33
həyata keçirilməsi kompleks planlaşdırmanın nəticəsi kimi təliminin
zəruri vasitəsi rolunda çıxış edir.
Fiziki tərbiyə təliminin lazımi səviyyədə qurulması şagirdlərin
əsas xüsusiyyətlərini öyrənilməklə dərsin qarşısında duran başlıca
vəzifələrin konkretləşdirilməsini də tələb edir. Vəzifələrin yaşa, cinsə,
zehni
və eləcə də fiziki inkişafa, fiziki hazırlığa uyğun təşkili
şagirdlərin daha da fəallaşdırılmasına, tədris vəzifələrinin vaxtında,
düzgün olaraq və icrasına şərait yaradır.
Müxtəlif vasitə və üsullardan yeri gəldikcə istifadə şagirdlərin
fəallığına və tədris imkanlarına əsaslanır ki, bu da onların inkişafına və
tərbiyəsinə daha müsbət təsir göstərməsi imkanını artırır. Pedaqoji üsul
və vəzifələrin tətbiqi zamanı qarşıda duran başlıca tədris vəzifələrinin
yerinə yetirilməsinə xüsusi diqqət yetirilməlidir.
Tədris vəzifələrinin
birinci və ikinci dərəcəliliyinə də fikir vermək yerinə düşərdir. Bununla
bərabər, tədris vəzifələrinin icrasının şagirdlərin inkişafları
çərçivəsində olması onun müvəffəqiyyətlə həyata keçirilməsinə önəmli
imkan verir ki, bu da şagirdlərin fəallığına və tədrisə olan marağına
səbəb olur.
Tədrisin stimullaşdırılmasının
Dostları ilə paylaş: