L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

 
214 
infeksiya ilə və ya massiv bakteriuriya ilə ağırlaşmayan xəstələrə aparılır. Müasir 
dövrdə  diabetik  qlomeruosklerozun  inkişafı  zamanı  da  hemodializ  proseduru 
həyata keçirilir.  
Bəzi  mənbələrə  görə  hemodializ  proseduru  xəstədə  yumaqcıq  süzülmə 
sürətinin 15-10 ml/dəq. qədər enməsi, qanda sidik cövhərinin 30 mmol/l və ondan 
yuxarı qalxması, kreatinin  plazmada miqdarının 700 mkmol/l-dən yuxarı olması, 
hiperkaliemiya, metabolik asidoz, “yaş ağciyər” mənzərəsi ilə nəticələnən mayenin 
həddən  artıq  yüklənməsi  zamanı  təyin  edilməlidir.  Lakin  xroniki  hemodializ 
seanslarının təyininə ümumi klinik-laborator göstəricilər aşağıdakı kimidir: 
 
yumaqcıq filtrasiya sürəti 5 ml/dəq.-dən daha az; 
 
böyrəklərin effektiv qan cərəyanı sürəti 200 ml/dəq.-dən daha az; 
 
sidik cövhərinin plazmada miqdarı 35 mmol/l-dən daha çox; 
 
kreatinin plazmada miqdarı 1 mmol/l-dən daha çox; 
 
“orta molekulların” plazmada miqdarı 1 ED-dən daha çox; 
 
kaliumun plazmada miqdarı 6 mmol/l-dən daha çox; 
 
qanda standart bikarbonatların 20 mmol/l-dən aşağı düşməsi; 
 
bufer əsaslarının 15 mmol/l-dən daha çox defisiti
 
davamlı oliqoanuriyanın inkişafı (sutkada 500 ml-dən daha az sidik); 
 
hiperhidratasiya fonunda ağciyər ödeminin başlanması; 
 
fibroz və ya daha az eksudativ perikardit
 
artan periferik nefropatiya əlamətləri. 
Xroniki  hemodializ  prosesi  dövründə  xəstənin  pəhrizi  çəkinin  hər  1  kq-na 
0,8-1  q  zülal,  həmçinin  sutkaya  1,5  q  xörək  duzu,  2,5  q  qədər  kalium  daxil 
edilməlidir.  
Xroniki hemodializ üçün mütləq əks göstərişlərə aşağıdakılar aiddir: 


 
215 
 
böyrək  xəstəliyi  ilə  əlaqəsi  olmayan  ürək  dekompensasiyasının 
olması,  bu  zaman  böyük  və  kiçik  qan  dövranın  da  durğunluq 
əlamətləri yaranır; 
 
aktiv  iltihabi  proses  ilə  müşahidə  edilən  istənilən  lokalizasiyalı 
infeksion xəstəlik; 
 
istənilən lokalizasiyalı onkoloji xəstəlik; 
 
daxili orqanların vərəmi; 
 
aktiv fazada olan MBT xorası; 
 
qaraciyərin ağır zədələnmələri
 
psixi xəstəliklər; 
 
istənilən mənşəli hemorragik sindrom; 
 
bədxassəli arterial hipertenziya və onun fəsadları. 
Hemodializ  zamanı  daha  tez-tez  rast  gələn  ağırlaşmalara  arterial 
hipotenziya, əzələ qıcolmaları, ürək bulanma və qusmanı aid etmək olar. Arterial 
hipotenziyanın  yaranması  bir  çox  hallarda  həddən  artıq  sürətli  və  ya  yüksək 
ultrafiltrasiya ilə əlaqədardır, lakin bəzən ürək çatmamazlığının inkişafı, məhlulda 
natriumun az olması, asetatın pis keçirdilməsi, hipokaliemiya, eksudativ perikardit, 
gizli  qanaxma,  septisemiya,  tromboemboliya,  böyrəküstü  vəz  çatmamazlığı, 
amiloidoz,  hipotenziv  terapiya  ilə  də  izah  oluna  bilər.  Hipotenziyanın 
profilaktikasını aparmaq üçün ultrafiltrasiya prosesinə dəqiq nəzarət edən aparatın 
seçmək,  bikarbonat  məhlulunu  dəqiq  ölçərək  seçmək,  məhlulda  natriumun 
proqram üzrə dəyişdirmək, qlükozanı dializ məhluluna daxil etmək, ultrafiltrasiya 
zamanı xəstənin çarpayıdakı vəziyyətini dəyişdirilmək lazımdır.  
Əzələ  qıcolmalarının  yaranması  çox  vaxt  dehitratasiya  ilə  əlaqədardır  və 
asanca,  40-60  ml  40%-li  qlükozi  məhlulunun,  20  ml  10%-li  kalsii  qlükonati 
məhlulunun  və  20-30  ml  10%-li  natrii  xloridi  məhlulunun  yeridilməsi  ilə  aradan 


 
216 
qaldırılır. Ürək bulanma və qusma əlamətləri ya uremiya, ya da arterial hipotenziya 
və ya hipertenziyanın inkişafı ilə əlaqədar yarana bilər.  
Dializatorların  sterilizasiyasında  istifadə  olunan  etilenoksid  çox  vaxt 
xəstələrdə  allergik  reaksiyalara  səbəb  olur,  lakin  bu  hallar  çox  nadir  olur.  Bu 
zaman xəstədə baş ağrısı, tənəffüs pozğunluğu, sifətin ödemi, göz yaşının axması, 
zökəm, qarında ağrı, dəridə urtikar səpgilər, arterial hipotenziya yarana bilər.  
Digər  ağırlaşmalara  uremik  osteodistrofiyanın  proqressivləşməsini,  virus 
hepetitləri ilə yoluxma, şunt qoyulan nahiyənin irinləməsini göstərmək olar. 
Aşağıda bəzi qida məhsullarının hər 100 q-da kaliumun miqdarı mq ilə 
göstərilir: 
  kuraqa (qaysı qurusu) – 1700; 
  xurma – 800; 
  quru göbələk – 580; 
  şokolad – 500; 
  gavalı – 240; 
  banan – 350; 
  apelsin – 250; 
  qızardılmış kartof – 745; 
  suda bişirilmiş kartof – 330; 
  pomidor – 500; 
  kofe tozu (1 çay qaşığında) – 390; 
Hemodinamikanın  yaxşılaşdırmaq  məqsədilə  eufillini,  saluretiklər, 
lespenefril,  kurantyli  təyin  edilir.  DDL-sindromu  zamanı  heparin  və  ya 
başqa antikoaqulyantlar koaquloqrammanın nəzarəti altında yeridilir. 
XBÇ kompensə olunmuş mərhələsində pəhriz mümkün qədər fizioloji, 
tam  keyfiyyətli  olmalıdır.  (2000—3000  kkal/sut,  məsləhət  görülür). 
Xüsusilə,  zülalların    parçalanmasının  qarşısını  alan  tədbirlər  görülür.  Bu 
məqsədlə anabolik preparatlar: retabolil (5%—1,0 ml) əzələ daxilinə hər 7-
15-21  gündən  bir,  1ml  isitməklə  vurulur  və  ya  0,0005  q  gündə  3  dəfə  3-4 


 
217 
həftə  müddəti  metandrostenolon,  retabolil  məsləhət  görülür.  Qanı  azot 
şlaklarından  təmizləmək  ücün,  maye  rejimini  çoxaltmaq  hesabına  yüksək 
diurez  əldə  edilir.Yüksək  böyrək  hipertoniyası  zamanı  istənilən  hipotenziv 
preparatlar məsləhət görülür. 
Nefrotik  sindrom  zamanı  saluretiklər-tiazid  törəmələri,  furosemid, 
uregit  təyin  olunur.  Axırıncılar  hiperkaliemiya  olmadıqda  verilir. 
Hemorragik  diatezlər  inkişaf  etdikdə  K  vitamini,  ehtiyatla  aminokapron 
turşusu  təyin  olunur.  Adətən  hemodializ,  kreatinin  0.9-1.14  mmol/l,  qalıq 
azot  82-106  mmol/l-əqədər  artırsa  və  yumaqcıq  filtrasiyası  5  ml/dəq  yə 
qədər azalarsa göstəriş sayılır. 
Pəhrizlə  yanaşı  sorbentlər  də  geniş  istifadə  edilir.  Sorbentlər 
ammonyak və digər toksiki maddələri bağırsaq boşluğunda adsorbsiya edir. 
Sorbent  kimi  daha  çox  enterodez,  laktofiltrum  və  ya  karbolen  5  q  100  ml 
suda həll edilməklə gündə 3 dəfə, yeməkdən 2 saat sonra istifadə edilir.  
Böyrək  köçürülməsi  –  XBÇ  olan  xəstə  uşaqlarda  ən  optimal  müalicə 
üsuludur.  Belə  ki,  böyrək  köçürülməsi  zamanı  geriyə  bərpa  olunmaz  patoloji 
prosesə uğramış böyrəyi tam sağlam böyrəklə əvəz edirlər. Donor böyrəyi HLA-
antigenləri  sisteminə  görə  seçilir.  Çox  vaxt  belə  böyrəkləri  bir  yumurta 
əkizlərindən, xəstənin qohumlarından, bəzən isə bədbəxt hadisə zamanı həlak olan 
və xəstə ilə HLA-sistemə görə uyuşan şəxslərdən götürürlər. Bundan başqa donor 
və  resipientin  qan  qrupları  uyğun  olmalı,  çarpaz  limfosititoksik  test  (donor 
limfositləri ilə resipiyentin zərdabı qarışdırılan zaman sitoliz prosesi getməməlidir) 
mənfi olmalıdır. 
Böyrək transplantasiyasına əsas göstəriş: XBÇ terminal mərhələsinin I və II 
dövrləri.  Böyrək  köçürülməsi  əməliyyatından  sonra  xəstə  uşaq  transplantantın 
işlədiyi 
bütün 
müddət 
ərzində 
immunosupressiv  müalicə 
almalıdır. 
İmmunosupressiv terapiya qopub ayrılmanın profilaktikası üçün aparılır. Bu zaman 
2-3 preparatın yüksək olmayan dozalarda kombinasiyası əsas götürülür. Belə ki, bu 
preparatlar onların kənar təsir yaratma qabiliyyətinə və bu təsirlərin şiddətinə görə 
seçilir.  Bildiyimiz  kimi  steroidlərin  ənənəvi  kənar  təsirlərinə  boy  artımının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə