L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

 
205 
(məsələn,  böyrəkdə  qan  dövranının  azalması)  yalnız  orta  göstərici  aşağı  düşür, 
dəyişkənlik  göstəricisi  isə  dəyişmir.  Endogen  kreatinin  klirensinin  ən  yüksək 
göstəricisini nahardan sonrakı saatlarda, ən aşağı göstəricisini isə gecə saatlarında 
əldə etmək olur.  
Yumaqcıq filtrasiyası sürətinin (YFS) hesablanması. Şvarç düsturu
 
YFS (ml/dəq/1,73m
2
) =            
K * Boy (cm)                   
                                                     qanda kreatinin (mq/dl) 
burada,    K  –  klirens  əmsalıdır.  Bu  əmsal  müxtəlif  yaşlarda  dəyişir  (0,33-0,70). 
Kreatinin  qanda  mkmol/l-lə  miqdarını  mqədl-ə  çevirmək  üçün  onun  mkmol/l 
göstəricisini 0,0113 vurmaq lazımdır.  
Aşağıda  yumaqcıq  filtrasiyası  sürətinin  (YFS)  müxtəlif  yaşlarda  normal 
göstəriciləri verilir.  
Yaş 
YFS (ml/dəq/1,73m
2

1 yaş  
90-110 
2–12 yaş  
89-165 
13 yaşdan yuxarı qızlar 
84-156 
13 yaşdan yuxarı oğlanlar 
72-176 
  
XBÇ zamanı digər orqan və sistemlərin zədələnməsi, əsas sindromlar: 
Astenik  sindrom  –  xəstələr  ümumi  zəiflik,  tez  yorulma,  süstlük, 
əzginlik, 
əmək 
qabiliyyətinin 
xəstəliyin 
başlanğıc 
mərhələsində 
məhdudlaşması, sonrakı mərhələrdə isə tam itməsi narahat edir. 
Distrofik  sindrom  –  xəstələr,  xüsusilə  terminal  mərhələdə,  dəridə 
quruluq və əzabverici qaşınmadan şikayət edir ki, bunun da əsas səbəbi dəri 
ilə sidik cövhəri kristallarının xaric olması və “uremik pudra” şəklində dəri 
üzərində  toplanmasıdır.  Xəstələr  həmçinin,  qabarıq  əzələ  zəifliyini,  xeyli 
arıqlamanı  qeyd  edirlər.  Sifət  şişkin,  solğun-boz  və  ya  boz-torpaq  rəngli 
olur. Əzələlər atrofiyalaşmış, onların gücü və tonusu kəskin azalmışdır.  


 
206 
Ürək-damar  və  ağ  ciyər  tərəfdən  olan  ağırlaşmalar  –  artıq  mayenin 
orqanizmdə  ləngiməsi  ürək  çatışmazlığına  və  ağ  ciyərlərin  kardiogen 
ödeminə gətirib çıxarır. XBÇ zamanı ağciyərlərin qeyri-kardiogen ödemi də 
(“uremik  ağ  ciyər”)  mümkündür  ki,  bu  da  alveolyar  kapillyarların 
keçiriciliyinin  artması  ilə  əlaqədardır.  Uremik  pnevmonit  xarakterik 
rentgenoloji  şəklə  malikdir  –  kökətarfı  zonanın  damarlarında  durğunluq 
dəyişiklikləri.  Onun  inkişafı  ürəyin  həddən  artıq  sirkulyator  yüklənməsi  və 
solmədəcik çatışmamazlıqı ilə izah olunur.   
Perikarditin  yaranmasını  uremik  intoksikasiyanın  bilavasitə  nəticəsi 
kimi  izah  etmək  olar,  humoral  pozğunluqlar  və  xüsusən,  hiperkaliemiya 
miokarditin yaranmasına gətirib çıxara bilər.   
Qanda reninemiya inkişaf edir və depressor funksiyası pozulur. Bu isə 
xəstələrdə  çox  tez-tez  hipertenzion  sindroma  gətirib  çıxarır.  Əsasən 
bədxassəli hipertenziya meydana çıxır ki, bu da göz dibində dəyişiliklərə və 
retinopatiya ilə nəticələnir. 
Arterial  hipertoniya  (AH)  –  XBÇ-nın  gecikmiş  mərhələrində  ən  çox 
rast  gələn  ağırlaşmadır.  AH-nın    əsas  səbəbi  hiperhidratasiyadır,  onu 
hemofiltrasiya ilə normallaşdırmaq olar. Lakin, əgər AH hiperreninemiya ilə 
əlaqədardırsa,  nə  hemofiltrasiya,  nə  də  xörək  duzu  və  su  qəbulunun  qəti 
məhdudlaşdırılması  belə  kömək  etmir.  AH  uzun  müddət  davam  edərsə,  sol 
mədəciyin  hipertrofiyası  və  dilyatasion  kardiomiopatiya  inkişaf  edə  bilər. 
XBÇ  xəstələrinin  50%-dən  artığında  rast  gəlinən  arterial  hipertenziya 
hiperhidratasiya,  anemiya,  endotoksinlərin  toplanması  ilə  nəticələnən 
asidozla müştərək qeyd edilərsə, durğunluq ürək çatmamazlığı yarana bilər.  
Nevroloji  pozğunluqlar.  MSS  və  periferik  sinirlərin  zədələnməsi 
müxtəlif  formada  olur  və  intoksikasiyanın  dərəcəsindən  aslıdır.  Uremik 
ensefalopatiyanın erkən simptomlarına yuxu pozğunluğu, fikrin dağınıqlığı, 
baş  beyin  fəaliyyətinin  ləngiməsi  və  s.  Böyrək  çatmamazlığının  gecikmiş 
mərhələrində  ləngimə,  huşun  dolaşıq  olması,  bəzən  hallüsinasiya  və 
sayıqlamalar 
ola 
bilər. 
Elektroensefaloqrammadakı 
dəyişikliklər 


 
207 
hiperhidratasiya,  beyin  qan  dövranının  diffuz  pozulması,  qanda  paratireod 
hormonun  (PTH)  artması  ilə  əlaqədar  beyində  kalsium  konsentrasiyasının 
yüksəlməsi ilə izah olunur. Periferik sinirlərin zədələnməsi polineyropatiya, 
əzələ zəifliyi və ayrı-ayrı əzələ qruplarının yığması ilə müşahidə edilir.  
MBT  funksiyasının  pozulması  –  ürəkbulanma,  qusma,  ishal 
əlamətləri  XBÇ-nın  bütün  mərhələrində  rast  gələ  bilər.  MBT  tərəfdən 
ağırlaşmaların  simptomatikası  ləng  inkişaf  edir,  lakin  xəstəliyin  artıq 
başlanğıc  mərhələsində  ağızda  quruluq  və  xoşagəlməyən  dad  hissi,  iştahın 
pozulması  kimi  şikayətlər  yaranır.  Sonrakı  mərhələlərdə  isə  ağızdan 
xarakterik  qoxu,  ürəkbulanma,  gəyirmə,  qusma,  stomatit,  parotit  kimi 
əlamətlər  qeyd  edilə  bilər.  Mədə-bağırsaq  traktının  kompleks  kompensator 
mexanizmlərə  qoşulması,  metabolitlərin  aktiv  xaric  edilməsi  nəticəsində 
selikli qişanın zədələnəsinə, atrofik qastrit, enterokolitin yaranmasına, mədə 
və bağırsaqda xırda səthi xoraların əmələ gəlməsinə səbəb olur ki, bunlar da 
periodik olaraq qanaxma verir.  
Böyrək  osteodistrofiyası  –  bura  osteomalyasıya,  fibroz-kistoz  ostit, 
uşaqlarda  boy  artımının  pozulması  və  s.  aiddir.  Sümük  ağrıları  böyrək 
osteoditrpfyasının bütün variantları üçün xarakterikdir
.  
Yumaqcıq  filtrasiyası  sürətinin  azalması  hiperfosfatemiya  ilə  müşahidə 
edilir  ki,  bu  da  qan  zərdabında  ionlaşmış  kalsium  konsentrasiyasının  aşağı 
düşməsinə gətirib çıxarır. Hipokalsiemiya isə öz növbəsində paratireoid hormonun 
sekresiyasını 
stimullaşdırır. 
İkincili 
hiperparatireozun 
inkişafı 
sümük 
toxumasından  kalsiumun  rezorbsiyasını  artırır,  sümük  möhkəmliyini  azaldır. 
Sümüklərdə  yaranan  bu  deffektləri  adi  rentgenoloji  müayinə  vasitəsi  ilə  aşkar 
etmək  olur.  XBÇ  zamanı  fosfor-kalsium  mübadiləsinin  pozulması  YFS-nin  artıq 
70  ml/dəqş-ə  bərabər  olan  göstəricilərində  başlayır.  Osteodistrofiyanın  müxtəlif 
formalarının 
(fibroz 
osteit, 
osteomalyasiya, 
osteoskleroz, 
osteoparoz) 
proqressivləşməsi  isə  yumaqcıq  filtrasiyası  40  ml/dəq.-ə  bərabər  və  ondan  aşağı 
olduqda  müşahidə  edilir.  Kliniki  olaraq  osteodistrofiya  sümük  və  əzələlərdə 
ağrılar,  spontan  sınıqlar,  artritlə,  fəqərələrin  sıxılması  və  skeletin  deformasiyası, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə