1.5. Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimdən
istifadənin psixoloji aspektləri
Pedaqoji ədəbiyyatdan məlum olduğu kimi, şagird fəal təlim
metodu vasitəsilə (evristik) müstəqil tədqiqat prosesində idrak
fəallığını yüksəltməklə yeni biliklər qazanır. Eyni zamanda apardığı
tədqiqat işlərinə və yaxud yaradıcılıq fəaliyətinə istinad etmək yolu ilə
müəllim-şagird arasında əməkdaşlığa və birgə fəaliyyətə əsaslanaraq
bilik və bacarıqların mənimsənilməsi vasitələrini aşkara çıxarır, onları
təhlil, müqayisə edir, ümumiləşdirilir, hər hansı qənaətə gəlir, nəticə
çıxarır. Bir cəhəti də qeyd etməliyik ki, fiziki tərbiyənin təlimində
qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün yalnız
şagirdlərin müstəqil tədqiqat fəaliyyətinin təmini məqsədilə müvafiq
şəraitin yaradılması, müəllim-şagirdlərin birgə əməkdaşlıq şəraitində
işləməsi, nəticədə yeni bilik, bacarıq və vərdişlərin əldə olunması
yollarının aqşkarlanması mühüm amil sayılsada, onların təşkili üçün
təlimdə
problemli vəziyyətin
(problemli-dialoji təlim) yaradılmasıda
xüsusi zərurətdən irəli gəlir. Çünki, ümumtəlim nəticələrinə nail
olmaqda mövzuya, mətnə, məqsəd və vəzifələrə uyğun problem
situasiya imkanlarının yaradılması təlimdə şagirdlərin idrak-fəaliyyəti
prosesinin yüksəldilməsi, müstəqil yaradıcılıq qabiliyyətinin inkişafı,
öyrədən və öyrənənlərin fəaliyyətinin tənzimlənməsində real imkanlar
açır onların çevikliyini, sürətini artırır.
43
Fiziki tərbiyənin təbliği, tərbiyəvi, sağlamlıq və hərbi-
tətbiqi əhəmiyyəti, həmçinin təşkili, keçirilməsi, hərəkətlərin, ayrı-ayrı
idman fəndlərinin icrası texnikası üzrə nəzəri sualların verilməsi və
praktik tapşırıqların onlar tərəfindən yerinə yetirilməsinin tövsiyə
edilməsi istər-istəməz şagirdlərin təfəkkür fəallığını artırır, onları
düşünməyə və müəyyən nəticəyə gəlməyə sövq edir. Belə ki, problem
vəziyyətin yaradılmasının köməyi ilə fəal təlimdə müstəqil
tədqiqat fəaliyyəti, idrak fəallığının yüksəldilməsi və nəhayət
əməkdaşlıq şəraitinin təşkili sayəsində birgə fəaliyyətlərin yaranması
və bunun nəticəsində yeni bilik, bacarıq və vərdişlər aşkarlanır. Bütün
bunların təhlili sayəsində, müqayisə və ümumiləşdirilməsi nəticəsində
isə yeni nəticə çıxarmağa imkan verir və müvafiq şərait yaranır.
Fəal (interaktiv) təlimin reallaşdırılması heç də bəzilərinin
düşündüyü kimi asan pedaqoji proses olmayıb ciddi araşdırmalar,
təhlillər, ümumiləşdirmələr aparmağı tələb edir. Buna görə də fəal
təlim prosesində hər bir şəxs çox böyük məsuliyyət daşımalı, təmkinli
və səbirli olmalı, sinif yoldaşlarının fikrinə hörmətlə yanaşmalı, onları
diqqətlə
dinləməli, emosialara qapılmamalı, tezliklə nəticə
çıxarmamalı, qərara gəlməməli, bu prosesdə həssaslıq nümayiş
etdirməlidir.
Təlimin müvəffəqiyyətlə həlli birgə işləmək, nəticə çıxarmaq,
ideya və təkliflər irəli sürməklə, bir sözlə əlaqəli fəaliyyətlərin
qarşılıqlı təsirinə əsaslanmaq nəticəsində tapılmalıdır. Təsadüfi deyildir
ki, müəllim və şagirdlərin fəaliyyətinin tənzimlənməsində fəal təlim
metodundan istifadə edərkən onu «problemli-dialoji», «problemli»
təlimdə adlandıranlar da vardır. Çünki, bu cür təlimin müsbət həlli o
zaman tapılar ki, prosesin digər iştirakçıları ilə fəal əməkdaşlıq
şəraitində tənzimlənsin. Yəni müəllim və şagirdlərin dialoqu və
əməkdaşlığının vacibliyi nəzərə alınaraq onun birgə həyata keçirilməsi
təmin olunsun, qarşılıqlı təsirlə başa çatdırılsın.
Fəal təlimin psixoloji xüsusiyyətlərindən biri də təlimə yeni
yönəmdə yeni baxışda yanaşılmasındadır. Konkret desək, ənənəvi
təlimin gedişi dəyişdirilib, idrak fəaliyyətinin fəallaşdırılması, müstəqil
yaradıcılıq fəaliyyəti ön plana keçirilib. Burada öyrənənlərə təlim
zamanı başqa məzmunda, mahiyyətdə yanaşılır, mövqeyi bildirilir.
Təlim tədqiqat səciyyəsi xarakteri daşımaqla şagirdlərində
mənimsəmə zamanı funksiyalarıda yeniləşdirilmiş yeni mahiyyət
daşımışdır. Bu biliklərin, bacarıqların mənimsənilməsi və
44
vərdişlərin aşılanmasında şagirdlərin aparıcı rol oynamasına,
təlim prosesində bərabər hüquqlu olmasına təminatın təmin
edilməsindədir. Həm də təlim dövründə müəllim və şagirdlərin
funksiyalarının, mövqelərinin tam demokratikləşdirmə hesabına
dəyişdirilməsi deməkdir. Bu əslində şagirdə imkan verir ki, o, müstəqil
olaraq tədqiqat fəaliyyətində olsun, topladığı faktik tədris materiallarını
təhlil və müqayisə edə bilsin, sərbəst ümumiləşdirmələr aparsın, digər
sinif şagirdləri ilə əlbir fəaliyyət göstərə bilsin. Fənn müəllimi ilə
qarşılıqlı əməkdaşlıq şəraitində və birgə işləyə bilsin, çıxarılmış
nəticələrə bərabərhüquqlu şəxs kimi sahib olsun. Burada şagirdlərin
tədqiqatçı kimi məqsədi, mahiyyəti və vəzifələri düzgün və şüurlu
surətdə dərk etməsi, fəallaşması, tapşırıq və göstərişləri heç kəsin
müdaxiləsi olmadan yaradıcılıqla yerinə yetirməsi başlıca şərtdir. Bu
vaxt onun tutduğu mövqeyi, nə məqsədlə icra etdiyi, nəyi mənimsəməli
və nə üçün mənimsəməli və hansı yolla həyata keçirməli olduğundan
ibarət olmalıdır.
Yekun nəticə isə ümumtəlim nəticələrinə nə dərəcədə, hansı
səviyyədə uyğun olub-olmamasına aydınlıq gətirməlidir. Bundan
əlavə, tədris prosesində əldə edilmiş müsbət çalarlar, buraxılmış
nöqsanlar və bunların baş vermə səbəbləri, həmçinin gələcək arzu
olunan təlim fəaliyyətini reallaşdırmaqdan ötrü çıxış yolları, imkanları
aşkara çıxarılmalıdır.
Müəllimin təlim prosesində əsas işi isə təlimin qavranılması
məqsədilə istiqamət vermək, yol göstərmək bələdçilik etməkdən
ibarətdir. Müəllim bələdçi kimi, həm də funksiyası təlim üçün əlverişli
şərait yaratmaq mövqeyindən çıxış etməlidir.
Müəllimin vəzifəsi öyrənməyi öyrətməklə bərabər öz
nüfuzundan süni şəkildə istifadə etməməli, sadə, təvazökar və təmkinli
olmalıdır. O, həm də nüfuzlu, cəmiyyətdə hörmətli bir şəxs kimi
öyrənənlər
üzərində
«hökmdar»lıq
etməməlidir.
Müəllimin
fəaliyyətinə, eləcə də şagirdlərlə ardıcıl, mütəşəkkil təhsil əməkdaşlığı
etmək daxildir.
