59
Mədəniyyət.AZ / 9 • 2016
diyeva ilə Almatıda elmi-nəzəri
konfransda iştirak
etmişdim. O zaman bir sıra gənc tədqiqatçılarla,
məsələn, S.Uteqaliyeva, A.Maklıgin (indi onlar nüfuzlu
alimlərdir) ilə tanış oldum, məşhur musiqişünaslar
A.Muxambetova, S.Yelemanovadan tövsiyələr aldım.
Amma ən yaddaqalan məqam konservatoriyanın
rektoru Qaziza xanım Jubanova ilə görüş idi. Onun
asta səslə söylədiyi sözlər, o cümlədən Azərbaycan
musiqisinə dair fikirləri, simasının nəcibliyi, qey-
ri-adi təvazökarlığı məni heyran qoydu. Yadımda-
dır, mən Qaziza xanıma Nizamınin rusca təzə işıq
üzü görmüş qəzəllər toplusunu bağışladım və
hədiyyəni böyük sevinclə qəbul etdiyini duydum.
O zamandan artıq bir neçə onillik keçir və mən
rəfiqəm Lalə ilə Qaziza xanımın oğlu bəstəkar
Əlibi Mambetovun lütfkar dəvəti ilə müqəddəs
bir məkanın – Axmet və Qaziza Jubanovların evi-
nin ziyarətindəyəm. Bu sadə evin hər qarışında sənətə,
musiqiyə,
ədəbiyyata sevgi aşılanıb. Eksponatlarla tanış olduqca aydın dərk
edirsən ki, bu insanlar, Qaziza xanımın ömür-gün yoldaşı, SSRİ
xalq artisti, rejissor A.Mambetov ictimai məqsədləri öz şəxsi
istəklərindən uca tutmuşlar. Zəngin ailə kitabxanasında ən fərəhli
yerdə isə Üzeyir bəyin partitura və klavirlərini, habelə seçilmiş
əsərlərinin cildlərini görüb çox həyəcanlandıq. Həmin cildlərdən
biri bəstəkar, tədqiqatçı, dirijor, Kurmanqazı adına xalq çalğı alətləri
orkestrinin yaradıcısı, “Üzeyir Hacıbəyov yaradıcılığının ehtiraslı
pərəstişkarı” Axmet Jubanova cildlərin tərtibçisi Qubad Qasımov
tərəfindən xatirə yazısı ilə bəxş olunmuşdu.
Bu məkanda habelə Qaziza xanımın 1988-ci ildə
Moskvada Qara Qarayevin 70 illik yubileyində
sənətkarımıza
böyük ehtiram dolu əlamətdar
məruzəsini xatırladım. Həmin məruzədə o, “Yeddi
gözəl” baletinin Moskva Böyük teatrının səhnəsinin
yaraşığı olacağı barədə də söz açmışdı. Azərbaycan
üçün çox ağır bir məqamda – Bakıda artıq Qarabağ
həyəcanları baş qaldırmışdı – Q.Jubanova İttifaqlar
Evinin Sütünlu zalının tribunasından Qara Qarayev
kimi dünya miqyaslı sənətkarın vəsiyyətlərinə riayət
etməyə səsləyirdi. Azərbaycanın həqiqi dostunun o
parlaq çıxışını unutmaqmı olar?
Doğrusu, Azərbaycan musiqisinə məhəbbət dolu belə məkanda
həmin musiqini, Üzeyir bəyin təranələrini
səsləndirməmək qeyri-
mümkün idi. Mən də royal arxasına keçdim...
Ümumiyyətlə, Qazaxıstanda Azərbaycan musiqisinə məhəbbət
xüsusidir. Burada musiqi teatrının yaranışında Üzeyir bəyin, onun
səhnə əsərlərinin rolu minnətdarlıqla qeyd edilir. Həmkarlarımızla
söhbətlər zamanı dəfələrlə Bülbül, Rəşid Behbudov, Müslüm Ma-
qomayev, Arif Məlikovun adları çəkilirdi. Almatıda tacik musiqi-
sinin klassiki Ziyodullo Şahidinin qızı kulturoloq Munirə Şahidi ilə
təsadüfi xoş görüş (təsadüfimi?) zamanı yenə də Azərbaycanın
korifey sənətkarları xatırlandı.
Doğrudan da, musiqi tariximizdə ortaq nöqtələr kifayət
qədərdir. Odur ki düşünürəm,
gələcəkdə
belə görüşlərin davam etdirilməsi, daha
da vüsət alması tamamilə zəruridir. Bi-
zim bir-birimizə deyiləsi sözlərimiz,
səsləndiriləsi musiqimiz, müzakirə oluna-
sı problemlərimiz hələ çoxdur.
Sonda biz hər bir insan, vətəndaş üçün
müqəddəs bir hadisəyə – müstəqilliyin
25 illiyinə həsr olunmuş festivalın yüksək
səviyyədə təşkilinə və həmin festivala
dəvətə görə Qazaxıstan Bəstəkarlar İttifaqı-
na, şəxsən qurumun sədri Balnur Kıdırbekə
öz səmimi
təşəkkürümüzü bildirmək
istərdik”.
“Mədəniyyət.AZ”
k
a,
u
r
m
2
s
d
na
öz
ist
60
Mədəniyyət.AZ / 9 • 2016
Q
ədim Gəncəmizin “Şahsevən”, “Ozan”, “Ətdarlar”,
“Zərrabi” və digər bu kimi adları müəyyən mətləblərdən
xəbər verən onlarca məhəllələləri mövcud olub və in-
dinin özündə də onlar həmin adlarla tanınır. “Dördyol”
da onlardan biridir. O, şəhərin cənub hissəsindən keçən
iki əsas yolun kəsişməsində yerləşdiyindən bu cür adlandırılıb. Alış-
veriş üçün əlverişli olan “dörd yol ağzında”kı bu məkanda yüz illər
boyu əsasən tacirlər, baqqallar, eləcə də dəmirçilər, misgərlər, qa-
layçılar və digər peşə sahibləri məskunlaşıblar. Məhəllədə həmçinin
sənətin xəttatlıq və zərgərlik kimi daha zərif
növləri ilə məşğul olan-
lar da yaşayırdılar.
Zərgər Ağamirzənin “balkonu”
İndi “Dördyol”da çox şey dəyişib. Amma məhəllədəki gözəl bi-
nalardan biri bu günümüzədək öz əzəmətini saxlayır. Həmin ünvan
adı Gəncədən kənarda da tanınan, hətta bir neçə işi hazırda Rusiya
muzeylərində də saxlanılan zərgər Ağamirzənin evidir.
Deyilənə görə, səxavətli və xeyriyyəçi Məşədi Ağamirzənin qəribə
bir şakəri də varmış. Xüsusən yaxınlıqda toy-düyün olanda, əlbəttə,
kefi bunun üçün uyğun vəziyyətdəydisə, öz eyvanına çıxaraq aşağı-
da şənlənənlərin başına “şabaş” səpməyi sevərmiş. Zərgərin bu zəif
damarını bilən şənlik əhli qəsdən onun evinin qabağında bir neçə
dəqiqəliyə dayanarmış. “Məşədi çıxsın balkona, mehman olaq biz
ona!” – deyə ev sahibinə tərif oxumağa
başlayan xanəndələrin isə
hətta cingilti ilə səkiyə düşən qızıl onluqlara sahib olmaq imkanı
varmış.
Amma bu ev yalnız Ağamirzənin adı ilə deyil, onun nəvəsi, mu-
siqili teatr sənətimizim görkəmli nümayəndəsi, aktyor və müğənni,
xalq artisti Mobil Əhmədovun baba yurdu kimi də tanınır. 1931-ci il
sentyabrın 11-də bu ocaqda dünyaya göz açaraq elə zərgər baba-
sının ona qoyduğu, xoşbəxt, bəxtəvər mənası verən “Müqbil” adı ilə
75 illik mənalı və yaddaqalan bir sənətkar həyatı yaşadıqdan sonra
o, 2006-cı ilin bir yay günü elə bu ocaqdan da son mənzilə, baba və
valideynlərinin yanına, Gəncənin qədim “Səbzikar” qəbiristanlığına
yola çıxdı.
Dağətəyi Gəncənin doğma havasını hər cür kurortlardan üstün
bilib öz yay məzuniyyətini bir qayda olaraq
doğma ata evində keçirən
Mobil Əhmədovun da “Ağamirzənin eyvanı”ndan şəhəri seyr etdiyi-
ni tez-tez görmək mümkün idi. İndikindən fərqli olaraq ən azı on
il bundan əvvəlki şəhər “publika”sı – özünün tez-tez işlətdiyi ifadə
ilə desək, “məmə deyəndən pəpə yeyənədək” – hər kəs burdan
keçərkən eyvanda oturan Mobili tanıyar, onunla şəstlə, havada əl
yelləyərək qarşılıqlı salamlaşardı.
İncə sənətlərə yolçuluq
Mobil müəllim danışardı ki, babası onun zərgər olmağını arzula-
yarmış, odur ki Müqbil 10-12 yaşlarında ona şagirdlik də edibmiş.
Universitet təhsilli müəllim və ədib atası isə oğlunun özü kimi poeziya
və ədəbiyyata bağlı bir insan təki böyüməyini istəyirdi. İki tutarlı fikrin
arasında qalan anası isə oğlunun gələcəyindən
söhbət düşəndə əsl
müsəlman qadın kimi deyirmiş: “Allaha pənah”. Belə baxanda Müq-
bil onların hər üçünün arzusunu yerinə yetirib. Çünki “... Aktyor us-
talığı elə romantik, poetik dərin hisslərin, ümid və şübhələrin zərgər
dəqiqliyi ilə cilalanaraq birləşməsindən fərdi obrazın yaradılmasıdır”
fikri Mobil Əhmədovun vaxtıilə bu məqalənin müəllifinə bir televiziya
süjeti üçün müsahibə verərkən söylədiklərindəndir. (Elə qarşınızdakı
yazıda da yeri düşdükcə həmin müsahibədən iqtibaslar edəcəyik.)
Yüzlərcə xarakterin yaradıcısının “aktyor-obraz” münasibətləri
haqda mülahizələri də çox orijinaldır: “Hamı tərəfindən qəbul olunan
GÖRKƏML SƏNƏTKARIMIZ MOBL ƏHMƏDOVUN ANADAN OLMASININ 85 LLYNƏ THAF OLUNUR
ƏSL ADI MÜQBİL İDİ
Mobil Əhmədov