә uşaqların
psixologiyasında yeni xüsusiyyәtlәr әmәlә
gәlir. Bu xüsusiyyәtlәr özlәrinin mәzmununa
vә formalarına görә müxtәlifdir, lakin onların
hamısı bilavasitә yaş dövrünün başlıca xü su -
siyyәtinin – yaşlılıq hissi vә meylinin inkişaf
sәviyyәsilә müәyyәn olunur. Yaşlılıq hissinin
vә meylinin әmәlә gәlmәsi yeniyet 
mә 
nin
psixi hәyatının başlıca yönümünә çevrilir,
mәnlik şüuru vә әxlaqi şüur for ma laşır.
Kiçik mәktәblidәn fәrqli olaraq yeniyet -
mә dә özünә, öz şәxsi hәyatına, şәx siy yәtinin
xüsusiyyәtlәrinә maraq yarandıq ca özünü qiy -
 
mәtlәndirmә tәlәbatı, özünü baş 
qaları ilә
müqayisәetmә meyli әmәlә gәlir. Bunun da
nәticәsindә yeniyetmә özü üçün öz «Mәn»ini
bir növ kәşf edir. Mәnlik şüurunun formalaş -
ma ğa başlaması vә inkişaf yeniyet mә nin bü -
tün psixi hәyatına, onun tәlim fәaliyyәtinin
xa rak terinә, 
әtrafdakılara 
müna si bә tinә,
yaşlı 
lar, yoldaşları vә mәnsub oldu 
ğu
kollektivin üzvlәri ilә qarşılıqlı münasibәt 
-
lәri nә öz tәsiri ni göstәrir.
Yeniyetmәdә mәnlik şüurunun formalaş-
ması onun öz davranışını, özünün mәnәvi
keyfiyyәtlәrini, xarakter vә qabiliyyәtlәrini
dәrk etmәsi ilә başlayır. İlk dövrlәrdә yeni -
yet 
mәnin mәnlik şüurunun әsasını başqa
adamların – yaşlıların (müәllim, valideyn vә
qonşular), kollektiv üzvlәrinin, yoldaşlarının
onun haqqındakı mülahizәlәri tәşkil edir. Yaş
artdıqca yeniyetmә özünün şәxsiyyәtini müs -
tәqil tәhlil etmәyә vә qiymәtlәndirmәyә baş -
layır. Bu baxımdan yeniyetmәnin başqala rı nı
vә özünü qiymәtlәndirmә meyarlarına, әxlaq
normalarına yiyәlәnmәsi onda mәnlik şüu ru -
nun formalaşmasında mühüm әhәmiy 
yәt
kәsb edir [6]. 
Yeniyetmәdә şәxsiyyәt inkişaf etdikcә
mürәkkәb hadisәlәr, әxlaqi dәyәrlәr, özünә
münasibәt, insanlara münasibәt vә s. haq qın -
da yeni sosial tәsәvvürlәr әmәlә gәlmәyә baş -
layır. Bu yaşda şәxsiyyәtlәrarası davranı 
şın
sabit xarakter әlamәtlәri üzә çıxır, әsas mo -
tivlәşmә xәtti olan özünüanlama, özünü ifadә,
özünütәsdiq formalaşır. Bu proseslәr isә özü -
nüqiymәtlәndirmәyә hiss olunacaq dәrәcәdә
tә sir etmiş olur.
D.İ.Feldşteyn ehtimal edir ki, aparıcı
fәaliyyәt zamanı (yeniyetmәnin hәmyaşıdlar -
la ünsiyyәti) sosial dairәdә aktivlik, daha
doğ rusu uşağın bu tәlәbatı cәmiyyәtdә müәy -
yәn yer tutur vә «mәn-cәmiyyәt» siste min dә
öz-özünü qiymәtlәndirir [7].
Yeniyetmәlәrin özünü dәrk edib qiymәt -
lәn dir mәsi, mexanizm etibarilә xarici alәmin
obyektlәrinin dәrk edilmәsi ilә identikdir.
Yәni burada özünüdәrk vә özünüqiymәtlәn -
dirmә özünüduymadan başlayır, sosial amil -
lә rin tәsiri ilә müxtәlif inkişaf sәviyyәsinә vә
tәzahür xüsusiyyәtlәrinә malik olur.
Özünüqiymәtlәndirmәnin tәzahürlәri nә 
-
in ki onların davranışının hansı zaman şәrait
daxilindә, elәcә dә hansı etnik zәmindә baş
vermәsindәn asılıdır [2]. Yeniyetmәlәrdә özü -
nüqiymәtlәndirmә iş vә hәrәkәtlәrә, davra nı -
şa, rәftara, tәlim fәaliyyәtinә, ailә üzvlәrinә,
özünә, müәllimlәrinә, yoldaşlarına, hәmya şıd -
larına, yaşlı adamlara, qocalara, әdәb vә әx laq
qaydalarına olan münasibәtdә tәzahür edir. 
Yeniyetmәlik dövründә şәxsiyyәtin düz-
gün inkişafına, adekvat özünüqiymәtlәndir 
-
mә yә nail olmaq mühüm mәsәlәlәrdәn biri -
dir.
Özünüdәrketmәnin vә tәnqidi tәfәkkürün
intensiv inkişafına gәtirib çıxarır ki, uşaq ye -
ni 
yetmә yaşında ziddiyyәtlәri nәinki, әtraf
müvәffәqiyyәt
iddia


50
Kurikulum. 2013. №3
Rәna Qasımova
alәmdә kәşf edir, eyni zamanda daxili alәmin -
dә özü haqqında tәsәvvürlәrindә bir-birinin
әksi olan bir sıra keyfiyyәtlәri – özünәinam
vә qorxaqlıq, soyuqqanlılıq vә yüksәk hәssas -
lıq, hәddindәn artıq sәrbәstlik vә utancaqlıq
ki 
mi xüsusiyyәtlәrini başa düşür. Bu isә
nәticә dә yeniyetmәnin özünә münasibәtindә
adek vat olmayan özünüqiymәtlәndirmәyә vә
nara zı  lıq la ra  gәtirib  çıxarır.
Bәzi müәllimlәr yeniyetmәlәrdә şәxsiy yә -
tin formalaşmasına, xüsusәn dә onlarda özü nü -
qiymәtlәndirmәnin tәşәkkülünә müsbәt isti qa -
mәt dә tәsir göstәrә bilmirlәr. Prof. M.Ə.Hәm -
zәyevin haqlı olaraq qeyd etdiyi kimi, «bu da
ondan irәli gәlir ki, müәllim şagirdi bütöv lük -
dә öz inkişaf perspektivindә qavraya bilmir,
öz әmәyini pedaqoji fәaliy yәt, pedaqoji ün -
siyyәt vә şәxsiyyәtә vәhdәtin dә olan bir tam
kimi götürә bilmir, onları müәllim-şagird sis -
temi çәrçivәsindә nәzәr dәn keçirә vә qiymәt -
lәn dirә bilmir» [8].
Yeniyetmәnin özünә adekvat qiymәt ver -
mәsini daha da möhkәmlәndirmәk, qeyri-
adek 
vat qiymәtlәr vermәsini şәrtlәndirәn
amil lәri müәyyәnlәşdirmәk vә aradan qaldır -
maq lazımdır. Ailәnin tipi (uğurlu-uğursuz,
tam-natamam, çoxuşaqlı-tәkuşaqlı vә s.), ailә
münasibәtlәrinin xarakteri, tәrbiyә üslubu
(avtoritar vә ya demokratik), sinif kollekti 
-
vin dә şagirdin mövqeyi, onun fiziki vә psixi
inkişaf sәviyyәsi – bunların hamısı özünüqiy -
mәtlәn dirmәyә mühüm tәsir göstәrir vә onun
adekvatlıq dәrәcәsini müәyyәn edir.
Tәlim fәaliyyәtinin ayrı-ayrı sahәlәri üzrә
müәllimin düzgün istiqamәtlәndirmәsi, ob 
-
yek 
tiv tәhlil vә qiymәtlәndirmәsi mәktәbli 
-
lәr 
dә adekvat özünüqiymәtlәndirmә üçün
әsas zәmin olur.
İstәr ailә tәrbiyәsi, istәrsә dә mәktәbdә
tәlim-tәrbiyә prosesindә uşaqları çәtinliklәrlә
mübarizәyә ruhlandırmaq vә bu sahәdә
onlara lazımi psixoloji kömәklik göstәrmәk,
onlarda öz qüvvә vә bacarıqlarına, qabiliy 
-
yәtlәrinә, özünütәsdiqi güclәndirmәklә yana -
şı, özünüqiymәtlәndirmәnin müsbәt cәhәt 
-
lәri 
nin vә onun tәnzimedici funksiyasının
tәşәk  külünә müsbәt tәsir edir.
Belәliklә, özünüqiymәtlәndirmә «Mәn»
kon sep siyasının komponentlәrindәn biri kimi
yeniyetmәnin, geniş anlayışda insanın şәxsiy -
yәt kimi yetişmәsindә mühüm әhәmiyyәtә
malikdir.  
ƏDƏBİYYAT
1. Qasımova R. «Mәn» konsepsiyası vә ye -
ni tәhsil proqramlarında şәxsiyyәtyönüm 
lü 
lük,
Ku rikulum jurnalı № 1, 2013.
2. Бернс Р. Развитие «Я – концепции» и
воспитание» М., 1989.
3. Джеймс У. Психология – М., 1991.
4. Əlizadә Ə.Ə. Müasir Azәrbaycan mәk  tә -
bi nin psixoloji problemlәri, B., 1998.
5. Выготский Л.С. Педoлогия подрост ка.
М., 1931.
6. Əlizadә Ə.Ə. «Uşaq vә yeniyetmәlәrin
cinsi tәrbiyәsi». B., 1986.
7. Фельдштейн Д.И. Проблемы возраст-
ной и педагогической психологии: Избранные
психологические труды. Меж 
ду 
народ. пед.
академия, 1994.
8. Hәmzәyev M.Ə. Pedaqoji psixologiya. B.,
1991.
Gasimova R.
The Problem of the Concept of «I» and Manifestation Peculiarities 
of Teenage Self-assessment
The article touched upon the problem of the concept of «I» and reflects manifestation
peculiarities of teenage self-assessment.
Гасымова Р. 
Проблема «Я» концепции и особенности проявление 
самооценки у подростков
В статье затронута проблема «Я» концепции и нашли отражение особенности
проявление самооценки у подростков.


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə