Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
14
Bütövlükdə bu anlayış landşaft planlaşdırmasına da aiddir. Landşaft planlaşdırılmasının
hazırlanmısı mərhələləri əhalinin iştirakı ilə yerinə yetirilməlidir, xüsusilə də planlaşdırma
təkliflərinin icrası mərhələsində.
Son zamanlar əhalinin böyük hissəsi ətraf mühitin vəziyyətinin pisləşməsini özlərinin həyat
keyfiyyətinin əsası hesab etməyə meyillidirlər. Torpaq, su, hava və iqlim, bitkilər və heyvanlar
insan həyatının əsasını təşkil edir. Bu konteksdə təbiətin və landşaftın özəlliklərinin qabiliyyətinin
saxlanması baş məqsəddir. Bu məqsədə çatmaq məsuliyyəti təkcə təbiəti mühafizə təşkilatlarının işi
deyil, bu eyni zamanda təbiət və landşaftla işi olan hər bir plançının işidir.
Landşaft planlaşdırılması instrumentinin mahiyyəti, məzmunu, məqsədləri və metodları
Almaniaya Federativ Respublikasının təcrübəsində bu kitabın üçüncü fəsilində, landşaft
planlaşdırılmasına aid metodik tövsiyələrə yenədə həmin olkənin təcrübəsində kitabın dördüncü
fəsilində verildiyindən Almaniyada bu vasitənin tətbiqi haqqında məlumatları bununla
kifayətləndiririk.
1.7. Xülasə
Müxtəlf avropa ölkələrinin mövcud landşaft planlaşdırması sisteminin müqayisəsindən
görünür ki, bir neçə əsas xüsusiyyətlərinə əsasən onları bir araya gətirmək mümkün deyil və
məqsədəuyğun sayılmır, ona görə ki, onlar son dərəcədə müxtəlifdir. Bu bir sıra səbəblərdən irəlı
gəlir: tarix, siyasi sistemin xüsusiyyətləri, mədənyyət ənənələri, iqtisadi inkişafın səviyyəsi, hüquqi
sistemin və şəxsi mülkiyyətin xüsusiyyətləri və s.
Lakin, bunula birlikdə, avropa ölkələri təsərrüfatın qloballaşması çağırışını, həmçinin
siyasətdə ümumiavropa baxışlarının formalaşmasını və buradan da öz planlaşdırma sistemlərində
ümumi qərar qəbul etmək tələbi yarandığını başa düşürlər və birləşməyə meyllidirlər. Ona görə də
yuxarıda nəzərdən keçirilən bütün planlaşdırma sistemlərində davamlı inkişaf üçün yaranmış
ictimai və yaxud iqtisadi qayda və prosesləri idarə etmək üçün ümumi vasitə yaratmaq ehtiyacının
olduğunu göstərən meyli aydın görmək olur. Bunun üçün başqa fəaliyyətlərlə yanaşı planlaşdırma
sisteminə ekoloji və estetik orientirləri də daxil etmək vacibdir.
Avropa Đttifaqı ölkələrində ərazi planlaşdırmasında aşağdakı istiqamətləri vurğulamaq olar:
•
hər tərəfli, kompleks planlaşdırma sistemi inkişaf edir;
•
planlaşdırma sistemi bazar amilinin artan təsirinə uyğunlaşır;
•
planlaşdırma prosesi daha çevik olur;
•
bəzi ölkələrdə (Đspaniya, Belçika) planlaşdırmanın desentralizasiyası baş verir;
•
davamlı inkişafın təminatında urbanizasiya olunmuş ərazilərin əhəmiyyəti daha artıq
dərk edilir;
•
axrıncı instansiya kimi qərarların qəbul olunmasında dövlətin rolu öz prinsipal
ə
həmiyyətini saxlayır
Müxtəlif ölkələrdə landşaft planlaşdırmasının məsələləri müxtəlif formada yerinə yetirilir.
Ə
razi planlaşdırmasında ekoloji tələblər heç də bütün ölkələrdə və bütün inzibati səviyyələrdə bütöv
konsepsiya şəklində qoyulmur. Landşaft planlaşdırması məsələlərinə və mərhələlərinə müxtəlif
ölkələrdə müxtəlif cür əhəmiyyət verilir. Bütövlükdə landşaft planlaşdırması gələcəkdə avropa
ölkələrinin qarşısında duran ən gərgin aktivlik sahəsidir.
Landşaft planlaşdırmasının uğurları əsasən iqtisadi vəziyyətlə müəyyən olunur. Planın
tapşırıqlarınin icrası əldə oluna bilən malyyə vəsaitindən asılıdır. AĐ-nın təcrübəsi göstərir ki, təbiəti
mühafizə məqsədi ilə kifayət qədər böyük vəsait yardımını sahə planları, məsələn, kənd təsərrüfatı
alır. Lakin bu vəziyyəti qənaətbəxş saymaq olmaz, ona görə ki, vəsait əsasən səmərəli istifadə
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
15
olunmur, bəzən sadəcə fürsətdən istifadə edilib yeyilir, bəzən də təbiəti mühafizəyə dəxli olmayan
məqsədlərə sərf olunur. Vəsait ayrılan zaman landşaft planlaşdırılmasının konsepsiyası və təklifləri
nəzərə alınsa o daha səmərəli istifadə olunardi.
Landşaft planlaşdırması prosesi nəzərdə tutulmuş tədbirlərin icrası ilə bitmir. AĐ
çərçivəsində planlaşdırmanın layihədən əvvəl və sonrakı effektivliyini həyata keçirmək tendensiyası
güclənir. Məsələn, flora və faunanın mühafizəsinin hüquqi istiqamətləri layihələrin nəticəsinin
hesabatını nəzərdə tutur. Landşaft planlaşdırılmasının onun nəticələrinin qiymətindən asılılığını
göstərən ən yaxşı nümunə Holland və Fransa sistemidir. Fransada çoxlu sayda maliyyə dəstəyi
proqramları mövcuddur ki, planlaşdırma onlara söykənir, və bu da planlaşdırıcıları səmərəliliyə
nəzarətə və öz nəticələrini bazara çıxartmağa təhrik edir.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
16
2. Landşaft planlaşdırılması potensialının Azərbaycan ekoloji siyasətində rolu
2.1. Cənubi Qafqaz ölkələri ərazisinin ümumi landşaft və təsərrüfat problemləri
Cənubi Qafqaz ekosistemi özünün biomüxtəlifliyinə görə şimal yarımkürəsində birinci
yerlərdən birini tututr. Cənubi Qafqaza bitgilərin 6000-ə qədər müxtəlif növləri daxildir və bu fakt
reqionu qlobal bimüxtəlifliyin mərkəzi kimi dəyərləndirməyə əsas verir. Region, o cümlədın
Azərbaycan, endemikliyin yüksək çəkisi ilə fərqlənir – burada mövcud bitgi və heyvanlarin təqribən
dördtə biri endemikdir. Təkcə məməlilərin sayı 152-dir və onların beşdə biri endemikdir.
Bu əraziyə
çoxlu sayda relikt növlər xasdır. Cənubi Qafqaz landşaft biomüxtəlifliyi ilə də fərqlənir – Yer
kürəsinin quru ərazisinin cəmi 0,5% təşkil edən bu regionda Yerin landşaftlarının 10%-i təmsil
olunmuşdur. Ərazinin onda bir hissəsini az dəyişmiş və yaxud bakirə şəkildə qalmış landşaftlar
tutmuşdur. Cənubi Qafqazın müxtəlif ölkələrində mövcud olan eyni tipli landşaftlara oxşar
təsərrüfat və ekoloji problemlər xasdır.
Qafqaz, əsasən onun ərazisinin böyük tərkib hissəsi olan Azərbaycan, təbiət, ekoloji,
geosiyasi, dini, Avroasiya məkanında nəqliyyat qovşağının kəsişdiyi bir məkaqndır. O Şərqi
Avropa, Yaxın Şərq, Orta Asiya və Şimali Afrikanın ortasında yerləşmişdir. Ənənəvi olaraq Qafqaz
ş
imaldan Kuma-Manıç depressiyası, qərbdən Qara və Azov dənizləri, cənubdan Türkiyə və Đranla,
şə
rqdən Xəzər dənizi ilə sərhədlənir. Bu təsəvvürdə onun tərkibinə dörd dövlət daxildir, ərazisi 440
min km
2
, əhalisi 30 mln. nəfər təşkil edir, əhalinin sıxlığı 68 nəf/km
2
-dir. Əhalinin ən böyük
sıxlığının Cəubi Qafqazın dağarası zonasında, çayların dərəsi və dağların kotlovanında yerləşməsi
bu ərazilərə ən çox antropogen təsirin olmasına gətirir.
Cənubi Qafqazda geodinamik proseslər katasatrofik şəkildə çoxalır, meşələr qırılır, ikinci
tərtibli şoranlaşma və bataqlaşma prosesi gedir, külək və su eroziyaları artır, torpaq ehtiyatları
deqradasiyaya uğrayır, canli təbiətin ayrı-ayrı növləri məhv olur və s. Səhralaşma və quraqlıq
problemi region üçün daha səciyyəvidir, ev heyvanlarının yem bazası üçün boyuk problem yaradan
1999 və 2000-ci illər daha çox ekstremallığı ilə fərqlənirlər. Yay və qış otlaqlarında daha çox
böhran vəziyyəti yranmışdır. Təbii ki, bunlar vəhşi təbətə
öz təsirlərini göstərməyə bilməz idi.
Landşaft planlaşdırılması instrumenti əsasında proqram məhsullarının hazırlanması səhralaşmaya
qarşı mübarizədə çox faydalıdır.
2.2. Azərbaycan landşaftlarının xüsusiyyətləri və əhəmiyyəti
Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf
etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir. Landşaftlar dağlıq və düzənlik landşaftlarına
bölünür. Bunların daxilində isə bir sıra landşaft tipləri və yarımtipləri ayrılır (Budaqov B.Ə.,
Landşaftlar, Azərbaycan Milli Ensiklopdeiyası, səh. 24-28, 2007).
Dağlıq landşaftları:
1. Yüksək dağlığın nival və qismən nival-buzlaq landşaftı
. Əsasən Böyük Qafqazın (Baş
Qafqaz silsiləsi, Yan silsilə), qismən Kiçik Qafqazın (Murovdağ, Zəngəzur silsilələri, Qarabağ
vulkanik yaylası və s.) təqribən 3000 m-dən yüksəkdə yerləşən sahələrini əhatə edir. Dağlar
struktur-denudasion, nival-buzlaq və erozion-buzlaq mənşəlidir. Yura və Tabaşirin terrigen,
karbonatlı, vulkanogen, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Səthi çox yerdə çılpaq
qayalıq və çınqıllıqdır. Relyefi intensiv parçalanmışdır. Qravitasiya-denudasiya prosesləri
səciyyəvidir. Kar, təknəvan dərə (troq), moren buzlaq relyefi formaları yayılmışdır. Dağlıq tundra
iqliminə malikdir. Orta temperatur yanvarda -15°C-dən -8,5°C-yə dək, iyulda 4-9°C-dir, Đllik
yağıntı 800-1200 mm-dir. Böyük Qafqazda (Bazardüzü, Bazaryurd, Tufan və Şahdağ zirvələrində)
3800-3900 m-dən yüksəkdə ümumi sahəsi təqribən 6 km
2
olan buzlaqlar var. Torpaq örtüyü inkişaf
etməmişdir. Çox seyrək qayalıq-çınqıllıq bitkilərinə, yüksək dağlıq dırnaqlılarına (qaya-keçisi,
Dostları ilə paylaş: |