Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə21/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

Süfrəyə verilən zaman bu şorbaya kərə yağı qatılır.

Süd şorbası xırda makaron məmulatı (qulaqcıq, ulduz və s.)

ilə bişirilən hallarda bu məmulat dərhal qaynar üzlü südə yaxud

su ilə qarışdırılmış südə salınır.



Hər pay üçün burada 350 q süd, 100 q su, 40 q makaron

məmulatı (əriştə, vermişel, makaron, ulduz, qulaqcıq), 5 q kərə

yağı, 5 q şəkər və 3 q duz götürülür.

Ev əriştəsindən südlü şorba

Əriştə şorbası makaron məmulatından olduğu kimi bişirilir.

Ev əriştəsi isə əriştə şorbası kimi bişirilir.

Düyüdən yaxud darıdan südlü şorba

Burada   düyü   yaxud   darı

seçilib qaynar suya tökülür və 5-

7   dəqiqə   bişirilərək   ələkdən   sü-

zülür və qaynar südə salınır. Bu

şorbanın su ilə qarışdırılmış süd-

dən   bişirildiyi   hallarda   qabaqca

düyü   bişirilən   qabdakı   suya   5-7

dəqiqədən sonra qaynar üzlü süd

tökülüb, bunun da arxasınca duz

və  şəkər  qatılaraq  qaynar  vəziyyətə  gətirilir.  Süfrəyə  veriləndə

bunun içinə kərə yağı  salınır. Südlü şorba manna yarmasından

bişirilən hallarda həmin yarma dərhal qaynar üzlü süd yaxud su

ilə qarışdırılmış südə tökülür.



Hər pay üçün burada 350 q süd, 110 q su, 35 q düyü yaxud

40 q darı yaxud 30 q manna yarması, 5 q kərə yağı, 5 q şəkər və

3 q duz götürülür. 

                 

Tərəvəzli süd şorbası

81



Burada   kubik   şəklində   doğranmış   kartof   və   çiçək   kələm

qaynar   suda   pörtlədilir   və   bunlar   hamısı   birlikdə   su   ilə

qarışdırılmış qaynar südə salınıb hazır olunca bişirilir. Ən axırda

bunun içinə qabaqcadan bişirilmiş göy paxla qınları əlavə edilib

qaynadılır. Süfrəyə verilən zaman buna kərə yağı qatılır.

Hər pay üçün burada 250 q süd, 50 q su, 80 q çiçək kələm,

133 q kartof, 25 q yerkökü, 55 q təzə qınlı lobya, 5 q kərə yağı və

5 q duz götürülür.

3.1.7. Soyuq şorbaların hazırlanma texnologiyası 

Soyuq şorbaların maye hissəsi çörək kvasından yaxud çu-

ğundur həlimindən ibarət olur. Çorək kvası iaşə müəssisələrində

hazırlana bilər.



Çörək kvasının hazırlanması.  Burada qara çörək xırda-

xırda doğranıb üzündə qazmaq əmələ gəlincə qızdırıcı şkaflarda

qurudulur və suxarı şəklinə salınır. Sonra bunun üstünə qaynar su

tökülərək 3-5 saatdan sonra süzülür. Nəticədə əmələ gələn həlimə

şəkər   və   maya   vurulub   1

2

1



-3   saat   isti   yerdə   saxlanılaraq

qıcqırdılır.                                

Qıcqırma prosesində çörək həliminə kişmiş, cirə, zəncəfil

və   zirə   vurula   bilər.  Nəticədə   əldə   edilmiş   kvas   süzülüb

soyudulur. Kvas buz üstündə saxlanır.             

Çuğundur   həliminin   hazırlanması.  Burada   çuğundur

soyulub   tikə   şəklində   doğranır   və   üstünə   su   və   azacıq   sirkə

tökülüb   zəif   od   üzərində   15-20   dəqiqə   bişirilir.   Bundan   sonra

çuğundur həmin qabda bir neçə saat isti yerdə saxlanıb turşudulur

və süzülür. Həmin həlim soyuq yerdə saxlanır. Çuğundur həlimi

qabıqlı bişirilmiş çuğundurdan da hazırlana bilər.  

82



Soyuq   şorbaların   hazırlanması.  Süfrəyə   verilən   zaman

soyuq   şorbaların   içinə   bir   tikə   yeyinti   buzu   salınır   yaxud   buz

xırda boşqabda şorbanın yanına qoyulur. 

Hər payda şorba çıxarı 500 q təşkil edir. Bunun temperaturu

7-14° olmalıdır.

Toplama ət doğramacı

Burada bişirilib soyudulmuş mal əti, habelə vetçina, bərk

bişirilmiş   yumurtanın   ağı,   göy  soğan   və   qabığı   soyulmuş   təzə

xiyar xırda kubik şəklində doğranır.

Eyni   zamanda   xama,   bərk   bişirilmiş   yumurtanın   əzilmiş

sarısı, hazır xardal, şəkər və duz ciddi əzilib kvas içində açılır.

Süfrəyə verilən zaman kvasın içinə qabaqca hazırlanmış ət

məhsulları salınır, yumurta sarısından və xardaldan ibarət kütlə

və turş xama vurulub üstünə cəfəri göyərtisi yaxud şüyüd səpilir.

Hər pay üçün burada 300 q çörək kvası, 65 q mal əti, 26 q

bişmiş vetçina (bud əti), 38 q göy soğan, 75 q təzə xiyar, 20 q turş

xama, 

2

1



 ədəd yumurta, 5 q şəkər, 2 q hazır xardal, 5 q duz və 5

q şüyüd götürülür.

Ət doğramacı

Ət doğramacı da toplama ət

doğramacı   kimi   hazırlanır.   Lakin

burada yalnız mal əti tətbiq edilir.



Hər pay üçün burada 300 q

çörək kvası, 109 q mal əti, 38 q

göy soğan, 75 q təzə xiyar, 20 q

xama, 2 q şəkər, 5 q duz, 2 q hazır

xardal və 5 q şüyüd götürülür.

83



3.1.8. Şirin şorbalar

Şirin   şorbalar   təzə   yaxud   quru   meyvələrdən   və   giləmey-

vələrdən   hazırlanır.   Bu   şorbaların   maye   hissəsi   meyvə   yaxud

giləmeyvə həlimindən ibarətdir. Burada meyvə yaxud giləmeyvə

doğranıb (dilim və kubik şəklində) yaxud əzilib həlimə salınır.

Şirin   şorbalara   qabaqcadan   bişirilmiş   düyü,   soğan,   əriştə,

vermişel və xırda makaron məmulatları da qatıla bilər.

Şirin şorbalar ya isti, ya da soyuq şəklində buraxılr. Ayrıca

olaraq şorbanın yanına pirojki boşqabında bir tikə quru biskvit,

keks yaxud quru peçenye süfrəyə  verilr. Şirin şorbaların çıxarı

500 q-dır.                

Portağal şorbası

Burada   portağal   qabığı   xırda

doğranıb   üstünə   su   tökülür   və   5-10

dəqiqə  bişdikdən  sonra  süzülür.  Əldə

edilmiş həlimə şəkər salınıb əridilir və

qabaqca   suda   yaxud   üzüm   şərabında

açılmış   kartof   nişastası   vurulub   qay-

nadılır.   Bunun   içinə   sonra   soyulmuş,

pörtlədilmiş   və   dilim   şəklində   doğ-

ranmış portağal qatılır.

Süfrəyə   verilən   zaman   bu   şor-

banın   boşqabına   həm   də   turş   xama

tökülür.   Buna   bişmiş   düyü   də   qatıla

bilər (18 q)

Mandarin şorbası da həmin qayda üzrə hazırlanır.

Hər pay üçün portağal şorbasına  

2

1



  ədəd portağal, 10 q

kartof nişastası, 50 q şəkər, 30 q üzüm şərabı və 20 q turş xama

götürülür.

84



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə