50
məklə ön şaquli
xəttə paralel çəkilən ikinci
şaquli xətt.
Kəllənin orta xəttindən başlayaraq mə-
məyəbənzər çıxıntı əsasının arxa nöqtəsin-
dən keçirilən
arxa şaquli xətt.
Yuxarı üfiqi xəttlə birinci şaquli xəttin
kəsişdiyi nöqtəni arxa şaquli xəttin orta kəl-
lə xəttilə kəsişdiyi nöqtə ilə birləşdirən
bi-
rincı maili xətt.
Yuxarıda qeyd olunan birinci maili
xəttlə yuxarı üfiqi xətt arasında əmələ gələn
bucağın tənbölənini təşkil edən
ikinci maili
xətt.
Arxa şaquli xəttin ikinci maili xəttlə
kəsişdiyi nöqtədən keçməklə yuxarı üfiqi
xəttə paralel
olaraq çəkilən üçüncü üfiqi xətt
(Bryusova xətti).
Roland şırımı (mərkəzi şırım) yuxarı üfi-
qi xəttin ön şaquli xəttlə kəsişdiyi nöqtəni ar-
xa şaquli xəttin orta kəllə xətti ilə kəsişdiyi
nöqtə ilə birləşdirən xətt üzrə proyeksiya
olunur. Bu xəttdən öndə mərkəzönü, arxada
isə mərkəzarxası qırışıq yerləşir.
Silvi şırımı (bayır şırım) yuxarı üfiqi
xəttlə ön şaquli xəttin kəsişdiyi nöqtəni arxa
şaquli xəttin sagital xəttlə kəsişdiyi nöqtə ilə
birləşdirən xəttlə yuxarı üfiqi xətt arasında
əmələ gələn bucağın tənböləni üzrə proyek-
siya olunur.
Beyinin sərt qişasının orta arteriyasının
proyeksiyası birinci şaquli xəttin almacıq
qövsünün yuxarı kənarı ilə kəsişdiyi
nöqtəyə
uyğun gəlir. Bu arteriyanın ön şaxəsi birinci
şaquli xəttin yuxarı şaquli xəttlə kəsişdiyi
nöqtəyə uyğun gəlir, arxa şaxəsi isə arxa şa-
quli xəttin yuxarı üfiqi xəttlə kəsişdiyi nöq-
tədən keçir.
Daxili yuxu arteriyasının mağaralı his-
səsi bu sxemin ön – aşağı dördbucaqlısına
(Berqman dördbucaqlısı) proyeksiya olunur.
Beyinin ön arteriyası Bryusova xəttinə
(
üçüncü üfiqi xətt) proyeksiya olunur.
Beyi-
nin orta arteriyasının şaxələrə ayrıldığı yer
ikinci üfiqi xəttin birinci şaquli xəttlə kəsiş-
diyi nöqtəyə uyğun gəlir.
Beyinin arxa ar-
teriyası ikinci üfiqi xəttin arxa hissəsi üzə-
rinə proyeksiya olunur.
Kubabənzər sümük (os cuboideum)
ayaq daraqarxasının distal cərgəsinin bayır tə-
rəfində yerləşir (
şək.82,7
).
Arxa tərəfində da-
ban, öndə IV və V ayaq darağı, içəri tərəfdə
pazabənzər və qayığabənzər sümüklərlə birləş-
məyə məxsus oynaq səthləri vardır. Kuba-
Şəkil 81. Kronleyn – Bryusova sxemi
1 – gyrus postcentralis; 2 – sulcus centralis; 3 – gyrus pre-
centralis; 4 – a.cerebri anterior; 5 – a.cerebri media;
6 – a.meningea media (ramus frontalis); 7 – a.meningea
media (ramus parietalis); 8 – sinus cavernosus; 9 – a.me-
ningea media; 10 – a.carotis externa; 11 – a.carotis in-
terna; 12 – a.carotis communis; 13 – a.vertebralis;
14 – a.basilaris; 15 – a.cerebri posterior.
51
bənzər sümüyün aşağı tərəfində kubabənzər
sümük qabarıqlığı və ondan da öndə uzun incik
əzələsinin vətərinə məxsus şırım yerləşir.
Kuper və ya daraq bağı (
lig.Cooperi
seu lig.pectineum ) sahə bağının liflərindən
əmələ gəlmişdir və qasıq sümüyünün yuxarı
şaxəsi boyunca yerləşir (
şək.75,5
).
Yırtıqların ləğvi zamanı qasıq kanalının
arxa divarının
möhkəmləndirilməsi
məqsədilə tikiş bu bağa rəbt olunur.
Kuznetsov – Penski tikişi qara ciyər
toxumasının düz iynəyə taxılmış ikiqat sap-
lar ilə tikilməsi üsuludur. Bu zaman qara ci-
yər toxuması iynənin növbə ilə onun alt və
üst səthinə çıxarılması ilə tikilir və tikiş dar-
tılmır. Sapların biri qara ciyərin səthinə çı-
xan yerlərində kəsilir, sonra iki qonşu sap-
ların ucları kapsula üzərində bir – biri ilə dü-
yünlənirlər, nəticədə bütün qara ciyər toxu-
ması kapsulanın üzərindən ayrı – ayrı tikişlər
cərgəsilə yığılmış olur (
şək.83
).
Küneo tikişi vətər tikişlərinin bir üsulu
olub, sinovial kisəyə malik vətərlərin tikil-
məsi üçün tətbiq olunur.
Bu üsula əsasən, zə-
dələnmiş vətər ucları əldə edilir. Vətəri tik-
mək üçün seçilmiş sapın hər iki ucuna düz
iynə keçirilir. Iynələrdən biri proksimal uc-
dan 2 sm aralıda kondələn istiqamətdə vətər-
dən keçrilir və sapın ortasına qədər dartılır.
Daha sonra isə hər iki iynə vətərin ucuna
doğru çəp istiqamətdə əks tərəfə keçrilərək,
bir neçə dəfə təkrar olunur, vətərin ucunda
hər iki iynə eyni səviyyədə vətərin en kə-
siyi müstəvisindən çıxarılır.
Distal seqment
də eyni qayda ilə tikilir. Sapların sərbəst uc-
Şəkil 82. Ayaq sümükləri
1 – daban sümüyü; 2 – aşıq sümüyü; 3 – qayığabənzər
sümük; 4 – ara pazabənzər sümük; 5 – içəri pazabənzər
sümük; 6 – bayır pazabənzər sümük; 7 – kubabənzər sümük.
Şəkil 83. Kuznetsov – Penski tikişi
52
larının dartılması ilə proksimal və distal süq-
mentlər yaxınlaşdırılır. Daha sonra saplar
düyünlənilir. Tikişin bu növündə həm sap,
həm də düyün vətərin daxilində qalır və si-
novial yataq daxilində vətərin sürüşməsinə
mane olmur (
şək. 84
).
Qalen venaları beyinin dərin venaları
qrupuna aid venalardır və iki növdürlər: a)
beyinin kiçik Qalen venaları – vv.cerebri
parva Galeni və b) böyük Qalen venası –
v.cerebri magna Galeni (
şək. 19
–
B,7
).
Kiçik Qalen venaları Monroy dəlikləri
səviyyəsində mədəciklərarası arakəsmə ve-
nası, hüdudi vena (görmə qabarı – zolaqlı ci-
sim venası) və damarlı kələf venasının bir-
ləşməsindən əmələ gəlir.
Bu venalar paralel
istiqamətdə arxaya doğru gedərək döyənək
cisim valının alrında bir – biri ilə birləşir və
beyinin böyük venasını əmələ gətirir.
Böyük Qalen venasının uzunluğu 7 – 10
mm olub, sağ və sol kiçik Qalen venalarının
birləşməsindən əmələ gəlir, sağ və sol əsas
venaları qəbul etdikdən sonra düz cibə açılır.
Qarmaqlı sümük (os hamatum) bilək
sümüklərindən olub distal cərgədə bayır tə-
rəfdən dördüncü sümükdür. Sümüyün ovuc
səthində qarmaqşəkilli çıxıntısı olduğu üçün
belə adlanır. Üzərində aypara, üçkənarlı, IV və
V əldarağı sümükləri ilə birləşməyə məxsus
oynaq səthləri vardır (
şək.14,5
).
Qasıq kanalı (canalis inguinalis) qarın
divarının zəif yerlərindən olub, qasıq bağının
içəri yarısının üzərində, qasıq üçbucağının
hüdudları daxilində yuxarıdan aşağıya, ba-
yırdan içəriyə və arxadan önə doğru çəp is-
tiqamətdə yerləşirr. Onun 4 divarı və 2
dəliyi
vardır (
şək. 64
).
Qasıq kanalının
ön divarını xarici çəp
əzələnin aponevrozu təşkil edir. 70 – 74%
hallarda qasıq kanalının ön divarının bayır
hissəsinin əmələ gəlməsində daxili çəp əzələ
liflərinin aşağı qismi də iştirak edir. Yeni do-
ğulmuş və erkən yaşlı uşaqlarda qasıq kana-
lının ön divarı yalnız xarici çəp əzələnin
aponevrozundan təşkil olunmuşdur.
Qasıq kanalının
yuxarı divarını köndələn
və daxili çəp əzələlərin aşağı kənarları təşkil
edir. Bəzən bu əzələlərin aşağı kənarları bir –
biri ilə sıx birləşir və onları, hətta, iti yolla da
ayırmaq mümkün olmur. Çox aşağıdan
başlandığı halda daxili çəp əzələnin əzələ
lifləri toxum ciyəsinin və ya uşaqlığın girdə
bağının önündən keçərək qasıq qabarına
bağlanır və qasıq kanalının ön divarının ba-
yır hissəsinin əmələ gəlməsində iştirak edir.
Qasıq kanalının
aşağı divarını qasıq ba-
ğı əmələ gətirir.
Kanalın
arxa divarı digər divarlardan
nazikdir və köndələn fassiyadan təşkil olun-
muşdur. Bu fassiya çox vaxt qarının köndə-
lən əzələsindən ayrılan əzələ və vətər lifləri
ilə möhkəmlənir. Belə ki, arxa divarın içəri
hissəsində köndələn əzələnin vətər lifləri düz
əzələnin bayır kənarı boyunca gedərək,
qövsvari forma alır və qasıq orağı –
falx in-
guinalis və ya Henle bağı –
lig.Henle adla-
nır. Kanalın arxa divarının bayır hissəsi da-
Şəkil 84. Küneo tikişi