M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

 
285
FƏS L 49. TƏD YƏ BALANSI 
 
Ölkənin  tədiyə  balansı  başqa  ölkələrdən  daxil  olan  pulun 
ümumi  məbləği  ilə  digər  ölkələrəödənilən  pulların  məbləği 
arasındakı  nisbətdir.  Tədiyə  balansı  prinsipъə  illik  hazırlanır. 
Bundan başqa tədiyə balansı o ölkədə yerləşən fiziki şəxs, firma 
və ya qurumların xariъi ölkələrlə apardığı iqtisadi əməliyyatların 
sistematik  qeydiyyatıdır.  Tədiyə  balansında  qeyd  edilən 
əməliyyatlar 
ölkədə yerləşən fərd və qurumlarla xariъdə yerləşən  
iqtisadi vahidlər arasında aparılır. Ölkədə yerləşmiş olanlar əsa-
sən o ölkənin vətəndaşıdırlar. Amma tədiyə balansı baxımından 
vətəndaş olmaq vaъib deyildir. Ölkədə yerləşmiş olma dedikdə o 
ölkədə  daima  oturmaq,  şirkətlərin  öz  fəaliyyətlərini  normal 
olaraq  o  ölkədən  idarə  etməsi  anlaşılır.  Yəni  bunların  xariъi 
ölkələrdə  apardığıəməliyyatlar  yerləşdikləri  ölkələr  baxımından 
xariъi iqtisadi əməliyyat olaraq qiymətləndirilməlidir. 
Beynəlxalq  iqtisadi  əməliyyat  termini  geniş  anlayışdır. 
Maliyyə və xidmətlərlə yanaşı, istehsalat faktorlarıüzrəəməliy-
yatlar da bu qrupa daxildir. Buna görə beynəlxalq maliyyə və 
mal  və  ya  xidmət  tiъarəti,  ölkələrarası  qısa  və  uzunmüddətli 
maliyyə  vəsaiti  və  birbaşa  sərmayə  investisiyaları,  beynəlxalq 
işçi  miqrasiyaları  və    texnologiya  hərəkətləri  də  bu  anlayışın 
çərçivəsində  qiymətləndirilir.  Beynəlxalq  iqtisadi  əməliyyatla-
rın qarşılığında bir qayda olaraq bir ödəmə vardır. Beynəlxalq 
tədiyələrin  yerinə  yetirilməsindəənənəvi  olaraq  Amerika 
dolları, sterlinq,və Avro kimi pul vahidlərindən  istifadə edilir.  
Ancaq, son vaxtlar  Amerika dollarının payı müəyyən bir 
ölçüdə azalаrkən, Avro və  Yapon iyeni kimi sağlam valyutalar 
Beynəlxalq tədiyələrdə  istfiadə edilməyə başlayıb.  
Bir  çox  iqtisadi  əməliyyatlar  nətiъəsində  xariъdən  ölkəyə 
və ya ölkədən xariъə doğru bir tədiyə axını meydana gəlir. La-
kin bəzi iqtisadi  əməliyyatlar tədiyə balansına  qeyd edilməklə 
yanaşı, hər hansı bir tədiyə meydana gətirmir. Bunun bəzi nü-
munələrini sıralayaq: Malın mala dəyişdirilməsi, yəni barter və 
klirinqəəsaslanan  tiъarət,  investisiya  malı,  texnologiya  və  ya 


 
286 
meneъment  biliyi  formasındakı  xariъi  sərmayə  formasındakı  
qarşılıqsız ödəmələr və s. Bu onu göstərir ki, tədiyə balansına 
qeyd  edilən  əməliyyatlar,    ölkənin  valyuta  giriş  vəçıxışlarına 
təsir etməklə yanaşı, bir qismi üçün də nətiъə yaranmır. 
Ölkənin  xariъi  alяmlə  etdiyi  əməliyyatlar    kredit  vəya  da 
debet  xarakterli  olur.  Nominal  tədiyə  meydana  gətirib-gətir-
məməsindən  asılı  olmayaraq,  bütün  əməliyyatlar  bu  qaydada 
kredit və debet olmaqla iki yerə ayrılırlar. 
Kredit  əməliyyatlarıölkəyə  valyuta  girişin,  debet  əməliy-
yatları  isə  valyuta  çıxışını  təmin  edir.  Amma  bir  tədiyə  axını 
meydana gətirməyən əməliyyatları da əhatə edəъək şəkildə tə-
rif verə bilərik: ölkədə yerləşən şəxs və qurumlar lehinə xariъi 
tiъarət üzrə bir alaъаq haqı yaradan əməliyyatlar kredit əməliy-
yatlarıdır.  Bunun  əksinə,  ölkədə  yerləmiş  olanlar  baxımından 
xariъə qarşı bir borъ yaradan əməliyyatlar da debet əməliyyat-
larıdır.  Buna  görə,  məsələn,  ixraъat  ölkəyə  gələn  xariъi  turist-
lərin xərъləmələri, qısa və uzunmüddətli maliyyə vəsaiti vəölkə-
yə  qoyulan  birbaşa  kapital  qoyuluşları  kredit  əməliyyatlarına 
(alaъaqlı  qrupuna)  girər.  Bunların  əksinə,  yəni  idxalat,  xariъi 
ölkələrə  səyahət  sırasında  xərъlənən  vəsaitlər,  maliyyə  və  bir-
başa sərmayəçıxışları kimi əməliyyatlar debet (borъlu) əməliy-
yatlarına daxil edilir. Bu xüsusiyyətlərini gördükdən sonra qeyd 
edək ki, tədiyə balansındakı qeydlər əslində mühasib əməliyya-
tı  xarakterindədir.  Praktikada  tədiyə  balansına  qeydlər  «iki 
tərəfli qeyd» sisteminə görə aparılır. Bu sistemdə xariъi aləmlə 
aparılan hesab ya kredit vəya da debet əməliyyatıolaraq yazılır. 
Beləliklə,  mühasibat  sisteminin  bir  zəruriliyi  olaraq  eyni 
əməliyyt  bir  hesab
la  kredit,  digər  hesabla  debet  olaraq  qeyd 
edildiyi  üçün  tədiyə  balansının  kredit  tərəfi  debet  tərəfininin 
ъəminə  bərabər  olar.  Digər  bir  sözlə,  mühasibat  qeydləri 
baxımından  tədiyə  balansı  hər  zaman  tarazlıq  içindədir. 
Amma,  bu  ölkənin  xariъi  iqtisadi  münasibətlərində  həqiqi  bir 
qeyri-tarazlığın  olmaması  mənasını  vermir.  qtisadi  mənada 
tədiyə  balansındakı  bir  açıq  (kəsir),  artıq  və  ya  müvazinatı 
müəyyən edə bilmək üçün bəzi xüsusi məlumatlar olmalıdır.  


 
287
Tədiyə  balansinin  strukturu.  Beynəlxalq  iqtisadi  əməliy-
yatların qeydiyyatı tədiyə balansına təsadüfi deyil, bir-birlərinə 
olan  bənzərliklərinə  və  iqtisadi  təsirlərinə  görə  qruplaşdırılır. 
Beləəsas  hesab  qrupları  bunlardır:  ъari  əməliyyatlar  hesabı, 
kapital hərəkətləri hesabı və ehtiyat aktivləri hesabı. 
Ъari  əməliyyatlar  hesabı.  Ölkənin  beynəlxalq  iqtisadi 
əməliyyatlar
ının  çox  əhəmiyyətli  bir  qrupu  ъari  əməliyyatlar 
hesabına  qeyd  edilir.  Bu  hesab  eyni  zamanda  ölkənin  ümumi 
məhsulunun bir hissəsini meydana gətirir.Ъari əməliyyatlar he-
sabına girən əməliyyatların bir qismi mal tiъarətini əhatə edir. 
Bir  çox  ölkələrin  xariъi  iqtisadi  əlaqələrində  mal  tiъarəti  əhə-
miyyətli  yer  tutur.  xraъat  krediti  (alaъaqlı),  idxalat  isə  debet 
(borъ) əməliyyatıdır. Mal ixraъatı ilə mal idxalatının meydana 
gətirdiyi  fərqlə  «xariъi  tiъarət  balansı»  adı  verilir.  Bu  termin 
tədiyə  balansı  termini  ilə  qarışdırılmamalıdır.  Xariъi  tiъarət 
balansı,  ümumiyyətlə,  iqtisadiyyatdakı  uzunmüddətli  struktur 
dəyişikliklərinin,  ya  da  rəqabət  güъünün  bir  göstəriъisi  olaraq 
təhlil edilir. 
Ъari  əməliyyatlar  balansında  yer  alan  ikinъi  qrup  əməliy-
yatlar  beynəlxalq  xidmətlər  sahəsindəki  tiъarətdir.  Bunlara 
«görünməyən  tiъarət»  də  deyilir.  Məsələn,  xariъi  turizm,  bey-
nəlxalq  bank  və  sığorta  xidmətlərindən  əldə  edilən  komisyon 
və marжlar, xariъi investorların mənfəət və faiz gəliləri (kapital 
xidmətlərinin qarşılığı olaraq), lizinqin qarşılığı, xariъi məşvə-
rətçilik xidmətləri və mühəndislik maaşları kimi öhdəliklər bu  
əməliyyatlar
 sırasına daxil edilir. 
Ъari  əməliyyatların  üçüü  alt  qrupu  qarşılıqsız  yardım-
lardır.  Bunlar  ianə  və  yardım  xarakterində  olduğu  üçün, 
qarşısında  bir  öhdəlik  yoxdur.  Buna  görə  də  buna  tək  tərəfli 
trasferlər deyilir. Məsələn, özəl şəxs və ya hökumətlərin xariъi 
ölkələrə göndərdikləri mal və pul şəklindəki yardımlar, hədiy-
yələr  və  s.  kimi  əməliyyatlar  bura  aiddir.  Azərbayъan  üçün  bu 
qrupda yer alan  əhəmiyyətli bir ъəhət Rusiyada işləyən işçilə-
rin vətənə göndərdikləri pullardır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə