M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 
 
76 
barəsində səlahiyyəti olan şəxs və ya onun nümayəndəsi tərəfindən 
gömrük  orqanına  müraciəti  (kağız  üzərində  yazılı  və  ya  elektron 
formada)  əsasında  həyata  keçirilir.  Malların  gömrük  rəsmiləş-
dirilməsi  bəyannaməçinin  gömrük  orqanına  konkret  malların 
gömrük  rəsmiləşdirilməsi  ilə  bağlı  bəyannaməni  (kağız  üzərində 
yazılı və  ya elektron formada) və  ya bu Qaydaların 2.6-cı bəndinə 
əsasən  sənədləri  təqdim  etdiyi  vaxtdan  başlanır,  zəruri  gömrük 
əməliyyatları  yerinə  yetirildikdən,  Gömrük  Məcəlləsində  nəzərdə 
tutulmuş gömrük ödənişləri ödənildikdən sonra başa çatır.  
Malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru 
altında  yerləşdirilməsi  ilə  bağlı  gömrük  orqanlarının  hərəkətləri  - 
Gömrük  orqanları  tərəfindən  gömrük  bəyannaməsində  göstərilən 
məlumatların,  bəyan  olunan  malların  yoxlanılması,  malların  bəyan 
edildiyi  gömrük prosedurunun tətbiqi üçün tələb olunan sənədlərin 
təqdim edilməsi, icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş 
qanunvericilik  aktlarına  riayət  olunması,  gömrük  rüsumlarının, 
müvafiq vergilərin və digər gömrük ödənişlərinin alınması, mallar-
dan gömrük ekspertizası üçün prob və nümunələrin götürülməsi və 
digər hərəkətlər Gömrük Məcəlləsinin müvafiq maddələrinə uyğun 
qaydada həyata keçirilir.  
Malların buraxılışı - Bəyannaməçi, mallar barəsində səlahiyyəti 
olan  şəxslər  və  ya  onların  nümayəndələri  tərəfindən  Gömrük 
Məcəlləsinin  163-cü  maddəsi  ilə  müəyyən  edilmiş  şərtlər  yerinə 
yetirildikdən,  bəyan  olunan  mallarla  əlaqədar  qanunvericilikdə 
qadağaların  və  məhdudiyyətlərin  olmadığı  müəyyən  edildikdən, 
gömrük bəyannaməsindəki məlumatlar yoxlanıldıqdan dərhal sonra 
gömrük orqanları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru 
altında  yerləşdirilmiş  malların  buraxılışını  həyata  keçirir.  Eyni 
gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları 
tərəfindən  eyni  vaxtda  buraxılır.  Sərbəst  dövriyyə  üçün  buraxılış 
gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  gömrük 
rəsmiləşdirilməsi  zamanı  tərtib  edilmiş  gömrük  bəyannaməsində 
məlumatların  düzgün  olmadığı  müəyyən  edildikdə,  gömrük 
orqanları  bəyannaməçidən  müvafiq  düzəlişlərin  aparılmasını  tələb 
edir. Həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri 


 
 
77 
ödənildikdən  dərhal  sonra  buraxılış  həyata  keçirilir.  Sərbəst 
dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, 
digər gömrük orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları 
həmin malların buraxılışı üçün zəruri olan məlumatları öz aralarında 
mübadilə etməlidirlər. 
Yekun  müddəalar  -  Müvafiq  normativ  hüquqi  aktların 
tələblərinə  əsasən,  gömrük  ərazisinə  gətirilməsi  qadağan  olunmuş 
malların sərbəst dövriyyə üçün buraxılış  gömrük proseduru altında 
yerləşdirilməsinə  yol  verilmir.  İdxalı  müvafiq  dövlət  orqanlarının 
icazə  sənədləri  alınmaqla  aparılan  malların  gömrük  rəsmiləşdiril-
məsi  həmin  icazə  sənədləri  təqdim  olunmaqla  həyata  keçirilir. 
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləş-
dirilmiş  malların  gömrük  rəsmiləşdirilməsinin  operativliyini  və 
şəffaflığını  artırmaq  məqsədi  ilə  müraciət  edən  şəxslərin  qəbul 
edilməsi ardıcıllığının müəyyən olunması üçün gömrük orqanlarında 
elektron idarəetmə sistemindən ("elektron növbə") istifadə edilir. 
Təkrar  idxal  gömrük  prosedurunun  əhatə  dairəsi-  Təkrar  idxal 
— ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni 
vəziyyətdə,  yəni  xarici  ölkədə  heç  bir  emala  məruz  qalmadan 
gömrük  ərazisinə  tam  və  bir  hissəsi  qaytarıldıqda,  onların  idxal 
gömrük rüsumlarından və vergilərdən tamamilə  azad edilməklə  və 
ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən,  sərbəst  dövriyyəyə 
buraxılışıdır. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş 
mallar  da  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilə  bilər. 
Malların  gömrük  ərazisinə  qaytarılması  onları  aparmış  şəxs 
tərəfindən  deyil,  başqa  şəxs  tərəfindən  həyata  keçirildiyi  zaman 
gömrük  orqanları  malların  təkrar  idxalına  Gömrük  Məcəlləsinin 
165.6-cı  maddəsində  nəzərdə  tutulan  qaydalarda  müəyyən  edilmiş 
hallarda icazə verir. Malların təkrar idxal gömrük proseduru altında 
yerləşdirilməsinə  onların  ixracı  zamanı  geri  qaytarılması  ehtimalı 
barədə  gömrük  orqanlarına  bildirib-bildirilməməsindən  asılı 
olmayaraq  icazə  verilir.  Malların  təkrar  idxal  gömrük  proseduru 
altında  yerləşdirilməsinə  nəzarətin  təmin  edilməsi  məqsədi  ilə 
gömrük  orqanlarının  təkrar  idxal  olunan  malların  gömrük 


 
 
78 
ərazisindən  aparıldığı  gömrük  orqanına  təqdim  olunmasını  tələb 
etmək  hüququ  vardır.  Malların  təkrar  idxal  gömrük  proseduru 
altında  yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti  orqanı 
müəyyən edir. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti «Malların təkrar 
idxal  gömrük  proseduru  altında  yerləşdirilməsi  Qaydaları»nın 
229
 li 12 oktyabr 2012-ci il tarixli Qərari təsdiq edilmişdir. Bu 
qaydalar  Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  165.6-cı 
maddəsinə  əsasən  hazırlanmışdır  və  malların  təkrar  idxal  gömrük 
proseduru  altında  yerləşdirilməsi  qaydalarını  müəyyən  edir.Təkrar 
idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində 
eyni vəziyyətdə,  yəni xarici ölkədə heç bir emala məruz qalmadan 
gömrük  ərazisinə  tam  və  bir  hissəsi  qaytarıldıqda,  onların  idxal 
gömrük rüsumlarından və vergilərdən tamamilə  azad edilməklə  və 
ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən,  sərbəst  dövriyyəyə 
buraxılışıdır.  Malların  təkrar  idxal  gömrük  proseduru  altında 
yerləşdirilməsinə  onların  ixracı  zamanı  geri  qaytarılması  ehtimalı 
barədə  gömrük  orqanlarına  bildirilib  bildirilməməsindən  asılı 
olmayaraq icazə verilir.  
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsi 
şərtləri- Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün 
mallar aşağıdakı şərtlərə cavab verməlidir:  
1.  Azərbaycan  Respublikasının  ərazisindən  ixrac  olunan  daxili 
mallar olmalıdır;  
2.  mallar  ixrac  edildiyi  andan  3  (üç)  il  müddətində  gömrük 
ərazisinə qaytarılmalıdır;  
3.  təbii  aşınma  nəticəsində  dəyişikliklər,  normal  şəraitdə 
daşınma və saxlanc itkiləri, həmçinin bu qaydaların 2.7-ci bəndi ilə 
müəyyən  edilən  digər  hallar  istisna  edilməklə,  mallar  aparıldığı 
vəziyyətdə olmalıdır.  
İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilmə-
si üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanma-
lıdır. Təbii  aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşın-
ma və saxlanc itkiləri standartlarla və həmin kateqoriya mallara aid 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə