Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə34/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

növləri

Manna şiləsi

3,7

45

4,5



15 dəqiqə

Darı şiləsi

3,2

40

4,0



2

1

1



3

1

1



Düyü şiləsi

3,7

45

4,5



6

1

1



1

saat



Perlovi şiləsi

3,7


45

4,5


2 saat

Yarımsuvaşqan şilə

növləri

Manna şiləsi

4,7

55

5,5



15 dəqiqə

Darı şiləsi

4,2

50

5,0



2

1

1



1

saat



Düyü şiləsi

5,2


60

6,0


6

1

1



1

 saat



Yulaf şiləsi

3,7


45

4,5


2 saat

Paxlalı bitkilər duzsuz bişirilir, çünki duz bunların yumşal-

masını ləngidir; burada duz axıra yaxın vurulur. Su cod olanda da

paxlalı bitkilərin yumşalmasına mənfi təsir yetirir; belə hallarda

qaynamış sudan istifadə olunması məsləhət görülür. Paxlalı bit-

kilər bişirilən zaman suyun 1 sm paxladan yuxarı durması lazım-

dır; burada paxla bişdikcən və su buxarlandıqcan qaynar su əlavə

edilməlidir  ki, proses sürətlənsin. Paxlalı bitkilər  qapağı örtülü

qabda bişirilməlidir. Bunların bişməsinin vaxtı növündən və sor-

tundan asılı olaraq 30 dəqiqədən (mərci) 3 saata qədər (lobya)

sürür.

Makaron məmulatı iki üsulda, yəni ya bol miqdar suda (1



kq makaron məmulatına 6-7 litr su), ya da az miqdar suda (1 kq

makaron   məmulatına   1,5-2   litr   su)   bişirilir,   bol   miqdar   suda

bişiriləndə məmulat ələkdən süzülür, az miqdar suda bişiriləndə

isə süzülmür. Bol miqdar su tətbiq ediləndə makaron məmulatı

duzlu   qaynar   suda   bişirilib   yumşaq   vəziyyətə   gətirilir,   sonra

aşsüzənə tökülüb həlimi süzülür. Bişən zaman makaron məmulatı

şişir və öz çəkisini 150% artırır.

Az miqdar su tətbiq ediləndə makaron məmulatı qatılaşınca

qaynar suda bişirilir, sonra içinə yağ vurulub qabın qapağı örtülür

və zəif od üstündə bişirilib başa gətirilir. Burada məmulatın çəkisi

200% artır.

131



Makaron   məmulatından   vermişel   12-15,   əriştə   20-30   və

makaron isə 35-50 dəqiqədə bişir.

Makaron məmulatı həm müstəqil xörək, həm də qarnir yeri

verir.


Qarabaşaq şiləsi (diri)

Burada   hazırlanmış   çiy   yaxud   qovrulmuş   yarma   duzlu

qaynar suya tökülüb (norma üzrə) qapağı örtülü qabda bişirilib

qatı   vəziyyətə   gətirilir   və   sonra   qızdırıcı   şkafda   yaxud   su

hamamında hazır olunca bişirilir. Buxar qazanlarında bu proses

az miqdar buxar vasitəsilə aparılır.

Çiy yarmadan suda şilə bişirilən zaman bunun içinə yağ da

salına bilər.

Qarabaşaq şiləsi ya yağda qızardılmış baş soğanla qatışıq

kərə   yağı   ilə   birlikdə,   ya   da   bərk   bişirilib   doğranmış   yumurta

qatışıq   yağ   ilə   birlikdə   süfrəyə   verilir.   Soyudulmuş   qarabaşaq

şiləsi soyuq süd ilə birlikdə süfrəyə verilir.

Diri   bişirilmiş   qarabaşaq   şiləsi   müxtəlif   xörəklərə   qarnir

yeri verir.



Düyü şiləsi (diri)

Birinci üsulBurada norma üzrə götürülmüş duzlu qaynar

suya   yağ   salınır   (düyünün   çəkisinə   nisbətən   5-10%)   və

hazırlanmış düyü tökülüb daim qarışdıraraq qatılaşınca bişirilir.

Sonra   şilə   qapağı   örtülü   qabda   qızdırıcı   şkafa   qoyulub   zəif

istilikdə 1 saat müddətində bişirilib başa çatdırılır. 

İkinci üsul (süzmə düyü).  Burada hazırlanmış  düyü  bol

miqdar duzlu qaynar suyun (1 kq düyü üçün 6 litr su və 50 q duz)

içinə tökülüb 25-35 dəqiqə bişirilir. Sonra həmin düyü ələkdən

süzülüb   qaynar   su   ilə   yuyulur.   Bu   şilə   kərə   yağı   ilə   birlikdə

süfrəyə verilir. 

Düyü şiləsi müxtəlif xörəklərə qarnir yeri verir.

132



Qarnir üçün bundan başqa az miqdar suda bişirilmiş düyü

tətbiq edilir. Belə hallarda, düyü birnci üsul üzrə olaraq ət yaxud

toyuq bulyonunda bişirilir.

Südlü düyü şiləsi (suvaşqan yaxud yarimsuvaşqan)

Burada   hazırlanmış   düyü   duzlu   qaynar   suda   3-5   dəqiqə

qaynadılır, sonra suyu süzülüb üstünə üzlü qaynar süd yaxud su

qatışıqlı süd tökülərək hazır olunca bişirlir.

Hazır   düyü   şiləsininə   şəkər,   kərə   yağı   vurulub   süfrəyə

verilir.


Darı şiləsi (diri)

Birinci üsul.  Burada hazırlanmış yarma duzlu qaynar suya

tökülüb (norma üzrə) qatılaşınca qaynadılır. Sonra bu şilə qapağı

örtülü qabda olaraq qızdırıcı şkafda 

2

1



1

 saat ərzində bişirilib başa

çatdırılır.

İkinci üsul (süzülən diri şilə). Burada hazırlanmış yarma bol

miqdar duzlu qaynar suya tökülüb (1 kq yarma üçün 5-6 litr su və

50 q duz) 5-7 dəqiqə qaynadılır, sonra bunun suyu süzülüb içinə

yağ qatılaraq 30-40 dəqiqə ərzində qızdırıcı şkafda bişirilib başa

çatdırılır.

Bu şilə kərə yağı ilə birlikdə süfrəyə verilir. Soyudulmuş

darı yarması soyuq süd ilə də süfrəyə verilə bilər.

Arpa şiləsi (diri)

Burada   hazırlanmış   yarma   duzlu

qaynar   suya   tökülüb   qatılaşınca   qayna-

133



dılır, sonra qapağı örtülü qabda 2-3 saat ərzində qızdırıcı şkafda

bişirilib başa çatdırılır.

Şilənin   zahiri   görünüşü   yaxşılaşsın   deyə,   qaynadıqdan

sonra suyu süzülür və üstünə yenidən təzə qaynar su tökülür.

Bu şilə kərə yağı ilə birlikdə süfrəyə verilir.

Südlü darı şiləsi (suvaşqan yaxud yarımsuvaşqan)

Burada hazırlanmış yarma qaynar südə tökülüb 

2

1

1



1

 saat



ərzində bişirilir. Hazır olduqdan sonra buna şəkər və kərə yağı

vurulub süfrəyə verilir.

Suvaşqan   və   yarımsuvaşqan   darı   yarması   habelə   suda

bişirilir və şəkər və kərə yağı ilə qatışdırılıb süfrəyə verilir.



Südlü düyü şiləsi (suvaşqan yaxud yarımsuvaşqan)

Burada   hazırlanmış   düyü   duzlu   qaynar   suda   3-5   dəqiqə

qaynadılır, sonra suyu süzülüb üstünə üzlü qaynar süd yaxud su

qatışıqlı süd tökülərək hazır olunca bişirilir.

Hazır düyü şiləsinə şəkər, kərə yağı vurulub süfrəyə verilir.

Südlü manna şiləsi (suvaşqan yaxud yarımsuvaşqan)

Burada hazırlanmış manna yarması qaynar üzlü südə yaxud

su qarışıqlı südə tökülüb 5 dəqiqə qaynadılır, sonra duz və şəkər

vurulub   7-10   dəqiqə   ərzində   bişirilir.   Süfrəyə   verilən   zaman

manna şiləsinə kərə yağı əlavə edilir.

Düyü zapekankası

134



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə