Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
6
ə
həmiyyəti və həssaslığı haqqında məlumatların məqsədli analizi və sistemləşdirilməsi vasitəsidir.
Daha sonra cari və gələcək layihələrin planlaşdırıma ərazisinin bu komponentlərinə təsiri nəzərə
alınır, ərazinin inkişafı üçün hansı məsələ və parametrlərə üstünlük vermək müəyyənləşdirilir, və
nəhayət, təbii mühitin həyat fəaliyyətini saxlamaq üçün tədbirlər göstərilir. Bir qayda olaraq bu
prosesin nəticəsi xəritələrdir, hansılarda ki, ərazinin landşaftanın istifadəsi və idarəsi üçün
tövsiyələr öz əksini tapır. Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl,
və yaxud onlarla kompleks istifadə olunur, və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və
onlardan davamlı istifadəyə kömək edir:
- müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə
məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və
biomüxtəliflik üçün;
- torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını
birləşdirir;
- əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı)
plan üçün sənədlər hazırlanır;
- təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar
iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir;
- investorlara layihələrə qoyulan tələbləri nəzərə almağa, və onların reallaşdırılmasının
məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir;
- planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ
prosesdir, və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı
inkişafına yardımçı olur.
1.5. Avropa Đttifaqında ətraf mühit və təbiətin qorunması
Ümumiavropa səviyyəsində təbiətin və ətraf mühitin mühafizəsinin inkişafına əvvəlcə
Avropa Đttifaqı birliyinin tədricən formalaşmasından bu ittifaqın yaranmasına qədər keçən dövrdə
nəzərdən keçirmək lazımdır. Bu siyasi ittifaqa yol müxtəlif təbiəti mühafizə müqavilə və
qanunlarının köməyi ilə açılır. Çoxlu sayda təşəbbüslərdən ətraf mühitin vəzziyyəti haqqında
ümumiavropa məsuliyyəti yaranır.
Ə
traf mühitin qorunması üçün Avropa cəmiyyətinin məsuliyyəti artıq 1971-ci ildə qeyd
edilmiş, və 1972-ci ildə ətraf mühit üçün tərtib edilmiş birinci proqramda həyata keçirilmiş, 1981-ci
ildə isə Brüsseldə Avropa Komissiyası çərçivəsində ətraf mühitin XI baş direktorluğunun
yaradılması həyata keçirilmişdir. Ətraf mühitin qorunmasında həmrəylik Avropa Birliyi aktının
130-cu maddəsində ayrıca müstəqil məsələ statusunu aldı. 1993-cü il Maastruxt müqaviləsi bu
ümumi avropa məsuliyyətinin hüquqi əsasını möhkəmləndirdi. Ətraf mühitin qorunmasın üzrə
fəaliyyət proqramları və onların həyata keçirilməsi bütün ümumi avropa təşkilatlarının vəzifəsi
oldu. Nəhayət, 1997-ci il Amsterdam müqaviləsi ilə Avropa Đttifaqının bütün ölkələrində ətraf
mühit praqramı davamlı inkişafın əsas komponenti kimi təyin edildi (Kramer,1998).
Ə
məkdaşlığın başqa sahələrində olduğu kimi, təbiətin və ətraf mühitin mühafizəsi də
Avropa Đttifaqında səlahiyyətlırin mərkəzləşdirilməsi, siyasi çevikik və iştirakçı ölkələrin sərbəst
olmasının müəyyən balansını gözləməklə həyata keçirilir. Avropa Birliyi Aktlarının müddəalarına
uyğun olaraq Đttifaq o vaxt daha fəal fəaliyyət göstərir ki, təbiətin qorunması məqsədi ayrı-ayrı
ölkələr deyil, ümumi Avropa səviyyəsi ilə uyğunlaşsın. Bu qərarın tətbiqinin vacibliyi müxtəlif
hallarda eyni deyildir və hər dəfə müzakirə olunmalıdır.
Đ
ttifaqın hüquq müstəvisüində sağlam ətraf mühit anlayışı hüquqi baza kimi əsaslanmayıb,
lakin hazırda ətraf mühitin və təbiətin qorunması bu sahədə dəqiq I və II dərəcəli hüquqi əsaslara
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
7
malikdir (Schroder,1998). Ümumi götürdükdə Avropada təbiəti mühafizə hüquqi sənədlərində
daxili uzlaşma çatışmır. Məsələn, bu aşağıdakəı kimi bir ziddiyyətdə özünü büruzə verir: bir
tərəfdən o həddindən artıq tənzimlənir, digər tərəfdən isə məqsədlərin reallaşmasının daxili
mexanizmi zəifdir. Ümumi avropa hüququnda tez-tez mütərəqqi standartlar irəli sürülür, lakin
bununla yanaşı müxtəlif ölkələrdə bu standartların həyata keçirilməsinin hüquqi imkanları yoxdur.
Burada yada salmaq yerinə düşər ki, ətraf mühitin poblemləri urbanlaşma proseslərində
“sərbəst landşaftların parçalanmasında”, sahil zonası və digər ərazilərin mənimsənilməsində,
ekosistemlərin eftrifikasiya və oksidləşməsində, onların böyük ərazilərə yayılmasında və su
ehtiyatlarının pis idarəsi zamanı yaranır.
Qeyd olunanlardan aydındır ki, hal-hazırda ətraf mühitin qorunmasında təşkilatı inteqrasiya
və təbiəti qoruma siyasətində birgə kompleks yollarınin işlənib hazırlanması bütünlüklə aktualdır.
Bu tələblərə çox vaxt landşaft planlaşdırması cavab verir. Onun ümumi avropa miqyasında
inkişafının hüquqi əsası avropa birliyi haqqında Aktın 130-cu maddəsinin “r-t” paraqrafının
müddəları ola bilər. Burada ətraf mühitin qorunmasının vasitəsi kimi torpaqdan istifadənin
planlaşdırılması göstərilmişdir.
Aşağıda AĐ-nın ətraf mühitin qorunması sahəsində təşəbbüslərinin landşaft planlaşdırılması
üçün vacib əhəmiyyət kəsb edən məqamlarını veririk.
Biotop və növlərin mühafizəsi sahəsində əsas “hüquqi istiqamətlər” fauna və floranın
məskunlaşdığı ərazilərin qorunması, və həm də, quşlarin mühafizəsidir. Onlar AĐ-nin təbiəti
mühafizə siyasətini nəinki növlərin qorunmasına, həm də onların yaşayış məkanına yönəltmişlər.
Bu istiqamətlər biomüxtəlifliyin saxlanmasına əsaslı töhfə verir, təbii və təbiətə yaxın
ekosistemlərin qorunamsı tələbini qoyur.
Đş
tirakçı ölkələr qorunan növlərin yerləri və mühüm biotoplar haqqında AĐ-a məlumatlar
təqdim etməlidirlər. Avropa Komissiyası bu məlumatları qiymətləndirir və onları biocoğrafi
regionlara görə birləşdirir, və bu da Avropanın qorunan ərazilərinin reprezentativ sistemi olan
“Natura — 2000” şəbəkəsində birləşir. AĐ-nın ıştirakçı ölkələri özlərinin bu sistemə daxil olan
hissəsini mühafizə və inkişaf etdirməlidirlər. Bu şəbəkəyə mümkün neqativ təsirlər, eyni zamanda
şə
bəkəyə təsiri olan plan və layihələr mühüm qaydada ekoloji ekspertizadan keçməli, kənar edilməli
və yaxud kompensasiya verilməlidir. Gələcək fəaliyyətdə şəbəkənin vəziyyəti haqqında hesabatın
tərtib olunması da vacibdir. AĐ tərəfindən təbiətin qorunmasına ayrılan vəsait (LĐFE Natur)
artırılmalı və Natura 2000 şəbəkəsinin saxlanmasına yönəlməlidir.
Bütövlükdə götürdükdə AĐ ölkələrində “Hüquqi xətlərin - yolların” həyata keçirilməsi
müxtəlif sürətlə və keyfiyyətlə gedir. Bunula birlikdə bu mühüm təbiəti mühafizə vasitəsidir. O,
yeni standartlar formalaşdırmaqla, təbiətiqoruma siyasətinə təsir edir.
1999-cu ildə karbon və azot qazlarının,
tozun (aerozol) və qurğuşunun havaya atıla biləcək
miqdarı üçün hüquqi xətt normaları qəbul edildi. Bu hüquqi xətlər təkcə normanı deyil, həm də
ölçmə metodlarını, havanın keyfiyyətinin qorunması və bərpasının məqsədini müəyyən edir.
Müəyyən hallarda fəaliyyət planının həyata keçirilməsi üçün isə əlavə vasitələr ayırmaq lazımdır və
bu normaların pozulması hallarında lazımı tədbirlər görülməlidir. Landşaft planlaşdırılmasının
inkişafı üçün bu xətlər bütövlükdə vacibdir, belə ki, o havanın qorunması tədbirlərinə uyğun
tədbirlərin işlənib hazırlanmasına sövq edir və onları ərazinin ümumi inkişaf planlaşdırılması
kontekstinə daxil edilir.
Su ehtiyatlarının qorunması artıq çoxdandır AĐ-nın siyasətində əsas komponentlərdən
biridir. Düzdür indiyə qədər bu siyasət fraqmentar idi, və əsasən, emissiyanın müvafiq normalarına
bağlanırdı. Bu sahədə inteqrasiya olunmuş yanaşmaya keçmək üçün Avropa komissiyası 1997-ci
ildə müvafiq xətlər proyektini təklif etdi.
Sonralar yerüstü və yeraltı sulara, həm də sahildən bir dəniz mili məsafədə olan dəniz
sularına, tam vahid kimi baxıldı. Artıq onların ekosistem kimi keyfiyyətini yaxşılaşdıran göstərişlər
Dostları ilə paylaş: |