M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


VARLIQ VƏ MATERIYANIN FƏLSƏFI ANLAMI



Yüklə 0,71 Mb.
səhifə39/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   35   36   37   38   39   40   41   42   ...   184
muhazire FELSEFEyeni

8 VARLIQ VƏ MATERIYANIN FƏLSƏFI ANLAMI
Fəlsəfədə varlıq problemi-dünyada ən çox oxunan və hörmət edilən, pərəstiş olunan kitablardan biri də Bibliyadır (˝Tovrat˝ və ˝İncil˝) - o beş ˝Moisevlər kitabı˝ ilə başlayır, onlardan birincisi ˝Varlıqdır˝. Maraqlıdır ki, fəlsəfə də varlıq problemi ilə başlayır. Bu cür uyğunluq, üst-üstə düşmə təsadüfi deyildir. Bu onu göstərir ki, dünyagörüşünün istənilən növü ilk növbədə dünyanın bütöv­lükdə izahında onun mənşəyi, strukturu, mümkün sərhədləri və s. tətbiq olunan üsulları qeyd etməlidir.

Fəlsəfə bu məsələlərin həlli ilə nəzəri biliyin praktiki ola­raq yeganə forması olduğu vaxt məşğul olmağa başlamışdır (digərləri sadəcə olaraq yox idi). Bu gün vəziyyət başqadır. Təbii-elmi fənlərin (kosmologiya, fizika, kimya və başqaları) güclü kompleksi az qala bir saniyədə bizim Kainatın yaranması senarisini, onun tərkibini, strukturunu, təkamülünü və digər xarekteristikasını verə bilər. Lakin fəlsəfə də bu problemə olan marağını itirməmişdir.

˝Varlıq˝ keçmiş və müasir dövr mütəfəkkirlərinin fəlsə­fənin əsasına qoyduqları anlayışlardan biridir.˝Varlıq˝ fəlsəfə də varlıq haqqında təlim (ontologiya) ətrafında həmişə dis­kussiyalar getmiş və bu gün də getməkdədir. Varlığı nəzərdən keçirərkən fikrin uçuşu təkcənin, xüsusinin, keçicinin ümu­miləşməsinin, mücərrədləşməsinin ən yüksək həddinə çatır. Eyni zamanda varlığın fəlsəfi anlamı insan həyatının gizli dərinliklərinə, insanın mənəvi əxlaqi gücünün ən yüksək gərginliyi da qarşısına qoymağa qadir olduğu köklü məsələlərə yaxındır. Qədim dövrdə Parmedin ˝Təbiət haqqında˝ əsərində, sonradan Şekspir ˝Hamlet”də, “olum, ya ölüm˝ suallarını qoymuşlar.Parmenidin bu sualında yalnız ˝varlığın˝ fəlsəfənin başlanğıcı kimi qəbul edilməsi məsələsi qoyulsa da, Hamletin ˝olum və ya ölümü˝ şəxsi seçimə aid idi. Birinci halda düşüncələr bütöv dünyanı, o cümlədən insanı əhatə edir. İkinci halda isə insanın diqqəti öz həyatına və taleyinə cəmləşir. Lakin Parmenidin və Şekspirin sualları fərqlənsələr də son­radan biz əmin oluruq ki, onlar daimi bir-biri ilə bağlı olur, belə ki, onlar öz dərin fəlsəfi mənaları ilə varlıq probleminə aiddirlər.

Dünyanın fəlsəfi dərk olunmasının başlanğıc kateqoriyası ˝varlıq˝ kateqoriyasıdır. Bu kateqoriyada insanın onu əhatə edən dünyanın və onun şüuru ilə birlikdə özünün mövcudluğu haqqında inamı qeyd olunur. Ayri – ayri şeylər, proseslər, hadisələr yaranır və yox olur, dünya isə bütövlükdə mövcuddur və qalır. Varlığın təsdiq olunması dünya haqqında sonrakı düşüncələrin başlanğıc ilkin şərtidir. Fəlsəfi düşüncə üçün yarandığı ilk andan varlıq haqqında düşüncələr ciddi problem olmuşdur, çünki hisslə dərk olunan dünyanın varlığı heç də həmişə aydın olmur.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə