LüĞƏTDƏ gedəN İXTİsarlar


Var variyyat qoparıb evinə yollandı (S.Rəhimov);  VAR-YOX



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə201/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   197   198   199   200   201   202   203   204   ...   216

Var

variyyat qoparıb evinə yollandı (S.Rəhimov); 

VAR-YOX [1-ci kəndli:] ..əlinə bir az var- 

yox düşdü, neyləyəcəksən?.. (S.Rəhimov). 

II var bax varlıq 1 

vardırmaq bax çatdırmaq 

var-dövlət bax var I 

varidat bax gəlir 

varis bax vərəsə 

variyyat bax var I

VARLANMAQ (var-dövlət sahibi olmaq) 

[Almaz:]  Biz  razı  olmamalıyıq  ki,  başqa 

kəndlər tərəqqi edib varlandığı halda, bizim 

kəndimiz geridə qalsın (C.Cabbarlı); DÖV- 



LƏTLƏNMƏK [Mahmud bəy:] Kasıb döv­

lətlidən daha qəvidir; Qəm yemə, çox çək­

məz dövlətlənərsən (S.Rüstəm); KASIBLI­

ĞIN DAŞINI ATMAQ (fr.v.), PULLAN­

MAQ  (dan.),  VAR-DÖVLƏT  SAHİBİ 

OLMAQ, ZƏNGİNLƏŞMƏK.

VARLI (van, dövləti çox olan, pullu) [Ul­

duz:]  Hemzəgül  varlıdır,  sizin  heç  şeyiniz 

yoxdur  (M.İbrahimov);  DÖVLƏTLİ  Fəqr 

əhli qənilərle mülaqat edə bilməz; Dövlət­



liyə insanlığın isbat edə bilməz (M.Ə.Sabir); 

DÖVLƏTMƏND  Ağa  Hüseyn  bir  dövlət- 

mənd  şəxs  idi  (Ə.Haqverdiyev);  KALAN 

(dan.) [Əli:] Bildilər ki, kalansan, vəssalam, 

qurtardı  getdi  (Anar);  QARUN  (çox  varlı) 



(köhn.)  [Molla  Salman:]  Hacı  Nuru,  sənin 

qiyasına  görə,  mən  gərək  qarım  olaydım.. 

(M.F.Axundzadə);  QƏNİ  (köhn.)  Deyir: 

“Böyük yaradan, alem bilir qənisən” (M.Ra- 

him);  MİLYARDER  [Nurəngiz:]  Belə 

üzüyü mirdə milyarder Rokfellerin çuvixası 

taxır...  (Əfqan);  MİLYONÇU  (dan.)  (çox 

pulu olan) Milyonçu Ağa Musa ilə milyonçu 

Şəmsinin  saxlandan  geyinib-kecinməkdə 

bir-birilə yarışa girmişdilər (A.Şaiq); MİL- 

YONER (dan.) [Murtuz:] İndi Zəki, öz ara­

mızdır sən də milyoııer deyilsən də, dədədən 

senə  dövlət  qalmayıb,  meşədə  xəzinə  tap- 

mamısan,  məvacibə  baxırsan,  külfətin  də 

maşallah  bir  çətən  (Anar);  SƏRVƏTDAR 

[Zəki Əşrəfə:] Sənin və atan Ağamürsəl kimi 



sərvətdarların daşqın və coşqun yaşadığına

388

Vasitəçi

nədən hökm edirsən? (A.Şaiq); SƏRVƏTLİ 



...Sərvətlilər qızıllanm basdırırdılar (Çəmən­

zəminli); TAVANALI [Qorxmaz:] ..biz daha 

iri, tavanalı və güclü ..birləşməliyik (Ə.Və­

liyev); VARLI-HALLI (dan.) Bu kişi varlı- 



hallı bir adam idi (Ə.Haqverdiyev); VARLI- 

KARLI  (dan.)  [Balağa:]  Yarışı  Əsəd  adlı 

bir varlı-karlı kişi keçirirdi (H. Abbaszadə); 



ZƏNGİN (çox varlı) [Rəna:] Çünki sən zən­

gin olduğun zaman yoxsul bir qızı atacaq və 

“səviyyəmiz bir deyil” - deyə zəngin bir qız 

axtaracaqsan  (M.S.Ordubadi);  BAŞIƏTLİ 

(dan., zar.), PULLU (dan.), VARLI-DÖV­

LƏTLİ.

varlı-hallı bax varlı 

varlı-karlı bax varlı

1.  VARLIQ,  MÖVCUDİYYƏT  Bəlkə 

lap ərlə arvad arasında belə bir münasibətin 



varlığından, mövcudiyyətindən də bixəbər idi 

(Ə.Cəferzadə); DİRİLİK [Qədir:] Mən ye­

kəlikdə adamm diriliyini danırlar (Mir Cəlal); 

VAR  Ahü  zar  çekməkdən  yox  olub  varı; 

Saf  aynası  tutub  möhnət  quban  (Q.Zakir); 



VÜCUD Molla Xəlil işini bilən bir adam idi. 

Kəndlilər  onun  vücudunu  özləri  üçün  bir 

nemət bilirdilər (M.Hüseyn).

2. varlıq bax bədən

3. varlıq bax güc

4. varlıq bax həyat

varmaq bax getmək 1; çatmaq 11 

var-yox bax 1. vur-tut; 2. var I 

vasitə bax 1. vasitəçi; 2. üsul 

VASİTƏÇİ (iki şəxs və ya tərəf arasında 

əlaqə düzəldən adam) [Qəndab:] O gündən 

onlann  arasında  vasitəçi  oldum  (B.Bayra- 

mov); ARAÇI Mahmud ..öz ürəyini soyut­

maq istəyirdi. Lakin araçılar buna mane ol­

dular (A.Makulu); DİLMANC (məc.) [Ağa 

Nəriman xana:] Bədircahan, barı sən dilmanc 

ol bizim aramızda (N.Vezirov); MİYANÇI 

Ey ortada miyançı şəklini alan hərif; Yetər, 

meni eylədin təbliğ və sandın zəif (S.Rüs­

təm); VASİTƏ [Molla:] Şamil xahiş etdi ki, 

mən vasitə olam və bəlkə Məşədi Məmməd­

əlini yumşaldam (C.Məmmedquluzade).




VASİTƏÇİLİK  {arada  vasitə  olma

[Azər:]  Mənə  heç  kəsin  vasitəçiliyi  lazım 

deyil (M.İbrahimov); MİYANÇILIQ [Şirin:] 

Qocalandan sonra başladı əvvəl miyançılığı 

(N.Vəzirov); VƏSATƏT ..ancaq onun vəsa­

tətilə bir ayrı tacirdən böyük sələmlə pulla- 

nırıq (Çəmənzəminli); ARAÇILIQ.



1. VASVASI (hər şeydən iyrənən) ..hamı 

bilir ki, bizim sədrimiz hər adama ürək qız­

dıran deyil. Vasvasının biridir (İ.Əfendiyev); 

OVSUN.

2. vasvası bax xırdaçı 

vaveyla bax fəryad 

vay bax ölüm, matəm 

vayıldamaq bax zarımaq 

vaysınmaq bax heyfsilənmək 

vazeh bax aşkar

vazımaq bax qaçmaq 1 

VECSİZ {heç bir işə yaramayan) ..Cavan­

şir  bu  saat  dünyanın  ən  əbləh,  kütbeyin  və 



vecsiz adamı idi (Elçin); BİKARA Onu (pad­

şahı) sustroy və bikara bilirəm (M.F. Axund- 

zade);  BİVEC  [Giilcamal:]  Gör  nə  qədər 

bivecsiniz ki, bir dəqiqənin içində məni gah 

elə  görürsünüz,  gah  belə  (M.İbrahimov); 



XEYİRSİZ,  KARSIZ  Mən  hərdən  oturub 

fikirləşirəm ve bu əqidəyə gəlirəm ki, bizim 

çoxumuzu  bədbəxt  cdom  karsız,  vecsiz  ve 

xeyirsiz qohumlarımızdır (ö.Voliyev); GƏ­

RƏKSİZ, YARARSIZ.

VECSİZLİK ..Cavanşir belə hiss etdi ki, 

bu  bircə  anın  içində  bu  qadın  onu.,  tanıdı, 

əbləh  vəziyyətini  və  vecsizliyini,  heçliyini 

başa düşdü.. (Elçin); BİVECLİK, XEYİR- 



SİZLİK.

VEKSEL {bir şəxsə və ya idarəyə müəy­



yən müddətdə, müəyyən miqdarda pııl ver­

məli  olan  şəxs  tərəfindən  verilən  iltizam- 

namə)  [Mirzə  Möhsün:]  Bacım,  bu  vekseli 

saxta bilirsinizsə, şohər məhkəməsinə şika­

yət  edin  (A.Şaiq);  TƏMƏSSÜK  {köhn.) 

[Əşrəf bəy:] Yəqin hacının sizdə təməssiikü 

var, çıxardın görək (N.Vəzirov).

VENERA (planet, ulduz), AVRODİTA, 

ZÖHRƏ [Tağı:] Bağışlayın, boradər, bizdə 

Zöhrə ulduz adıdır. Romalılar ona Venera,

Vasitəçilik

yunanlar Avrodita deyərlər (M.İbrahimov); 



KARVANQIRAN Nə zamandır edirəm 

ulduzlara tamaşa; Karvanqıran ağanr, parıl­

dayır rız kimi (M.Rahim), 

ver-al bax alver 

veranda bax eyvan 

verf bax tərsanə

1.  VERGİ  (müəssisələrdən,  idarədən, 

əhalidən  və  s.-dəıı  alınan  məcburi  dövlət 

rüsumu)  Sizdən  bu  il  vergi  almasın  deyə; 

Dəymədim o qanlar axıdan bəyə (M.Rahim); 



BAC (köhn.) İrəvan xanlığı Gürcüstana daxil 

olub, İrakli xana bac verdi (Çəmənzəminli); 



BAC-XƏRC  (köhn.)  Kişi  bütün  dünyadan 

bac-xərac alır (C.Cabbarlı); BİDEH (köhn.) 

[Fərhad:] Rəiyyət borcludur özü ac qala., qa­

zandığının yansını bidehə verə, qalanlarını da 

mənə  (Ə.Haqverdiyev);  DƏHYEK  (köhn.) 

Bəy  dəhyek  alır,  molla  yığır  xümsü,  zəkatı 

(A.Səhhət); XƏRAC [Qacar:] Tutaq ki, məş- 

riqdən  məğribə  qədər;  Mənə  xərac  verdi 

bütün ölkələr (S.Vurğun); TÖYCÜ (köhn.) 

[Ulduz:] Evimizdəki cecimi, kilimi də satıb 

töycü  verməliyik  (M.İbrahimov);  YASAQ 

(köhn.) Xan ve qalan feodallar “qara camaat­

dan” puldan, baldan ve başqa məhsullardan 



yasaq (xərac) toplayırdılar (“Tarix”); CİZYƏ.

VEYL  [Homid:]  ..arvadın  könlünə  dəy­

mədi, veyl cavanlar kimi otaqda o böyrü, bu 

böyrü üstə uzanmaqla gündüzü axşam elədi 

(H.Abbaszadə);  AVARA  [Ağa:]  Herçi  səy 

elədim qardaşım oğlunu avara yoldaşların­

dan..  çəkindirə  bilmədim  (M.Hüseyn); 



BİKARA  İllər,  aylar  gəzirəm  boş-boşuna, 

bikarə;  Laubali  yaşayış  etdi  məni  avarə 

(A.Səhhət); İŞSİZ Küçələr ve körpünün qar­

şısı işsiz camaatla dolmuşdu (M.S.Ordubadi).

VEYLLƏNMƏK  (boş-boşuna  gəzmək) 

[Əli:]  Orada-burada  veyllənmisən,  birtəhər 

gəlib  düzəlmisən  bizim  idarəyə  (M.İbra­

himov); ARŞINLAMAQ (məc., dan.) [Qa­

dir:]  Əlin  şalvar  cibində  küçələri  arşınla- 

yırsan (Ə.Əbülhəsən); AV ARALANMAQ 

[Veysəl:]  Dünən  bütün  günü  avaralanmı- 



şam, daha buna inandımzmı (B.Bayramov);

Veyllənmək

389


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə