Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
4
Beləliklə torpaqdan istifadədə düzgün olmayan siyasətə və bunun nəticəsi ikmi onların itirilməsinə
zəmin yaranır. Ona görə də torpağin tam keyfiyyət mahiyyətini təsnifləşdirə bilən və müxtəlif
səviyyələrdə qərarların qəbul edilməsində faydalı olan effektiv instrumentlər hazırlanmalıdır.
Digər tərəfdən, indiyə qədər azərbaycanda landşaft planlaşdırılmsından istifadə
edilməmişdir, onun tətbiq edilməsi üçün birbaşa hüquqi əsas yoxdur. Landşaft planlaşdırılması, hər
ş
eydən əvvəl metodik əsas kimi, ekoloji yönəmli torpaqdan istifadə layihələrinin təkmilləşməsi və
unfikasiya olunmasına və onların Azərbaycanda tətbiq olunmasına istiqamətlənməlidir. Bu sahədə
mövcud boşluqlar artıq torpaq siyasətində müəyyən problemlər yaratmışlar. Sonralar isə, dövlətdən
hüquqi və fiziki şəxslər tərəfindən torpaqlar alındıqda onların sayı çoxala bilər. Landşaft
planlaşdırılması torpaq dövriyyəsində bütün maraqları nəzərə almalı və sistemləşdirməlidir, bununla
belə xalqın böyük kütləsinin torpaq siyasətinin planlaşdırılması və reallaşdırılmasına cəlb edilməsi
üçün şərait yaratmalıdır.
1.2. Regional siyasətdə ekoloji yanaşma
Landşaft planlaşdırmasının əsasları və metodlarına regonal siyasətin və panlaşdırmanın
ekoloji aspektlərindən baxmaq lazımdır, və yaxud ən azı, bu onlarla uyğunlaşdırılmalıdır. Dövlətin,
ölkənin iqyisadi, sosial və siyasi inkişafının idarəçiliyində onun konkret rayonlarının xüsusiyyət və
maraqlarını nəzərə alan siyasət regional siyasət adlanır. Belə idarəçiliyin vasitələrindən biri, adətən
ümumi ərazi planlaşdırılması çərçivəsində tərtib olunan, regional planlaşdırmadir. Keçən əsrin 70-ci
illərindən başlayaraq Avropada regional siyasət və planlaşdırma kəsgin ekoloji səciyyə daşımağa
başladı. Onun mənbəyində bir tərəfdən cəmiyyət tərəfindən aydın dərk olunan ekoloji imperativ,
digər tərəfdən torpaqdan istifadə də planlaşdırma ənənələri durmuşdur.
Müasir zamanda regional siyasətdə strateji tendensiyaları müəyyən edən güclü amil ekoloji
baxımdan davamlı inkişaf ideyasıdır. BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda keçirdiyi Konfransın
yekun sənədində, yəni “21 əsrin gündəliyində” bu ideya ümumi şəkildə öz əksini tapdı. Davamlı
inkişaf konsepsiyası bir çox ölkələrin hökumətləri tərəfindən regional inkişaf planına daxil
edilmişdir. Avropa ölkələrində bu problemlər üzrə əməkdaşlığı Avropa Şurası idarə edir və
isitiqamətləndirir. Məsələn, bu şurada ətraf mühit və yerli idarəçilik Direktoratı fəaliyyət göstərir
(Directorate of Environment & Local Authorities). Avropa Đttifaqının üzvü olan bir çox ölkələrdə
regional planlaşdırma üzrə nazirlik və digər təşkilatlar yaradılmışdır, onlar Şuranın himayədarlığı
ilə avropa ölkələrinin davamlı ərazi inkişafı problemləri üzrə daimi konfranslar keçirirlər.
Hazırda regional inkişafın mərkəzi istiqamətlərindən biri, ətraf mühitə və təbii resurslara
təzyiqi azaltmaq tələbini ortaya qoymaqla, irəli gedən və geridə qalan regionların
bərabərləşdirilməsi siyasətidir. Təbii ki, bu problemin həllində yanaşma universal ola bilməz.
Ümumi yol, ancaq, bütün region və ölkələr üçün vahid sayılan klassik urbanlaşma və sənayeləşmə
modeli təsəvvüründən imtina etməkdir. Regional baxımdan səciyyəvi olan və ekoloji olaraq dərk
edilmiş proqramın inkişafında landşaft planlaşdırması hiss ediləcək rol oynaya bilər.
Məsələn, Rusiyanın ölçüləri, onun təbii, təsərrüfat, mədəni müxtəlifliyi və federativ
quruluşu güclü regional siyasətin həyata keçirilməsinin zəruriliyini göstərir. Federal mərkəzin
regional siyasətində ekoloji istiqamətli, sistemli proqram hələlik formalaşmamışdır. XX əsrin 90-cı
illərində RF-nin Təbiəti Mühafizə üzrə Dövlət Komitəsi, Đqtisadiyyət Nazirliyi və onun Məhsuldar
Qüvvələrinin Yerləşməsi və Đqtisadi Əməkdaşlıq üzrə Şurası, həm də digər dövlət və qeyri-dövlət
təşkilatlarının cəhdi bir nəticə vermədi, heç olmasa konseptual təkliflər yaranmadı. Yeni XXĐ əsrin
başlanğıcı ağılabatan ekoloji dövlət siyasətinin yaranmasında daha çox problemlərlə səciyyələndi.
Təbəiəti mühafizə sahəsində ölkədə keçirilən yeni təşkilatı qurmlar təsərrüfat münasibətlərində
ekoloji əsas yaratmadı. Federal və regional təbiəti mühafizə təşkilatlarında nəzarət və icazə vermə
funksiyalarının bir əldə olması əsas problem kimi qaldı.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
5
Bunlarla birlikdə, RF-də regional ekosiyasətin inkişafı üçün müəyyən əsaslar yaranmışdır.
Bununla əlaqədar rusiya hüquqi fəaliyətlərinin tədricən ekoloqlaşdırılmsı prosesisnin başlanmasını
göstərmək olar. Son zamanlar təsərrüfat münasibətlərini ekoloji əhəmiyyət baxımindan nizamlayan
bir neçə vacib qərar qəbul olunub, və ya, buna cəhd göstərilib: “Təbiəti mühafizə haqqında qamun”
(2002), RF-nin Torpaq Kodeksi (2001) və s. Reginal səslənməsinə baxmayaraq “Baykal gölünün
mühafizəsi haqqında qanun” böyük federal və beynəlxalq əhəmiyyətə malikdir. Eyni zamanda bir
çox hüquqi aktlar çərçivə xarkteri daşıyır və yaxud keçid rolunu oynayırlar, oların həyata keçməsi
üçün sistemli metodik üsullar və vasitələr yoxdur. Ona görədə ekoloi yenidənqurmada rusiyanın da
avropa ölkələrinin təcrübəsindən öyrənməyə ehtiyacı vardır. Bu kontekstdə, qanunverici sənədlərin
sistemli şəkildə həyata keçirilməsində landşaft planlaşdırılması faydalıdır.
1.3. Landşaft və ərazi planlaşdırılması
“Davamlı inkişaf” bir anlayış və tələb kimi beynəlxalq aləmdə artıq qəbul edilmişdir.
Bununla yanaşı təbiətin və ətraf mühitin qorunması iqtisadiyyatla bir sırada, eyni dərəcədə vacib
məqsəd kimi baxılır. Ona görə də bir çox dövlətlərdə ərazi inkişafının daimi təmin olunmasına
yönələn, elmi tədqiqatlara əsaslanan həllərin axtarışı siyasət və idarəçiliyin fundamental məsələləri
hesab olunur. Avropada landşaft planlaşdırılması bu məsələlərin həllini əhəmiyyətli dərəcədə
həyata keçirməyə çağırır. Onun böyük və hərtərəfli təcrübəsi bütün ölkələrdə, müxtəlif
səviyyələrdə, ərazi planlaşdırılması sistemini işləyib hazırlamağa və zənginləşdirməyə qabildir.
Avropa Đttifaqı və Avropa Şurasına daxil olan ölkələrdə təbiətin və ətraf mühitin qorunması
və eyni zamanda ərazi planlaşdırılması sahəsində olan əməkdaşlıq aşağıdakı səbəblərdən yavaş,
lakin durmadan, inkişafdadır və böyük əhəmiyyət kəsb edir:
• Avropa Đttifaqının siyasəti ərazi inkişafının ekoloji aspektlərinə ketdikcə daha çox təsir
göstərir.
• Ətraf mühitin Avropa standartları vahid prinsiplərə əsaslanmalıdır, ekoloji “dempinq”
istisna olunmalıdır və iqtisadiyyətə qoyulmuş investisiyalara zəmanət verməlidir.
• Əgər təbiətin və ətraf mühitin qorunması bütün qitənin miqyasında həyata keçirilırsə və
transsərhəd xarakteri alırsa, onda o daha effektiv olur.
• Ümumi Avropa tətbiqinin nəticəsində landşaft planlaşdırılması siyasi əhəmiyyət kəsb
edir.
Milli planlaşdırma sistemləri bu şərtləri nəzərə almaqla inkişaf etməlidirlər. Đspaniya və
Portuqaliyada demək olar ki, bütün təbiəti qoruma qanunları, Danimarkada isə bu qanunların ancaq
yarısı avropa standrtlarına əsaslanır. Artıq indi avropa qanuni göstərişləri (“qanuni xətt”adlanır)
Avropa Đttifaqına daxil olmaq niyyətində olan ölkələrdə reallaşır. Hal hazırda müvafiq tələblər
hazırlanır.
Bu proses Rusiyaya və Cənubi Qagqaz ölkələrinə də aiddir. Avropa Şurasının üzvü və
avropa ölkələrinin vacib siyasi və təsərrüfat tərəfdaşı kimi Azərbaycan da beynəlxalq təbiəti
mühafizə standartları və planlaşdırma sistemlərini qəbul etməlidir.
Aşağıdakı xülasədə ümumi avropa səviyyəsində və ayrı-ayrı ölkələrdə landşaft
planlaşdırılmasının əsasları verilmişdir. Şübhəsiz, Avropada landşaft planlaşdırmasının ayrı-ayrı
ideyaları və alınmış nəticələri Azərbaycanda belə planlaşdırmanın inkişafı üçün əhəmiyyətlidir.
1.4. Landşaft planlaşdırması nəyə faydalı ola bilər?
Landşaft planlaşdırması, fiziiki və biloji mühiti sağlam saxlamaq məqsədi ilə, torpaqdan
istifadəyə dair tövsiyələr sistemidir. Landşat planlaşdırılması prosesi ətraf mühitin müasir vəziyyəti,
Dostları ilə paylaş: |