M-61 I e. d prof., Zahid Fərrux Məmməd



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə83/98
tarix31.08.2018
ölçüsü2,11 Mb.
#65798
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

 
268 
Reyestrlərin  toplanması  və  onların  emitentə  verilməsi 
vəzifəsini öz üzərinə depozitari sistemləri götürür.  
ФЯСИЛ 45.AZƏRBAYCANDA MAL YYƏ 
BAZARININN VƏZ YYƏT
 
 
Maliyyə  bazarlarının  institusional  inkişafı.  2008-ci  ildə 
beynəlxalq  maliyyə  bazarlarında  likvidlik  sıxıntısı  və  maliyyə 
aktivlərinin  kəskin  ucuzlaşması  ilə  müşahidə  olunan  maliyyə 
böhranı şəraitində Milli Bank daxili maliyyə bazarlarında sabitliyi 
qorumağa  çalışmışdır.  Bu  məqsədlə  daxili  maliyyə  bazarlarında 
likvidliyin  çevik  tənzimlənməsi  xüsusi  diqqət  mərkəzində  saxla-
nılmış, maliyyə alətləri  arsenalının  çevikliyinin  və effektivliyinin 
artırılması,  habelə  maliyyə  bazarlarının  infrastrukturunun  təkmil-
ləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. 
Müəyyənləşdirilən  pul  və  məzənnə  siyasəti  çərçivəsində 
ə
məliyyat hədəflərinin reahaşmasını təmin etmək üçün Milli Bank 
tərəfindən  maliyyə  bazarlarının  bütün  seqmentlərində  aktiv  əmə-
liyyatlar aparılmışdır. 
Dövr ərzində ölkənin beynəlxalq iqtisadi əlaqələrinin geniş-
lənməsi və bunun nəticəsində iqtisadiyyatda xarici valyutaya olan 
tələb  və  təklifin  artımı  daxih  valyuta  bazarmm  həcmində  özünü 
bümzə vermişdir. Belə ki, 2008-ci ildə daxili valyuta bazarındakı 
ə
məliyyatların həcmi ötən illə müqayisədə 2 dəfədən çox artaraq 
24,5 mlrd. $-a çatmışdır. 
2008-ci  ildə  pul  resursları  bazarında  da  əməliyyatların  həc-
mində  artım  müşahidə  olunmuşdur.  Bu  bazarın  əsas  seqmentləri 
olan  Banklararası  Repo  bazarında  əməliyyatlarm  həcmi  ötən  illə 
müqayisədə  2  dəfədən  çox,  Banklararası  Kredit  bazarında  isə 
ə
məliyyatların həcmi isə 5 dəfədən çox artmışdır. Artım həmçinin 
dövlət qiymətli kağızları ilə aparılan təkrar bazar əməliyyatlarında 
da müşahidə olunmuşdur. 
Beynəlxalq  maliyyə  bazarlarında  müşahidə  olunan  likvidlik 
problemləri, xaricdən cəlb olunan vəsaitlərin vaxtından əvvəl geri 
çağırılması  və  xarici  mənbələr  hesabına  yenidən  maliyyələşmədə 


 
269
yaranan çətinliyi nəzərə alaraq pul bazarlarında yaranan qısamüd-
dətli  likvidlik  çatışmamazlığı  Milli  Bankın  bazar  və  çərçivə 
alətləri vasitəsilə tənzimlənmişdir. 
Valyuta bazarı və məzənnəDövr ərzində idxal-ixrac əmə-
liyyatlarının artması və bank sistemində artan xarici borclanmaya 
xidmət olunması ilə əlaqədar maliyyə sektorunun xarici valyutaya 
tələbi artmışdır. Bundan əlavə valyuta bazarının əsas iştirakçıları-
nın bazara etdiyi təklifin həcmində də əhəmiyyətli artım müşahidə 
olunmuşdur.  Həm  tələb,  həm  də  təklifdə  müşahidə  olunan  artım 
özünü  daxili  valyuta  bazarının  həcminin  artmasında  büruzə  ver-
mişdir. 
Ə
vvəlki  ihərdə  olduğu  kimi  2008-ci  ildə  də  daxih  valyuta 
bazarında  əməliyyatların  66%-i  bankdaxili  əməliyyatların  payına 
düşmüşdür. 2008-ci ildə Milli Bankın valyuta bazarına xalis mü-
daxilə alışyönlü olmuşdur. Belə ki, hesabat dövründə Milli Bankın 
valyuta bazarına müdaxiləsi 2 43,5 mln. $ olmuşdur.Milli Bankın 
alışyönlü müdaxilələri manatın məzənnəsinin kəskin möhkəmlən-
məsinin qarşısını almışdır. 
Dövr ərzində manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 
4,43  qəpik,  yəni  5,24%  güclənərək  dövrün  sonuna  0,8010  manat 
təşkil etmişdir. Bivalyuta mexanizminin tətbiqi ilə əlaqədar olaraq 
manatın ABŞ dollarına nəzərən məzənnəsinin gündəlik volatilliyi 
ötən  illərdəki  ilə  müqayisədə  əhəmiyyətli  dərəcədə  artmışdır.  Bu 
onunla  əlaqədardır  ki,  avro-dollar  məzənnəsinin  dəyişimindəki 
volatillik  qismən  dollar-manat  məzənnəsinin  dinamikasında  əks 
etdirilmişdir. 
Qiymətli kağızlar bazarı. 2008-ci ildə qiymətli kağızlar ba-
zarının həcmi ötən illə müqayisədə 2 dəfəyə yaxm artaraq 6 mlrd. 
AZN təşkil etmişdir. Bunun 97%-i dövlət qiymətli kağızlar bazarı-
nın, 3%-i isə korporativ qiymətli kağızlar bazarının payına düşür. 
Qiymətli kağızlar bazarının əsas hissəsini təşkil edən dövlət 
qiymətli  kağızları  Milli  Bankın  qısamüddətli  notlarından  və  Ma-
liyyə Nazirliyinin Dövlət qısamüddətli istiqrazlarından (DQ ) iba-
rətdir. 


 
270 
2008-ci  ilin  sonuna  dövriyyədə  olan  dövlət  qiymətli 
kağızlarının həcmi ilin əvvəli ilə müqayisədə (406,7 mln. manat) 4 
mln. manat və ya 1%artaraq 410,7 mln. manat təşkil etmişdir. 
Milli Bankın qısamüddətli notları. 2008-ci ildə də  əməliy-
yat hədəflərini reallaşdırmaq və pul bazarının likvidliyini tənzimlə-
mək məqsədilə Milli Bank tərəfindən  4 həftəlik  notların  buraxılışı 
və 1 - günlük repo və əks repo əməliyyatları həyata keçirilmişdir. 
Hesabat  dövrü  ərzində  2  530  mln.  manat  məbləğində  not 
emissiya  olunmuş  və  bunun  1913  mln.  manatı  və  ya  76%-i  isə 
hərraclara  çıxarılmışdır.  Dövr  ərzində  nominal  üzrə  1  647  mln. 
manat  və  ya  86%  not  yerləşdirilmişdir.  Son  hərracda  notlar  üzrə 
orta  gəlirlik  4,74%  olmuşdur.  Bu  rəqəm  ilin  əvvəlində  10,56%o 
səviyyəsində olmuşdur. 
Dövriyyədə  olan  notların  həcmi  ilin  əvvəli  ilə  müqayisədə 
73,1 mln. manat (repo əməliyyatları nəzərə alınmaqla) və ya 29% 
azalaraq dövrün sonuna 180 mln. manat təşkil etmişdir. 
Dövr  ərzində  çərçivə  alətləri  üzrə  əməliyyatlarının  həcmi 
6262,6  mln.  Manat  təşkil  etmişdir.  Əməliyyatların  6252,6  mln. 
Manatı (99,9%) repo əməliyyatlarının payına düşür. Dövrün sonu-
na çərçivə  əməliyyatları üzrə faiz dərəcəsi 1 günlük repo əməliy-
yatı üzrə 1%, 1 günlük əks-repo əməliyyatı üzrə isə 13% həcmin-
də müəyyən olunmuşdur. 
Maliyyə  Nazirliyinin  DQ -ləri.  Maliyyə  Nazirliyi  tərəfin-
dən  3,  6  və  9  ay  müddətində  diskontlu    qiymətli  kağızlar  olaraq 
buraxılan DQ -lərin dövriyyədə olan həcmi 2008-ci ilin əvvəli ilə 
müqayisədə 131,4 mln. Manat və ya 1,3 dəfə artaraq hesabat döv-
rün sonuna 230,6 mln. manat təşkil etmişdir. 
Altı aylıq DQ -lər üzrə son hərracda orta gəlirlik 8,96% sə-
viyyəsində müəyyən edilmişdir. 
Dövlət  qiymətli  kağızlarının  təkrar  bazarı.  Dövr  ərzində 
dövlət  qiymətli  kağızları  ilə  təkrar  bazar  əməliyyatlarının  həcmi 
442  mln.  manat  (395  əqd)  təşkil  etmişdir.  Bunun  70%-i  Milli 
Bankın  notları  ilə,  30  %-i  isə  Maliyyə  Nazirliyinin  DQ -ləri  ilə 
həyata keçirilmişdir. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə