Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə30/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   26   27   28   29   30   31   32   33   ...   110

Bu   xörək   qurudulmuş   yaxud   konservləşdirilmiş   göy

noxuddan hazırlanır.

Burada qurudulmuş göy noxud 1-1½ saat soyuq suda saxla-

nıb həmin suda da duz vurmadan 2 saat bişirilir. Hər 1 kq noxud

üçün burada 4-5 litr su götürülür. Təzə halda dondurulmuş göy

noxud donu açılmadan coşğun qaynar suda bişirilir. Konservləş-

dirilmiş   göy   noxud   onun   həlimində   qızdırılır.   Hazır   olduqdan

sonra göy noxud ələkdən keçirilir, bunun suyu süzüldükdən sonra

tavaya   qoyulub   içinə   kərə   yağı   yaxud   süd  sousu  vurulur,   orta

dərəcədə   qatı  vəziyyətə  gətirilir  və  ən   axırda  da   şəkər  və  duz

qatılıb qızdırılır. Göy noxud süfrəyə tava içində verilir və üzərinə

3-5 ədəd buğda çörəyindən qızardılmış qrenka qoyulur.

Üstünə yağ yaxud süd sousu tökülən göy noxud müxtəlif

xörəklərə qarnir yerində də istifadə edilir.

Göy noxud süfrəyə ya natural şəkildə yaxud da göyərti ilə

bəzədilmiş şəkildə verilir. Belə hallarda onun yanına bir tikə kərə

yağı qoyulur.

Qrenkanın hazırlanması. Burada qazmaqsız buğda çörəyi

üçbucaq yaxud paxlava şəklində doğranıb süddən, çiy yumurta-

dan və şəkərdən ibarət kütlə içində isladılır. Sonra həmin çörək

tikələri   yağ   içində   qızardılıb   hər   iki   tərəfdən   qazmaq   əmələ

gətirilir.

Hər pay üçün burada 84 q iri, qurudulmuş yaxud 308 q

konservləşdirilmiş   göy   noxud,   yaxud   218   q   təzə   halda

dondurulmuş göy noxud, 15 q kərə yağı, 50 q süd sousu və 3 q

şəkər   götürülür;   qrenka   üçün   isə   (çıxarı   50   q   olmaqla)   30   q

buğda çörəyi, 25 q süd, 

5

1



 ədəd yumurta, 3 q şəkər və 5 q kərə

yağı götürülür.

1 kq sous üçün burada aşağıdakı məhsullar götürülür:

a) yarımqatı sous üçün – 750 q süd, 250 q su, 50 q kərə

yağı, 50 q buğda unu, 10 q şəkər;

b) orta qatılıqdakı sous üçün – 750 q süd, 250 q su, 100 q

kərə yağı, 100 q buğda unu;

116



v) qatı sous üçün – 750 q süd, 125 q kərə yağı, 125 q buğda

unu.

3.3.2. Az suda və öz şirəsində bişirilmiş tərəvəz

Tərəvəz bəzən az miqdar suda yaxud bulyonda və bəzən də

yağ   vurulub   öz   şirəsində   bişirilir.   Burada   doğranmış   tərəvəzin

həcminə nisbətən 15-20% maye götürülür. Tərəvəz az suda yaxud

bulyonda bişiriləndə qabın qapağı örtülür. 

Hər tərəvəz növü ayrıca olaraq qapağı örtülü qabda zəif od

üzərində   azacıq   miqdar   maye   içində   bişirilməlidir;   buna   baş

soğan, yerkökü, cəfəri, kərəviz, tomat-püre yaxud digər təmverici

və aromatik məhsullar (ədviyyat) vurulur.

Öz   şirəsində   bişirilən   tərəvəz   qabaqca   yağda   qovrulur

yaxud bişirilir.

Süd souslu tərəvəz

Burada   yerkökü,   turp,   kudu   kubik   şəklində   doğranıb   az

miqdar suda yaxud bulyonda bişirilir və içinə kərə yağı və duz

vurulur.   Yağda   qovrulmuş   tərəvəz   və   qızardılmış   göy   noxud

konservi   yaxud   suda   bişirilmiş   çiçək   kələm   orta   qatılıqda   süd

sousu ilə birləşdirilir və içinə şəkər vurulub səliqəli qarışdırılır.

Süfrəyə  verilən zaman həmin tərəvəz  kütləsi paylıq  qaba

qoyulub üstünə yağ  tökülür. Bu tərəvəz qrenka ilə də buraxıla

bilər.

Həmin xörək bir növdən ibarət bu və ya digər tərəvəzdən də



bişirilə   bilər.   Bunlardan   ən   çox   yayılmış   olan   süd   souslu

yerköküdür ki, bu da müxtəlif xörəklər üçün qarnir yeri verir.

117



Hər pay üçün burada 69 q yerkökü, 33 q turp, 97 q kudu,

31 q göy noxud, 55 q çiçək kələm, 5 q kərə yağı, 2 q şəkər və 75 q

hazır süd sousu götürülür.

Yumurtalı və qrenkalı ispanaq püresi

Burada ispanaq yarpaqları seçilib yuyulur və coşğun qaynar

suda bişirilir. Hazır olan ispanaq ələkdən keçirilir və içinə duz,

şəkər   və   kərə   yağı   vurulub   artıq   suyu   çıxınca   ciddi   qızdırılır.

Sonra bunun içinə orta dərəcədə qatı süd sousu tökülüb hamısı

birlikdə qarışdırılır və qızdırılır.

Süfrəyə   verilən   zaman   ispanaq   püresi   təpəcik   şəklində

olaraq tavanın içinə tökülür və üstünə bərk bişirilmiş yumurta,

ətrafına isə qızardılmış qrenka qoyulur.

Hər pay üçün burada 270 q təzə ispanaq, 10 q kərə yağı, 1

ədəd yumurta, 2 q şəkər, 100 q süd sousu və 50 q hazır qrenka

götürülür.

Öz şirəsində bişirilmiş kələm

Burada   ağbaş   təzə   kələm   çöp   şəklində   doğranıb   qazana

salınır   və   üstünə   su   yaxud   bulyon,   sirkə,   tomat-püre,   dəfnə

yarpağı, istiot dənləri və baş soğan əlavə edilib yarımhazır olunca

bişirilir.

Sonra bunun üstünə duz, şəkər, qabaqca bulyonda yaxud

suda açılmış quru un qovurması vurulub ciddi qarışdırılır və hazır

olunca   bişirilir.   Süfrəyə   verilən   zaman   kələm   boşqaba   yaxud

paylıq tavalara qoyulub üstünə göyərti səpilir. 

118



Bu xörəkdə təzə kələm şoraba kələmi ilə də əvəz edilə bilər.

Şoraba   kələmi   burada   yuyulur,   sıxılır   və   sirkə   vurulub   öz

şirəsində bişirilir. 

Öz   şirəsində   bişirilmiş   kələm   ət   xörəklərinə   qarnir   yeri

verir.

Hər pay üçün burada 325 q kələm, 18 q baş soğan, 12 q

yerkökü, 7  cəfəri, 20 q tomat-püre, 5 q buğda unu, 8 q şəkər, 8 q

3%-li sirkə,  0,05 q istiot,  0,02 q dəfnə yarpağı, 10 q yağ və 3 q

göyərti götürülür.

Tərəvəz raqusu

Raqu   xörəyi   üçün   tərəvəz   kubik   yaxud   dilim   şəklində

doğranır. Burada çiy kartof tavada yağ ilə yaxud bol yağ içində

(frityur) qazmaq əmələ gətirilincə qızardılır. Baş soğan, yerkökü,

cəfəri,   turp   yağda   qızardılır.   Boranı   və   kudu   əsas   üsul   ilə

qovrulur. Ağbaş kələm, çiçək kələm və göy noxud suda bişirilir.

Bu qayda hazırlanmış tərəvəz qarışdırılaraq üstünə qırmızı

sous yaxud  tomat sousu tökülür və duz, dəfnə yarpağı,  habelə

istiot   dənləri  vurulub  10-15  dəqiqə  öz  şirəsində  bişirilir.   Bişib

hazır   olana   yaxın   bunun   içinə   əzilmiş   sarımsaq   və   kərə   yağı

qatılır.

Süfrəyə  verilən  zaman  raqu paylıq  tavalara  yaxud  paylıq

dərin qaba qoyulub üstünə narın doğranmış cəfəri göyərtisi yaxud

şüyüd səpilir. Tərəvəz raqusu xama sousu ilə hazırlanan hallarda

sarımsaq qatılmır.

Hər pay üçün burada 67 q kartof, 38 q təzə kələm yaxud 45

q   çiçək   kələm,   36   q   baş   soğan,   56   q   yerkökü,   31   q

konservləşdirilmiş göy noxud, 75 q hazır sous, 10 q yağ, 1 q

sarımsaq, 0,05 q istiot, 0,02 q dəfnə yarpağı, 5 q kərə yağı və 3 q

göyərti götürülür.

3.3.3. Qovrulmuş tərəvəz 

119



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə