M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 
 
50 
5. buster cihazı — boşluqlarda gizlədilmiş əşyaları aşkar etməyə 
imkan verən əl cihazı;  
6. baxış fənəri — gömrük əməkdaşları tərəfindən gecə vaxtı və 
ya  az  işıqlandırılmış  yerlərə  baxış  keçirmək  məqsədi  ilə  istifadə 
olunan cihaz;  
7.  alətlər  dəsti  —  gömrük  əməkdaşları  tərəfindən  fiziki  baxış 
zamanı  malların  və  nəqliyyat  vasitələrinin,  sərnişinlərə  məxsus  əl 
yüklərinin,  müşayiət  olunan  və  müşayiət  olunmayan  baqajların  və 
poçt göndərişlərinin açılması üçün istifadə olunan fərdi alətlər dəsti;  
8.  termovizorlar  —  gömrük  sərhəd  buraxılış  məntəqələrindən 
keçən  sərnişinlərin  məsafədən  hərarətinin  müəyyən  edilməsi 
məqsədi ilə istifadə olunan avadanlıqlar;  
9.  georadarlar  —  radioimpulslar  və  radiodalğalar  vasitəsilə 
bircinsli yüklərin daxilində gizlədilmiş əşyaların aşkar edilməsi üçün 
istifadə olunan cihazlar.  
Eyniləşdirmə texniki nəzarət vasitələrinə aşağıdakılar aid edilir:  
1. gömrük və digər sənədlərin, plomb və möhürlərin həqiqiliyini 
müəyyən  edən  cihazlar  —  gömrük  orqanlarına  təqdim  olunan 
malmüşayiət  sənədlərinin  üzərindəki  məlumatların  və  möhürlərin, 
həmçinin  malların  üzərindəki  plomb  və  möhürlərin  həqiqiliyini 
yoxlayan cihazlar;  
2.  qiymətli  daşların  və  metalların  əyarını  müəyyən  edən 
detektorlar  —  qiymətli  daşların  və  metalların  əyarlarının  eyniləş-
dirilməsi  üçün  qiymətli  daşlarda  şüaların  bölünməsi  və  qiymətli 
metallarda elektrikötürücülük metodu əsasında işləyən detektorlar;  
3.  narkotik  və  partlayıcı  maddələri  müəyyən  edən  cihazlar  və 
ekspress  test  dəstləri  —  narkotik  və  partlayıcı  maddələrin 
yoxlanılması,  narkotik  və  partlayıcı  maddələrin  buxarının  və 
mikrohissələrinin analizi üçün detektorlar;  
4.  rentgenoflüressent  cihazlar  —  bərk, maye  və  ya toz halında 
olan maddələrin təhlili üçün rentgenflüressent analizatorlar;  
5.  tərəzilər  —  maddələrin  kütləsini  müəyyən  edən  cazibə 
qüvvəsinə əsaslanan cihazlar;  
6.  xətkeşlər,  ruletkalar  və  ştangenpərgarlar  —  malların  və 
yüklərin həndəsi ölçülərini müəyyən edən cihazlar;  


 
 
