Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
12
Bir neçə müddətdən bəri ərazi planlaşdırılması xeyli əhəmiyyət kəsb etməyə başlayıb. Lakin
konkret layihə və məqsədlərə bağlı qərarlar üstünlük təşkil edirlər. Bundan başqa ərazi
planlaşdırması ümumi planlaşdırma funksiyasını daşımır. Sahə planları milli və regional səviyyədə
bir-birilə az əlaqəlidirlər. Müxtəlif planlar arasındakı əlaqə kommuna səviyyəsində, torpaqdan
istifadə planlarının tərtibi zamanı həyata keçirilir (Zenker,1999).
Ekologoji siyasət və ərazilərin inkişafı milli səviyyədə ən birinci vəzifə hesab edilir. Milli
hökumət ərazi inkişafının əsas prinsiplərinə və tabelyində olan səviyyələrin hamısının
kompetensasiyasına malikdir. Regional səviyyədə ərazi təşkilinin regional planı və inkişaf proqramı
tərtib edilir. Đcmalar səviyyəsində “aparıcı xətt” və torpaqdan istifadə planı işlənib-hazırlanır.
Ekoloji yönəmli planlaşdırmada təxmini könüllülük prinsipi üstünlük təşkil edir. Milli səviyyədə
verilmiş göstərişlərin icrası üçün dövlət maliyyə yardımı göstərir.
Fransada landşaft planlaşdırması məsələləri müxtəlif səviyyələr arasında bölünür. Ətraf
mühitin vəziyyətinin təsviri və qiymətləndirilməsi bir çox ekoloji və monitorinq proqramları
vasitəsilə həyata keşirilir. Milli səviyyədə “ekoloji plan hazırlanır” ki, bu da təbiətin ayrı-ayrı
komponentlərinə məqsədyönlü konsepsiyanı müəyyənləşdirir. Landşaftın mühafizəsi üçün qoyulan
ə
sas məsələni mühafizə olunan ərazilərin planlaşdırması təmin edir. Təbii parklar çox yaxşı
maliyyələşdirilir və, landşaft planlaşdırması məsələlərini yerinə yetirməklə, praktikada davamlı
regional inkişaf mexanizmini həyata keçirirlər.
Landşaft planlarının simasında, ümumi dövlət planları və vilayətlərin korporasiya planlarına
baxılır, hansı ki landşaftın inkişafının idarə olunmasına kömək edir. Buradan belə qərara gəlmək
olar ki, Fransada landşaft estetik kateqoriya, peysaj kimi başa düşülür. Ona görə də landşaft
planlaşdırmasının əsas məsələləridən biri kimi insanların peyzaj əhatəsini yaxşılaşdırılmaq və
landşaftın görünüşünü formalaşdırmaq durur. Lanşaft planılaşdırmasının bütün sahələri və əraziləri
ə
hatə etməsi qanunvericilikdə nəzərə alınmayıb. Landşaft planları ehtiyac olduqda hazırlanır,
məsələn, avtostradaların planlşdırılması zamanı siyasi həllərin əsaslandırılması üçün. Bu planlar
tətbiqi yönəmli olduğundan həmişə konkret şəraitdən asılı olaraq bu və digər proqram və aksiyalarla
bağlıdır. Buna görə də planlaşdırılan və icra olunan tədbirlər həyata keçirilməsi arasında tez-tez
fikir ayrılıqları meydana gəlir. Nə qədər ki Fransada landşaft planlaşdırılmasının məqsədi hələ ciddi
müəyyənləşdirilməyib konkret hallarda kompromis ideologiyası hökm sürür.
Sistemin dəyərlərindən biri onun oriyentasiyasının tətbiqi olması və cəmiyyət tərəfindən
qəbul olunmasıdır. Problemlər sahələrə bölünən zamanı yaranır və onun nəticəsi olaraq inteqral
ekoloji tələblər pis icra olunur. Ancaq fransız və alman sistemlərinin bir qədər yaxınlaşması
tendensiyası müşahidə olunur.
1.6.4. Đspaniya
Đ
spaniya ərazisi xeyli dərəcədə qeyri bərabər məskunlaşmış kvazifederativ dövlətdir. Son
zamanlar burada ekoloji problemlərin dərk edilməsi və onlara adyekvat hüquqi dəstək xeyli
güclənmişdir, ekoloji yönəmli idarəetmə və planlaşdırma artır. Bu prosesdə AĐ gösrərişləri,
xüsusən “Natura 2000” proqramı, vacib rol oynamışdır. Đspaniyanın planlaşdırma sistemində
landşaft planlaşdırması anlayışı sözün birbaşa mənasında mövcud deyil. Ona uyğun olan
professional təhsil də yoxdur. Lakin landşaft planlaşdırmasının məsələləri xeyli dərəcədə başqa
vasitələrlə yerinə yetirilir. Ümumiyyətlə götürdükdə landşafta ancaq estetik baxım anlayışından,
ona mədəniyyət fenomeni kimi baxılır, və nəhayət onu landşaft-ekoloji varlığı kimi qəbul etməyə
doğru dəyişmə təsəvvürləri müşahidə olunur.
Đ
spaniyada ərazi planlaşdırması sektor və səviyyələrə bölünür. Regionlar şəhərlərdə ərazi
planlaşdırmasını həyata keçirməkdə tam səlahiyyətə malikdirlər. Əsas instrument ərazilərin regional
və subregional planlarıdır. Ərazi planlaşdırmasına müəyyən aidiəti olan idarələr, məsələn,
infrastrukturun plandırlıması ilə məşğul olanlar, çox vaxt öz təsirlərini milli səviyyədən xeyli
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
13
“aşağı” səviyyələrə çatdırırlar və bununla da regionların imkanlarını məhdudlaşdırırlar. Birləşmiş
və onunla yanaşı ekoloji məsuliyyətli planların hazırlanmasının nə qədər çətin olduğunu milli
hidroloji planın nümunəsində göstərmək olar. Đdarələrin və müxtəlif inzibati səviyyələrin
maraqlarını razılaşdırmaq çox vaxt şübhəlidir. Milli təbiəti mühafizə çərçivə qanunlarına əsasən
milli səviyyədə təbiəti mühafizənin əsas istiqamətləri işlənir. Bu məsələ bu vaxta qədər hələ də
yerinə yetirilməyib. Bununla belə Andaluziya regionu özünün inkişafının strateji məqsədlərini
müəyyənləşdirən ekoloji plan hazırlayıb. Regionların səlahiyyətinə resurslardan istifadə
planlaşdırması da daxildir. Bu planlar “hərtərəfli” xarakter daşıyır və sosial-iqtisadi məqsədlər
güdür. Regionlar resursistifadə planlarını hazırlayır, hansı ki sonradan istifadə planları ilə
dəqiqləşir. Bu planların özəyi əraziləri növ və təbiəti mühafizə baxımından zonalaşdırma, və
həmçinin, digər sahə planlarında əsas tələbləri müəyyənləşdirməkdir. Hərdən bu planların
göstərişləri öz qeyri-müəyyənliyi ilə fərqlənir və icra etmək çox çətin olur. Bununla belə bunların
arasında təbiətin və landşaftın mühafizəsi məqsədlərində razılaşdırılmamış məqam yoxdur. Ancaq
bu planların konkret icra proqramları çox ləng inkişaf edir. Ona görə də Andaluziyada qorunan
ə
razilər daxilindəki icmalar üçün “Davamlı inkişaf planı” hazırlanmışdır. Ümumiyyətlə götürdükdə
bu vaxta qədər lokal səviyyədə planlaşdırmada səlahiyyətlər müəyyənləşdirılməyıb (Dietz and von
Rauch, 2000).
Resurslardan istifadə planı məcduri xarakter daşıyır, ərazi və sahə planlaşdırılmasına
nisbətən üstünlük təşkil edir. Bu planlar hər yer üçün yox, başlıca olaraq mühafizə olunan ərazilər,
xüsusilə də böyük ərazilər üçün, tərtib edilir. Burada təkcə təbiətin mühafizəsi deyil, həm də
təsərrüfat işləri məqsədi də güdülür, məsələn kənd turizminin inkişafı. Bununla da onlar regional
maliyyə vəsaitlərinin idarə olunmasında siyasi vasitə olurlar. Ancaq bu planlar konflikt zonalarına
aid edilmir, məsələn, intensiv kənd təsərrüfatı zonalarına. Ona görə də bu planları almanların
təbiəti mühafizəsi vasitəsi olan landşaft planları ilə eyniləşdirmək olmaz. Đspanların planları
vilayətlər üçün hərtərəfli təxmini ekoloji ərazi planları kimi xarakterizə oluna bilər. Bütün bunlar
ə
sas verir ki, Avropa Đttifaqı kənd yerlərində təsərrüfatın genişləndirilməsi üçün bu ərazilərə vəsait
yardımı ayırsın.
1.6.5. Almaniya Federativ Respublikası
Almaniyada landşaftın planlaşdırılmasının qədim kökləri var. Onun inkişafı XIX əsrin
başlanğıcında meydana gəlmiş - “torpağin yaxşılaşdırılması” və ”torpağın gözəlləşdirilməsi”
anlayışları ilə bağlıdır. Digər mənbəy isə həmin əsrin sonunda ölkənin sənayeləşməsi və təbiətin
məhv olmasına qarşı Vətənin və Təbiətin Müdafiyəsi hərəkatıdır. Bu hadisələr XIX əsrin sonunda
ölkənin sənayeləşdirilməsinin təbiətə dağıdıcı təsirindən sonra baş vermişdir. Almaniyanın 1976-cı
ildə təsdiq olunmuş federal qanununda ilk dəfə olaraq landşaftın müdafiyəsinin planlaşdırma aləti,
landşafta qulluq edilməsi və onun inkişafı öz hüquqi əsasını tapmışdır.
Beləliklə, Almaniyada landşaft planlaşdırılması ilkin olaraq nizam-intizam planı kimi qəbul
olunmuşdur. Son illərdə onun təsbit olunmuş prinsip və metodları landşaft planlaşdırılmasını
təbiətin mühafizəsində mühüm və qəbul olunmuş vasitəyə çevirmişdir.
Bununla birlikdə, son illərdə cəmiyyət və təsərrüfatda baş verən surətli dəyişikliklər ekoloji
təminatın Almaniyada təmin olunması yollarının yenidən kəskin surətdə müzakirə olunmasına
zəmin yaratdı. Bu diskussiyada əsas sual BMT-in 1992-ci ildə Rio-de-Janeyroda keçirilən “XXI
ə
srin gündəliyi” konfransında irəli gələn ideyaların hansı planlaşdırma vasitələrinin davamlı
inkişafı ideyasının həyata keçirilməsini təmin edir idi. Aşağıda biz landşaft planlaşdırılmasının nə
olduğunu və onun davamlı inkişaf konsepsiyasına verdiyi tövhəni nəzərdən keçirdəcəyik.
Təbiətin və landşaftın vəziyyətinə təsir edən planlaşdırmanın hazırlanması və qərarların
qəbulu Almaniyada müxtəlif səviyyələrdə həyata keçirilir. Landşaft planlaşdırılması həm federal, və
həm də regionlar səviyyəsində ekoloji yönümlü planlaşdırmaya öz töhvəsini verir. Yadda saxlamaq
lazımdır ki, yeni məqsədlərə yalnız o vaxt çatmaq olar ki, bu işə çoxlu sayda insanlar dəstək versin.
Dostları ilə paylaş: |