L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

 
211 
4) uşaq orqanizminin ümumi möhkəmləndirilməsi; 
Rejim  uşağın  yaşına  və  hərəki  aktivliyinə  müvafiq  olmalıdır.  Əlavə 
fiziki  yüklər  ya  azaldılır,  ya  da  tamamilə  ixtisar  edilir.  XBÇ-  nın  II-B 
mərhələsində rejim individual seçilir, əlavə olaraq istirahət, məktəbdəki bəzi 
dərslərdən  azad  edilir,  bir  çoxları  yarımyataq  rejimə  keçirilir.  Yataq  rejimi 
əsas xəstəliklərin kəskinləşməsi dövründə və III mərhələdə seçilir.  
Pəhriz  –  I  mərhələdə  yaşa  uyğun  olmalıdır,  lakin,  üstünlük  yenə  də 
süd-bitki  məhsullarına  verilməlidir.  II-A  və  II-B  mərhələlərində  rasionda 
zülal  50%-ə  qədər  ixtisar  edilir,  1-1,5  q/kq  çəkiyə  verilir.  Ət,  balıq,  tvoroq 
rasiondan çıxarılır.  
III mərhələdə Jovanetti pəhrizi seçilir: zülal 0,5-0,7 q/kq. Na  200 mq; 
Qida  yüksək  koloritli  olmalıdır:  yumurta,  kərə  yağı,  xama,  zülalsız  çörək, 
makaron, muss və s. Yeməklər duzsuz hazırlanır. Qidada xörək duzu yalnız 
ödem və AT yüksək olan zaman məhdudlaşdırılır. Poliuriya fazasında qanda 
kaliumun  azalmaması  üçün  pəhrizə  kaliumla  zəngin  məhsullar  –  kartof, 
sitrus,  alma,  qaragilə,  üzüm,  çuğundur,  banan    daxil  edilir.  Pəhriz  kömək  
etməzsə,  onda  kalium  preparatları  verilir.  II-B  və  III  mərhələdə  oliqouriya 
inkişaf etdiyi üçün əksinə kaliumun orqanizmdə ləngiməsi qorxusu var. Ona 
görə  rasiondan  kaliumla  zəngin  məhsullar  çıxarılır.  V/D  20%    qlükoza,  Ca 
qlükonat,  diuretiklər    yeridilir.  Asidozu  aradan  qaldırmaq    üçün  4% 
bikarbonat m-lu və ya 0,3 M trisamin (trisbufer) v\d vurulur. Osteopatiyanın 
profilaktikası və müalicəsi üçün vitamin  D sutkada 15-20 min ED 2-3 həftə 
verilir.  Hiperfosfatemiyanın  azaltmaq  üçün  daxilə  almagel  verilir.  Eyni 
zamanda asidozun korreksiyası aparılır. 
Süddən  və  balıqdan  daha  az  istifadə  olunmalıdır,  çünki  onun 
tərkibində fosfatların miqdarı çoxdur. 
Əgər  hiperkaliemiya  6.5-7  mmol/l  səviyyəsindədirsə,  venadixili 
qlükoza  məhlulu  insulinlə  birlikdə  yeridilir  (hər  500  ml  5%-li  qlükoza 
məhluluna 8 ED insulin).  


 
212 
7  mmol/l-dən  yüksək  hiperkaliemiya  qeyd  edilərsə,  ürək  tərəfdən 
ağırlaşma  riski  yarana  bilər  (ekstrasistoliya,  atrioventrikulyar  blokada, 
asistoliya).  Bu  zaman  venadaxili  qlükoza  məhlulunun  yeridilməsindən 
savayı  20-30  ml  10%-li  kalsium  qlükonat  məhlulu  və  ya  200  ml  5%-li 
natrium hidrokarbonat məhlulu venadaxili yeridilir.
  
Dünyanın  bir  sıra  ölkələrində   “xroniki  hemodializ-transplantasiya”  adı 
proqram  hazırlanmış  və  tətbiq  olunur.  Əsasən  2  yaşdan  yuxarı  uşaqlarda  aktiv 
müalicə tətbiq olunur. Ümumiyyətlə uşaqlarda hemodializ-böyrək transplantasiyası 
proqraınnın tətbiq etməyə əks göstəriş yalnız  uşağın  psixiki-əqli inkişafında qüsur 
və ensefalopatiya hesab olunur.
 
Hemodializ  (haemodialysis,  yunanca  –  hiama,  qan  +  dialysis,  ayırma, 
ayrılma)
  
qanın ekstrarenal olaraq süni yarımkeçirici membrandan diffuziya yolu 
ilə  kiçik  və  orta  molekulyar  çəkili  maddələrdən  təmizlənməsi  üsuludur. 
Hemodializ  kəskin  və  xroniki  böyrək  çatmamazlığı,  zəhərlənmə,  bir  çox  dərman 
intoksikasiyaları,  həmçinin  qanın  elektrolit  tərkibinin  ağır  pozğunluqları  zamanı 
göstəriş  ola  bilər.  Bir  sözlə  hemodializ  yolu  ilə  maddələr  mübadiləsinin  toksiki 
məhsullarını  orqanizmdən  xaric  etmək,  pozulmuş  su  və  elektrolit  balansını 
normallaşdırmaq  olur.  Qeyd  etməliyik  ki,  hemodializ  prosesini  (bu  zaman  qan 
“süni  böyrək”  aparatı  vasitəsi  ilə  təmizlənir)  peritoneal  dializ  və  bağırsaq 
dializindən fərqləndirmək lazımdır.  
Peritoneal  dializ  –  qarın  boşluğunda  xüsusi  məhlulların  bir-birini  əvəz 
etməsi yolu ilə qanın təmizlənməsi üsuludur, bu zaman membran rolunda periton 
qişa çıxış edir. 
 Bağırsaq  dializi  dedikdə  bağırsağı  selikli  qişasının  yüngül  hipertonik 
məhlullarla yuyulmasıdır. 
Böyrəyin  xroniki  xəstəlikləri  zamanı  hemodializ  müalicə  üsulu  o  zaman 
tətbiq  edilir  ki,  artıq  böyrək  çatmamazlığını  konservativ  terapiya  üsulları  ilə 
reallaşdırmaq  olmur  və  patoloji  proses  terminal  mərhələyə  keçmiş  olur.  Bu 
mərhələdə  orqanizmin  homeostazı  kifayət  dərəcədə  saxlamaq  imkanları  tam 


 
213 
tükənmiş  olur  və  ağır  uremik  intoksikasiya  simptomları  (dispeptik  pozğunluqlar, 
nəfəs verilən havada sidik iyi, anemiya, qanaxma, dərinin quru və sarımtıl olması, 
qaşınma,  yuxu  pozğunluğu  və  s.)  yaranmağa  başlayır.  Dekompensə  olunan 
uremiyanın və hemodializə göstərişin mütləq simptomuna perikardit aiddir. 
 Hemodializ  “süni  böyrək”  aparatı  vasitəsilə  həyata  keçirilir.  Aparatın  özü 
hemodializator  adlanan  hissədən  və  dializ  məhlulunu  bilavasitə  hazırlayıb 
hemodializatora  ötürən  qurğudan  ibarətdir.  Hemadializatorda  diffuziya  yolu  ilə  
qandan  bir  sıra  maddələr  dializ  məhluluna  ötürülür.  Dializ  prosesi  qanın  plazma 
hissəsindən  molekulyar  çəkisi  yüksək  olmayan  maddələrin  (elektrolitlər,  sidik 
cövhəri,  kreatinin,  sidik  turşusu  və  s.)  xaric  edilməsi,  həmçinin  natamam 
ultrafiltrasiya,  yəni  daha  yüksək  molekulyar  çəkisi  olan  toksiki  maddələrin  və 
suyun artıq hissəsinin orqanizmdən kənar edilməsidir.  
“Süni  böyrək”  aparatı  hər  bir  xəstə  üçün  ayrılıqda  fərdi  yaradıla  bilər  və 
yaxud eyni vaxtda 6-10 xəstəyə hemodializ proseduru həyata keçirən çoxyerli ola 
bilər.  Hemodializ  proseduru  tibbi  personalın  nəzarəti  altında  stasionar  şəraitdə, 
hemodializ  mərkəzlərində  və  ya  bəzi  ölkələrdə  olduğu  kimi  ev  şəraitində  aparıla 
bilər.  İqtisadi  cəhətdən  evdə  aparılan  hemodializ  daha  əlverişli  sayılır,  bundan 
başqa o xəstəyə tam sosial və psixi reabilitasiyanı təmin edir.  
Dializ  məhlulu  xəstə  qanının  elektrolit  tərkibinə  görə  hər  bir  halda  fərdi 
seçilir. Belə ki, dializ məhlulunun əsas inqridientləri bunlardır:  natrium  – 130-132 
mmol/l, kalium – 2,5-3 mmol/l, kalsium – 1,75-1,87 mmol/l, xlor – 1,3-1,5 mmol/l.  
Hər  bir  hemodializ  seansı  adətən  5-6  saat  davam  edir  və  onu  həftədə  2-3 
dəfə  təkrarlayırlar  (proqram,  permanent  dializ).  Uremik  intolsikasiyanın 
güclənməsi  zamanı  isə  hemodializ  seansları  daha  tez-tez  aparılır.  Hemodializin 
tətbiqi ilə XBÇ olan xəstənin ömrünü 15 il artırmaq olur.  
Xroniki  proqram  hemodializi  XBÇ  terminal  mərhələsində  olan  xəstələrə, 
başqa  sözlə  çəkisi  20  kq  yuxarı  olan  və  xroniki  qlomerulonefritdən,  birincili 
xroniki  pielonefritdən,  displastik  böyrəklərin  ikincili  pielonefritindən  əziyyət 
çəkən,  həmçinin  uretrohidronefrozun  anadangəlmə  formaları  olan,  lakin  aktiv 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə