Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
23
2.3. Davamlı inkişafın mahiyyəti və məqsədi, onun reallaşmasında landşaft plnlaşdırılmasının
rolu
Davamlı inkişaf, hazırkı dövrdə bütün tələbatları ödəməklə yanaşı, gələcək nəsillərin də öz
tələbatlarını ödəmək qabiliyyəti və istəyini təhlükə altında qoymayan inkişafdır. Davamlı inkişaf
konsepsiyası iki amilin təsiri altında yaranıb. Birinci amil ondan ibarətdir ki, son zamanlar diqqət
daha çox ətraf mühitin mühafizəsindən ətraf mühitin lazımi ekoloji səviyyədə saxlanılmasına
yönəlib (ətraf mühitin mühafizəsi təbiətin müxtəlif təmizləyici texnologiyalar vasitəsilə mənfi
antropogen təsirdən ayırıb qorunmasını, ətraf mühitin lazımi ekoloji səviyyədə saxlanılması isə
daha az enerji və material sərf edən yeni texnologiyalara keçidi, ekoloji təfəkkürü və iqtisadiyyatın
inkişafı vasitəsilə təbii mühitin qayğısına qalmağı nəzərdə tutur). Digər amil ondan ibarət idi ki,
ə
traf mühitin mühafizəsi və cəmiyyətin sosial-iqtisadi problemlərinin həlli bir-birilə zəif
ə
laqələndirildiyindən bazar iqtisadiyyatı şəraitində təbiətin mühafizəsinə maliyyə vəsaitin alınması
çətinləşmişdir.
Davamlı inkişaf konsepsiyasının əsasını ahəngdar şəkildə əlaqələndirilmiş ekoloji, iqtisadi
və sosial məsələlərdən ibarət üçlük (triada) təşkil edir. Bu konsepsiyanın hazırlanıb həyata
keçirilməsində isə digər bir üçlük – hökumət, işgüzar və ictimai strukturlardan ibarət triada əsas rol
oynayır. Davamlı inkişafın üç məqsədi var: ekoloji vəhdət, effektivlik və ədalət. Belə ki, iqtisadi
nöqteyi-nəzərdən nemətlər nəsildən-nəslə keçdikdə azalmamalıdır. Davamlı inkişaf nəzərdə tutur
ki, əsas (kapital) aktivlərin ehtiyatı ya dəyişməz qalır, ya da ki zaman keçdikcə artır. Bu aktivlərə
aşağıdakılar daxildir: istehsal edilmiş və ya elmi-texniki tərəqqi nəticəsində yaradılmış kapital,
insan kapitalı (insanların biliyi, bacarığı, təcrübəsi və s.), ekoloji və ya təbii kapital, sosial kapital
(cəmiyyətin mədəniyyət, hüquq və təsisat aktivləri).
Davamlı inkişafın iki modeli vardır. Birinci (zəif dayanıqlı) modelə görə ümumi aktivlər
(nemətlər) zaman keçdikcə azalmamalı, müxtəlif kapital növlərinin bir-birini əvəz etməsinə imkan
verilməlidir: məsələn, istehsal edilmiş texnogen kapitalın hesabına təbii kapitalın azalmasına yol
verilir, çünki elmi-texniki tərəqqi mənfi nəticələri aradan qaldırmaq iqtidarındadır. Đkinci (çox
dayanıqlı) modelə görə zaman keçdikcə nəinki ümumi, həm də təbii kapital dəyişməməlidir:
bərpaolunmaz təbii resursların azalması onların satışından əldə edilən gəlirin bir hissəsinin
bərpaolunan təbii kapital ehtiyatının çoxalmasına, bərpaolunmaz təbii resursların yeni növlərinin
istifadəsinə (məsələn, alternativ enerji mənbələrə keçid üçün) sərmayə qoyuluşu ilə müşayiət
olunmalıdır.
Davamlı inkişaf konsepsiyasının əsaslandırılmasında Birləşmiş Millətlər Təşkilatı nəzdində
“Ətraf mühit və inkişaf” üzrə beynəlxalq komissiyanın böyük rolu olmuşdur. Bu komissiya onun
sədri – Norveçin sabiq baş naziri, xanım Gro Harlem Brutlandın adı ilə “Brutland komissiyası”
adlanırdı. Komissiyanın 1987-ci ildə hazırladığı “Bizim ümumi gələcəyimiz” adlı məruzəsində
davamlı inkişaf konsepsiyasının anlayışı verilmişdir. Davamlı inkişaf konsepsiyası Birləşmiş
Millətlər Təşkilatının təşəbbüsü ilə 1992-ci ildə Braziliyada (Rio-de-Janeyro şəhərində) keçirilmiş
“Ətraf mühit və inkişaf” üzrə beynəlxalq RĐO-92 konfransının iştirakçıları tərəfindən yekdilliklə
dəstəklənən konsepsiyadır, yəni bu məsələdə artıq ümumi konsensus formalaşıb. Bütün dövlətlərə
davamlı inkişaf üzrə öz milli strategiyasını hazırlayıb qəbul etmək tövsiyə olunmuşdur. Strategiya,
gələcək nəsillərin səadəti üçün ətraf mühitin və resurs bazasının qorunması ilə yanaşı, sosial
yönümlü iqtisadi inkişafın təmin edilməsinə istiqamətləndirilməlidir. Strategiya hökumət,
ictimaiyyət və işgüzar dairələr daxil olmaqla əhalinin geniş iştirakı ilə işlənib hazırlanmalıdır. O,
ölkədə mövcud olan şəraitin, irəli sürülən təşəbbüslərin hərtərəfli təhlilinə əsaslanmalıdır.
Strategiyanın müddəaları qanunların, habelə iqtisadi və sosial qərarların qəbulu zamanı nəzərə
alınmalıdır.
Davamlı inkişaf strategiyasının əsas prinsipləri bunlardan ibarətdir:
- biosferə insanların təsiri öz dərəcəsinə görə biosferin potensial tutumunu aşmamalıdır;
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
24
- bərpaolunan resursların qorunması: biosferdə gedən əsas biogeokimyəvi, hidroiqlim və
s. proseslərin qorunması, biomüxtəlifliyin qorunması, bərpaolunan resurslardan onların
artım imkanı dairəsində istifadə edilməsi;
- bərpaolunmaz resurslar üçün əvəzedicilərin yaradılma sürətini aşmamaqla bərpaolunmaz
resursların işlədilməsi, gələcəkdə bu resurslardan istifadənin dayandırılması;
- təbiətin istifadəsinə sərf olunan xərclərin və ondan əldə edilən gəlirlərin həm ölkə
daxilində, həm də ölkələr arasında düzgün və ədalətli şəkildə bölünməsi;
- sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə daha effektiv texnologiyaların
tətbiq olunması;
- ekoloji dəyərləri nəzərə alan iqtisadi mexanizm və vasitələrin istifadə edilməsi;
- təbiətdən istifadədə idarəetmənin təkmilləşdirilməsi: müvafiq qanunvericilik sisteminin
inkişafı, ekoloji məsələlər də daxil olmaqla perspektiv planlaşdırılma, “təsirə cavab
vermək və nəticələri aradan qaldırmaq” əvəzinə “qabaqcadan görmək və qarşısını
almaq” prinsipinin gözlənilməsi, ekoloji məsələlərə cavabdeh olan şəxslərin dövlət
hakimiyyəti sistemində yüksək mövqe tutması;
- əxlaqi-etik faktor və prinsiplərin inkişafı: davamlı inkişaf etikasının formalaşdırılması,
bütün səviyyələrdə ekoloji təhsilin təkmilləşdirilməsi, ictimai-ekoloji şüur ənənələrinin
möhkəmləndirilməsi.
Davamlı inkişaf strategiyasına keçid tədricən təbii ekosistemlərin ətraf mühitin stabilliyini
təmin edəcək səviyyəyədək bərpasını nəzərdə tutur. Buna bəşəriyyətin yalnız birgə səyləri
nəticəsində nail olmaq mümkündür. Lakin bu məqsədə doğru hər bir ölkə müstəqil surətdə
irəliləməyə başlamalıdır. Ona görə də Azərbaycanın konkret sosial-iqtisadi şəraiti və ətraf mühitinin
vəziyyəti əsasında ölkəmizin davamlı inkişafa keçidinin konsepsiyası işlənib hazırlanmışdır.
Azərbaycan Respublikası prezidentinin 26 dekabr 2001-ci il tarixli 612 saylı fərmanının 19-cu
bəndinə əsasən hazırlanmış “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli proqram”
18 fevral 2003-cü il tarixli “Azərbaycan Respublikasında ekologiyaya dair Milli Proqramların
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qüvvəyə
minmişdir.
2.4. Davamlı inkişafa dair beynəlxalq sənədlərin mahiyyəti və şərhi
Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf (ekoinkişaf) anlayışının tərifi ilk dəfə 1972-
ci ildə Đsveçin Stokholm şəhərində keçirilmiş Ətraf Mühit üzrə Birinci Ümumdünya Konfransında
verilmişdi. Tərifə görə, ekoinkişafda maddi rifahın artması ətraf mühitin pisləşməsi və təbii
sistemlərin deqradasiyası ilə müşayiət olunmur. Ekoinkişafın gerçəklənməsi olduqca mürəkkəb bir
məsələdir. O, iqtisadi və beynəlxalq münasibətlərinin, inkişaf prosesinin və resursların istifadə
edilmə strategiyasının kökündən dəyişməsini nəzərdə tutur. Lakin Stokholm Deklarasiyasında
həmin məsələlər yalnız ümumi şəkildə təsvir edilirdi.
Ekoinkişafın həyata keçirilməsi üçün yollarının axtarılması ayrıca bir proqramın (UNEP –
Ə
traf Mühit üzrə Birləşmiş Millətlər Təşkilatının Proqramının) yaradılmasını tələb etdi. Đlkin olaraq
UNEP-in vəzifəsi ən kəskin ekoloji problemlər (səhralaşma, torpaqların deqradasiyası, meşələrin
qırılması, içməli su ehtiyatının azalması, okeanın çirklənməsi, biomüxtəlifliyin itirilməsi və s.) üzrə
tövsiyələr işləyib hazırlamaqdan ibarət idi. Lakin konkret sosial-ekoloji ziddiyyətlərin həlli üçün
ə
traf mühit və inkişafın beynəlxalq idarə edilmə mexanizmi lazım idi. Belə bir mexanizm 1992-ci
ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş RĐO-92 Birləşmiş Millətlər Təşkilatının Ətraf
Mühit və Đnkişaf üzrə Konfransının qərarı ilə yaradıldı. Dünya birliyinin davamlı inkişafa keçmə
prosesində milli və ümumbəşər maraqlarının uyğunlaşdırılmasına, sosial-ekoloji sahədə qlobal idarə
etmənin təmin olunmasına yardım edəcək bir orqan – Davamlı Đnkişaf üzrə Komissiyanın
Dostları ilə paylaş: |