M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə80/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

 
258 
sabit bir məkanda bir araya gətirən və gerçəkləşdirilən əməliyyat 
iki tərəfdə mənfəət saxlar.  Fond ehtiyacı olan şirkətlər qiymətli 
kağız ixrac edərək ucuz yollа fond əldə etdikləri kimi, yığımları 
olub  bunu  dəyərləndirmək  istəyənlər  dəözlərinəən  uyğun  vəən 
yüksək  gəliri  saxlama  planışəklində  dəyərləndirmə  imkanıəldə 
edir.  Göründüyü  kimi,  qiymətli  kağız  bazarları  qiymətli 
kağızların  lazımi  anda  pula  çevrilməsini,  yəni  likvid  duruma 
gəlməsində vasitəçilik rolunu üzərinə götürür. 
Bu xüsusiyyətilə bazarda əməliyyat görən bütün iştirakçılar 
fayda  əldə  etmiş  olurlar.  Qısaca  desək,  qiymətli  kağız  bazarları 
bu bazarlarda yer alan investorların likvid ehtiyacını qarşılayır və 
fond çoxluğu olanların bu fondları səmərəli və sürətli bir şəkildə 
dəyərləndirərək yatırıma dönüşdürülməsinə imkan saxlayır. 
Birjanın  bir  başqa  önəmli  funksiyası  sərmayənin  mülkiy-
yətini geniş xalq kütləsinə yaymaqdır. Şirkətlər qiymətli kağızları 
Fond  Birjasındakı  listinqdən  keçirməklə,  şirkətin  milli  və  bey-
nəlxalq səviyyədə tanıтma imkanınıəldə edir.  
Ümumiyyətlə,  qiymətli  kağızlar  bazarı  orta  sinfin  təşkilinə 
və  güclənməsinə  təsir  edir.  nkişaf  etmişölkələrdəki  xalq 
kapitalizmi bu şəkildə gerçəkləşmişdir. Birjada yüzlərcə aksiya və 
istiqraz  funksiyalaşdığından,  bunların  qiymətləri  ani  anda 
yayımlanır. Qiymətli kağızlarıçıxaran şirkətlər, davamlı bir imta-
han  və  dəyərləndirmə  altında  olurlar.  Beləliklə,  mikrobazada 
ölkənin  barometri  vəzifəsini  görürlər.  Qiymətli  kağızlara  olan 
təklif  və  tələbə  görə  qiymət  hərəkətləri  davamlı  olaraq  dəyişir. 
Lakin qiymətli kağızların qiymətinə təsir edən ясас амил, bunları 
ixrac  edən  şirkətlərin  finans  strukturlarındakı  güclülük  və  mən-
fəət durumlarıdır. 
Şirkətlərin  g
östərmiş  olduğu  yüksək  performans,  qiymətli 
kağızlara  olan  tələbi  artırdığından,  nəticədə  qiymətlər  də  artır. 
Bu  göstərici  şirkət  səhmdarlarıüçün  çox  yararlı  və  faydalıdır. 
Hətta,  səhmlərin  orta  performansını  göstərən  indeks  ölkənin 
ümumi  iqtisadi  durumu  haqqında  мялумат  verir  və  bundan 
istifadə edərək gələcəyə yönəlik proqramlar hazırlamaq mümkün 
olur.  Hər  hansı  bir  şirkətin  qiymətli  kağız  bazarında  dəyər 


 
259
qazanması və ya itirməsi, şirkəti performans ve güvənirliyinin ən 
önəmli göstəricisidir.  
Bütün  alıcı  və  satıcıların  qiymətli  kağız  bazarlarında 
qarşılaşması qiymətli kağızların vahid bir alış və satış qiymətinin 
meydana  gəlməsini  təmin  edir.  Bilindiyi  kimi,  vahid  bir  qiymət 
tam rəqabət olan bazarlarda meydana çıxır. 
Birja bülletenləri vasitəsiləölkənin və dünyanın hər tərəfinə 
bazarda  müəyyənləşmiş  qiymət  vərəqəsi  göndərilir.  Bu  yolla 
qiymətli  kağızlarla  maraqlananlar  üçün  qiymətdə  aldanma 
hadisələrinin qarşısı alınır. 
Təşkilatlandırılmış  qiymətli  kağız  bazarında  hər  istəyən 
şirkətin 
öz aksiyasını satması mümkün deyildir. Listinqdən keçə 
bilmələri  üçün  qiymətli  kağızlar  üzrə  komitənin  müəyyən  etdiyi 
şərtləri  yerinə  yetirmək  məcburiyyəti  vard
ır.  Bununla,  birjada 
qiymətli kağızların alqı-satqısı ilə məşğul olanlara təminat verilir. 
Qiymətli kağız bazarları sənayeçilər ilə kiçik yığım sahibləri ara-
sındakı körpü vəzifəsini həyata keçirir. 
 
 


 
260 
FƏS L 43.  FOND B RJASI 
 
Kapital bazarının anatomik strukturunun təhlili zamanı, 
bu bazarın daxilində qiymətli kağızlar bazarının da olduğunu 
və bu iki bazarın iç-içə olmasma rəğmən təklif və tələbin tərs 
yönlü olduğunu görərik. Qiymətli kağızlar bazarında sərmayə 
tələb  edən  şirkətlər  xalqa  qiymətli  kağız  təklif  edir.Sərmayə 
təklif  edən  xalq  da  əvəzində  qiymətli  kağızlar  tələb  edir.Qiy-
mətli  kağızlar  birjası  (stock  exchange,  securities  bourse) 
gerçəkdə  sərmayə  bazarının  deyil,  qiymətli  kağızlar  bazarının 
qurumudur.Ancaq  bu  bazarlarda  alqı-satqı  mövzusu  olan 
"Qiymətli  kağızlar"  deyilən  aksiya  və  istiqraz  kimi  гиймятli 
kağızlar  bilavasitə  iqtisadi  dəyər  olmayıb,  iqtisadi  dəyərləri 
təmsil  edən  sənədlərdir.Qiymətli  kağız  bazarlarında  alqı-satqı 
edənlərin  məqsədi  mənfəət  əldə  etməkdir.Aksiyanı  satın  alan 
şəxsin  məqsədi  divident  və  ya  aksiyan
ı  daha  yüksək  qiymətə 
sataraq qazanc əldə etməkdir. 
Qiymətli kağızların ikinci bazarında əsas yerlərdən birini 
fond  birjası  tutur.  Birjanın  meydana  gəlməsinin  əsas 
səbəblərindən  biri  bazar  münasibətlərinin  inkişaf  etməsi 
olmuşdur.  lk dəfə birja anqlosaks dövlətlərində meydana gəl-
mişdir. 
Fond  birjası,  müstəqil  olaraq,  fəaliyyət  predmeti  qiymətli 
kağızlar  üçün  zəruri  şəraitin  yaradılması,  onların  bazar 
qiymətlərinin  müəyyən  edilməsi,  kağızlara  olan  tələb  və  təklif 
arasında  tarazlığıəks  etdirən,  həmçinin  onlar  haqqında  lazımi 
informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının 
yüksək  peşəkarlıq  səviyyəsini  nümayiş  etdirmək  üçün  şərait 
yaradılması  olan  təşkilatdırFond  birjası  yalnız  birja  üzvləri 
arasında ticarəti təşkil edir. 
Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının 
verdiyi  xüsusi  razılıq  əsasında  həyata  keçirir.  Fond  birjası 
depozitari  və  klirinq  fəaliyyəti  istisna  olmaqla,  digər  fəaliyyət 
növləri  ilə  məşğul  ola  bilməz.  Fond  birjasının  nizamnaməsinin, 
onun ticarət qaydalarının pozulması və fond birjasının digər daxili 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə