M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

 
 
66 
 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyun 2013-
cü  il  163 
 li qərari ilə "Tərkibində əqli mülkiyyət hüquqlarının 
obyektləri  olan  malların  buraxılışının  dayandırılması,  buraxılışın 
dayandırılma  müddətinin  uzadılması,  qəbul  edilən  qərarlar  barədə 
ərizəçiyə  və  bəyannaməçiyə  məlumat  verilməsi  Qaydaları"  təsdiq 
edilmişdir.  
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların 
buraxılışının  dayandırılması,  buraxılışın  dayandırılma  müddətinin 
uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə 
məlumat  verilməsi  Qaydaları  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli qərarı ilə təsdiq 
edilmişdir.  Bu  Qaydalar  Azərbaycan  Respublikası  Gömrük 
Məcəlləsinin  283.3-cü  maddəsinə  əsasən  hazırlanmışdır  və 
tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların 
buraxılışının  dayandırılması,  buraxılışın  dayandırılma  müddətinin 
uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə 
məlumat verilməsi qaydalarını müəyyən edir. Bu Qaydalar gömrük 
sərhədindən  fiziki  şəxslər  tərəfindən  az  miqdarda  keçirilən  və  ya 
beynəlxalq poçt göndərişləri ilə göndərilən, o cümlədən istehsal və 
kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulmayan  mallara  tətbiq 
edilmir. 
"Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan 
malların  reyestri"nə  daxil  edilmiş  tərkibində  əqli  mülkiyyət 
hüquqlarının  obyektləri  olan  malların  gömrük  rəsmiləşdirilməsi  və 
gömrük  nəzarəti  zamanı  onların  pirat  və  ya  kontrafakt  olması 
əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləş-
dirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz 
edən  şəxsin  qərarı  ilə  10  (on)  iş  günü  müddətinə  dayandırılır. 
Ərizəçinin  əsaslandırılmış  müraciəti  olduqda,  göstərilən  müddət 
daha  10  (on)  iş  gününədək  uzadılır.  Tərkibində  əqli  mülkiyyət 
hüquqlarının obyektləri olan, lakin Reyestrə daxil edilməmiş, habelə 
ərizəçinin  müraciətində  göstərilməmiş  malların  pirat  və  ya 
kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar 
həmin malların buraxılışını bu Qaydaların 2.1-ci bəndində göstərilən 


 
 
67 
müddətə dayandırmaq hüququna malikdirlər.  Buraxılışı dayandırıl-
mış  mallar  barədə  gömrük  bəyannaməsinin  əsas  və  ya  əlavə 
vərəqinin nəzarət qrafasında "buraxılışı dayandırılmışdır" qeydiyyatı 
aparılır. Buraxılışı dayandırılmış mallara dair qəbul edilmiş qərarın 
müddəti uzadıldığı halda, gömrük bəyannaməsinin əsas və ya əlavə 
vərəqinin  nəzarət  qrafasında  buraxılışın  dayandırılması  müddətinin 
uzadılması  tarixi  göstərilməklə  qeydiyyat  aparılır.  Eyni  gömrük 
bəyannaməsində  pirat  və  ya  kontrafakt  olması  ehtimal  edilən 
tərkibində  əqli  mülkiyyət  obyektləri  olan  mallarla  birgə  bəyan 
olunmuş  digər  malların  buraxılışı  tərkibində  əqli  mülkiyyət 
obyektləri  olan  malların  buraxılışının  dayandırılmasına  dair  qəbul 
edilmiş qərardan asılı olmayaraq həyata keçirilir. 
Gömrük  orqanı  tərkibində  əqli  mülkiyyət  hüquqlarının 
obyektləri  olan  malların  buraxılışının  dayandırılması  barədə  qəbul 
etdiyi  qərar  haqqında  və  buraxılışın  dayandırılmasının  səbəbləri 
barədə  ərizəçiyə  və  bəyannaməçiyə  dərhal  yazılı  bildiriş  göndərir 
(bildirişin  forması  bu  Qaydaların  1  nömrəli  əlavəsində  göstəril-
mişdir). Gömrük orqanları hüquq sahibinə və bəyannaməçiyə dərhal 
yazılı bildiriş göndərir. Ərizəçinin əsaslandırılmış müraciəti daha 10 
(on) iş gününədək uzadıldıqda, bu barədə ərizəçiyə və bəyannaməçi-
yə dərhal yazılı bildiriş göndərilir (bildirişin forması bu Qaydaların 3 
nömrəli  əlavəsində  göstərilmişdir).  Gömrük  Məcəlləsinin  286-cı 
maddəsinə  uyğun  olaraq  tərkibində  əqli  mülkiyyət  hüquqlarının 
obyektləri  olan  malların  buraxılışının  dayandırılması  barədə  etdiyi 
qərar ləğv edildikdə, bu barədə ərizəçiyə və bəyannaməçiyə dərhal 
yazılı bildiriş göndərilir (bildirişin forması bu Qaydaların 4 nömrəli 
əlavəsində göstərilmişdir). Gömrük orqanları buraxılışının dayandı-
rılması haqqında qərar qəbul edilmiş malların pirat və ya kontrafakt 
olmasının  müəyyənləşdirilməsi  üçün  lazım  olan  məlumatları 
ərizəçiyə  və  bəyannaməçiyə  verirlər.  Ərizəçiyə  və  bəyannaməçiyə 
verilən  məlumatlar  konfidensial  hesab  edilir  və  qanunda  nəzərdə 
tutulan  hallar  istisna  olmaqla,  həmin  məlumatlar  onlar  tərəfindən 
yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir. 
 
 


 
 
68 
Ev tapşırığı: 
1.
 
Gömrük 
rəsmiləşdirilməsinin 
həyata 
keçirilməsinin 
xüsusiyyətləri necə fərqləndirilir? 
2.
 
Gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsi  nə  zaman-
dan başlanır və nə vaxt başa catır? 
3.
 
Güzəştli  və  sadələşdirilmiş  qaydada  gömrük  rəsmiləşdiril-
məsi hansı hallarda həyata keçirilir? 
4.
 
 Qısa idxal bəyannaməsi nədir? 
5.
 
Gömrük ərazisinə gətirilən mallar gömrük orqanlarına hansı 
şəxslər tərəfindən təqdim oluna bilər?  
6.
 
Yardım yükləri nədir? 
7.
 
"Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan 
malların  buraxılışının  dayandırılması,  buraxılışın  dayandırılma 
müddətinin  uzadılması,  qəbul  edilən  qərarlar  barədə  ərizəçiyə  və 
bəyannaməçiyə məlumat verilməsi Qaydaları"nın əsas müddəalarını 
şərh edin.  
8.
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  «Gömrük 
rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və  nəqliyyat 
vasitələrindən  istifadə  edilməsi  və  onlar  barəsində  sərəncam 
verilməsinə  dair  Şərtlər  və  məhdudiyyətlər»in  təsdiq  edilməsi 
haqqında 24 dekabr 2012-ci il 316  №li Qərarının əsas müddəaları 
hansılardır? 
 
Ədəbiyyat siyahısı 
 
1. Gömrük Məcəlləsi 2011, Bakı, Hüquq ədəbiyyatı, 2015, XVI 
fəsil 
 2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  «Gömrük 
rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və  nəqliyyat 
vasitələrindən  istifadə  edilməsi  və  onlar  barəsində  sərəncam 
verilməsinə  dair  Şərtlər  və  məhdudiyyətlər»in  təsdiq  edilməsi 
haqqında 24 dekabr 2012-ci il, 316 №li Qərarı.  
3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  qərar 
"Tərkibində  əqli  mülkiyyət  hüquqlarının  obyektləri  olan  malların 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə