Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə35/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

Burada   hazırlanmış   suvaşqan   düyü   şiləsinə   çiy   yumurta,

kişmiş, vanilin əlavə edilib hamısı birlikdə qarışdırılır, bu kütlə

dibinə yağ sürtülmüş və suxarı ovuntusu səpilmiş tavanın içinə

yayılır, sonra bunun üzünə yumurta ilə birlikdə xama sürtülərək

qızdırıcı şkafda bişirilir.

Süfrəyə   verilən   zaman   düyü   zapekankası   paylıq   tikələrə

doğranır və üstünə kərə yağı yaxud şirin sous tökülür.

Hər pay üçün burada 60 q düyü, 100 q süd, 10 q şəkər, 10

q kişmiş, 

4

1



 ədəd yumurta, 5 q suxarı, 4 q xama, 4 q yağ, 0,02 q

vanilin və 10 q kərə yağı yaxud sous götürülür. 

Qarabaşaq kökəsi (krupenik)

Burada hazırlanmış qarabaşaq şiləsinə şəkər, yumurta, xa-

ma (bir hissəsi) və kəsmik ovuntusu əlavə edilib ciddi qarışdırılır.

Sonra həmin kütlə 4-5 sm qalınlıqda lay şəklində olmaqla dibinə

yağ sürtülmüş və suxarı ovuntusu səpilmiş tavanın içinə qoyulur,

səthi   bıçaqla   hamarlaşdırılır   və   üzünə   xama   sürtülüb   qızdırıcı

şkafda bişirilir. Hazır olduqda qarabaşaq kökəsi paylıq tikələrə

doğranır və süfrəyə veriləndə üstünə ərinmiş yağ tökülür. Bunun

yanına sous qabında xama qoyulur.

Hər pay üçün burada 72 q qarabaşaq yarması, 50 q süd, 70

q su, 10 q şəkər, 85 q kəsmik, 

4

1



 ədəd yumurta, 5 q suxarı, 5 q

yağ, 5 q üzünə sürtmək və 30 q tərkibinə  vurmaq üçün xama

yaxud həmin 30 q xama əvəzinə 10 q kərə yağı götürülür.

Düyü kotleti

135



Burada hazırlanmış isti suvaşqan düyü şiləsinə şəkər və çiy

yumurta əlavə edilib hamısı birlikdə ciddi qarışdırılır. Sonra hələ

kütlə istikən (45-50°) hər paya 2 ədəd tikələrə bölünüb döyülmüş

suxarıda urvalanır və qazmaq tutunca tavada yağ içində qızardılır.

Düyü kotleti süfrəyə veriləndə boşqaba qoyulur və üstünə

göbələk sousu yaxud şirin sous və yaxud da kisel tökülür. 

Darı   və   manna   kotleti   yaxud   bitoçkası   da   bu   qaydada

hazırlanır;   bunlar   bir   qayda   olaraq,   şirin   sous   yaxud   kisel   ilə

birlikdə süfrəyə verilir.

Hər pay üçün burada 50 q düyü, 50 q süd, 135 q su, 8 q

şəkər,  

5

1



ədəd yumurta, 8 q suxarı, 8 q yağ və 75 q hazır sous

götürülür.

Tomatlı lobya

Burada hazırlanmış lobyanın üstünə soyuq su tökülür və 2-

3   saat   ərzində   bişirilib   hazır   vəziyyətə   gətirilir.   Sonra   həmin

lobya   ələkdən   süzülüb   hazır   tomat   sousu   ilə   birləşdirilir,   4-7

dəqiqə   qızdırılır   və   içinə   duz,   döyülmüş   istiot   və   kərə   yağı

vurulur. buna yağda qızardılmış baş soğan da qatıla bilər. süfrəyə

verilən zaman lobyanın üstünə narın doğranmış göyərti səpilir.

Hər pay üçün burada 102 q lobya, 40 q baş soğan, 80 q

hazır sous, 10 q kərə yağı, 0,05 q döyülmüş istiot və 4 q göyərti

götürülür.

Yağlı lobya

Burada   suda   bişirilmiş   lobyanın   içinə   duz   və   kərə   yağı

qatılır və süfrəyə veriləndə üstünə cəfəri göyərtisi yaxud şüyüd

səpilir.


136


Tomatlı və yağlı lobya ət xörəklərinə qarnir yerində tətbiq

edilir.


Hər pay üçün burada 97 q lobya yaxud mərci, 15 q yağ və

3 q cəfəri göyərtisi yaxud şüyüd götürülür.

Yağlı və soğanlı mərci

Burada   suda   bişirilmiş   mərciyə   çöp   şəklində   doğranıb

yağda   qızardılmış   baş   soğan   qatılır,   sonra   duz   və   kərə   yağı

vurulur.


Hər pay üçün burada 97 q mərci, 30 q baş soğan və 20 q

yağ götürülür.

Bişmiş makaron

Burada makaron duzlu qaynar suda 30-40 dəqiqə bişirilib

ələkdən süzülür və isti su ilə yuyulur. Bişmiş makarona duz və

kərə yağı vurulur.

Süfrəyə   verilən   zaman   bişmiş   makaronun   üstünə   pendir

ovuntusu səpilir.

Bişmiş makaron habelə müxtəlif xörəklər üçün qarnir yeri

verir.


Hər   pay   üçün   burada   80   q   makaron,   21   q   Hollandiya

pendiri və 10 q kərə yağı götürülür.

Tomatlı makaron

Burada yağda qızardılmış tomat-püreyə kərə yağı vurulub

içinə   bişmiş   makaron   qoyulur.   Sonra   duz   və   döyülmüş   istiot

vurulub hamısı birlikdə ciddi qarışdırılır və qızardılır.

137



Süfrəyə   verilən   zaman   bunun   üstünə   narın   doğranmış

göyərti səpilir.



Hər pay üçün burada 80 q makaron, 15 q kərə yağı, 30 q

tomat-püre və 4 q göyərti götürülür.

Makaron kökəsi (makaronnik)

Burada çiy yumurta, şəkər, süd, bişmiş makaron və ərinmiş

yağ   birləşdirilib   qarışdırılır   və   əldə   edilən   kütlə   dibinə   yağ

sürtülmüş  və suxarı ovuntusu səpilmiş  tavanın içinə  qoyularaq

üstünə yağ çilənir və qızdırıcı şkafda bişirilir.

Süfrəyə   verilən   zaman   makaron   kökəsi   paylıq   tikələrə

doğranır və üstünə kərə yağı tökülür.

Hər pay üçün burada 90 q makaron, 220 q su,  

4

1



  ədəd

yumurta, 10 q şəkər, 5 q suxarı və 15 q kərə yağı götürülür.

Pendirli makaron

Burada   bişmiş   makarona

şit   marqarin   qatılıb   dibinə   yağ

sürtülmüş   və   suxarı   ovuntusu

səpilmiş paylıq tavalara qoyulur

və   üstünə   pendir   ovuntusu

səpildikdən   və   yağ   çiləndikdən

sonra   qızdırıcı   şkafda   bişirilir.

Bu xörək tavanın içində süfrəyə

verilir.


Hər pay üçün burada 100 q makaron, 10 q şit marqarin, 20

q Hollandiya pendiri və 5 q kərə yağı götürülür.

Kəsmikli əriştə kökəsi (lapşevnik)

138



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə