M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   98

 
288 
Ъari  əməliyyatlar  hesabına  qeyd  edilən  bütün  debet  və 
kredit  əməliyyatlarının  miqdarına  ъari  əməliyyatlar  balansı 
deyilir.  Debet  və  kredit  hesablarının  ъəmi  bir-birinə  bərabər 
olmadığı  təqdirdə  isə,  ъari  əməliyyatlar  balansının  saldosu  ya 
mənfi, ya da müsbət olaъaq. 
 Kapital  hərəkətləri  hesabı.  Ölkənin  xariъi  dünya  ilə 
apardığıbütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə 
investisiyaları,  tədiyə  balansının  sərmayə  hesabı  bölməsində 
qeyd  edilir.  Bu  əməliyyatlar  öz  aralarında  bəzi  alt  bölmələrə 
ayrılır.Məsələn,  kapital  hesabıəvvəlъə  uzunmüddətli  və  qısa-
müddətli sərmayə deyilən iki alt bölməyə ayrılır. Birbaşa xariъi 
sərmayə  investiyaları  ilə  xariъi  istiqraz  vərəqələri  və  səhm 
sənədlərinin alqı-satqısı uzunmüddətli sərmayəəməliyyatlarıda-
xildir. Bundan başqa rəsmi qurumlar tərəfindən xariъi ölkələr-
dən və ya beynəlxalq maliyyə qurumlarından təmin edilən la-
yihə və proqram kreditləri də bu qrupa daxildir.Sərmayə hesa-
bına  qeyd  edilən  əməliyyatların  ikinъi  qrupunu  qısamüddətli, 
yəni müddəti prinsipъə 1 ildən az olan sərmayə giriş vəçıxışları 
təşkil  edir.  Bunlar  xariъi  tiъarətin  maliyyələşdirilməsinə  istiqa-
mətlənmiş kreditlərlə yanaşı, beynəlxalq faiz fərqlərindən fayda-
lanmaq və ya spekulyativ məqsədli  qısamüddətli fondlar da ola 
bilər. Adıçəkilən sərmayə, kurs və faiz dəyişikliklərinə qarşıçox 
həssas olub, asanlıqla bir ölkədən digər ölkəyə hərəkət edə bilir. 
Buna görə də bunlara bəzən «isti pul» (hot money) fondları da 
deyilir.Başqa bir məqam da budur: sərmayə hesabına yalnız ana 
sərmayə hesabına giriş vəçıxışlar qeyd edilir. Faiz və ya mənfəət 
isə  sərmayə  hesabına  deyil,  yuxarıda  qeyd  edildiyi  kimi,  ъari 
əməliyyatlar
ın xidmətlər bölməsində göstərilir. 
Ümumi  debet  və  kredit  sərmayəəməliyyatları  arasındakı 
fərqə də sərmayə balansı deyilir. Əgər ъari əməliyyatlar balansı 
müəyyən  miqdarda  kəsirlidirsə,  sərmayə  balansında  həmin 
miqdar  da  artıq  çıxarsa  və  ya  tərsi  olarsa,  tədiyə  balansında 
müvazinət pozulmur. Amma müvazinətin təmin edilmədiyi və-
ziyyətlərdə bir kəsir və ya daha artıq meydana gəlir. 


 
289
Ehtiyat  aktivləri  hesabı.  Ehtiyat  aktivləri  zəruri  hallarda 
istifadə  etmək  məqsədi  ilə  Mərkəzi  Bank  tərəfindən  tutulan 
beynəlxalq ödəmə vasitəsidir. Qeyd etmək lazımdır ki, mərkəzi 
bankların valyuta bazarına müdaxilələri ölkənin xariъi iqtisadi 
və maliyyə münasibətlərindəki proseslərin bir nətiъəsidir. 
Əgər 
ölkənin xariъdən əldə etdiyi valyuta gəlirləri valyuta 
xərъlərini tam şəkildə qarşılayırsa, valyuta kurslarında aşırı bir 
yüksəlmə  və  ya  düşmə  də  görülmür.Belə  vəziyyətdə  mərkəzi 
bankın  müdaxiləsinə  ещтийаъ  yoxdur.  Amma,  məsələn,  valyuta 
gəlirləri, xərъləmələri qarşılamaq üçün kifayət deyilsə, bu təqdir-
də valyuta kursları yüksəlməyə başlayır. Əksinə, valyuta təklifi 
valyuta tələbindən çox olarsa, valyuta kursları aşağı düşür. 
Əgər  Mərkəzi  Bank,  az-
çox  bütün  ölkələrdə  görüldüyü 
kimi, kurs sabitliyini təmin edən bir siyasət izləyirsə, bu təqdir-
də  valyuta  bazarına  müdaxilə  etməlidir.  Yəni  valyuta  tələbi 
çox olanda valyuta satmalı və təklif çox olanda bazardan val-
yutanı  almalıdır.  Bu  fəaliyyətlər  kursları  istənilən  səviyyədə 
saxlamağa  kömək  edir.Təbii  ki,  mərkəzi  bankın  müdaxilələri 
digər ъəhətdən də ehtiyat aktivlərində dəyişməyə səbəb olmur. 
Bazarda valyuta satışı olanda ehtiyatlar azalır, bazardan 
valyuta  alanda  isə  ehtiyatlar  artır.  Ehtiyatlardakı  konkret 
dəyişmələr isə, ölkənin tədiyə balansında göstərilir. Anъaq bir 
məqamı  xatırlatmaq  lazımdır  ki,  mühasibat  baxımından  ehti-
yatlardakı  bir  azalma  kredit,  artma  da  debet  əməliyyatı  kimi 
qeydə  alınır.Ehtiyat  aktivləri  hesabı  ilə  birlikdə  tədiyə 
balansının  əsas  hesab  qruplarının  nəzərdən  keçirdik.  Bu 
açıqlamalarda əhəmiyyətli bir məqam budur: tədiyə balansın-
da qeydə alınan əməliyyatlardan bir qismi sərbəst, bir qismi də 
tarazlaşdırıъı xarakterə malikdir. Tədiyə balansında müsbət və 
ya  mənfi  saldo  meydana  gətirən  əməlyiyatlar  sərbəst  əməliy-
yatlardır.  Bunlar  iqtisadi  həyatın  irəlləyişi  nətiъəsində  mey-
dana gəlir. 
 
 
 


 
290 
Azərbaycanda  tədiyə  balansı.
*
2008-ci  ildə  tədiyə  balansı-
nın ümumi saldosu müsbət 12.0 mlrd.$  olmuş vəötən illə  mü-
qayisədə  4.2.  dəfə  artmışdır.  Bu  artım  cari  əməliyyatlar  ba-
lansının pozitiv saldosundan qaynaqlanmışdır. 
Tədiyə  balansının  cari  əməliyyatlar  hesabında  son  illər 
müşahidə olunan profisit ötən illə müqayisədə 1.8 dəfə artaraq 
16.5 mlrd.$ təşkil etmişdir. Cari əməliyyatlar balansının tərkib 
hissəsi olan xarici ticarət balansının müsbət saldosu keçən illə 
müqayisədə 1.5 dəfə artmışdır. Bu da kapitalın və maliyyənin 
hərəkəti hesabında yaranmış mənfi saldonu  maliyyələşdirərək 
tədiyə balansının ümumi müsbət saldosunu şərtləndirmişdir. 
Neft-qaz  sektoru  üzrəümumi  daxilolmalar  əsasən  neftin 
ixracı  və  bu  sektora  cəlb  edilən  xarici  kapitalın  hesabına  for-
malaşır.  Bu  sektor  üzrəödənişlər  isə  mənffətin  və  investisiya-
ların repatriasiyasını, mexanizm və digər texnoloci avadanlıq-
ların,  xidmətlərin  idxalının  maliyyələşdirilməsinə  sərf  olunan 
vəsaitləri əks etdirir. 
Neft-qaz  sektoru  üzrə  yaranmışümumi  müsbət  saldo 
iqtisadiyyatın  digər  sektorlarının  xarici  valyutaya  tələbatının 
maliyyələşməsini  vəölkənin  valyuta  ehtiyatlarının  artmasını 
təmin etmişdir. 
Cari əməliyyatlar hesabı. 2008-ci ildə cari əməliyyatlar hesa-
bında  16.5  mlrd.$  məbləcində  profisit  yaranmışdır  ki,  bu  da 
2007-ci ilin müvafiq göstəricisindən 7.4 mlrd.$ çoxdur.Bu, əsasən  
xam  neftin  ixracının  2.0  mln.  ton  artması  və  onun  1  barrelinin 
orta qiymətinin müqayisə olunan dövrlər üçün 72.9 $-dan 96.5 $-
a  qədər  yüksəlməsi  ilə  izah  olunur.  Nəticədə,  ölkədən  ixrac 
olunmuş xam neftin ümumi dəyəri 1.4 dəfə artaraq 26.3 mlrd. $-a 
çatmışdır.  Bu  isəöz  növbəsində  xarici  ticarət  balansının  müsbət 
saldosunun da 1.5 dəfə yüksəlməsini şərtləndirmişdir.  
Xarici ticarət balansı. Xarici ticarət dövriyyəsi hesabat ilin-
də 39.7% artaraq 38.2. mlrd. $ təşkil etmişdir. Xarici ticarət ba-
lansı 23.0 mlrd. $ məbləcində müsbət saldo ilə nəticələnmişdir. 
                                                           
*
МБ щесабатында верилян мялуматлар. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə