KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   ...   5   6   7   8   9   10   11   12   13

   Üç yüz qız işıqlandırılmış böyük binada dinməzcə düymə tikirdi. Bizi görəndə məktəblilər kimi şax 

durub, müdirləri onların ölməz düymə tikmə sənətinə bəxş etdiyi töhfələrdən danışana qədər gözlərinin 

ucu ilə bizi süzdülər. Mən qızların üzünə baxa-baxa oyaq, paltarlı Delqadinanı tanıyacağımdan 

qorxurdum. Ancaq məni öz heyranlığından hürkmüş  bir qız tanıdı: 

   – Senyor, qəzetdə məhəbbət məktubları yazan sizsiniz? 

   Yatan qadının adama bu cür sarsıdıcı təsir göstərə biləcəyini təsəvvürümə belə gətirməzdim. 

Xudahafizləşmədən, cəhənnəmdəki bakirə qızlardan birinin mən axtardığım olduğunu artıq 

fikirləşmədən fabrikdən qaçdım. Oradan çıxanda həyatda olan-qalan istəyim ağlamaq idi. 

   Rosa Kabarkas ayın axırında zəng edib, inanılmaz bir izahat verdi: bankirin qətlindən sonra 

Kartaxena de-İndiasda layiqincə istirahət eləyə bilib. Təbii ki, ona inanmadım, ancaq belə bir uğura 

görə təbrik etdim və içimdə qaynayan sualı verməmişdən onun istədiyi qədər yalan danışmasına imkan 

yaratdım. 

   – Bəs o? 

   Rosa Kabarkas bir xeyli susdu. «O burdadır, – Rosa, nəhayət, dilləndi, ancaq səsi tutulmuşdu. – Bir 

az gözləmək lazımdır». «Nə qədər?» «İndilikdə bir şey deyə bilmərəm, səni xəbərdar edərəm». 

Cavabdan yayındığını hiss edib, sözünü kəsdim: «Dayan, heç olmasa, ondan bir soraq ver». «Soraq-zad 

yoxdur, – deyib, sözünü tamamladı: – Ehtiyatlı ol, özünə, ən əsası da ona ziyan vura bilərsən». Eyhamlı 

danışığa qulaq asmaq halında deyildim. Yalvardım ki, həqiqətə yaxınlaşmağasa imkan versin. «Əslinə 

qalanda, – mən sakitləşmək bilmirdim, – biz cinayət yoldaşıyıq». O, sözündən bir addım da geri 

çəkilmədi. «Sakit ol, – Rosa dedi, – qız qaydasındadır və onu çağırmağımı gözləyir, ancaq indi heç nə 

etmək lazım deyil, bundan da artıq məndən heç nə eşitməyəcəksən. Xudahafiz». 

   Nə edəcəyimi bilmədən telefonun dəstəyi əlimdə quruyub qaldım, çünki Rosa Kabarkası kifayət 

qədər yaxşı tanıdığımdan başa düşürdüm: xoşluqla ondan heç nə ala bilməyəcəyəm. Günortadan sonra 

ağlımdan çox, təsadüfə güvənərək, sakitcə onun evinin ətrafında fırlandım, ancaq qapı yenə bağlı idi və 

sanitar xidməti tərəfindən möhürlənmişdi. Fikirləşdim ki, Rosa Kabarkas mənə başqa yerdən, ola 

bilsin, hətta başqa şəhərdən zəng edib və tək elə bu fikir ürəyimi narahatlıqla doldurdu. Ancaq saat 

altıda heç gözləmədiyim halda telefonda parol kimi eynən mənim sözlərim səsləndi: 

   – Bax indi – hə. 

   Axşam saat onda uçuna-uçuna, ağlamamaqdan ötrü dodaqlarımı çeynəyə-çeynəyə konfet, halva və bir 

qutu İsveçrə şokoladı götürüb, yatağa səpələmək üçün bir səbət alışıb-yanan qızılgüllə oraya getdim. 

Qapı aralı idi, işıq keçmişdi, Bramsın skripka və fortepiano üçün bir nömrəli sonatası radiodan ətrafa 

süzülürdü. Delqadina yataqda o qədər gözəl idi, özünə o qədər bənzəmirdi ki, onu zorla tanıdım. 

   O böyümüşdü: məsələ boyda deyil, hiss ediləcək dərəcədə yetkinləşmişdi, yaşından iki-üç yaş böyük 

görünürdü və indi paltar belə onun əzalarını gizlədə bilməzdi. Dik almacıq sümükləri, coşqun dənizin 

sahilində gündən yanmış dərisi, zərif dodaqları, qısa qıvrım saçları onun görkəminə Apollon əzəməti 

verirdi. Döşləri elə irilənmişdi ki, artıq ovcuma sığmırdı, ombası yumrulanmışdı, bədəni isə möhkəm 

və harmonik olmuşdu. Təbiətin qüdrəti məni heyran etdi, ancaq süni bəzək-düzək məni sarsıtdı: taxma 

kirpiklər, gümüşü lak çəkilmiş ayaq və əl dırnaqları, məhəbbətə heç bir dəxli olmayan ucuz ətir. 

Üstündəki zinət əşyaları məni tamamilə özümdən çıxartdı: zümrüd salxımlı qızıl sırğalar, təbii 

mirvaridən boyunbağı, brilyantları bərq vuran qızıl qolbaq və bütün barmaqlarına taxılmış qiymətli 

qaşları olan üzüklər. Naxışlı, muncuqlu gecə köynəyi, atlas çəkələkləri stulun üstünə qoyulmuşdu. 

Hirsimdən partladım: 

   – Ləçər! – mən çığırdım. 

   Çünki şeytan qulağıma dəhşətli fərziyyələr pıçıldayırdı. Hadisə, çox güman, belə baş vermişdi: qətl 

gecəsi qızı xəbərdar etmək üçün yəqin Rosa Kabarkasın nə vaxtı, nə həvəsi olmuşdu və polis həddi-

büluğa çatmamış qızı otaqda tək, alibi  olmadan tapmışdı. Belə vəziyyətlərdə Rosa Kabarkasın tayı-

bərabəri yoxdu: o, qızın bakirəliyini hansısa bir yerli qarnıyoğuna satmışdı ki, onu bu cinayətdən 

ləkəsiz çıxartsın. Əlbəttə, qalmaqal səngiyənə qədər ilk növbədə bir müddət itmək lazımdı. Nə gözəl! 

Üçlükdə bal ayı, ikisi yataqda, Rosa Kabarkas isə qəşəng eyvanda cəzasızlığın  ləzzətini  alır. 



Hirsimdən əlimə keçəni necə gəldi divara çırpmağa başladım: gecə lampasını, radioqəbuledicini, 

ventilyatoru, güzgünü, bardağı, stəkanları. Mən bunları dayanmadan, dəhşətli gurultu qopararaq, ancaq 

tələsmədən və ağılla edirdim, bu da qanımın arasına girdi. Qız elə ilk gurultudan yerindən tullandı, 

ancaq mənə baxmadı, arxası mənə tərəf yumaq kimi yumrulanıb, gurultu kəsilənə qədər diksinə-diksinə 

eləcə uzanılı qaldı. Həyətdəki  toyuqlar, tezdən oyanmış itlər daha betər hay-küy salmışdılar. Qəzəbdən 

coşduğum vaxt beynimə bir fikir də gəldi – evi yandırmaq, ancaq bu zaman Rosa Kabarkas təmkinini 

pozmadan gecə köynəyində qapının ağzında peyda oldu. O heç nə demədi.  Vur-tut baxışları ilə dəyən 

ziyanı qiymətləndirdi və qızın qorxudan başını əlləri arasına alıb ilbiz kimi qıvrılsa da, sağ-salamat 

olduğunu gözüylə gördü. 

   – İlahi! – Rosa Kabarkas bərkdən dedi. – Belə bir sevgi üçün nələrdən keçməzdim! 

   O, məni altdan yuxarı canıyananlıqla süzüb, hökmlə: «Getdik» – dedi. Onun arxasına düşüb evə 

getdim, Rosa dinməzcə mənə bir stəkan su verdi, qarşısında oturmağa yer göstərdi və etirafımı 

dinləməyə hazırlaşdı. «Yaxşı, – o dedi, – özünü böyük kimi apar, de görüm, sənə nə olub?» 

   Həqiqət bildiyim hər şeyi ona danışdım. Rosa Kabarkas heç nəyə təəccüblənmədən dinməzcə qulaq 

asdı və guya, axır ki, başa düşdü. «Bu, möcüzədir, – o dilləndi. – Mən həmişə demişəm: qısqanclıq 

həqiqətdən çox bilir». Və Rosa Kabarkas heç nəyi gizlətmədən hər şeyi olduğu kimi danışdı. Doğrudan 

da, həmin gecəki qarışıqlıqda otaqda yatan qızı tamamilə yaddan çıxarıb. Müştərilərdən biri, üstəlik, 

mərhumun vəkili hamını yola gətirib, hər şeyi düzüb-qoşub və qalmaqal yatana qədər Rosa Kabarkası 

Kartaxena de-İndiasdakı oteldə dincəlməyə dəvət edib. «İnan, – Rosa Kabarkas dedi, – bütün bu 

müddət ərzində hər dəqiqə səni və qızı düşünmüşəm. Srağagün gələn kimi ilk əvvəl sənə zəng vurdum, 

ancaq heç kim cavab vermədi. Qız isə dərhal gəldi, ancaq elə dəhşətli görkəmdə idi, onu səndən ötrü 

çimizdirdim, geyindirdim, gözəllik salonuna göndərib, tapşırdım ki, kraliça kimi bəzəsinlər. Sən də 

gördün: o, əla idi. Qəşəng paltarlar? Bu paltarları  ən kasıb quşcuğazlarıma müştəri ilə rəqs etməyə 

gedəndə verirəm. Daş-qaş? Mənimdir. Diqqətlə baxmaq kifayətdir ki, başa düşəsən: brilyant dediyin 

şüşədir, qızıl sandığın isə adi metaldır. Odur ki, gicləmə, – o, sözünü tamamladı: – Get, oyat onu, üzr 

istə və nəhayət, lazım olan işi gör. Siz başqalarından daha artıq xoşbəxt olmağa layiqsiniz». Mən çox 

çalışdım, ona inanam, ancaq məhəbbət ağlı üstələdi. «Fahişələr!.. – hirs başıma vurdu. – Hamınız 

murdar fahişələrsiniz! Daha nə səni, nə sənin fahişələrini, ən çox da onu görmək belə istəmirəm». Rosa 

Kabarkasın heç tükü də tərpənmədi. 

   – Allah amanında, – mərhəmətlə dedi və gerçək həyata qayıtdı. – Otaqda törətdiklərinin hesabını isə 

sənə göndərəcəm. 

 

V. 



 

   «Mart idus «unu oxuyanda müəllifin Yuli Sezara istinadən yazdığı cümləyə rast gəldim: «Başqaları 

səni tanıdığı kimi olmağa məhkumsan». Nə Yuli Sezarın öz əsərlərində, nə Svetonidən tutmuş 

Karkopinoya qədər bütün bioqrafların mətnlərində həmin sözlərin ona məxsusluğunu təsdiq edən dəlil-

sübut tapmadım, ancaq bu kəlamı bilməyə dəyərdi. Onun faciəli mənası həyatımın sonrakı aylarında 

aydın oldu, o nəinki bu xatirələri yazmağıma, həm də bütün utancaqlığı atıb, Delqadinaya 

məhəbbətimdən danışmağıma təkan verdi. 

   Bir dəqiqə belə rahatlığım yox idi, buterbrodla keçinirdim, elə arıqlamışdım ki, şalvar belimdən 

düşürdü. Bədənimdə gəzən ağrılar sümüklərimdə yuva salmışdı, ovqatım heç bir səbəb olmadan qəfil 

dəyişirdi, gecələrim əsəbi yuxusuzluq içində keçirdi, ona görə kitab oxuya, musiqiyə qulaq asa 

bilmirdim, gündüzlər isə, əksinə, oturduğum yerdə mürgü vururdum. 

   Rahatlıq gözlənilmədən gəldi. Loma Freska rayonunda, ağzınacan dolu avtobusda yanımda oturmuş 

qadın – onun avtobusa nə vaxt mindiyini görməmişdim – qulağıma pıçıldadı: «Hələ də bacarırsan?» 

Gənc yaşlarından məni daimi müştərisi kimi qəbul edib, şıltaqlıqlarıma dözən keçmiş sevgilim məğrur 

Kasilda Armanta idi. Xəstəhal və kasıb vəziyyətdə işdən ayrılıb, ona dayaq duran, öz soyadını verən, 

onu, bəlkə, bir az da sevən çinli bostançıya ərə getmişdi. Yetmiş üç yaşında da Kasilda həmişəki 




Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə