M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

 
 
53 
Ev tapşırığı: 
 
1.
 
 Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarətindən 
keçirilməsinin ümumi müddəaları hansılardır? 
2.
 
 Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma 
müddəti nə qədərdir? 
3.
 
Gömrük  nəzarətinin  müəyyən  formalarından  azadetmə  necə 
müəyyən olunur? 
4.
 
Gömrük  nəzarəti  zamanı  texniki  nəzarət  vasitələrindən  istifadə 
qaydalarının əsas müddəalarını şərh edin. 
5.
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  «Gömrük 
nəzarətinin  həyata  keçirilməsi  Qaydaları»nın  təsdiq  edilməsi 
haqqında  18  yanvar  2013  cü  il,  7  №  Qərarinın  əsas  müddəalarını 
şərh edin. 
 
 
Ədəbiyyat siyahısı 
 
1.  Gömrük  Məcəlləsi  .  IV  bölmə.  2011.  "Hüquq  ədəbiyyatı" 
2016 
2. 
ARNazirlərKabinetinin 
«Gömrüknəzarətindənkeçməliolanmallarınyoxlanılmasınınsürətlənd
irilməsi,  gömrük  nəzarətinin  səmərəliliyinin  artırılması  və  həyata 
keçirilmə  müddətinin  azaldılması  məqsədiilə  gömrük  orqanları 
tərəfindənistifadə  olunan  texniki  vasitələrin  siyahısı  və  onlardan 
istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında , 27 avqust 2012-ciil 
186№liQərari 
3.  AR  Nazirlər  Kabinetinin  «Gömrük  nəzarətinin  həyata 
keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında 18 yanvar 2013 
cü il, 7 №li Qərari 
4.  A.Ş.Şəkərəliyev  ―Xarici  itisadi  fəaliyyətin  gomrük-tarif 
tənzimlənməsi‖ Bakı 2006 
5.  A.M.Məhərrəmov  Milli  sahibkarlığın  və  xarici  əlaqələrin 
inkişafında  gömrük  orqanlarının  rolu.  ―Bakı  Universitetinin 


 
 
54 
xəbərləri‖  jurnalı.  Sosial-siyasi  elmlər  seriyası.  №  3.  2005-ci  il. 
S.111-117 
6.  M.Y.Yadulla.  Azərbaycan  Respublikasının  xarici  iqtisadi 
fəaliyyətini  tənzimləyən  əsas  beynəlxalq  normalar.  BDU. 
Xəbərlər.2015 
7.  M.M.Aslanova.Azad  iqtisadi  zonalar  Azərbaycanın  dünya 
iqtisadiyyatında  inteqrasiya  üsulu  kimi.  Müasir  beynəlxalq 
münasibətlərin  formalaşmasının  müasir  iqtisadiyyata  təsir 
mexanizmləri. Elmi praktiki konfrans. Bakı-2011 
 
 
 
 
 
 


 
 
55 
Mövzu 3. Gömrük rəsmiləşdirilməsi 
 
1.
 
Gömrük rəsmiləşdirilməsinə dair əsas müddəalar 
2.
 
 Gömrük 
rəsmiləşdirilməsinin  həyata  keçirilməsinin 
xüsusiyyətləri 
3.
 
 Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 
4.
 
 Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük 
rəsmiləşdirilməsində iştirakı 
5.
 
Yardım yükləri 
 
Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsi və gömrük işi üzrə 
digər  qanunvericilik  aktları  ilə  müəyyən  edilmiş  qaydada  aparılır. 
Gömrük  rəsmiləşdirilməsinin  sadələşdirilməsi  və  sürətləndirilməsi 
məqsədi  ilə  bağlanılan  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  bir 
sıra  dövlətlərdə  gömrük  rəsmiləşdirilməsi  üçün  nəzərdə  tutulan 
gömrük  sənədlərindən  istifadə  edilə  bilər.  Ayrı-ayrı  gömrük 
əməliyyatı  və  ya  gömrük  proseduru  ilə  bağlı  gömrük  orqanının 
icazəsi  tələb  olunursa,  həmin  icazə  onun  alınması  üçün  müəyyən 
edilmiş  şərtlərin  yerinə  yetirilməsindən  dərhal  sonra  verilməlidir. 
Ayrı-ayrı  gömrük  əməliyyatı  və  ya  gömrük  proseduru  ilə  bağlı 
gömrük  orqanının  icazəsinin  verilməsi  qaydalarını  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir.  
Gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsinin  xüsusiyyət-
ləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:  
1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;  
2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat 
vasitəsinin növünə görə;  
3. malları keçirən şəxsə görə.  
Malların  mənşəyindən,  göndərilmə  və  təyinat  ölkəsindən  asılı 
olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.  
Gömrük  rəsmiləşdirilməsi  bəyannaməçinin  gömrük  orqanına 
konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi 
ilə bağlı bəyannamə və  ya müvafiq  sənədləri  təqdim etdiyi,  yaxud 
Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  gömrük 
rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada 


 
 
56 
gömrük  orqanına  bildirdiyi  vaxtdan  başlanır.  Malların  müvafiq 
gömrük  proseduru  altında  yerləşdirilməsinə  dair  tələblərə  uyğun 
olaraq zəruri  gömrük  əməliyyatları  yerinə  yetirildikdən və  gömrük 
ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 
Gömrük  Məcəlləsində  və  gömrük  işi  üzrə  digər  qanunvericilik 
aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləş-
dirilməsi  başa  çatmamış  mallardan  və  nəqliyyat  vasitələrindən 
istifadə  edilə,  habelə  onlar  barəsində  sərəncam  verilə  bilməz. 
Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  rəsmiləşdirilməsi  başa 
çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və 
onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər 
müəyyən edir. 
Gömrük  rəsmiləşdirilməsi  malları  ixrac  və  ya  idxal  edənin, 
yaxud  onların  struktur  bölmələrinin  yerləşdiyi  ərazi  üzrə  gömrük 
orqanlarının  fəaliyyət  zonasında,  bu  məqsədlər  üçün  ayrılmış 
yerlərdə aparılır. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdiril-
məsinin  aparıldığı  iş  vaxtını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən  edir.  Gömrük  orqanlarının  icazəsi  ilə  gömrük  rəsmiləş-
dirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər. 
Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin 
ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını 
müəyyən gömrük orqanlarına həvalə edə bilər. Gömrük rəsmiləşdi-
rilməsinin  operativliyini  və  şəffaflığını  artırmaq  məqsədi  ilə  müra-
ciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması 
üçün elektron idarəetmə sistemi («elektron növbə») tətbiq edilir.  
Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər 
və  ya  onların  nümayəndələri  öz  təşəbbüsləri  ilə  gömrük 
rəsmiləşdirilməsində  iştirak  edə  bilərlər.  Gömrük  orqanları  tələb 
etdikdə,  Gömrük  Məcəlləsinin  107.1-ci  maddəsində  göstərilən 
şəxslər  və  ya  onların  nümayəndələri  gömrük  rəsmiləşdirilməsində 
iştirak  etməli  və  bu  işdə  gömrük  orqanlarının  vəzifəli  şəxslərinə 
yardım göstərməlidirlər.  
Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, 
mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər 
və  ya  onların  nümayəndələri  gömrük  orqanının  tələbi  ilə  gömrük 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə