L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

 
218 
ləngiməsi, osteoporoz, katarakta, diabeti aid etmək olar. Məhz bu kənar təsirlərin 
yaranması  immunodepressantların  dozasını  minimallaşdırmağa  və  ya  tamamilə 
ləğv etməyə əsas verir.  
Aktiv  müalicə  üsulu  olan  böyrək  köçürülməsi  əməliyyatını  həyata 
keçirməklə xəstənin transplantat böyrəklə  10-12  il, hətta bəzən, 20  il  yaşamasına 
nail  olmaq  olur.  Sonradan  artıq  yuxarı  yaşlarda  transplantat  öz  funksiyalarını 
itirərsə,  onda  xəstəni  yenidən  HD  seanslarına  qoşmaqla,  növbəti  transplantasiya 
əməliyyatını gözləmək lazımdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
219 
Nefrologiyada təxirəsalınmaz vəziyyətlər 
Kəskin  və  xroniki  böyrək  çatmamazlığının  klinikası  və  müxtəlif 
mərhələlərində  göstərilən  təxirəsalınmaz  yardım  haqda  müvafiq bölmələrdə 
məlumat verilmişdir. Bu bölmədə isə rast gəlinən digər təxirəsalınmaz hallar 
zamanı göstərilən yardım haqda söhbət açılır. 
Nefrolitiaz
Böyrək 
kolikası.Böyrəkdaşı  xəstəliyi  urolitiazlar 
içərisində  ən  geniş  yayılmışıdır.  Etiologiyası  hələ  indiyə  qədər  məlum 
deyildir.Polietioloji  və patogenezi çox mürəkkəb bir xəstəlikdir. 
Urolitiaz.  Təkcə  sidik  orqanlarının  deyil  orqanizmin  ümumi 
xəstəliyinin  yerli  göstəricisidir.  Sidik  turşusu  daşlarının  əsas  səbəbi  zülal 
mübadiləsi ilə əlaqədar sidik turşu mübadiləsinin pozulmasıdır.Ancaq qanda 
sidik  turşularının  artması  nefrolitiazın  əmələ  gəlməsi  üçün  səbəb  sayılmır. 
Daş əmələ gəlməsi üçün aşağıdakı şərtlər lazımdır. 
a) 
sidiyin müəyyən reaksiyası 
b) 
sidiyin duzlarla dolması 
c)  sidikdə  müəyyən  qədər  kalloid  və  üzvi  zülal  maddələrin 
olması.Onlara  duzlar  çökür  və  sonra  onlar  konkrementlərə 
çevrilirlər.  
d) Kanalcıqların  və  ləyən  toxumasının  kataral  iltihabı  zamanı  böyrək 
toxumasına eksudat elementləri ilə sidik duzları çökür,və bu böyrək 
daşının  başlanğıcı  olur.  Birincili  daş  adətən  məməcikdə  lokal 
patoloji  prosesin  nəticəsidir.  Çöküntülərdən  əmələ  gələn  matriks 
getdikcə  adsorbent  kimi  özünə  müxtəlif  duzları  bilrləşdirərək 
daşlar  əmələ  gətirir.Sonra  həmin  daşlar  hərəkət  edərək  böyrək 
ləyənində  və  ya  sidik  axarlarından  keçərkən  seqmentar  spazma 
əlaqəli  ağrılara səbəb olur. 
 Böyrək daşlarını 2 qrupa bölmək olar: 
1) bərk,  kristalloid,  üzvi  və  qeyri  üzvi  duzlardan  ibarət.(urat, 
oksalat, fosfat, karbonat, sistin və ksantin daşları) 


 
220 
2) yumşaq,  elastik,  zülal  substansiyalarından  ibarət  daşlar 
(bakteriya, fibrin və amiloid) 
Kimyəvi  tərkibinə  görə  uratlar  və  oksalatlar  ayırd  edilir.  Böyrək 
daşları birincili və ikincili ola bilir. 
Böyrək  tutmasının  klinikası.  Ağrılar  bel  nahiyəsində,  kəskin 
başlayır.Adətən  ağrılara  ağır  fiziki  iş  səbəb  olur  ,  lakin  sakitlik  halında  da 
əmələ gələ bilirlər. Ağırların intensivliyi getdikcə artır və xəstə ağrıya dözə 
bilmir.  Ağrılar  beldə  olur  ,  tədricən  sidik  axarları,  qasıq  və  cinsi  orqanlara 
yayılır.  Sidiyin  analizində  eritrositlər,  zülal,  konkrementlər,  duzlar  aşkar 
olunur.  Bəzən  ağrılar  qarında  olur  və  kəskin  qarını  xatırladır.  Tutma 
qizdirma ,leykositoz, EÇS artması ilə də müşayiət oluna bilər. 
Diaqnoz:  anamnez,  sidiyin    ümumi    analizi,  rentgen,  USM, 
pnevmopielo-qramma,  uroqramma,  xromosistoqrafiya,  izotop  renoqrafiya, 
böyrək angioqrafiyası, retroqrad pieloqrafiyaya əsasən qoyulur. 
Müalicə - konservativ və cərrahi üsulladır. 
Konservativ müalicə: 
1) 
nefrolitiaza gətirən faktorlara təsir 
2) 
daşın düşməsini rahatlatmaq 
3) 
 ağırlaşmaların qarşısını almaq. 
Hal  hazırda  urat  daşlarının  əridilməsi  üçün  preparatlar  vardır  və 
istifadə  edilir.  Bunlar  limon  turşusu,  sitrat  Na,  urolit  U,  blemoren, 
solemok,maqurlit, Rowanitex, Allopurinol, Sancol, Lepidium komplex və s. 
Effekt sidiyin pH –ından asılıdır.(6,2-6,8)  
Böyrək  tutmasının  müalicəsi  zamanı-ilk  növbədə  istiqac  37-38  ºC 
qoyulur,  sonra  spazmolitiklər    və  ağrıkəsicilərdən  istifadə  olunur.  Tutmanı 
ə/d 5 ml Baralgini ilə daxilə 0,5 qr –gündə 3 dəfə və ya 1 ml 0,1% Atropini 
və 1 ml 2% Promedoli və ya 1 ml 2% li Pantoponi. Uzun sürən ağrı zamanı 
toxum  ciyəsi  və  ya  uşaqlığın  girdə  bağı  novokainlə  blokada  edilir. 
Göstərilən  üsullar  effekt  vermədikdə  endoskopik  və  cərrahi  müdaxilələr 
edilir. 


 
221 
Proqnoz. Vaxtında müalicə olunduqda qənaətbəxşdir. 
Böyrək  və  sidik  çıxarıcı  yolların  qanaxması.  Hematuraya  sidiklə 
qanın xaric olmasıdır. Gözlə görünən və mikroskopik hematuriyalar olur. 
Total  makrohematuriya-bütün  sidik  ixracı  boyu  qanın  eyni 
intensivlikdə  paylanmasıdır.İnisial  makrohematuriya-  bu  zaman  yalnız 
sidiyin  ilk  porsiyası  qanlı  olur.Terminal  -  bu  zaman  sidiyin  son  porsiyası 
qanlı olur. 
Qanaxmaya  səbəb  olan  əsas  xəstəlikər  -  şiş,  travma,  vərəm,  urolitiaz, 
iltihab, 
hidronefrotik 
transformasiya, 
polikistoz 
degenerasiya, 
antikoaqulyantlarla səhv müalicə, hemorragik diatez. 
Sidik-cinsiyyət  orqanlarının  travmaları.  Demək  olar  ki,  hər  zaman 
hematuriya  ilə  müşayiət  olunur.  Total  hematuriya  bel  nahiyəsinin 
zədələnməsi  zamanı  əmələ  gəlirsə,  bu  nahiyənin  şişməsi,  göyərməsi  və 
burada  qançır  varsa,  sidik  ifrazı  dəyişməyibsə  böyrək  zədələnməsindən 
şübhələnmək olar.  
Sidik  kisəsinin  zədələnməsi  zamanı  makrohematuriya  ilə  bərabər 
kəskin  dizuriya,  tez  tez  ağrılı  sidik  ifrazı,və  sidiyinin  ya  qan  ya  da  təmiz 
porsiya  şəklində  olması  müşahidə  olunur.  Anamnezdə  isə  çanaq 
sümüklərinin sınması və ya o nahiyəyə zədə haqda məlumat olur. 
Diaqnoz  -  zamanı  qanaxmanın  yerini  bilmək  üçün  sidik  3  porsiyada 
götürülür.  İlk  porsiyada  olan  qan  uretranın  zədələnməsini,2-ci  porsiyadakı 
qan  sidik  kisəsinin  zədələnməsini,  her  3  qabdakı  qan  isə  daha  ağır  böyrək 
zədələnməsini göstərir. 
Təxirəsalınmaz  yardım  -  Hematuriya  aşkarlanıbsa  xəstəyə  rahatlığı 
təmin  etmək  lazımdır.  Çanaq  sümüklərinin  travması  nəticəsində  olan 
qanaxma  zamanı  xəstənə  taxta  şit  üzərinə  uzatmaq  lazımdır.  Yüksək 
qanaxmada 1-2 ml 1% li vikasol,  10 ml 10 % kalsiqlukonat  ə/d, 10% CaCl
2
 
10 ml. 
Hemorragik  şok  zamanı  şok  əleyhinə  tədbirlər-qanəvəzedicilər  və  duz 
məhlulları  (5%  qlukoza,  Derrou)  daimi  A/T  düzəlməsinə  qədər.  Eləcə  də  2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə