Lalə HÜseynova qida məhsullarinin hazirlanmasi texnologiyasi



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə33/110
tarix20.10.2017
ölçüsü2,44 Mb.
#5627
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

içinə duz və cəfəri göyərtisi vurulduqdan sonra hamısı birlikdə

qarışdırılır. Buna suda bişirilib doğranmış və sonra qızardılmış ağ

göbələk də qatıla bilər.

Hər pay üçün burada 15 q düyü, 28 q yerkökü, 48 q baş

soğan, 56 q təzə pomidor və 15 q kərə yağı götürülür.

Yumurtalı   düyü   qiyməsi.   Burada   yağda   qızardılmış   baş

soğan, düyü, bərk bişib doğranmış yumurta və duz qatılıb hamısı

birlikdə qarışdırılır.

Hər pay üçün burada 20 q düyü, 36 q baş soğan, 

4

1



 ədəd

yumurta və 15 q kərə yağı götürülür.

Badımcan dolması

Burada   uzununa   tərəf   iki   hissəyə   yarılmış   badımcan

qızdırıcı   şkafda   azacıq   bişdikdən   sonra   içi   çıxarılaraq   narın

doğranır və hazır qiyməyə qatılır. Həmin badımcanın hər yarısına

qiymə  doldurulub, qiyməsi  yuxarıya  doğru olmaqla dibinə yağ

sürtülmüş tavalara düzülür və üstünə pendir ovuntusu səpilib yağ

çiləndikdən sonra qızdırıcı şkafda bişirilir.

Süfrəyə verilən zaman badımcan dolmasının üstünə tomat

sousu tökülür.

Hər pay üçün burada 180 q badımcan, 100-150 q qiymə, 5

q yağ, 5,3 q pendir və 75 q hazır sous götürülür.

Pomidor dolması

Burada hazırlanmış pomidora qiymə doldurulub dibinə yağ

sürtülmüş tavanın içinə düzülür, üstünə pendir ovuntusu səpilir,

yağ çilənir və qızdırıcı şkafda bişirilir.

Süfrəyə   verilən   zaman   pomidor   dolmasının   üstünə   tomat

sousu yaxud xama sousu tökülür.

127



Hər pay üçün burada 177 q təzə pomidor, 100-150 q hazır

qiymə, 5 q yağ, 5,3 q pendir və 75 q hazır sous götürülür.

Təkrar üçün suallar

1. Tərəvəz suda, az suda və öz şirəsində necə bişirilir?

2. Tərəvəzin rəngini və vitaminini mühafizə etmək üçün isti

emal zamanı nə kimi tədbirlər tətbiq olunur?

3. Suda bişirilən kartof, süddə bişirilən kartof, kartof püresi,

suda bişirilən çiçək kələm, qrenkalı göy noxud necə hazırlanır və

süfrəyə necə verilir?

4.   Süd   sousunda   tərəvəz,   öz   şirəsində   bişən   kələm   və

tərəvəz raqusu necə hazırlanır və süfrəyə necə verilir?

5. Kartof qızartması, kartof kotleti, kələm kotleti, suxarıda

kələm qızartması necə hazırlanır və süfrəyə necə verilir?

6.  Kartof   zapekankası   və   tavada   tərəvəz   solyankası   necə

hazırlanır və süfrəyə necə verilir?

7.   Tərəvəz   dolması,   kudu   dolması,   badımcan   dolması,

pomidor dolması necə hazırlanır və süfrəyə necə verilir?

128



3.4. Yarma, paxla və makaron məmulatlarından hazırlanan

xörəklər 

Yarmanın   və   paxlanın   tərkibində,   tərəvəzdə   olduğu   kimi

protopektin,   yəni   hüceyrələrin   divarlarını   yapışdıran   maddə

vardır. İsti emalın və suyun təsiri altında protopektin parçalanıb

suda   əriyən   pektin   və   sellüloz   törədir;   bundan   başqa   nişasta

yapışqanlaşır və nəticədə yarma və paxla yumşalır.

Bəzi   yarma   (arpa   yarması)   və   xüsusən   paxla   növlərində

protopektin   maddəsi   çox   davamlı   olduğundan   protopektinin

pektinə çevrilməsi uzun vaxt isti emal tələb edir.

Yarmadan şilə, kotlet və zapekanka hazırlanır. Şilə, suyun

və yarmanın qarşılıqlı miqdar nisbətindən asılı olaraq diri, suvaş-

qan, yarımsuvaşqan bişirilir. Müxtəlif şilə növlərinin tam keyfiy-

yətli olması üçün yarmanın və suyun “Xörək və kulinar məmu-

latının reseptura məcmuəsi“ üzrə müəyyənləşdirilmiş normalarına

ciddi riayət olunmalıdır. Şilə xörəyi su, bulyon və süd ilə bişirilir.

Şilənin   dadı   və   zahiri   görünüşü   yaxşılaşsın   deyə,   yarma

duzlu qaynar mayenin  içinə tökülən zaman  buna yağ  da əlavə

edilə bilər.

Diri şilə üçün dənin partlamadan şişib hopdurduğu miqdar-

da su götürülməlidir. Burada yalnız süzülən darı şiləsi və suda bi-

129



şirilən düyü müstəsnalıq təşkil edir; bunların artıq suyu dən şiş-

dikdən   sonra   süzülüb   çıxır.   Diri   şilə,   bir   qayda   olaraq,   su   ilə

bişirilir.

Diri qarabaşaq şiləsi ya  çiy, ya  da qəhvəyi  rəngə düşənə

qədər qovrulmuş yarmadan hazırlanır. Burada yarma qovrulanda

içinə yağ da qatıla bilər. Qovrulmuş yarmadan şilə daha tez bişir.

Diri şilə həm müstəqil xörək, həm də qarnir (qarabaşaq və

düyü şiləsi) yeri verir.

Suvaşqan və yarımsuvaşqan şilə su, üzlü süd yaxud da su

qarışıqlı süd ilə bişirilir.

Şilə   bişiriləndə   yarma   hazırlanıb   duzlu   qaynar   mayenin

içinə tökülür və hazır olunca qaynadılır. Südlü düyü şiləsi yaxud

arpa şiləsi hazırlananda yarma  qaynar suya  tökülüb 4-7 dəqiqə

bişirilir; sonra bunun suyu süzülüb üzlü qaynar süd əlavə edilir və

hazır olunca bişirilir. Süddə düyü və arpa yarması yaxşı yumşalır.

Suvaşqan şilədən kotlet, bitki və zapekanka hazırlanır.

Aşağıdakı cədvəl 3.2-də müxtəlif təmərküzlü şilə növlərinin

hazırlanmasında 1 kq yarma üçün götürülən mayenin və duzun

miqdarı,  habelə   hazır  şilənin  çıxarı  və  bunun bişməsinin   vaxtı

göstərilir (“xörək və kulinar məmulatlarının reseptura məcmuəsi”

üzrə):

Cədvəl 3.2



Şilə növlərin adı

Suyun

miqdarı

(l)

Duzun

miqdarı

(q)

Hazır şilə

çixarı

(kq)

Bişirilməsinin

vaxti

Diri şilə növləri

Çiy yarmadan 

qarabaşaq şiləsi

1,5


21

2,1


5-6 saat

Qovrulmuş 

yarmadan qarabaşaq 

şiləsi


1,7

21

2,1



2

2

1



1

 saat



Darı şiləsi

1,7


25

2,5


2

2

1



1

 saat



Düyü şiləsi

2,1


28

2,8


2

1

1



4

1

1



 saat


Arpa şiləsi (yaçni)

2,4


30

3,0


3 saat

Suvaşqan şilə

130



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə