45
hindən başlayıb qamış sümüyünün
arxa kon-
diluslararası meydanına bağlanır. O, diz oy-
nağında həddən artıq bükməni məhdudlaş-
dırır, həmçinin, pilləkənləri çıxarkən, yoxuşu
qalxarkən bud sümüyünü qamış sümüyü
kondilisları üzərində saxlayır.
Xəlbir sümüyü (os ethmoidale) kəllə-
nin beyin və üz şöbələrinin təşkilində iştirak
edən tək sümükdür (
şək.72
). Onun kəllənin
daxili əsasının ön çuxurunun orta hissəsini
əmələ gətirən üfiqi
səfhəsi qoxu sinirinin lif-
ləri ilə dəlindiyi üçün xəlbirə bənzədiyindən
belə adlandırılır. Nazik sümük səfhə oldu-
ğundan asanlıqla sınır və burundan beyin –
onurğa beyini mayesinin axmasına – rinorre-
yaya səbəb olur.
Xəlbirəbənzər fassiya və ya Hesselbax
fassiyası (fascia cribrosa seu Hesselbachi)
gizli deşiyin hüdudları daxilində budun enli
fassiyasının səthi səfhəsi olub, damar və sinir-
lərlə xəlbir kimi dəlindiyi üçün belə adlan-
dırılmışdır (
şək.73
). Bud yırtıqları zamanı xəl-
birəbənzər fassiya genəlir və deşilir.
Bu fas-
siyanın altında orağabənzər kənar yerləşir.
Xış sümüyü (vomer) qədim kənd təsər-
rüfatı aləti olan xışa oxşadığı üçün belə ad-
landırılmışdır. O, burun arakəsməsinin arxa
aşağı hissəsinin əmələ gəlməsində iştirak
edir (
şək.74
). Onunla əsas sümüyü arasında
xış – yataq şırımı əmələ gəlir.
Xoruz pipiyi (crista galli) beyin orağı-
nın birləşməsinə məxsus xəlbir sümüyünün
xəlbir səfhəsi üzərində şaquli vəziyyətdə
yerləşmiş sümük çıxıntıdır (
şək.72,1
).
Şəkil 72. Xəlbir sümüyü (A – yuxarıdan, B – yandan
görünüşü)
1 – xoruz pipiyi; 2 – şaquli səfhə; 3 – orta burun balıqqu-
lağı; 4 – xəlbir labirintləri; 5 – xəlbir səfhə.
Şəkil 73. Xəlbirəbənzər fassiya (Hesselbax fassiyası)
1 – n. ilioinguinalis; 2 – a. et v. pudenda externa; 3 – v.
saphena magna; 4 – rami cutanei anteriores n. femoralis;
5 – ramus femoralis n. genitofemoralis; 6 – n. cutaneus
femoris lateralis.
Şəkil 74. Xış sümüyü
46
Iltihabi yaxalıq – aponevrozlararası döş
sümüyüstü toxuma sahəsi (spatium interapo-
neuroticum suprasternale)
döş sümüyünün
vidaci oymasından 2 – 3 sm yuxarıya qədər
davam edir. Bu sahə öndən döş – körpücük
məməyəbənzər əzələ, arxadan boyunun
üçüncü fassiyası və aşağıdan körpücük sü-
müyünün arxa səthi ilə hüdudlanmış qapalı
kisəciklə (Qruberin kor cibi –
saccus caecus
retrosternocleidomastoideus) əlaqədə olur.
Burada ön vidaci venanın distal hissəsi, lim-
fa damarları və limfa düyünləri yerləşir.
Aponevrozlararası döş sümüyüstü toxuma
sahəsi bu kisəcikdən başqa heç bir boşluqla
birləşmir. Ona görə də,
burada baş verən
irinli proseslər zamanı irin yalnız bu
boşluqda və Qruberin kor cibində toplanır.
Bu zaman döş – körpücük – məməyəbənzər
əzələnin kənarları arasında döyük diaqnostik
əhəmiyyət kəsb edən şişkinlik əmələ gəlir.
Bu şişkinlik
«iltihabi yaxalıq» adlanır.
Jerdi qabarı qalça – qamış yolunun qa-
mış sümüyünə bağlanan yerində olan hün-
dürlükdür.
Jimbernat və ya sahə bağı (lig.Gim-
bernati seu lacunare) xarici çəp əzələnin
vətər liflərindən əmələ gəlmiş bağ olub,
aşağı və bayıra doğru gedərək, qasıq sümü-
yünün darağına bağlanır və damarlar sahə-
sini içəri tərəfdən əhatə edir (
şək.75,3
). Bud
yırtıqlarının ləğvi münasibətilə aparılan cər-
rahi əməliyyatlar zamanı yırtıq möhtəviyya-
tını qarın boşluğuna
qaytarmaq üçün bud kana-
lının daxili həlqəsinin genişləndirilməsi sahə
bağının kəsilməsi hesabına həyata keçirilir.
Jober çuxuru ətrafın diz oynağında
yarımbükülmüş vəziyyətində dizin içəri
səthində, budun içəri kondilusundan bir
Şəkil 75. Çanaq qurşağı bağları
1 – discus interpubicus; 2 – tuberculum pubicum;
3 – lig.lacunare (Gimbernati); 4 – foramen obturatum;
5 – lig.pectineum (Kuper bağı); 6 – spina iliaca anterior
superior.
Şəkil 76. Baldırın içəri səthinin xarici oriyentirləri
1 – m. sartorius; 2 – tendo m.gracilis; 3 – m.semi-
membranosus; 4 – tendo m.semitendinosi; 5 – condylus me-
dialis tibiae; 6 – lig. patellae; 7 – tuberculum adductorium;
8 – condylus medialis femoris; 9 – fossa supracondylaris
(Joberti); 10 – patella; 11 – m. vastus medialis.
47
qədər yuxarıda əmələ gələn əzələlərarası
çökəklikdir (
şək.76,9
). Bu çuxur öndən budu
yaxınlaşdıran böyük əzələnin vətəri,
arxadan
dərzi əzələsi, yarıvətərli, yarızarlı və nazik
əzələlərin vətərləri ilə, aşağıdan bud sümü-
yünün içəri kondilusu və baldırın üçbaşlı
əzələsinin içəri başı, yuxarıdan dərzi əzələ-
sinin ön – bayır kənarı ilə hüdudlanmışdır.
Cərrahi praktikada Jober çuxurundan
keçməklə qamış sinirinə və oynaq kapsuluna
toxunmadan dizaltı arteriya və vena əldə
edilir. Irinli – iltihabi proseslər zamanı bu
çuxur nahiyəsində irin toplana bilər.
Kalo üçbucağı (trigonum Calloti) – öd
kisəsinin çıxarılması məqsədilə aparılan cər-
rahi əməliyyat zamanı öd kisəsi arteriyasının
əldə olunaraq bağlanılması bəzən çətinliklər
və təhlükəli
fəsadlar törədə bilir, çünki onun
sağ qara ciyər arteriyasından başlandığı yer
çox vaxt qara ciyər axacağının sağ kənarı ilə
örtülmüş olur. Bu səbəbdən də, arteriyanın
əzəzinə səhvən qara ciyər arteriyası sapa gö-
türülərək bağlanılır və nəticədə qara ciyərin
sağ payının qan təchizatı pozulur və onun
nekrozu baş verir. Qeyd olunan fəsadın
qarşısının alınması üçün Kalo üçbucağının
topoqrafiyasından istifadə olunur (
şək.77,16
).
Bu üçbucağın sağ tərəfini öd kisəsi axacağı,
sol tərəfini qara ciyər axacağı, əsasını isə öd
kisəsi arteriyası (
a.cystica) təşkil edir. Ona
görə də, öd kisəsi arteriyasının bağlanılması
zamanı cərrah ilk növbədə ümumi qara ciyər
və öd kisəsi axacaqlarının bir – birilə birləşdiyi
səviyyəni müıəyyənləşdirir, sonra ümumi qara
ciyər axacağı ilə yuxarıya qalxaraq, öd
kisəsi
arteriyasını tapır və bağlayır.
«Kamança yayı» cərrahi əməliyyatlar
zamanı səthi və böyük uzunluğa malik xətti
kəsiklərin icra olunması üçün neştərin əldə
tutulması üsuludur (
şək.78
).
Kambalayabənzər əzələ (m.soleus), bal-
dırın üçbaşlı əzələsinin başlarından biri olub
digər iki başın altında yerləşir (
şək. 2
). Qa-
mış sümüyü cisiminin arxa səthində olan
eyniadlı xəttdən, incik sümüyünün başından
və cisimindən başlayaraq baldır əzələsi ilə
Səkil 77. Kalо (Callоt) üçbucağı.
1 – vеsica fеllaе; 2 – lоbus hеpatis dеxtеr; 3 – ramus
dеxtra a. hеpatica prоpria; 4 – ductus hеpatis dеxtеr;
5 –
ductus hеpatis sinistеr; 6 – ramus sinistra a. hеpatica
prоpria; 7 – lоbus hеpatis sinistеr; 8 – a. hеpatica prоpria;
9 – a. gastrica dеxtra; 10 – a. hеpatica cоmmunis; 11 – a.
gastrоduоdеnalis; 12 – ductus chоlеdоchus; 13 – ductus
hеpaticus cоmmunis; 14 – ductus cysticus; 15 – a. cystica;
16 – Kalо üçbucağı.
Şəkil 78. Neştərin əldə tutulmasının “kamança yayı”
üsülü