Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə18/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   14   15   16   17   18   19   20   21   ...   110

Borş şoraba kələmindən hazırlandığı hallarda həmin kələm

tomat-püre və az miqdar bulyon içində bişirilir. Burada bişirilən

kələm çuğundura qatılıb təkrar bişirilir və qaynar ət bulyonuna

salınır.


Borş   buraxılan   zaman   boşqaba   bir   tikə   suda   bişmiş   ət

qoyulub üstünə borş tökülür (borşa burada rəngi yaxşılaşsın deyə

çuğundur boyağı da vurula bilər); sonra buna xama əlavə edilir və

narın döyülmüş cəfəri yaxud şüyüd səpilir.



Hər pay borş üçün 100 q təzə çuğundur, 100 q təzə kələm

yaxud 109 q şoraba kələmi, 25 q yerkökü, 7 q cəfəri, 24 q baş

soğan, 15 q tomat-püre, 5 q un, 10 q yağ , 10 q xama, 5 q şəkər, 8

q 3%-li sirkə, 3 q göyərti və müfaviq miqdar ədviyat götürülür.

Donanma borşu

Burada soyulmuş çuğundur, yerkökü, cəfəri və baş soğan

dilim şəklində, təzə kələm kvadrat

şəklində, kartof isə kubik şəklində

doğranır.   Ət-sümük   bulyonunda

bekon bişirilərək hər paya 1-2 ti-

kədən   ibarət   dilim   şəklində   kə-

silir.


Doğranmış   çuğundur   yağ,

tomat-püre   və   sirkə   ilə   birlikdə

kartofsuz borş kimi (№1) bişirilir,

sonra yağda qızardılmış tərəvəz və

bişib qurtaranda isə şəkər qatılır. 

Qaynar vəziyyətə gətirilmiş ət-sümük bulyonuna doğranmış

kələm və kartof, 5-10 dəqiqədən də sonra bişmiş çuğundur və

yağda qızardılmış tərəvəz qatılıb yenə qaynar vəziyyətə çatdırılır,

sonra buna bulyonda açılan yağda qovrulmuş un, istiot dənləri,

dəfnə  yarpağı  və duz əlavə    edilib  hamısı  birlikdə  5-7 dəqiqə

bişirilir. 

70



Hər paya burada 42 q bekon, 100 q çuğundur, 50 q təzə

kələm yaxud 43 q şoraba kələmi, 80 q kartof, 25 q yerkökü, 7 q

cəfəri, 24 q baş soğan, 15 q tomat-püre, 5 q un, 8 q yağ, 10 q

xama, 5 q şəkər, 8 q 3%-li sirkə, 3 q göyərti və müvafiq miqdar

ədviyat götürülür.

Təzə kələmdən şşi

Burada ağbaş kələm çöp

şəklində   (ərişdə   kimi),   dilim

şəklində yaxud kvadrat şəklin-

də, yerdə qalan tərəvəz isə çöp

yaxud xırda tir şəklində doğra-

nır.

Qaynar   bulyona   hazır-



lanmış   ağbaş   kələm   salınıb

qaynadılır,   sonra   buna   yağda

qızardılmış   yerkökü,   cəfəri,

baş soğan və turp qatılır. Zəif od üzərində bunlar 15-25 dəqiqə

bişdikdən   sonra   içərisinə   istiot   dənləri,   dəfnə   yarpağı   və   duz

vurulur. Buna habelə yağda qovrulmuş un (5 q) qatılıb təkrar 5-

10 dəqiqə bişirilə bilər.

Şşi   xörəyinə   habelə   yağda   qovrulmuş   tomat-püre   (10   q)

yaxud qırmızı pomidor da əlavə edilə bilər.

Buraxan   zaman   boşqaba   şşi   tökülüb   üstünə   xama   əlavə

edilir və göyərti səpilir.

Hər pay üçün burada 200 q təzə kələm, 20 q turp, 25 q

yerkökü, 7 q cəfəri, 24 q baş soğan, 10 q gövdəli soğan, 10 q yağ,

10 q xama, 3 q göyərti və müvafiq miqdar ədviyat götürülür.

71



Göy şşi

Burada quzuqulağı və is-

panaq seçilib yuyulur və quzu-

qulağı öz şirəsində, ispanaq isə

coşqun   qaynar   suda   (rəngini

mühafizə   edə   bilməsi   üçün)

bişirilir. Sonra göyərti ətçəkən

maşından   yaxud   tərəvəzəzən

maşından keçirilir.

Əldə   edilən   püre,   yağda

qızardılmış baş və göy soğan,

cəfəri, istiot dənləri, dəfnə yarpağı və duz  qaynar bulyona qatılıb

hamısı   birlikdə   qaynar   vəziyyətə   gətirilir   və   içinə   yağda

qovrulmuş un vurularaq yenə 10-15 dəqiqə bişirilir.

Buraxan zaman boşqaba bərk bişirilmiş yumurtanın sarısı

yaxud dörddə bir hissəsi qoyulub üstünə şşi tökülür və xama əlvə

edilir və göyərti səpilir.

Hər   pay   üçün   burada   təxminən   75   q   quzuqulağı,   125   q

ispanaq, 20 q cəfəri, 15 q soğan, 20 q göy soğan, 10 q buğda

unu, 10 q yağ,15 q xama, ½ ədəd yumurta, 3 q göyərti və müfaviq

ədviyat götürülür.

Quzuqulağından şşi 

Burada qaynar bulyona yağda qızardılıb xırda dilim şəklin-

də   doğranmış   baş   soğan   və   cəfəri   tökülərək   qaynar   vəziyyətə

gətirilir.   Sonra   bunun   içərisinə   doğranmış   quzuqulağı   və   duz

qatılıb 5 dəqiqə bişirilir.

Həmin   şşi   xörəyinə   yağda   qovrulmuş   un   (5   q)   vurulub

sonra   5   dəqiqə   müddətində   bişirilə   bilər.   Hazır   şşi   xörəyinə

lyezon vurulur.

Buraxan zaman  boşqaba bərk bişirilmiş  yumurta  soyulub

qoyulur və üstünə şşi tökülüb göyərti səpilir.

72



Ayrıca olaraq pirojki boşqabında buğda çörəyindən  xırda

kubik şəklində doğranmış qrenki süfrəyə verilir.



Hər pay üçün burada 197 q quzuqulağı, 7 q cəfəri, 12 q baş

soğan,   12   q   süfrə   marqarini,   50   q   süd,   1  

4

1



  ədəd   yumurta

(lyezon və şorba üçün), 3 q göyərti, 30 q buğda çörəyi və müvafiq

miqdar ədviyat götürülür.

Gicitkandan şşi

Burada coşğun qaynar duzlu suya seçilib yuyulmuş gicitkan

salınır, 2-3 dəqiqə güclü od üzərində bişirilir və ələkdən süzülüb

ətçəkən maşından yaxud tərəvəzəzən maşından keçirilir. Tərəvəz

kökləri kubik şəklində, baş soğan isə doğranıb hamısı birlikdə

yağ içində qızardılır və axıra 2-3 dəqiqə qalmış bunun içinə narın

doğranmış göy soğan qatılır. Qaynar bulyona gicitkandan püre, az

suda   bişirilib   əzilmiş   quzuqulağı   və   yağda   qızardılmış   tərəvəz

qatılaraq   10-15   dəqiqə   bişirilir.   Bundan   sonra   duz   və   ağ   sous

vurulub təkrar 5 dəqiqə bişirilir.

Buraxan   zaman   bərk   bişirilmiş   yumurtanın   yarısı   yaxud

dörddə bir hissəsi boşqaba qoyulub üstünə şşi tökülür, xama əlavə

edilir və göyərti səpilir.

Hər pay üçün burada 195 q gicitkan, 66 q quzuqulağı, 5 q

yerkökü, 7 q cəfəri, 24 q baş soğan, 19 q göy soğan, 5 q un, 10 q

yağ, 

2

1



 ədəd yumurta, 15 q xama və 3 q göyərti götürülür.

Rassolnik 

73



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə