Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
19
daşlarından təşkil olunmuşdur. Relyefi Qusar maili düzənliyi hissəsində akkumulyativ-denudasion,
Dəvəçi rayonu sahəsində struktur-erozion, Talış zonasında denudasion-struktur mənşəlidir. Đqlimi
mülayim-istidir. Orta temperatur yanvarda -3°C-dən +2°C-yədək, Đyulda 18°C-dən 26°C-yədəkdir.
Đ
llik yağıntı Böyük Qafqaz hissəsində 600 mm-ə, Talış zonasında 1900 mm-ə qədərdir. Karbonatlı
və tipik qəhvəyi dağ-meşə, Talış zonasında podzollaşmış dağ-sarı torpaqlar geniş yayılmışdır.
Meşələrin növ tərkibi çox müxtəlifdir. Böyük Qafqaz hissəsində palıd və vələs, Talış zonasında
Hirkan tipli relikt növlər - dəmirağac, şabalıdyarpaq palıd, azat və s. üstünlük təşkil edir. Cüyür,
çöldonuzu, dələ, oxlu kirpi, süleysin, qırqovul, kəklik və s. var. Meşə olmayan sahələr
heyvandarlıqda və bitkiçilikdə istifadə olunur.
8. Ön dağlığın kserofit və çöl landşaftı.
Bu landşaft tipi Qusar maili düzənliyinin şərqində,
Ceyrançöl və Acınohur ön dağlığının cənub kənarında və s. ərazilərdə inkişaf etmişdir. 100 m-dən
1100 m-ə qədər hünd.-ləri əhatə edir. Neogenin dəniz karbonatlı-terrigen, kontinental-allüvial
çöküntülərindən təşkil olunmuşdur. Dağlar arid-denudasion struktur mənşəlidir. Bedlend, yarğan-
qobu şəbəkəsi, gil karstı inkişaf etmişdir, Đqlimi mülayim-istidir. Hər iki sahəda yay quraq keçir.
Orta temp-r yanvarda -2°C-dən 0°C-yədək, iyulda 19°C-dən 23°C-yədəkdir. Đllik yağıntı 500-600
mm-dir. Dağ şabalıdı, dağ boz-qəhvəyi, boz-qonur və s. torpaqlar yayılmışdır. Bitkiləri yarımsəhra
tiplidir (ardıc, saqqızağacı, qara-tikan kolları və s.). Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik, turac
və s. var. Relyefi əlverişli olan sahələrdə bağçılıq inkişaf etmişdir.
Düzənlik landşaftları:
9. Ovalıq-düzənliklərin meşə-çəmən landşaftı
. Qanıx-Əyriçay çökəkliyində, Lənkəran
ovalığının cənub, Samur-Dəvəçi ovalığının şimali-qərb hissəsində (Şollar düzü), dəniz sahillərində -
27 m-dən 200 m-ədək hündürlükləri əhatə edir. Antropogenin allüvial-prolüvial, dəniz-kənarı
hissələrdə isə Holosenin dəniz çöküntülərindən təşkil olunmuşdur. Đqlimi Şollar düzündə mülayim-
isti yarımsəhra və quru-çöl, qalan yerlərdə mülayim-istidir. Orta temperatur yanvarda -2°C-dən
+5°C-yədək, iyulda 20°C-dən 26°C-yədəkdir. Đllik yağıntı Şollar düzündə 300-400 mm, Qanıx-
Ə
yriçay çökəkliyində 600-900 mm, Lənkəran ovalığının cənub-qərbində 1400 mm-ə qədərdir.
Qrunt suları səthə yaxındır. Şollar düzündə allüvial çəmən-meşə, Qanıx-Əyriçay çökəkliyində
allüvial çəmən və allüvial çəmən-meşə torpaqları, Lənkəran ovalığında isə podzollu və qleyli-
podzollu sarı torpaqlar yayılmışdır. Meşələrin növ tərkibi müxtəlifdir. Qanıx-Əyricay çökəkliyi və
Samur-Dəvəçi ovalığı meşələrində palıd, vələs, qarağac, yalanqoz və s., Lənkəran ovalığında isə
ş
abalıdyarpaq palıd, dəmirağac, azat və digər ağac növləri üstünlük təşkil edir. Çöldonuzu, canavar,
oxlu kirpi, süleysin, qırqovul və s. var. Tütünçülük, meyvəçilik, tərəvəzçilik və s. inkişaf etmişdir.
Lənkəran ovalığında subtropik bitkilər (çay, sitrus bitkiləri) becərilir.
10. Düzənliklərin quru-çöl landşaftı.
Gəncə-Qazax düzənliyini, Şirvan düzünün şimal, Mil
və Qarabağ düzlərinin alçaq dağlığa qovuşduğu cənub hissələrini, gətirmə konuslarını,
konuslararası çökəklikləri, terrasları və allüvial-prolüvial düzənlikləri əhatə edir. Mülayim-isti
yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda -2°C-dən -1
0
C-yədək, iyulda
25°C-dən 27°C-yədəkdir. Đllik yağıntı 400 mm-ə yaxındır. Çəmən-boz-qonur, şorlaşmış boz və
açıq-şabalıdı torpaqlar yayılmışdır. Əsas bitki qrupları yovşan-daşdayan, yovşan-daraqotudan
ibarətdir. Canavar, tülkü, müxtəlif qumsiçanı, qırqovul, kəklik, turac və s. var. Suvarma əkinçiliyi
inkişaf etmişdir. Qış otlağıdır.
11. Ovalıqların və dağarası düzən1iklərin yarımsəhra landşaftı
. Azərbaycan
Respublikasındakı bu landşaft zonası ən geniş sahəyə malikdir (ərazinin təqribən 25%-i). Kür-Araz
ovalığının çox hissəsini, Naxçıvan MR-ın Arazboyu düzənliklərini, Abşeron yarimadasını və
Samur-Dəvəçi ovalığının cənub-şərq, yarısını əhatə edir. Hündürlük -27 m-dən (Xəzər dənizi
sahilində) 600-1000 m-ə (Naxçıvan MR-də) qədərdir. Antropogenin allüvial-prolüvial, Holosenin
allüvial, prolüvial-delüvial çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti yarımsəhra və quru çöl
iqliminə, Naxçıvan MR-ın Arazboyu düzənliklərində isə soyuq yarımsəhra və quru çöl iqliminə
malikdir. Hər iki sahədə yay quraq keçir. Orta temperatur yanvarda 1-4°C, Naxçıvan MR-in
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
20
Arazboyu düzənliklərində -4°C-dən 2°C-yədək, iyulda, müvafiq olaraq, 21°C-dən 27°C və 23°C-
dən 28
0
C-yədəkdir. Đllik yağıntı 130 mm-dm 300 mm-ə qədərdir. Boz-çəmən, boz, boz-qonur və s.
torpaqlar yayılmışdır. Yovşanlı, kəngizli, yovşanlı-şoranotulu, gəvənli yarımsəhra bitkiləri
üstündür. Bu landşaft tipi daxilində çəmən-bataqlıq (Kür çayı yatağı boyundakı çalalarda, qrunt
sularının səthə çıxdığı yerlərdə, axmazlarda və s.), şorakət (okean səviyyəsindən alçaqda yerləşən
sahələrdə) landşaft yarımtipləri də ayrılır. Ceyran, canavar, tülkü, boz dovşan, müxtəlif qumsiçanı,
qırqovul, turac, kəklik və s. var. Ərazi Antropogen təsirlərə məruz qalmışdır, çox hissəsi
ş
umlanmışdır. Pambıqçılıq, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdir.
Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və
Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və
Kiçik Qafqazın landşaft sıruklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri,
dağ meşələri, dağ çəmənləri və nival landşaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq
Talışda landşaft inversiyası baş verir - alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit
landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol
oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl,
yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir.
Torpaq örtüyü. Təbii-coğrafi xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilən Azərbaycan
Respublikasının ərazisi, tropik meşə və savanna tipli landşaftlar istisna olunmaqla, Yer kürəsində
yayılmış bütün torpaq-iqlim zonalarının mövcudluğu ilə səciyyələnir. Bununla yanaşı, hər zona
daxilində torpaqəmələgətirici ana süxurların və çöküntülərin, bioloji amillərin və insanın təsərrüfat
fəaliyyətinin müxtəlifliyi burada çoxsaylı torpaq tip və növlərinin formalaşmasına səbəb olmuşdur.
Ə
razidə relyefin morfogenetik və morfometrik xüsusiyyətlərinin mürəkkəbliyi geosistemlərdə
hidrotermik rejimin, maddələr mübadiləsinin və başqa amillərin kəskin dəyişilməsinə, beləliklə də
torpağın zonallıq qanunauyğunluğunun yaranmasına və bir-birini əvəz edən müxtəlif torpaq
tiplərinin formalaşmasına, onların kimyəvi, fiziki-kimyəvi və mineraloji xassələrinin müxtəlifliyinə
səbəb olmuşdur.
Azərbaycan Respublikası torpaqlarını onların yayılmasının coğrafi və geomorfoloji
xüsusiyyətlərinə, əsasən, dağlıq və düzənlik torpaqlarına bölmək olar.
Torpaqəmələgəlmə şəraitindən asılı olaraq, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlıq
ə
razilərinin torpaqları, əsasən, morfoloji cəhətdən profilinin nisbətən qısalığı, əksərən yuxa və daşlı-
çınqıllı olması ilə fərqlənir. Tərkibində çox zaman müxtəlif süxur qırıntılarına və zəif aşınmış ilkin
minerallara təsadüf edilir. Dağlıq qurşaqlar üçün eroziya vo denudasiya, həm də ibtidai torpaq
ə
moləgəlmə prosesi səciyyəvidir. Kür-Araz, Orta Araz dağarası va Qusar-Dəvəçi ön dağlıq
çökəklikləri düzənliklərinin torpaqları əksərən çökmə süxurlar üzərində əmələ gələrək, torpaq
layının qalınlığı, müxtəlif dərəcədə şoranlaşması, şorakətləşməsi və bataqlaşması ilə səciyyələnir.
Burada torpaqların struktur-morfoloji xüsusiyyətlərinin dəyişilməsinə suvarma rejiminin də təsiri
böyükdür.
Təbii torpaqəmələgəlmə şəraitindən asılı olaraq respublika ərazisində müxtəlif torpaq tipləri,
yarımtipləri vo növlərindən ibarət dağ-tundra, dağ-çəmən, dağ-meşə, sarı və qleyli-podzollu,
qaratorpaq, şabalıdı, boz vo boz-qonur torpaqları formalaşmışdır.
Bitgi örtüyü. Azərbaycan Respublikası zəngin floraya malikdir. Burada 4500-dən çox ali
sporlu və çiçəkli bitki növü yayılmışdır. Đbtidai bitkilər də geniş növ müxtəlifliyi ilə səciyyələnir.
Bu bitkilərin Azərbaycanda yüzlərlə növü aşkar edilmişdir. Geniş yayılmış yosunlar hərtərəfli
öyrənilmişdir. Yosunlara Xəzər dənizində, göllərdə, şirin sularda, şibyələrə isə ən çox qayalıq və
daşlıq sahələrdə, ağaclarda, mamırlara bataqlıqlarda, alp qurşaqlarında, papaqlı və mikroskopik
göbələklərə isə hər yerdə rast gəlinir. Ümumiyyətlə, respublikada məlum olan bitki növləri say
etibarıilə Qafqazdakı məlum bitki növlərinin 66%-ini təşkil edir. Respublikanın bitki aləminin
zənginliyi və rəngarəngliyi ərazinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, təbiətinin inkişaf tarixinin
mürəkkəbliyi və eləcə də kənar floranın təsiri altında formalaşması ilə əlaqədardır. Burada Üçüncü
Dostları ilə paylaş: |