M. M. Aslanova Elmi redaktor



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix01.09.2018
ölçüsü1,01 Mb.
#66176
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 
 
60 
nəqliyyat  vasitələrinə,  konteynerlərə  və  qablaşdırmaya  da  tətbiq 
edilir.  Aşağıdakı  obyektlərə  münasibətdə  gömrük  nəzarəti  müvafiq 
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:  
1. hərbi dəniz gəmiləri;  
2.  hərbçilərin,  silahlı  qüvvələrdə  fəaliyyət  göstərən  mülki 
qulluqçuların,  hərbi  yüklərin  daşınması  üçün  istifadə  edilən  hərbi 
hava gəmiləri və digər hərbi nəqliyyat vasitələri;  
3.  müvafiq  icra  hakimiyyəti  orqanlarının  xidməti  məqsədlər 
üçün istifadə etdiyi nəqliyyat vasitələri;  
4. xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və 
konsulluq nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri. 
Gömrük nəzarəti altında  olan mallar barəsində səlahiyyəti olan 
şəxslər  və  ya  onların  nümayəndələri  istənilən  vaxt  malların  tarif 
təsnifatını,  gömrük  dəyərini  və  ya  gömrük  statusunu  müəyyənləş-
dirmək  üçün  onlardan  gömrük  orqanının  icazəsi  ilə  prob  və  ya 
nümunələr götürə bilərlər.  
Malları  gömrük  ərazisinə  gətirən  şəxs  həmin  malları  müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq 
göndərən  gömrük  orqanı  tərəfindən  müəyyən  edilmiş  marşrutla  və 
müddətdə  təyinat  gömrük  orqanına  və  ya  onlarla  razılaşdırılmış 
digər  yerə  çatdırmalıdır.  Gömrük  ərazisinə  gətirildikdən  sonra 
malların  daşınmasına  cavabdeh  olan  şəxs,  öhdəliklərini  yerinə 
yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
Gömrük  ərazisindən  kənarda  qalmış  mallar  müvafiq  dövlətlərlə 
bağlanmış  beynəlxalq  müqavilələrin  şərtlərinə  əsasən  gömrük 
orqanları  tərəfindən  gömrük  yoxlamasına  məruz  qala  bilər.  Bu 
zaman  həmin  mallar  gömrük  ərazisinə  gətirilmiş  mallar  hesab 
olunur.  Gömrük  Məcəlləsinin  119.1-ci  maddəsi  gömrük  nəzarətini 
və  gömrük  yoxlamasını  məhdudlaşdırmamaq  şərti  ilə  məktublara, 
poçt kartlarına, çap materiallarına və ya sərnişinlər tərəfindən daşı-
nan  mallara  münasibətdə  qanunvericiliklə  hər  hansı  digər  xüsusi 
şərtlərin  tətbiqini  istisna  etmir.  Gömrük  Məcəlləsinin  119.1-ci 
maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava məkanından 
dayanmadan  keçən  nəqliyyat  vasitələrində  daşınan  mallara  şamil 
olunmur.  


 
 
61 
Fors-major  halların  yaranması  nəticəsində  öhdəliklərini  yerinə 
yetirə bilməyən şəxs, yaxud onun maraqlarından çıxış edən şəxs bu 
barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. 
Belə hallarda mallar tam  itkiyə  məruz qalmadıqda, gömrük orqan-
larına  onların  dəqiq  yeri  barədə  məlumat  verilməlidir.  Nəqliyyat 
vasitəsi  fors-major  hallarında  keçdiyi  gömrük  ərazisində  məcburi 
dayanması  ilə  əlaqədar  Gömrük  Məcəlləsinin  119.1-ci  maddəsi  ilə 
müəyyən  edilmiş  öhdəliyi  yerinə  yetirilmədikdə,  həmin  nəqliyyat 
vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və 
təyinat gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. 
Gömrük orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük 
orqanına  və  ya  razılaşdırdırılmış  digər  yerə  çatdırılması  üzrə  təd-
birləri müəyyənləşdirirlər.  
Mallar  gömrük  ərazisinə  gətirildikdən  sonra  dərhal  gömrük 
nəzarətinə,  onların  sənədləri  isə  gömrük  orqanlarına  təqdim  edilir. 
Mallar  gömrük  ərazisinə  gətirildiyi  andan  etibarən  1  (bir)  saatdan 
gec  olmayaraq,  gömrük  orqanının  iş  vaxtından  kənar  vaxtda 
gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olma-
yaraq  gömrük  orqanlarına  məlumat  verilməlidir.  Mallar  gömrük 
orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan 
şəxslər  və  ya  onların  nümayəndələri  malları  müvafiq  gömrük 
proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə 
onlardan  prob  və  nümunələr  götürə  bilərlər.  Mallar  təyinat  yerinə 
gömrük  orqanının  iş  vaxtından  kənar  vaxtda  gətirildikdə,  onlar 
gömrük nəzarəti zonasında saxlanılmalıdır. Gömrük nəzarəti zona-
sında  saxlanılan  malların  ilkin  yerlərinin  dəyişdirilməsi,  nəqliyyat 
vasitələrindən  boşaldılması,  yaxud  onlara  yenidən  yüklənməsi, 
qablaşdırmaların  açılması  və  yenidən  qablaşdırma,  eyniləşdirmə 
vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması 
və  ya  məhv  edilməsi,  sərnişinlərin  düşürülməsi  kimi  əməliyyatlar 
yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Tələblərə riayət 
etməyən daşıyıcı bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına 
bildirməlidir.  Əks  halda,  həmin  daşıyıcı  qanunla  müəyyən  edilmiş 
qaydada  məsuliyyət  daşıyır.  Daşıyıcının  çəkdiyi  əlavə  xərclər 
gömrük orqanları tərəfindən ödənilmir. Şəxsin müraciəti və gömrük 


 
 
62 
orqanlarının  icazəsi  ilə  mallar  gömrük  yoxlamasına  həmin  şəxsin 
məqsədə müvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. 
Belə  hallarda  həyata  keçirilən  gömrük  prosedurları  ilə  bağlı  bütün 
xərclər  şəxs  tərəfindən  ödənilir.  Gömrük  ərazisinə  gətirilən  mallar 
gömrük  orqanlarına  aşağıdakı  şəxslərdən  biri  tərəfindən  təqdim 
oluna bilər:  
1. malları gömrük ərazisinə gətirmiş şəxs;  
2. malları  gömrük  ərazisinə  gətirmiş şəxsin  adından çıxış  edən 
şəxs;  
3.  mallar  gömrük  ərazisinə  gətirildikdən  sonra  onların 
daşınmasına görə məsul olan şəxs;  
4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən 
şəxs;  
5.  saxlanc  yerlərinin  təsis  edilməsi  üçün  verilmiş  lisenziyanın 
sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxs.  
 Malları  gömrük  orqanlarına  təqdim  edən  şəxs  həmin  mallara 
dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad 
etməlidir.  
 Mallar  yalnız  gömrük  orqanlarının  icazəsi  ilə  və  nəzarəti 
altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətiril-
mə  üçün  istifadə  olunan  nəqliyyat  vasitəsindən  boşaldıla  və  bu 
ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən 
yüklənə  bilər.  Malların  və  ya  onların  bir  hissəsinin  təcili  boşaldıl-
masını  zəruri  edən  təhlükə  yaranarsa,  gömrük  orqanlarının  icazəsi 
tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat 
verilməlidir.  Malların  yenidən  yüklənməsi  üçün  gömrük  orqanları 
tərəfindən tələb olunan yeganə sənəd yük bəyannaməsidir. Gömrük 
orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən 
kommersiya və ya nəqliyyat sənədini malların yenidən yüklənməsi 
üçün gömrük bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu 
halda  sənəddə  məlumatların  müvafiq  məqsəd  üçün  qəbul  edilməsi 
barədə  qeydiyyat  aparılır.  Gömrük  orqanları  yenidən  yüklənən 
malları,  onları  daşıyan  nəqliyyat  vasitələrini  yoxlamaq,  mallardan 
prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını və 
açılmasını  tələb  etmək  hüququna  malikdirlər.  Gömrük  orqanlarına 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə