Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
2
ideyası olduğu göstərilir. Landşaft və ərazi planlaşdırılmasının mahiyyəti açıqlanır, onların nədə
faydalı olduğu göstərilir.
Đ
kinci fəsil landşaft planlaşdırılması potensialının Azərbaycan ekoloji siyasətində roluna
həsr olunmuşdur. Bunun üçün əvvəlcə Qafqaz Ekosistemi və onun böyük hissəsi olan Azərbaycan
Respublikası ərazisində ümumi landşaft və təsrrüfat problemləri, Azərbaycan landşaftlarının
xüsusiyyətləri və əhəmiyyəti təqdim olunur. Bu fəsildə həm də davamlı inkişafın mahiyyəti və
məqsədi, onun reallaşmasında landşaft planlaşdırılmasının rolu, Azərbaycanda bu yolun
seçilməsində landşaft planlaşdırılması instrumentinin vacibliyi və onun Azərbycanda həyata
keçirilməsinin hüquqi əsasları araşdırılır və bu məqsəd üçün ölkənin yaxşı hüquqi bazaya malik
olduğu göstərilir.
Landşaft planlaşdırılması instrumentinin mahiyyəti, məzmunu, məqsədləri və metodları
üçüncü fəsildə verilmişdir. Bu vasitənin nə olduğu və nəyi öyrəndiyini, onun mərhələləri və
addımları, təbiətin və landşaftın dəyərlərinin qiymətləndirilməsində rolu, təbiəti mühafizə və ətraf
mühitə verdiyi töhfə, planlaşdırma və qərarların qəbul olunmasının koordinasiyasına, konfliktlərin
həlli və planlaşdırma işlərinin səmərəliliyinin artırılmasına, əhalinin və hakimiyyətin ekolji
ş
üurunun möhkəmlənməsinə köməyi açıqlanır.
Ekoloji yönəmli kənd, meşə və su təsərrüfatları üçün əsaslar yaradılmasına, şəhərlərin və
kəndlərin yeniləşdirilməsinə, bələdiyyə və bələdiyyələr arası səviyyədə qərarların qəbul edilməsinə,
torpaqların alınması və müqavilələrin bağlanmasına, ekoloji ekspertizanın aparılmasına da landşaft
planlaşdırması yardım göstərir.
Dördüncü fəsil landşaft planlaşdırılmasına aid metodik tövsiyələrə həsr olunmuşdur.
Landşaft planlaşdırılmasının səviyyələri və aşagıdakı mərhələləri göstərilir: inventarlaşdırma,
qiymətləndirmə, ərazi inkişafının sahə və inteqrasiya olunmuş məqsədli konsepsiyaları, əsas
fəaliyyət istiqamətləri və tədbirlərin konsepsiyası. Baykal gölü ərazisinin timsaslında ayrı-ayrı təbii
komponentlərin əhəmiyyət və həssaslığının qiymətləndirməsi, məqsəd və tədbir növlərinin
hazırlanmasının metodikası bu fəsildə verilmişdir.
Sonuncu, beşinci, fəsil kitabın əsas məqsədidir və Şirvan Milli Parkı və onun ətraf
ə
razilərinin landşaft planına həsr olunmuşdur. Burada hər şeydən əvvəl model ərazisinin
seçilməsinin əsasları və qısa təqdimatı verilir. Sonra planlaşdırma işləri təşkilinin xüsusiyyətləri,
tədqiqatların aparılmasının alqoritmləri, bu ərazidə aparılan landşaft planlaşdırılmasının ünvançıları
və daşıyıcıları göstərilir. Ərazinin bütün təbii komponentləri – bitoplar, torpaq şəraiti, iqlim və
meterologiya, hidrologiya və hidrogeoloji şərait, landşaf potensialı, sosial-iqtisadi şərait, torpaqdan
müasir istifadə - inventarlaşdırılır və bunların hamısı əhəmiyyət və həssalığına görə qiymətləndilir.
Mühafizə, inkişaf və yaxşılaşdırma kareqoriyalarında sahə və inteqrasiya olunmuş
məqsədlər işlənmiş, baxilan əarazidə mümkün olan konfliktlər aydınlaşdırılmış, ərazinin inkişafı
üçün bu konfliktlərin həllinə yönəlmiş tədbirlər və onların ünvançıları göstərilmişdir. Qeyd etmək
lazımdır ki, bütün nəticələr GĐS mühitində işlənmiş xəritələrdə verilmişdir.
Bu tədqiqtların aparılması və başa çatdırılmasında və kitabın yazılmasında dəyərli
məsləhətlərinə görə müəllif Berlin Texniki Unversitetinin və Đrkutsk Coğrafiya Đnstitunun
professorları A.Hoppenştedt, V.Vende, A.Antipov və Y.Semyonova və Almaniyanın Federal
Təbiəti Mühafizə Cəmiyyətinin əməkdaşı H.Şmauderə öz minnətdarlığını bildir. Kitabın iki və
dördüncü fəsillərinin yazılmasında müəllif “Antipov A.N. və başqalarının, Landşaftnoye
planirovaniye: instrumentı i opıt primeneniya, 2005”, kitabından metodik tövsiyə kimi istifadə
etmişdir və bunu qeyd etməyi özünə borc bilir.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
3
1. Landşaft planlaşdırılmasının konsepsiyası və onun formalaşmış modelinin
Avropa ölkələrində tətbiqi
Dünyanın qlobal müxtəlifliyində Qafqaz Ekosistemi qaynar nöqtələrdən biri kimi
tanınmışdır. Onun təkrar olunmaz biloji müxtəlifliyi sosial-iqtisadi maraqlar baxımından daha çox
təhlükəyə məruz qalır. Bir tərəfdən meşələrin qırılması, tikililər, həddən artıq sürülərin otarılması və
brakonyerlik ilə ekosistemə təzyiq artır. Digər tərəfdən, əgər qənaətbəxş şəkildə nizamlanmış
planlar olmasa, zəngin təbii resurslara malik regionun iqtisadi artımı yaşayış mühitinin
müxtəlifliyinə getdikcə artan mənfi təsir göstərəcəkdir. Cənubi Qafqazın təbiətinə nəzarətsiz təsirlər
getdikçə artır. Buna baxmayaraq region ölkələrində onlara qarşı qoyulmuş kompleks
layihələşdirmədə, planlaşdırma və idarəetmə mexanizmləri hələlik azdır. Hüquqi baza yaxşı
olmasına baxmayaraq ekoloji qanunların yerinə yetilməsi üçün lazım olan təşkilatı imkanlar azdır,
və əhalinin və qərar qəbul edənlərin ekoloji şüuru kifayət qədər inkişaf etməmişdir. Üstəlik, ekoloji
yönəmli planlaşdırma hazirlamaq üçün elmi-mtodik “hou-nou” çatışmır.
Regionun geosiyasi əhəmiyyəti və onun transformasiyasında gedən mürəkkəb proseslərə
görə Almaniya Federativ Respublikası artıq bir neçə ildir ki regionun inkişaf etməsində aktiv iştirak
edir. Müxtəlif tədbirlərin əsasını Đqtisadi Əməkdaşlıq və Đnkişaf üzrə Federal Nazirliyin “Qafqaz
təşəbbüsü” proqramı təşkil edir. Proqram 2001-ci ildə yaradılmışdır. Ekoloji tələblər baxımından
təbiəti mühafizə bu proqramın əsas sütunlarından biridir. Proqramın mahiyyətinə görə, beynəlxalq
milli parkların köməyi ilə qafqaz xalqlarının qarşılıqlı anlaşılması, əgər mümkünsə,
dəstəklənməlidir (məsələn, alman inkişaf bankının KfW proqramı, Cənubi Qafqaz üçün Birləşmiş
transsərhəd katibliyi). Bu layihələr çərçivəsində təbiəti mühafizə üzrə Federal idarə landşaft
planlaşdırması metodikasına aid bilikləri cənubi Qafqaz ölkələrinə verməyə cəhd göstərir. Landşaft
planlaşdırması mövzusuna aid keçitilmiş bir neçə məsləhət və tədris məşğələlərində layihənin
iştirakçıları prosesin mərhələləri, əsasları və bu instrumentin iş metodikası ilə tanış olmuşlar.
1.1. Problemə ümumi baxış.
Avropa Şurasının fəal üzvü kimi Azərbaycan Respublikası öz fəaliyyətinin mxtəlif
sahələrində avropa standartlarından maksimal şəkildə istifadə etməyə cəhd göstərir. Ən vacib
məqamlardan biri kimi strateji olaraq yaşadığımız mühitin mühafizəsi və saxlanmasına yönəlmiş
Kyüoto protokolunun dövlətimizin imzaladığını misalını göstərmək olar. Azərbaycan,
ümüumiyyətlə götürdükdə, qlobal ətraf mühitin qorunması və bununla əlaqədar insanin sağlamlıq
təhlükəsizliyini təmin edən çoxlu sayda beynəlxalq konvensiyalara qoşulmus və bununla da
öhdəçiliklər götürmüşdür.
Ə
traf mühitin mühafizəsi sahəsində Azərbaycan yaxşı qanun bazasına malikdir. 1999-cu ildə
“Azərbaycan Respublikasında Ətraf Mühitin Mühafizəsi Haqqında” qanun qəbul edilmişdir. Bu
qanunun maddələrində, avropa qanunları ilə həmahəng olan, çoxlu sayda yeni ideyalar və fəaliyyət
istiqamətlərinə rast gəlinir. Bu hüquqi istiqamətləri real tədbirlər müstəvisinə keçirmək üçün yeni
metodik imkanların yaradılmsına ehtiyac vardır. Avropa Đttifaqı ölkələrində, xüsusən Almaniya
Federativ Respublikasında, tətbiq olunan Landşaft Planlaşdırılması instrumenti bu baxımdan çox
önəmlidir və Azərbaycanda insan fəaliyyətinin planlaşdırılması və ətraf mühitin mühafizəsi ilə
ə
laqədar yeni fəaliyyət istiqamətlərinin həyata keçirilməsinə yaxşı imkandır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, landşaft planlaşdırılması instumentinin işlənib
hazırlanması alim və mütəxəsislərin növbəti tədqiqatlar aparılmasına olan istəyi ilə əlaqədar
deyildir. Ümumiliklə götürdükdə onun əsasında insanın həyat fəaliyyətinin planlaşdırılması
siyasətində, və xüsusi halda, torpaqdan istifadə siyasətində mövcud problemlərin həlli durur.
Azərbaycan zəngin torpaq ehtiyatlarına malikdir. Bununla yanaşı onların xeyli hissəsini təbii
və yaxud insan tərəfindən az dəyişdirilmiş landşaftlar təşkil edir. Ölkənin bu təbii sərvətləri nəinki
tam öyrənilməyib, həm də ekoloji və sosial-siyasi cəhətdən dərk edilməyib, qiymətləndirilməyib.
Dostları ilə paylaş: |