51 
7. banknotların  yoxlanılması və hesablanması üçün cihazlar  — 
pul  nişanlarının  həqiqiliyini  və  miqdarını  yoxlamaq  üçün  istifadə 
olunan cihazlar;  
8. aksiz markalarının həqiqiliyini müəyyən edən cihazlar — mal 
üzərinə  vurulmuş  aksiz  nişanlarının  həqiqiliyinin  yoxlanılması  və 
eyniləşdirilməsi üçün istifadə olunan cihazlar;  
9.  nəqliyyat  vasitələrinin  nişanlarının  eyniləşdirilməsini  həyata 
keçirən  cihazlar  —  nəqliyyat  vasitələrinə  məxsus  şassi,  ban  və 
mühərrik nömrələrinin həqiqiliyini yoxlayan cihazlar;  
10. ağac növlərinin eyniləşdirilməsini həyata keçirən cihazlar — 
ağac növlərini, onun təxmini yaşını müəyyən edən cihazlar;  
11. qaz analizatorları — ozondağıdıcı və soyuducu reagentlərin 
və digər qazların təyini üçün ekspress analizatorlar;  
12.  qida  məhsullarının  təhlükəsizliyinin  yoxlanılması  üçün 
ekspress  cihazlar  və  testlər  —  qida  və  yem  məqsədi  ilə  istifadə 
olunan  duzun  tərkibində  yodun  miqdarının,  qida  məhsullarında 
genetik  dəyişdirilmiş  orqanizmlərin  və  onlarda  konserogen  və 
təhlükəli  maddə  olan  aflotoksin  və  mikrotoksinlərin  təyin  edilməsi 
üçün ekspress cihazlar və testlər;  
13. toksik və zəhərli maddələrin axtarışı üzrə texniki vasitələr — 
toksik  və  zəhərli  maddə  tərkibli  yüklərin  tərkibinin  yoxlanılması 
üçün texniki vasitələr.  
14.  Audio  və  video  məlumat  daşıyıcıları  üzrə  texniki  nəzarət 
vasitələrinə aşağıda göstərilən avadanlıqlar aid edilir:  
1. fotoaparatlar;  
2. videokameralar;  
3. videomaqnitofonlar;  
4. diktofonlar;  
5. maqnitofonlar;  
6. USB və digər yaddaş qurğuları;  
7. bütün yazı və format sistemlərinin pleyerləri;  
8. telemonitorlar; 
9. diaproyektorlar;  
10. DVD-lər;  
11. xüsusi kompüter nəzarət sistemləri. 


 
 
52 
Vizual texniki nəzarət vasitələrinə aşağıdakılar aid edilir:  
1. videonəzarət sistemləri;  
2. binokllar;  
3. gecə müşahidə cihazları;  
4. gecə müşahidə sistemləri;  
5. lupalar.  
Operativ  rabitə  texniki  vasitələrindən  gömrük  orqanları 
tərəfindən  operativ  əlaqənin  yaradılması  üçün  istifadə  olunur. 
Gömrük  orqanlarında  müəyyən  olunmuş  dalğalarda  işləyən  əlaqə 
radiovasitələrindən istifadə edilir. Onlar daşınan, səyyar və stasionar 
vasitələrdən  ibarətdir.  Qlobal  mövqetəyinetmə  sistemindən  (GPS-
dən)  Azərbaycan  Respublikasının  gömrük  ərazisində  iki  gömrük 
orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən 
olunmuş  marşrut  və  müddətlər  ərzində  təyinatı  üzrə  çatdırılmasına 
nəzarət  olunması  üçün  istifadə  olunur.  Gömrük  təminatının 
atributlarının vurulması vasitələrinə aşağıdakılar aid edilir:  
1. plomblayıcılar;  
2. plomblar və məftillər;  
3. möhürlər;  
4. ştamplar;  
5. markalar;  
6. stikerlər.  
Gömrük  təminatının  atributlarının  vurulması  vasitələrindən 
mallara, konteynerlərə, vaqonlara, çənlərə, nəqliyyat vasitələrinə və 
digər  taralara  təminat  atributları  vurulduqdan  sonra  onlara  icazə 
olmadan  müdaxilənin  qarşısının  alınması  üçün  istifadə  olunur. 
Vurulmuş gömrük təminatı barədə məlumat mal-müşayiət sənədlə-
rində  qeyd  edilir.  Gömrük  nəzarətindən  keçməli  olan  malların  və 
nəqliyyat  vasitələrinin  yoxlanılmasının  sürətləndirilməsi,  gömrük 
nəzarətinin  səmərəliliyinin  artırılması  və  həyata  keçirilmə 
müddətinin azaldılması məqsədi ilə zərurət olduğu hallarda, gömrük 
orqanları tərəfindən xüsusi təlim keçmiş xidməti itlərdən də istifadə 
olunur. 
 
 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə