169
liyyətində qrammatikanın rоluna o
qədər də əhəmiyyət vеrilməmə-
sidir ... Bəzi tədqiqatçıların təsviri qrammatikanı qеyri-еlmi fəaliyyət
hеsab еtməsi, ən azı ədalətsizlikdir:”nitq” faktları əsasında ümumi
olanı, yəni “dil sistеmini” müəyyənləşdirmək, əslində, təkcələrin
ümumiləşdirilməsi prosesidir ki, mahiyyət еtibarı ilə bütün еlmlər hər
zaman buna cəhd еdir”
1
. Bu günə qədər Azərbaycan və türk dilləri-
nin həm leksikası
2
, həm morfologiyası
3
, həm də sintaksisi
4
çox detal-
lı şəkildə tədqiqatlara çəlb olunmuş, istər tarixi
5
, istərsə də dilin müa-
sir səviyyəsi baxımından
6
dəyərli əsərlər yazılmışdır.
Tədqiqatın bu hissəsi sadəcə türk dillərində deyil, ümumiy-
yətlə dilçilik elmində qrammatik formaların
psixolinqvistik və ya lin-
qvopsixoloji analizinə ilk cəhddir. Burada nümunələr Azərbaycan və
ya türk dilindən verilsə də, əslində, bu tədqiqatın nəticələrindən sadə-
cə türk dillərinin deyil, ümumiyyətlə bütün aqlütinativ dillərin eyni
istiqamət üzrə tədqiqində istifadə oluna bilər.
Qrammatik formaların linqvopsixoloji analizi zamanı onların
ilkin və ikinci yaranma mexanizmləri, əsas və ikinci dərəcəli obrazlar
sistemi, birinci və ikinci intellekt obrazları arasındakı münasibətlər
nəzərə alınacaqdır. Obyektiv aləmdə mövcud olan gerçəklik elemen-
tinin dərk olunması nəticəsində yaranan birinci intellekt obrazı, onun
dildə əksi ilə yaranan dil struktur vahidi və dil struktur vahidinin dərk
olunması nəticəsində yaranan ikinci intellekt obrazı dərketmə aktları
ardıcıllığı ilə izlənəcək, qrammatik formaların hər iki intellekt obrazı-
nın həm ənənəvi, həm də əks ardıcıllıqla mənimsənilməsi qaydası
nəzərdən keçiriləcəkdir.
Qrammatik formaların yaranması. Tədqiq
olunan dillərdə
qrammatik formaların yaranması və mənimsənilməsi əks ardıcıllıqla
cərəyan edən ikinci mənimsəmə üsulu əsasında izah və şərh olunaca-
1
Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с 49.
2
Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı. “Bakı Universiteti”, 2000, 334 s.
3
Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə, Bakı.. 2003, 340 s.
4
Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000, 496 s.
5
Besim Atalay. Türkçe’de kelime yapma yolları. İstanbul, 1956, 342 s.
6
Ergin Muharrem. Türk Dilbilgisi, İstanbul, 1958, 462 s.
170
ğına görə, burada qrammatik formaların ikinci intellekt obrazının,
növbəti, “Qrammatik formaların mənimsənilməsi” adlı paraqrafda
isə, onların birinci intellekt obrazının yaranma mexanizmi, mahiyyəti
və strukturu şərh olunacaqdır.
Müəyyən qrammatik məna yaratmaq məqsədilə konkret
qrammatik şəkilçilərlə işlənən söz qəlibləri (leksik forma+konkret
qrammatik şəkilçi) də bütün digər dil struktur vahidləri kimi nitq
ehtiyacından yaranmış, müstəqil gerçəklik elementi kimi dərk oluna-
raq yaddaşımıza həkk olunmuşdur. Amma bununla belə,
qrammatik
formaların yaranması leksik və leksik-qrammatik formaların
yaranması qədər qısa və asan yolla baş verməmişdir.
Müxtəlif sistemli dillər, eləcə də türk dilləri üzrə aparılan
müşahidə və araşdırmalar dilin istənilən səviyyəsinə aid olan struktur
vahidlərinin bütün dillərdə eyni prinsip və üsullarla yarandığını
söyləməyə əsas verir.
Dilin ilkin qolunu təşkil edən şifahi nitqin leksik, leksik-
qrammatik, qrammatik formalar ardıcıllığı ilə yaranması və təkamül
etməsi fikri, demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul
olunur. Belə ki,diaxron aspektdə aparılan əksər tədqiqatlar və məntiqi
araşdırmalar ilkin dil struktur vahidlərinin leksik formalardan ibarət
olduğunu göstərir.
Mövcud tədqiqatların gerçəkliyi şübhə altına alınsa belə, yal-
nız düzgün məntiqə əsaslanmaqla dil və ya nitqin ilk əvvəl leksik
formalardan ibarət olduğunu söyləmək mümkündür. Yəni ulu əcdad-
larımızın nitqinin ilkin variantının yalnız leksik vahidlərdən ibarət
olması fikri heç bir şübhə doğurmur.
Çox güman ki, dilin yenicə
təşəkkül tapdığı zamanlarda qəbilə başçısı və ya baş ovçu ov planını
öz qəbiləsindən olan digər ovçulara belə izah etmişdir
:”Mən heyvan
qov. Sən heyvan ox vur. Sən heyvan daş vur. Sən heyvan tut...”. Bu
nitq söyləmlərində sadəcə ovçuların rol bölgüsü verilmiş, onlardan
hər birinin konkret funksiyası qeyd olunmuşdur.
Əslində bu tip nümunələrin qədim yazılı mənbə və abidələr-
dən götürülməsi daha düzgün, məntiqi və inandırıcı olardı. Heç bir
171
abidə və mənbəyə istinad etmədən şərti olaraq bu nümunələri vermə-
yimizin iki əsas səbəbi vardır. Birinci və ən başlıca səbəb odur ki,
eyni məzmunu və ya fikri əks etdirməklə bu üç ardıcıl mərhələni tam
şəkildə əks etdirən yazılı mənbələr mövcud deyil və ya ən azı bizə
məlum deyil. Müxtəlif məzmunlu mətnlər üzrə bu mülahizənin şərhi
isə fikrin yayınmasına, məntiqi sıranın pozulmasına səbəb ola bilər.
İkinci
səbəb isə odur ki, sırf leksik formalardan ibarət nitq söyləmlə-
rinin yaranma dövrü, əsasən yazıyaqədərki dövrdür və onların yazılı
mənbələrdə mövcud olması az inandırıcı görünür.
Əlbəttə ki, ilkin nitqin məhz bu sözlərdən ibarət olduğu və ya
bu ardıcıllıqla söyləndiyi qəti şəkildə iddia oluna bilməz. Böyük
ehtimalla bu cür izahat prosesində güclü şəkildə mimika, əl-qol hərə-
kəti, səs və hərəkət təqlidindən istifadə olunmuşdur. Şübhəsiz ki,
yaranan ilkin nitqdə məhz bu sözlər işlənilməmiş, çox güman ki,
mən, sən, o əvəzliyinin
ben, min, sen, sin, ol kimi
1
,
heyvan, ox, daş
isimlərinin
amba, ok, taş kimi
2
,
qov, vur, tut fellərinin
qo, ur, dut
kimi
3
daha qədim variantlarından istifadə olunmuşdur. Amma bu-
nunla belə, istənilən halda, nümunə kimi verilmiş nitqin anlaşılması
mümkündür və türk toplumunun inkişafının müəyyən bir dövründə
onun nitqi məhz bu tip cümlələrlə, daha doğrusu,söz qrupları ilə ifadə
olunmuşdur.
Toplumun inkişafının müəyyən mərhələsində (məsələn, bir
neçə əsr və ya min il sonra) onun nitqi yalnız
leksik vahidlərdən
ibarət olmamış bu nitqdə dolğunluq yaratmaq, ifadə dəqiqliyinə nail
olmaq üçün polifunksional leksik-qrammatik formalardan da istifadə
olunmuş, yuxarıda verdiyimiz nümunə təxminən bu şəklə düşmüş-
dür:
”Mən heyvan qov dur mən. Sən heyvan ox vur dur sən. Sən
heyvan daş vur dur sən. Sən heyvan tut dur sən ...”.
Toplumun inkişafının daha sonrakı mərhələlərində isə onun
1
Rzasoy S. Oğuz mifinin paradiqmaları. Baki. “Səda”, 2004, 200 s.
2
Насилов Д.М. Структура времен индикатива в древнеуйгурском языке (по
памятникам уйгурского языка). AKD, Москва, 1963, 21с.
3
Bax: Rəcəbli Ə. Göytürk dilinin leksikası. Bakı. “Nurlan”, 2004.
172
nitqində leksik və leksik-qrammatik formalarla yanaşı artıq söz
formaları arasındakı əlaqə və münasibətləri əks etdirən formalar, yəni
polifunksional qrammatik formalardan da istifadə olunmuş, daha
sonrakı mərhələlərdə polifunksional formalar da diferensiallaşmış və
yuxarıda verdiyimiz nümunə təxminən bu şəklə düşmüşdür:
”Mən
heyvanı qovuram, sən oxla vurursan, sən daşla vurursan, sən tutur-
san ...”. Burada qrammatik formaların yaranması ilə yanaşı,
diqqəti
cümlənin quruluşunda baş verən dəyişkənliklərə yönəltmək də yerinə
düşər. Məlum olduğu kimi:”sadə cümlələr tarixin ən qədim
dövrlərində yaranmış, zaman keçdikcə inkişaf edərək mürəkkəbləş-
miş, təkmilləşmişdir. Mürəkkəb cümlənin inkişafında birinci mərhə-
ləni tabesiz mürəkkəb cümlə təşkil edir,...tabeli mürəkkəb cümlələr
ədəbi yazı dilinin inkişaf etdiyi dövrdə meydana gəlmişdir”
1
.
Göründüyü kimi, diaxron aspektdə aparılan çoxsaylı tədqiqat
əsərlərinə istinad etmədən belə,yalnız məntiqi analizlərə əsaslan-
maqla dil və nitqin leksik, polifunksional leksik-qrammatik, poli-
funksional qrammatik,diferensial qrammatik formalar xətti ilə inkişaf
edərək zənginləşməsi sxemini bərpa etmək mümkündür.
Ümumi cümlə strukturunda baş verən dəyişmələr, modallıq və
predikativliyin yenidən təşkili, ilkin predikativ mərkəzlərdən bəzilə-
rinin zəifləyərək ikinci dərəcəli mərkəzlərə çevrilməsi və ya ümumi
cümlə strukturuna ikinci dərəcəli yeni predikativ mərkəzlər daxil
etməklə onların genişləndirilməsi, eləcə də cümlə predikativliyinin
intonasiya və digər fonetik vasitələrin köməyi ilə yaradılması qram-
matik formaların, yəni sintaktik və fonetik-sintaktik səviyyəli qram-
matik formaların əmələgəlmə yollarındandır. Əslində, bu kimi hal-
ların mövcudluğu nitq söyləminin yaranmasındakı evristikliyi bir
daha təsdiq edən faktlardır ki, bu haqda nitqin yaranması və
mənimsənilməsi mexanizmini şərh edərkən danışmaq daha doğru
olacaqdır.
Verilən nümunələr əsasında bu zəncirin
son həlqəsini təşkil
edən qrammatik formaların ilkin yaranma sxemini ümumi şəkildə də
1
Mirzəzadə H. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı, “Maarif”, 1968, 162 s.