O, borcudur ki, şagirdlərlə məşğələləri sistemli və ardıcıl
olaraq təşkil etməklə yanaşı, bədən tərbiyəsi fənni üzrə təlim
nəticələrinə məqsədyönlü nail olsun, tapşırıqların dəqiq icrasına
müvəffəq olsun. İlk növbədə yüksək səviyyədə fəal təlim şəraiti
yaratsın, şagirdlər müstəqil tədqiqat aparması məqsədilə düzgün
istiqamətləndirilsin. Bədən tərbiyəsi mövzuları üzrə problemli
45
vəziyyəti yaratsın, öyrənənlərin hərəki bilik, bacarıq və vərdişlərə
yiyələnməsi, onun daha da möhkəmləndirməsi, təkmilləşdirilməsi üçün
yolları göstərsin, metodik tövsiyələr versin. Bütün deyilənlərə nail
olmaqdan ötrü təhsil və özünü təhsilinə müasir tələbat baxımdan
yanaşmalıdır. Başlanğıc olaraq öz üzərində ciddi və məsuliyyətlə
işləməli, mütaliyə etməli, təhsildəki yeniliklərlə tanış olmalı,
treyninqlərdə, seminarlarda müntəzəm və fəal iştirak etməli, fikir
mübadiləsi aparılmalı, qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənməli,
təhlil etməli və öz iş fəaliyyətində əsas götürməlidir. Məsələyə Milli
Kurikulum mövqeyindən yanaşmış olsaq bu sahədə qazanılmış bilik,
bacarıqlarını digər həmkarlarına da çatdırsın, bu mürəkkəb və olduqca
çətin bir işdə valideynlərə kömək göstərsin, müvafiq seminarlar təşkil
etməklə izahat işləri də aparmağa bir vətəndaş kimi borcludur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemlər
institutunun hazırlamış və nəşr etdirdiyi «Kurikumların hazırlanması
və tətbiqi məsələləri» adlı metodik tövsiyədə (Bakı, «Kövsər»
nəşriyyatı, 2008-ci il, səh.158) deyildiyi kimi…. Müəllim biliklərin
qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli,
həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi
bacarmalıdır. Bunun üçün o, ilk növbədə, fasilitasiya proseinin
mahiyyətini aydın başa düşüb dərk etməlidir:
Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların
səmərəli tətbiqinin köməyi ilə disskusiyaların təşkili və şagirdlərin
fəallaşdırılması prosesindən ibarətdir.
Fasilitasiyanın əsas xüsusiyəti ondan ibarətdir ki, yeni bilik
müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır.
Fasilitatorun mövqeyi onun əsas funksiyası düşüncəni inkişaf
etdirmək və onu lazımi məcraya yönəltməkdən ibarətdir.
Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək
və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata
keçirə bilməsi üçün şərait yaratmaqdır.
Fəal (interaktiv) təlimdə psixoloji amillərdən biri də müəllimin
ümumtəlim nəticələrinə yüksək səviyyədə nail olmasında şagirdlərin
nüfuzunu, hörmətini qazanmasındadır. Xüsusən dostluq, mehribançılıq
əsasında qarşılıqlı hörmətin, etibarın yaranmasındadır. Burada mühüm
yanaşma təlimdə demokratikləşməyə riayət edilməsi, fərdi qarşılıqlı
46
münasibətlərin yaranması üçün xüsusi şəraitin olması çox vacibdir.
Bütün bunlarla bərabər, müəllimin təlim dövründə və təlimdənkənar
vaxtlarda şagirdlərə humanist-mövqeyindən yanaşması hörmətcil,
mərhəmətli olması, qayğı, diqqət və maraq göstərməsi də lazımdır.
Təlim prosesində həlledici və aparıcı psixoloji momentlərdən biri də
ümumsinif mühitinin, şagirdlərin əhval ruhiyyəsinin, təhsil və şəxsi
maraqlarının nəzərə alınması da xüsusi əhəmiyyətə malikdir. Lakin
yaddan çıxarmamalı ki, bunlar hər bir sinifə aid qoyulmuş təlim, etik
və estetik normalardan kənara çıxmamalı, ilk növbədə ümumdövlət və
cəmiyyət mənafeyi əsas götürülməli, vətənpərvərlik və ölkənin
müdafiəsi mövqeyindən yanaşılmalıdır.
Müəllimin motivasiya, problemin qoyuluşu, sərbəst yaradıcılıq
tədqiqat işinin aparılması, onun gedişi zamanı toplanmış faktların
informasiya
mübadiləsi onların təhlili, saf-çürük edilməsi,
ümumiləşdirilməsi və ya təsnifatı (qruplaşdırılması) tətbiq etmə,
nəticənin qiymətləndirilməsi və sairə fasilitasiya prosesində və
fasilitator kimi mövqeyini nümayiş etdirərkən fəal (interaktiv) təlimin
göstərilən psixoloji mexanizmlərinin düzgün tətbiqinə nail olmaq
vasitəsilə tədrisin səmərəliliyinə müvəffəq ola bilər.
Dostları ilə paylaş: |