36
ması nəticəsində əmələ gələn kanaldır. Bu ka-
nal dirsək şırımının davamını təşkil
edir və
içərisindən dirsək damar – sinir dəstəsi keçir.
Günəş kələfi və ya qarın kələfi (plexus
solaris s.coeliacus) qarın boşluğunda olan
ən böyük kələfdir. Aortanın ön səthində qa-
rın kötüyü ətrafında yerləşir (
şək. 58
). Onun
əmələ gəlməsində sağ və sol qarın qanqlion-
ları, daxili orqanların böyük və kiçik sinir-
ləri, simpatik bel qanqlionları, azan sinirin
arxa mədə kələfindən çıxan qarın kələfi şa-
xələri, S
3
– S
5
onurğa beyini sinirlərinin
qanqlionlarından, döş aortası kələfindən və
sağ diafraqma sinirindən çıxan şaxələr
iştirak edirlər.
Günəş kələfindən ikinci dərə-
cəli kələflər əmələ gələrək müvafiq damar-
ların üzəri ilə gedir və qarın boşluğu üzvlə-
rini innervasiya edirlər. Kələfin belə
adlandırılması haqqında ədəbiyyatlarda iki
məlumat mövcuddur. Bir məlumata görə, bu
kələfin şaxələri günəş şüası kimi bütün isti-
qamətlərdə yayıldığı üçün belə adlandırılır.
Digər məlumata görə, kələfin belə adlan-
dırılması onun
proyeksiya nahiyəsinə güclü
zərbə zamanı insanın huşunun itməsi ilə
əlaqədardır.
Haçayabənzər bağ (ligamentum bifur-
catum) daban – kubabənzər oynağın kap-
sulunu möhkəmləndirən bağ olub iki hissəyə
haçalanır: a) daban sümüyündən başlayıb
kubabənzər sümüyə bağlanan daban – kuba-
bənzər bağ – lig.calcaneocuboidea; b) daban
sümüyündən başlayaraq qayığabənzər sümü-
yə bağlanan daban – qayığabənzər bağ – lig.
calcaneonavicularis və buna görə də, haça-
yabənzər bağ adlanır (
şək. 59,9
). Ayağı
Şopar oynağı səviyyəsində ekzartikulyasiya
etmək üçün mütləq bu bağ kəsilməlidir,
çünki, digər bağların kəsilməsinə baxma-
yaraq, o, kəsilmədikdə sümüklər öz vəziyyə-
tində qalırlar. Yalnız bu bağın kəsilməsindən
sonra qayığabənzər
və kubabənzər sümüklər
Şəkil 59. Ayağın oynaqları və bağları
1 – articulationes digiti III (cavum); 2 – articulatio metatarso-
phalangea (cavum); 3 – ligg. metatarsea interosseum; 4 – os
cuboideum; 5 – lig. cuneocuboideum interosseum; 6 – lig.
cuboideonaviculare dorsale; 7 –articulatio tarsi transversa
(Choparti); 8 – articulatio calcaneocuboidea; 9 – lig. bifurca-
tum (ligg. calcaneonaviculare et calcaneocuboideum); 10 – lig.
talocalcaneum interosseum; 11 – articulatio subtalaris (ca-
vum); 12 – lig. talofibulare posterius; 13 – fibula; 14 – tibia;
15 – articulatio talocruralis (cavum); 16 – lig. deltoideum
(pars tibiotalaris et pars tibionavicularis); 17 – articulatio
talonavicularis; 18 – os naviculare; 19 – articulatio cuneo-
navicularis (cavum); 20 – lig. intercuneiforme interosseum;
21 – os cuneiforme mediale; 22 – os cuneiforme intermedia;
23 – os cuneiforme laterale; 24 – articulatio tarsometatarsea
(Lisfranci); 25 – lig. cuneometatarseum interosseum;
26 – ligg. collateralia.
37
ayağın distal hissəsi ilə bərabər aşıq və
daban sümüklərindən ayrılırlar.
Ona görə də,
haçayabənzər bağ Şopar oynağının «
açarı»
adlandırılır.
Hallerin üçayağı (tripus coeliacus Hal-
leri) qarın kötüyünün mədənin sol arteriya-
sına –
a.gastrica sinistra, qara ciyərin ümu-
mi arteriyasına – a.hepatica
communis və
dalaq arteriyasına – a. lienalis haçalanma
yerinə deyilir (
şək. 60
).
Hartmanın böhran nöqtəsi (Zudekin
böhran nöqtəsi) S – ə bənzər çənbər bağır-
sağın axırıncı damar arkadası (a.sigmoidea
ima) ilə düz bağırsağın yuxarı arteriyasının
anastomozlaşdığı yeridir (
şək. 61,6
). Bu
nahiyə cərrahi praktikada xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, düz bağırsağın yuxarı
şöbəsində yerləşmiş şişlərin xaric edilməsi
zamanı düz bağırsağın yuxarı arteriyasının
«böhran nöqtəsindən» yuxarıda bağlanılması
onun yuxarı hissəsinin qan təchizatını
pozmur, qan a.sigmoidea ima vasitəsilə S – ə
bənzər çənbər bağırsaq arteriyasından düz
bağırsağın yuxarı hissəsinə axır. Düz
bağırsağın yuxarı arteriyasının
böhran nöqtə-
sindən aşağıda bağlanılması isə qeyd olunan
anastomozun aradan çıxmasına, düz bağır-
sağın yuxarı hissəsinin qan təchizatının kəs-
kin pozulmasına və onun nekrozuna səbəb
olur.
Hartman cibi və ya kisəciyi
öd kisəsi
boyununun mənfəzinin sağ divarında bir ge-
nişlikdir (
şək. 62,2
). Bu cib nahiyəsində öd
daşları əmələ gəlir və onlar öd kisəsi axaca-
ğının sıxılmasına səbəb olurlar.
Şəkil 60. Qarın kötüyü (oxla göstərilmişdir)
Şəkil 61. Yoğun bağırsağın qan təchizatı
1
– a.
colica sinistra; 2 – a. mesenterica infеriоr; 3 – aa.
sigmoideae; 4 – a. rectalis media; 5 – a. rectalis inferior;
6 – a. rectalis superior; 7 – a. ileocolica; 8 – a. colica dextra;
9 – a. mesenterica superior; 10 – a. colica media; 11 – Riolan –
Drammond qövsü.
38
Haymor cibi və ya mağarası və ya əng
cibi (sinus Higmori s. sinus maxillaris) əng
sümüyü cisiminin daxilində yerləşir (
şək. 63
).
Tutumu 3– 5 sm³ – dən 30 – 40 sm³ – ə qədər
ola bilər. Çox vaxt asimmetrik yerləşir.
Zirvəsi əng qabarına baxan piramidaya
bənzəyir. Beş divarı vardır.
Selikli qişanın
ikiləşməsindən əmələ gəlmiş dördbucaq for-
masında olan içəri divar burun boşluğunun
bayır divarını təşkil edir.
Orta burun
keçəcəyi nahiyəsində içəri divar çox nazik
olur (buna deqissensiya deyilir); burada
selikli qişa üzərində əng cibi dəliyi –
hiatus
sinus maxillaris yerləşir. Bu dəlik əng
cibinin dibindən yuxarıda yerləşir. Buna gö-
rə də, burada toplanan möhtəviyyat tam xa-
ric ola bilmir. Bu, klinik praktikada nəzərə
alınmalıdır.
Ön – yan divar üçbucaq formasındadır.
Orta hissəsində bir basıqlıq –
köpək çuxuru
yerləşir. Bu hissədə divar çox nazikdir və
buradan əng cibi punksiya olunur.
Arxa – yan divar qeyri – düzgün dörd-
bucaqlı formasındadır. Bu divarın arxa
yuxarı bucağı əsas və xəlbir cibinə söykənir.
Yuxarı divar nisbətən nazikdir, üçbucaq
formasındadır. Yuxarı divarda göz yuvasıaltı
şırım yerləşir, bu da öndə eyniadlı kanala
keçir. Bu kanal əng cibinə doğru qabarır və
rentgenoloji olaraq asanlıqla görünür. Aşağı
divar və ya dibi əng sümüyünün alveol
çıxıntısından əmələ gəlmişdir.
Bəzən köpək və kiçik azı dişlərinin kök-
ləri əng cibinə doğru qabarır. Bu, da odonto-
gen haymoritlərin əmələ gəlməsinə səbəb ola
bilər.
Digər tərəfdən, bu dişləri yonarkən və
ya çıxararkən əng cibi süni surətdə açıla bilər
və buraya infeksiya keçə bilər. Bütün bunlar
stomatoloji praktikada nəzərə alınmalıdır.
Henle bağı və ya qasıq orağı (lig.Henle
seu falx inguinalis) qasıq kanalının arxa di-
varının içəri hissəsində düz əzələnin bayır
kənarı boyunca gedən köndələn əzələnin və-
Şəkil 62. Od kisəsi və öd axacaqları
1 – fundus vesicae felleae; 2 – Hartman cibi; 3 – ductus
hepaticus communis; 4 – ductus cysticus; 5 – ductus
choledochus
Şəkil 63. Əng sümüyünün burun səthi (Haymor cibi
oxla göstərilmişdir)