Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
17
Dağıstan turu), bəzi quş və gəmirici növlərinə rast gəlinir. Böyük Qafqazın Qusar, Qudyal, Əyriçay
və s. çayları buradan başlanır. Turizm və alpinizm məqsədilə istifadə edilir.
2. Yüksək dağlığın alp, subalp və çəmən-çöl landşaftı.
Böyük Qafqazda (Baş Qafqaz
silsiləsi, Yan silsilə) və Kiçik Qafqazda (Şahdağ, Murovdağ, Zangəzur və s. silsilələr, Qarabağ
yaylası) 2000-2200 m-dən 3000 m-ədək hündürlükləri əhatə edir.
Şə
kil 2.1. Azərbaycan Respublikasının landşaft xəritəsi
Yura və Tabaşirin, əsasən, karbonatlı-terrigen, vulkanogen, tufagen çöküntülərindən təşkil
olunmuşdur. Şiddətli parçalanmış relyefə malikdir. Dağlar denudasion-struktur mənşəlidir. Burada
vaxtaşırı güclü sellər yaranır. Sel ocaqları, əsasən, qayalıq və dağ çəmənlikləri sahəsində yerləşir.
Çay dərələri, əsasən, bu landşaft sahəsində formalaşmağa başlayır. Đqlimi soyuqdur. Orta
temperatur yanvarda -12
0
C-dən -7
0
C-yədək, iyulda 8-17°C-dir. Đllik yağıntı Boyük Qafqazın cənub
yamacında 1400-1600 mm, qalan sahələrdə 900 mm-ədəkdir. Əsasən, çimli dağ-çəmən torpaqları
yayılmışdır. Dağıstan turu, qarapaca, bezoar keçisi, gəmiricilər (qarsiçanı, dağsiçanı), kor köstəbək,
Qafqaz uları, Qafqaz tetrası, kərkəz, qaya kərtənkələsi və s. məskunlaşmşdır. Alp, subalp çəmənləri
və çəmən-çöl yarımtiplərinə bölünür. Alp çəmənləri 2400-2500 m-dən yüksəkdə yerləşir. Bitkilərin
boyu çox qısa, növləri azdır. Alp çəmənlərindən aşağıda, 2000-2200 m-dən 2400-2500 m-ədək
hündürlükdə, subalp çəmənləri zolağı uzanır. Subalp çəmənləri növ etibarilə zəngin olan
hündürboylu, əsasən, çox hissəsini yem otları təşkil edən çoxillik bitkilərdən ibarətdir. Kiçik
Qafqazın subalp və alp çəmənləri Böyük Qafqazdakından bir qədər kserofitliyi ilə fərqlənir.
Çəmən-çöl landşaft yarımtipi Zəngəzur silsiləsində və Qarabağ yaylasında inkişaf etmişdir. Alp
çəmənlərindən yay otlağı, subalp çəmənlərindən isə həm yay otlağı, həm də biçənək kimi istifadə
edilir. Arıçılığın inkişafı üçün əlverişli sahədir.
3. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-kol landşaftı
. Bu landşaft
respublikanın dağlıq landşaft zonaları arasında daha geniş yer tutur. Böyük Qafqaz, Kiçik Qafqaz
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
18
(Naxçıvan MR-in sahəsi istisna olmaqla) və Talış dağlarının yamaclannda təqribən 1200 m-dən
1800 m-ə, bəzi yerlərdə 2000-2200 m-ədək hündürlükləri əhatə edir. Yura və Tabaşirin əhəngdaşı,
qumdaşı, gilli şistlərindən, Üçüncü Dövrün gillicələrindən, qumlarından, vulkanogen-çökmə
süxurlarından təşkil olunmuşdur. Ərazi şiddətli parçalanmış relyefə malikdir. Dağlar, əsasən,
denudasion-struktur mənşəlidir. Dağ uçqunları və süruşmələr geniş yayılmışdır. Sellər, əsasən
tranzit xarakterlidir. Dik yamaclı dar və dərin dərələr səciyyəvidir. Đqlimi soyuq və mülayim-istidir.
Orta temperatur yanvarda -6°C-dən -2°C-yədək, iyulda 13-19
0
C, illik yağıntı 600-1300 mm-dir.
Qonur dağ-meşə, çöküntülü-karbonatlı dağ-meşə, tipik və yuyulmuş dağ-meşə torpaqları, Talış
dağlarında podzollaşmış torpaqlar və dağ-sarı torpaqlar yayılmşdır. Meşələrin çox hissəsində,
xüsusilə 1400-1600 m hündürlükdə Şərq fıstığı, yuxarı hissələrdə isə Şərq palıdı, bəzi yerlərdə
tozağacı və ağcaqayın ağacları üstünlük təşkil edir. Daha yuxarılarda meşələr seyrələrək subalp
çəmənləri landşaftına keçir. Meşə landşaftının yuxarı hissəsində rütubətsevən, aşağı hissəsində isə
quraqlığadavamlı ağac növləri yayılmışdır. Atmosfer yağıntılarının mövsümlər üzrə bərabər
paylanmaması orta dağlıqda meşələrin inkişafının və onların yayılma dərəcəsinin müxtəlifliyinə
səbəb olmuşdur. Meşənin intensiv qırılması çəmən və əsasən, meşədən sonrakı kollarla qarışıq
müxtəlif ot bitkiləri ilə əvəz olunmasına şərait yaratmışdır. Bu landşaft heyvanlarla, xüsusilə
dırnaqlılar və quş növləri ilə zəngindir. Maral, cüyür, çöldonuzu, boz ayı, müxtəlif növ dələ və s.
yayılmışdır. Bir çox ağac növləri meşə və ağac emalı sənayesi üçün xammaldır. Yabanı meyvə
yığılır.
4. Orta dağlığın dağ-kserofitlandşaftı.
Naxçıvan MR-də (Zəngəzur və Dərələyəz
silsilələrində), qismən Talış dağlarında (Talış və Peştəsər silsilələrinin qərb və cənub-qərb
hissələrində) inkişaf etmişdir. Başlıca olaraq Paleogenin vulkanogen, vulkanogen-çökmə süxurları
üzərində yaranmışdır. Naxçıvan MR-də təqribən 1100 m-dən 2000 m-ədək, Talış d-rında dağarası
çökəkliklərdə 1300m-dən 1900 m-ədək hündürlükləri əhatə edir. Naxçıvan MR-də soyuq iqlim,
Talış dağlarında yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -5°C-dən -4°C-
yədək, iyulda 18°C-dən 25°C-yədəkdir, illik yağıntı Naxçıvan MR-də 400-500 mm, Talış
dağlarında 300-400 mm-ədəkdir. Hər iki ərazidə yayın quraq keçməsi kserofit landşaftın əmələ
gəlməsinə səbəb olmuşdur. Dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitkisi dağ-
kserofit (friqanoid) tiplidir (gəvən, tıstıs və s.). Canavar, tülkü, dovşan, daşlıq dələsi, müxtəlif növ
siçan, ular, boz kəklik və s. səciyyəvidir. Heyvandarlıq, əkinçilik, bağçılıq və arıçılıq inkişaf
etmişdir.
5.Alçaq dağlığın çöl, qismən meşə-çöl landşaftı.
Böyük Qafqazın cənub yamaclarında, Kiçik
Qafqazın kənar hissələrində, Talışda Burovar silsiləsinin şimali-qərbində (əsasən, Cəlilabad rayonu
ə
razisində) 100-150 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Tabaşir (Kiçik Qafqaz) və
Neogenin (Böyük Qafqaz) dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil
olunmuşdur. Relyefi struktur-erozion və arid-denudasion-struktur mənşəlidir. Səthi güclü və orta
dərəcədə parçalanmışdır. Đqlimi mülayim-istidir. Orta temperatur yanvarda -3°C-dən +2°C-yədək,
iyulda 19°C-dən 24°C-yədəkdir. Đllik yağıntı 400-600 mm-dir. Dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi,
qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bu landşaft üçün daşdayan, yovşan-daşdayan və yovşan-
daraqotu kimi çöl və yarımçöl bitkiləri səciyyəvidir. Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik və s.
var. Qış otlağı kimi istifadə edilir.
6. Alçaq dağlığın yarımsəhra landşaftı
. Qobustanda, Ceyrançöldə, Bozdağ (Gəncə Bozdağı)
silsiləsində, Acınohur çölü və onun ətrafında, 50-100 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir.
Neogenin dəniz və kontinental çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti, yanmsəhra və
quru çöl iqliminə malikdir. Orta temperaturr yanvarda -3°C-dən -1 °C-yədək, iyulda 19°C-dən
26°C-yədəkdir. Đllik yağıntı 200-400 mm-dir. Qəhvəyi, açıq-qəhvəyi, boz-qonur torpaqlarda
yarımsəhra bitkiləri üstünlük təşkil edir. Qış otlağıdır.
7. Dağ ətəklərinin enliyarpaqlı meşə landşaftı.
Böyük Qafqazın cənub-şərq hissəsinin şimal
yamacında və Talış dağlarının alçaq dağlıq hissələrində inkişaf etmişdir. 100-300 m-ədək
hündürlükləri əhalə edir. Əsasən, Kaynozoyun əhəngdaşı, gil, qumlu-gilli çöküntülərindən, çaqıl
Dostları ilə paylaş: |