M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

 
 
44 
həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu imzalamaqdan 
imtina  etdikdə,  bu  barədə  protokolda  müvafiq  qeyd  aparılır. 
Barəsində  müvafiq  hərəkət  aparılan  şəxsin,  hal  şahidlərinin  və 
hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin izahatlar 
və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, 
habelə  protokolu  imzalamaqdan  imtina  etməsinin  səbəblərini 
göstərmək  hüquqları  vardır.  Onların  bu  izahatları  və  mülahizələri 
protokola  əlavə  olunur.  Barəsində  müvafiq  hərəkət  aparılan  şəxsə 
protokolun surəti verilir.  
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  «Gömrük 
nəzarətindən  keçməli  olan  malların  yoxlanılmasının  sürətləndiril-
məsi,  gömrük  nəzarətinin  səmərəliliyinin  artırılması  və  həyata 
keçirilmə  müddətinin  azaldılması  məqsədi  ilə  gömrük  orqanları 
tərəfindən  istifadə  olunan  texniki  vasitələrin  siyahısı  və  onlardan 
istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında , 27 avqust 2012-ci 
il 186
li qərarı 
Ümumi müddəalar  
1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi-
nin  (bundan  sonra  -  Gömrük  Məcəlləsi)  65.6-cı  və  85.1-ci 
maddələrinə  uyğun  olaraq  hazırlanmışdır  və  gömrük  nəzarətindən 
keçməli  olan  malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasının 
sürətləndirilməsi,  gömrük  nəzarətinin  səmərəliliyinin  artırılması  və 
həyata  keçirilmə  müddətinin  azaldılması  məqsədi  ilə  gömrük 
orqanları  tərəfindən  istifadə  olunan  texniki  nəzarət  vasitələrinin 
növlərinin siyahısını və onlardan istifadə qaydalarını müəyyən edir.  
2.  Texniki  nəzarət  vasitələrindən  gömrük  nəzarəti  altında  olan 
malların  və  nəqliyyat  vasitələrinin,  fiziki  şəxslərin  və  onların  əl 
yüklərinin,  müşayiət  olunan  və  müşayiət  olunmayan  baqajların  və 
beynəlxalq  poçt  göndərişlərinin  yoxlanılmasının  sürətləndirilməsi, 
sadələşdirilməsi,  gömrük  nəzarətinin  səmərəliliyinin  artırılması 
müddətinin azaldılması məqsədi ilə istifadə edilir.  
3. Texniki nəzarət vasitələrindən istifadə gömrük nəzarəti zona-
larında  və  gömrük  orqanları  əməkdaşlarının  öz  vəzifələrini  yerinə 
yetirdiyi zaman müəyyən edilən digər yerlərdə həyata keçirilir. 


 
 
45 
.4.  Gömrük  orqanlarında  stasionar,  səyyar  (mobil),  daşınan  və 
portativ tipli texniki nəzarət vasitələrindən istifadə edilir.  
5.  Texniki  nəzarət  vasitələrindən  istifadə  zamanı  texniki 
sənədlərdə göstərilmiş istismar qaydalarına əməl edilməlidir.  
6.  Texniki  nəzarət  vasitələrindən  istifadə  edilməsi  insan  həyatı 
və sağlamlığı üçün təhlükəsiz olmalı, ətraf mühitə, flora və faunaya 
ziyan  vurmamalı,  mallara  və  nəqliyyat  vasitələrinə  zərər 
yetirməməlidir.  
Texniki nəzarət vasitələrinin növləri 
1.  Texniki  nəzarət  vasitələri  texniki  xüsusiyyətlərindən  və 
təyinatından asılı olaraq aşağıdakı növlərə bölünür:  
1.1.  baxış-rentgen  texnikası  —  fiziki  şəxslərin  əl  yükünün, 
müşayiət  olunan  və  müşayiət  olunmayan  baqajların,  malların  və 
nəqliyyat vasitələrinin, beynəlxalq poçt göndərişlərinin yoxlanılması 
üçün rentgen şüalarının aktivləşdirilməsi ilə obyektin daxili quruluşu 
və  içindəki  əşyaların  təsviri  barədə  məlumat  alınmanı  təmin  edir. 
Qeyd  olunan  avadanlıqlar  üzvi  və  qeyri-üzvi  materialların  bölün-
məsi əsasında yoxlanılan obyektlərin ətraflı təsvirini verir;  
1.2. yoxlama baxış sistemi — gömrük sərhəd buraxılış məntəqə-
lərindən  keçən  malların  və  nəqliyyat  vasitələrinin  (avtomobil  və 
dəmir  yollarında,  eləcə  də  gömrük  orqanlarının  müəyyən  etdiyi 
digər  yerlərdə)  yoxlanılması  məqsədi  ilə  skanlaşdırma  əməliyyatı 
əsasında nəzarət ekranında obyektlərin təsvirinə nəzarət etmək üçün 
onların  konturları,  əşyaların  görüntüləri,  daxili  quruluşu  və  təsviri 
barədə məlumat alınmasını təmin edir;  
1.3.  bölünən  və  radioaktiv  materialların  müəyyən  edilməsi 
məqsədi ilə gömrük nəzarəti tətbiq edilərkən istifadə olunan texniki 
nəzarət  vasitələri  —  radioaktiv  kimyəvi  elementlərin  və  radioaktiv 
izotopların  müəyyən  edilməsini,  lokallaşdırılmasını,  onların 
kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə aktivliyinin müəyyən 
edilməsini təmin edir;  
1.4. axtarış texniki nəzarət vasitələri — gömrük nəzarəti həyata 
keçirilərkən fiziki şəxslərin əl yükünə, müşayiət olunan və müşayiət 
olunmayan  baqajlara,  beynəlxalq  poçt  göndərişlərinə,  malların  və 


 
 
46 
nəqliyyat  vasitələrinin  daxilinə,  girişi  çətin  olan  yerlərə  baxış 
keçirilməsini təmin edir;  
1.5.  eyniləşdirmə  texniki  nəzarət  vasitələri  —  gömrük  nəzarəti 
həyata keçirilərkən fiziki şəxslərin əl yükünün, müşayiət olunan və 
müşayiət olunmayan baqajların, malların və nəqliyyat vasitələrinin, 
beynəlxalq  poçt  göndərişlərinin,  o  cümlədən  onlara  aid  sənədlərin 
eyniləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin edir;  
1.6.  audio  və  video  məlumat  daşıyıcıları  üzrə  texniki  nəzarət 
vasitələri  —  gömrük  işi  sahəsində  qanun  pozuntularının  aşkar 
edilməsi  zamanı  qadağan  olunmuş  məlumatların  silinməsini,  eyni 
zamanda  foto-kinoplyonkalara,  slaydlara,  USB  və  digər  yaddaş 
qurğularına baxılmasını təmin edir.  
 Gömrük Məcəlləsi ilə müəyyən olunmuş hallarda foto, kino və 
video  çəkilişlərdən  və  ya  digər  yazan  texniki  vasitələrdən  nəzarət 
məqsədi ilə istifadə edildikdə, həmin materiallar gömrük nəzarətinin 
həyata  keçirilməsi  üzrə  hərəkətlərin  icraatı  zamanı  tərtib  edilən 
protokola əlavə olunur;  
1.7. vizual texniki nəzarət vasitələri — gömrük nəzarəti aparılan 
obyektlərin müşahidəsini, hadisələrin, faktların və təsvirlərin qeydə 
alınmasını təmin edir;  
1.8.  operativ  rabitə  üzrə  texniki  nəzarət  vasitələri  —  gömrük 
orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarəti prosesinin 
operativ  idarəçiliyinin  təşkil  edilməsini  və  məlumatların 
ötürülməsini təmin edir;  
1.9.  qlobal  mövqetəyinetmə  sistemi  (GPS)  —  Yer  kürəsinin 
naviqasiya sistemi əsasında elektron xəritə üzərində hava şəraitindən 
asılı olmayaraq obyektin yerləşdiyi coğrafi koordinatların, vaxtın və 
məsafənin müəyyən edilməsini təmin edir;  
1.10.  gömrük  təminatının  atributlarının  vurulması  vasitələri  — 
malların  və  nəqliyyat  vasitələrinin  gömrük  orqanları  tərəfindən 
eyniləşdirilməsini və onların icazəsi olmadan açılmasının qarşısının 
alınmasını təmin edir.  
 
 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə